Əsas məzmuna keç

Yusif surəsi - 34-cü Ayə

Surə 12
Ayə 34

Azərbaycan dilində tərcümə

Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir.
Yusif surəsi , 34-cü ayə
Yusif surəsi 34-cü ayə
Tam Surə

Yusif surəsi 34-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 34

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Belə ki, Rəbbi onu (duasını) qəbul etdi və qadınların hiyləsini ondan pak etdi. Çünki O (Allah) eşidən və biləndir.”

Bildirişlər
1. İlahi insanların duası qəbuldur.
2. Bəzən çətinliklər ilahi yardımların nazil olması və qurtuluş yolunun açılması üçün zəmin olur.
3. Paklıq və iffət duanın qəbul olması üçün zəmindir.
4. Allahdan xaliscəsinə, səmimi qəlbdən istəmək Onun lütfü ilə nəticələnir.
5. Yusifin Misir qadınlarının hiyləsindən qurtarmaq üçün etdiyi dua dərhal qəbul oldu. ("Fəstəcabə” sözündəki "fa” hərfi sürət rəmzidir.)
6. Allaha pənah aparan şəxs hifz olunur.
7. Bəzən düşmənin gördüyü iş bizim xeyrimizə tamamlanır. (Düşmən Yusifi zindana atmaqla onu Züleyxanın əlindən xilas etdi.)
8. İsmətli olmaq üçün peyğəmbər olmaq zəruri deyil. (Yusif günahdan pak olduğu vaxt peyğəmbərliyə çatmamışdı.)
9. Duanın qəbul olması Allahın eşidən, görən və alim olmasının dəlilidir.
10. Xalqın müraciət etdiyi kəs öncə yaxşı eşitməyi bacarmalı, sonra öz elmi ilə problemi aradan qaldırmalıdır. Allah-təala da duanın qəbul məqamında belədir.