NUR TƏFSİRİ: Yusif surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sizin Allahdan başqa ibadət etdikləriniz yalnız sizin və atalarınızın (heç bir əsas olmadan) qoyduğu adlardan başqa bir şey deyil. Allah (onların haqlılığını sübut edən) heç bir dəlil göndərməyib. Allahdan savay kimsənin hökm vermək haqqı yoxdur. O əmr edib ki, Ondan başqasına pərəstiş etməyəsiniz. Bu din möhkəm dayanmışdır. Amma xalqın çoxu bilmir.”
Bildirişlər
1. Allahdan savay məbudlar uydurmadır, müşriklər və onların ata-babalarının quramasıdır.
2. Əksər qüdrətlər, təşkilatlar, müəssisələr, seminarlar, qətnamələr, görüşlər, himayədarlıqlar, məhkumiyyətlər, ünvanlar və adlar əsassızdır və əsrimizin model bütləridir. Bəşəriyyət Allahın əvəzinə bu bütlərə üz tutmuşdur.
3. Yaşın çoxluğu və qədimlik haqlılıq dəlili deyil.
4. İnsanın əqidəsi əqli və ya nəqli dəlillərə əsaslanmalıdır.
5. Allahdan qeyriləri qarşısında boyun əyməyin. Çünki əmr vermək yalnız bir olan Allahın haqqıdır.
6. Xaliscəsinə ibadət doğru və davamlı yoldur.
7. İlahi qanunlardan savay bütün qanunlar davamsızdır.
8. Yalnız möhkəm əqidəyə etimad göstərilməlidir.
9. Xalqın çoxu Allah dininin möhkəmliyindən xəbərsizdir. (Onlar ya öz cəhalətlərindən xəbərdar bəsit cahillər, ya da öz cəhalətlərindən xəbərsiz mürəkkəb cahildirlər.)
10. Cəhalət və nadanlıq şirkin meydana çıxması üçün zəmin yaradır.