Əsas məzmuna keç

Yusif surəsi - 82-ci Ayə

Surə 12
Ayə 82

Azərbaycan dilində tərcümə

«Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən biz doğruçuyuq».
Yusif surəsi , 82-ci ayə
Yusif surəsi 82-ci ayə
Tam Surə

Yusif surəsi 82-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 82

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Əgər sözümüzə inanmırsansa) olduğumuz kənddən, gəldiyimiz karvandan soruş. Şübhəsiz, biz doğru danışırıq.”
Nöqtələr
"Qəryə” dedikdə təkcə kənd yox, yaşayış məntəqəsi, inzibati ərazi də nəzərdə tutula bilər. "Qəryə” həm şəhər, həm də kənd ola bilər. "Vəsəlil-qəryə”, yəni "qəryə” əhlindən soruş.
Ərzaq daşıyan karvana "iyr” deyilir.
Yusifin qardaşları atalarına Yusifi canavarın yeməsi haqqında danışarkən əllərində dəlil yox idi. Amma bu əhvalatda iki dəlil göstərdilər: Misir əhlindən sual və karvan əhlindən sual. Ötən macəranın nəqlindəki "ləv” sözü şəkk-şübhə nişanəsidir. Bu səhnənin bəyanında isə qətiyyət bildirən "innə” hissəsindən istifadə olunur.
Bildirişlər
1. Mənfi keçmiş insanın sözünün qəbul olunmasında ona ömür boyu problem yaradır.
2. İddianın sübutu üçün gözü ilə görən şahidin məlumatı daha mötəbərdir.
3. Böyük bir cəmiyyətin yalan üçün ümumi razılığa gəlməsi mümkünsüzdür.