Əsas məzmuna keç

Yusif surəsi - 85-ci Ayə

Surə 12
Ayə 85

Azərbaycan dilində tərcümə

(Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan.»
Yusif surəsi , 85-ci ayə
Yusif surəsi 85-ci ayə
Tam Surə

Yusif surəsi 85-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 85

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Yəqubun övladları atalarına) dedilər: "And olsun Allaha, sən daim Yusifi düşünürsən. Axır xəstələnib əldən düşəcək, məhv olub gedəcəksən.”
Nöqtələr
"Hərəz” eşq və ya qəm-qüssənin üzdüyü insana deyilir.
Bildirişlər
1. Yusif kimi insanlar heç zaman unudulmamalıdır. (Allahın övliyaları Nüdbə duasında dövrün Yusifini çağırıb ağlayırlar.)
2. Nə qədər sevdiyinizi bilmək istəsəniz, onu nə qədər xatırladığınızı nəzərdən keçirin.
3. Yusifi tanıyan elə yanır ki, adi insanlar onu dərk etmirlər.
4. Ruhi və psixoloji məsələlər cismə təsir göstərir. (Ayrılıq insanı öldürə bilər, müsibət isə daha ağırdır.)
5. Atanın məhəbbəti adi bağlılıqlardan fərqlənir.