Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Ləyl ‏ surəsi

Əl-Ləyl ‏ surəsi Ayələri

Toplam 21 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Ləyl ‏ surəsi Ayə 1

Quran-ı Kərim

And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;
Link
Ayə 1
2

Əl-Ləyl ‏ surəsi Ayə 2

Quran-ı Kərim

And olsun, cilvələnməkdə olan gündüzə.
Link
Ayə 2
3

Əl-Ləyl ‏ surəsi Ayə 3

Quran-ı Kərim

And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,
Link
Ayə 3
4

Əl-Ləyl ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).
Link
Ayə 4
5

Əl-Ləyl ‏ surəsi Ayə 5

Quran-ı Kərim

Amma kim (öz malından və var - yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa
Link
Ayə 5
6

Əl-Ləyl ‏ surəsi Ayə 6

Quran-ı Kərim

Və Allahın vədlərini təsdiq etsə
Link
Ayə 6
7

Əl-Ləyl ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).
Link
Ayə 7
8

Əl-Ləyl ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa
Link
Ayə 8
9

Əl-Ləyl ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Və İlahi vədləri təkzib etsə
Link
Ayə 9
10

Əl-Ləyl ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval – ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).
Link
Ayə 10
11

Əl-Ləyl ‏ surəsi Ayə 11

Quran-ı Kərim

Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.
Link
Ayə 11
12

Əl-Ləyl ‏ surəsi Ayə 12

Quran-ı Kərim

Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizədir.
Link
Ayə 12
13

Əl-Ləyl ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.
Link
Ayə 13
14

Əl-Ləyl ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.
Link
Ayə 14
15

Əl-Ləyl ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Ora yalnız ən azğın kafir girər və yanar.
Link
Ayə 15
16

Əl-Ləyl ‏ surəsi Ayə 16

Quran-ı Kərim

O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.
Link
Ayə 16
17

Əl-Ləyl ‏ surəsi Ayə 17

Quran-ı Kərim

Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).
Link
Ayə 17
18

Əl-Ləyl ‏ surəsi Ayə 18

Quran-ı Kərim

O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir
Link
Ayə 18
19

Əl-Ləyl ‏ surəsi Ayə 19

Quran-ı Kərim

Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,
Link
Ayə 19
20

Əl-Ləyl ‏ surəsi Ayə 20

Quran-ı Kərim

O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).
Link
Ayə 20
21

Əl-Ləyl ‏ surəsi Ayə 21

Quran-ı Kərim

Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.
Link
Ayə 21

Süra Haqqında

Əl-Ləyl ‏ surəsi Quran-ı Kərimdə 92. surədir və 21 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 21 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim