Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ali-İmran surəsi

سورة آل عمران

Ali-İmran surəsi Ayələri

Toplam 200 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ali-İmran surəsi Ayə 1

Quran-ı Kərim

Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və heç kəsin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lam (Cəbrail) vasitəsi ilə Mimə (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) təlqin olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih (neçə cür yozulan, təfsir oluna bilən) ayələri vardır.)
Link
Ayə 1
2

Ali-İmran surəsi Ayə 2

Quran-ı Kərim

Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.
Link
Ayə 2
3

Ali-İmran surəsi Ayə 3

Quran-ı Kərim

Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi,
Link
Ayə 3
4

Ali-İmran surəsi Ayə 4

Quran-ı Kərim

bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.
Link
Ayə 4
5

Ali-İmran surəsi Ayə 5

Quran-ı Kərim

Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.
Link
Ayə 5
6

Ali-İmran surəsi Ayə 6

Quran-ı Kərim

Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.
Link
Ayə 6
7

Ali-İmran surəsi Ayə 7

Quran-ı Kərim

Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun tə'vilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.
Link
Ayə 7
8

Ali-İmran surəsi Ayə 8

Quran-ı Kərim

(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»
Link
Ayə 8
9

Ali-İmran surəsi Ayə 9

Quran-ı Kərim

«Ey Rəbbimiz, həqiqətən Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.»
Link
Ayə 9
10

Ali-İmran surəsi Ayə 10

Quran-ı Kərim

Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!
Link
Ayə 10
11

Ali-İmran surəsi Ayə 11

Quran-ı Kərim

(Onların adəti) fironçuların və onlardan qabaqkıların adəti kimi(dir) ki, Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və Allah da onları günahlarına görə cəzalandırdı. Allah şiddətli cəzalandırandır.
Link
Ayə 11
12

Ali-İmran surəsi Ayə 12

Quran-ı Kərim

Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.
Link
Ayə 12
13

Ali-İmran surəsi Ayə 13

Quran-ı Kərim

Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti və tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər (və elə buna görə də məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır.
Link
Ayə 13
14

Ali-İmran surəsi Ayə 14

Quran-ı Kərim

Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır.
Link
Ayə 14
15

Ali-İmran surəsi Ayə 15

Quran-ı Kərim

De: «Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir».
Link
Ayə 15
16

Ali-İmran surəsi Ayə 16

Quran-ı Kərim

«Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər
Link
Ayə 16
17

Ali-İmran surəsi Ayə 17

Quran-ı Kərim

həmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər.
Link
Ayə 17
18

Ali-İmran surəsi Ayə 18

Quran-ı Kərim

Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
Link
Ayə 18
19

Ali-İmran surəsi Ayə 19

Quran-ı Kərim

Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.
Link
Ayə 19
20

Ali-İmran surəsi Ayə 20

Quran-ı Kərim

Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.
Link
Ayə 20
21

Ali-İmran surəsi Ayə 21

Quran-ı Kərim

Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ.
Link
Ayə 21
22

Ali-İmran surəsi Ayə 22

Quran-ı Kərim

Onlar (xeyir) əməlləri dünyada və axirətdə puça çıxmış və heç olmuş kəslərdir (onların xeyir əməllərinin dünyada yaxşı bir izi, axirətdə də savabı yoxdur). Onların (axirətdə şəfaət edəcək) bir kömək edənləri də olmayacaqdır.
Link
Ayə 22
23

Ali-İmran surəsi Ayə 23

Quran-ı Kərim

(Səmavi) kitabdan (Tövrat və İncildən) bir pay verilmiş şəxsləri görmədinmi ki, aralarında (Həzrət Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi, yaxud «daşqalaq» hökmü barəsində) hökm çıxarmaq üçün Allahın kitabına (Qur’ana və ya Tövrata) dəvət olunurlar, sonra onların bir qismi (haqdan) üz döndərmək olan adətləri üzrə üz çevirirlər?!
Link
Ayə 23
24

Ali-İmran surəsi Ayə 24

Quran-ı Kərim

Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.
Link
Ayə 24
25

Ali-İmran surəsi Ayə 25

Quran-ı Kərim

Belə isə, barəsində heç bir şəkk-şübhə olmayan bir gündə onları topladığımız və hər kəsə kəsb etdiyinin əvəzi (və ya əməlin zahiri təcəssümü) tam və kamil şəkildə – onlara zülm olunmadan, mükafatlarından kəsilmədən və cəzaları artırılmadan verilən zaman halları necə olacaq?.
Link
Ayə 25
26

Ali-İmran surəsi Ayə 26

Quran-ı Kərim

De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən».
Link
Ayə 26
27

Ali-İmran surəsi Ayə 27

Quran-ı Kərim

«Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). Və istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən».
Link
Ayə 27
28

Ali-İmran surəsi Ayə 28

Quran-ı Kərim

Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir.
Link
Ayə 28
29

Ali-İmran surəsi Ayə 29

Quran-ı Kərim

De: «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir».
Link
Ayə 29
30

Ali-İmran surəsi Ayə 30

Quran-ı Kərim

Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir.
Link
Ayə 30
31

Ali-İmran surəsi Ayə 31

Quran-ı Kərim

De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır».
Link
Ayə 31
32

Ali-İmran surəsi Ayə 32

Quran-ı Kərim

De: «Allaha və Onun peyğəmbərinə itaət edin». Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən Allah kafirləri sevmir.
Link
Ayə 32
33

Ali-İmran surəsi Ayə 33

Quran-ı Kərim

Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.
Link
Ayə 33
34

Ali-İmran surəsi Ayə 34

Quran-ı Kərim

Bəzisi digər bəzisinin nəslindən olan övladlardırlar (fəzilətlər və üstünlüklər baxımından hamısı birdirlər). Allah eşidən və biləndir.
Link
Ayə 34
35

Ali-İmran surəsi Ayə 35

Quran-ı Kərim

(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzr etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman edirdi.)
Link
Ayə 35
36

Ali-İmran surəsi Ayə 36

Quran-ı Kərim

Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum.» Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram.»
Link
Ayə 36
37

Ali-İmran surəsi Ayə 37

Quran-ı Kərim

Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və bir yaxşı tərzdə yetişdirdi və onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir».
Link
Ayə 37
38

Ali-İmran surəsi Ayə 38

Quran-ı Kərim

Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: « Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən».
Link
Ayə 38
39

Ali-İmran surəsi Ayə 39

Quran-ı Kərim

Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir».
Link
Ayə 39
40

Ali-İmran surəsi Ayə 40

Quran-ı Kərim

(Zəkəriyya) dedi: «Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin qısır olduğu halda mənim necə oğlum ola bilər?!» Dedi: «Elədir, (amma) Allah istədiyini edir.»
Link
Ayə 40
41

Ali-İmran surəsi Ayə 41

Quran-ı Kərim

Dedi: «Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir.» Dedi: «Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»
Link
Ayə 41
42

Ali-İmran surəsi Ayə 42

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.
Link
Ayə 42
43

Ali-İmran surəsi Ayə 43

Quran-ı Kərim

«Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).
Link
Ayə 43
44

Ali-İmran surəsi Ayə 44

Quran-ı Kərim

Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə və dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin.
Link
Ayə 44
45

Ali-İmran surəsi Ayə 45

Quran-ı Kərim

(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».
Link
Ayə 45
46

Ali-İmran surəsi Ayə 46

Quran-ı Kərim

«İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir.»
Link
Ayə 46
47

Ali-İmran surəsi Ayə 47

Quran-ı Kərim

(Məryəm) dedi: «Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?!» Dedi: «Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur».
Link
Ayə 47
48

Ali-İmran surəsi Ayə 48

Quran-ı Kərim

Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçinin Tövrat və İncili öyrədəcək.
Link
Ayə 48
49

Ali-İmran surəsi Ayə 49

Quran-ı Kərim

Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır.»
Link
Ayə 49
50

Ali-İmran surəsi Ayə 50

Quran-ı Kərim

«Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin».
Link
Ayə 50
51

Ali-İmran surəsi Ayə 51

Quran-ı Kərim

«Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»
Link
Ayə 51
52

Ali-İmran surəsi Ayə 52

Quran-ı Kərim

Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: «Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim?» Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: «Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq.»
Link
Ayə 52
53

Ali-İmran surəsi Ayə 53

Quran-ı Kərim

«Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz».
Link
Ayə 53
54

Ali-İmran surəsi Ayə 54

Quran-ı Kərim

Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)
Link
Ayə 54
55

Ali-İmran surəsi Ayə 55

Quran-ı Kərim

(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»
Link
Ayə 55
56

Ali-İmran surəsi Ayə 56

Quran-ı Kərim

«Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır.»
Link
Ayə 56
57

Ali-İmran surəsi Ayə 57

Quran-ı Kərim

«İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir.»
Link
Ayə 57
58

Ali-İmran surəsi Ayə 58

Quran-ı Kərim

Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır.
Link
Ayə 58
59

Ali-İmran surəsi Ayə 59

Quran-ı Kərim

Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.)
Link
Ayə 59
60

Ali-İmran surəsi Ayə 60

Quran-ı Kərim

(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!
Link
Ayə 60
61

Ali-İmran surəsi Ayə 61

Quran-ı Kərim

Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)
Link
Ayə 61
62

Ali-İmran surəsi Ayə 62

Quran-ı Kərim

Şübhəsiz, (Həzrət Məsihin) haqq olan hekayət(i) budur. Allahdan başqa bir məbud yoxdur və əlbəttə ki, Allahdır yenilməz qüdrət və hikmət sahibi!
Link
Ayə 62
63

Ali-İmran surəsi Ayə 63

Quran-ı Kərim

Buna görə də əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.
Link
Ayə 63
64

Ali-İmran surəsi Ayə 64

Quran-ı Kərim

De: «Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: «Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.»
Link
Ayə 64
65

Ali-İmran surəsi Ayə 65

Quran-ı Kərim

Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!
Link
Ayə 65
66

Ali-İmran surəsi Ayə 66

Quran-ı Kərim

Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.
Link
Ayə 66
67

Ali-İmran surəsi Ayə 67

Quran-ı Kərim

İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.
Link
Ayə 67
68

Ali-İmran surəsi Ayə 68

Quran-ı Kərim

Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.
Link
Ayə 68
69

Ali-İmran surəsi Ayə 69

Quran-ı Kərim

Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).
Link
Ayə 69
70

Ali-İmran surəsi Ayə 70

Quran-ı Kərim

Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!
Link
Ayə 70
71

Ali-İmran surəsi Ayə 71

Quran-ı Kərim

Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!
Link
Ayə 71
72

Ali-İmran surəsi Ayə 72

Quran-ı Kərim

Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: «İman gətirənlərə nazil olan şeylərə (Qur’an ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər).»
Link
Ayə 72
73

Ali-İmran surəsi Ayə 73

Quran-ı Kərim

(Həmçinin dedilər): «Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) - de: «Əlbəttə hidayət, Allahın hidayətidir» - ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik olmalarını və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin).» De: «Fəzilət və rəhmət Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir.»
Link
Ayə 73
74

Ali-İmran surəsi Ayə 74

Quran-ı Kərim

İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir.
Link
Ayə 74
75

Ali-İmran surəsi Ayə 75

Quran-ı Kərim

Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər.
Link
Ayə 75
76

Ali-İmran surəsi Ayə 76

Quran-ı Kərim

Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır).
Link
Ayə 76
77

Ali-İmran surəsi Ayə 77

Quran-ı Kərim

Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
Link
Ayə 77
78

Ali-İmran surəsi Ayə 78

Quran-ı Kərim

Və əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər.
Link
Ayə 78
79

Ali-İmran surəsi Ayə 79

Quran-ı Kərim

Heç bir bəşərə yaraşmaz və mümkün deyil ki, Allah ona (səmavi) kitab və hikmət, yaxud mütləq hökm etmək səlahiyyəti və peyğəmbərlik versin, sonra o, insanlara «Allahın yerinə mənim qullarım olun!» desin. Və lakin (ona belə demək yaraşar ki): «kitabın müəllimləri olduğunuz və onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi və din alimləri olun.»
Link
Ayə 79
80

Ali-İmran surəsi Ayə 80

Quran-ı Kərim

Həmçinin sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb götürməyi əmr etməsi yaraşmaz. Məgər (hansısa bir peyğəmbər) siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?!
Link
Ayə 80
81

Ali-İmran surəsi Ayə 81

Quran-ı Kərim

Və (yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən və onların ümmətlərindən) əhd-peyman aldı ki, sizə kitab və hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin və kömək edin. (Allah sonra) buyurdu: «Təsdiq etdinizmi və bu (məsələ) barədə Mənim təkid olunmuş əhd-peymanımı qəbul etdinizmi?» Dedilər: «Təsdiq etdik.» Buyurdu: «Belə isə, (bu əhd-peyman mübadiləsinə) şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm.»
Link
Ayə 81
82

Ali-İmran surəsi Ayə 82

Quran-ı Kərim

Buna görə də kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!
Link
Ayə 82
83

Ali-İmran surəsi Ayə 83

Quran-ı Kərim

Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaqdır.
Link
Ayə 83
84

Ali-İmran surəsi Ayə 84

Quran-ı Kərim

De: «Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə də Musaya, İsaya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və onların peyğəmbərliklərinə və bir Allah tərəfindən göndərilmələrinə etiqad baxımından) onların heç birisinin arasında fərq qoymuruq və biz yalnız Ona təslimik».
Link
Ayə 84
85

Ali-İmran surəsi Ayə 85

Quran-ı Kərim

Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir.
Link
Ayə 85
86

Ali-İmran surəsi Ayə 86

Quran-ı Kərim

İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etməz.
Link
Ayə 86
87

Ali-İmran surəsi Ayə 87

Quran-ı Kərim

Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır.
Link
Ayə 87
88

Ali-İmran surəsi Ayə 88

Quran-ı Kərim

O lənətdə həmişəlikdirlər. Onların əzabı yüngülləşdirilməyəcək, onlara (rəhmət və ehsan) nəzər(i) salınmayacaq və qərara alınmış əzablarının təxirə düşməsi üçün onlara möhlət verilməyəcəkdir.
Link
Ayə 88
89

Ali-İmran surəsi Ayə 89

Quran-ı Kərim

Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 89
90

Ali-İmran surəsi Ayə 90

Quran-ı Kərim

Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır.) Onlardır doğru yoldan azanlar.
Link
Ayə 90
91

Ali-İmran surəsi Ayə 91

Quran-ı Kərim

Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır.
Link
Ayə 91
92

Ali-İmran surəsi Ayə 92

Quran-ı Kərim

Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.
Link
Ayə 92
93

Ali-İmran surəsi Ayə 93

Quran-ı Kərim

Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə və ya etdiyi nəzrə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) De: «Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin).»
Link
Ayə 93
94

Ali-İmran surəsi Ayə 94

Quran-ı Kərim

Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!
Link
Ayə 94
95

Ali-İmran surəsi Ayə 95

Quran-ı Kərim

De: «Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə və İbrahimin dinində halal olub). Buna görə də haqpərəst olan və müşriklərdən olmayan İbrahimin dininə tabe olun.»
Link
Ayə 95
96

Ali-İmran surəsi Ayə 96

Quran-ı Kərim

Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.
Link
Ayə 96
97

Ali-İmran surəsi Ayə 97

Quran-ı Kərim

Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır (amanda olmalıdır). Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.
Link
Ayə 97
98

Ali-İmran surəsi Ayə 98

Quran-ı Kərim

De: «Ey kitab əhli, nə üçün Allah etdiyiniz əməllərə şahid olduğu halda Allahın ayələrinə və nişanələrinə küfr edirsiniz?!»
Link
Ayə 98
99

Ali-İmran surəsi Ayə 99

Quran-ı Kərim

De: «Ey kitab əhli, nə üçün Allahın yolunu özünüz (onun haqq olmasına) şahid olduğunuz halda əymək istəyərək iman gətirən şəxsi Allahın yolundan saxlayırsınız?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.»
Link
Ayə 99
100

Ali-İmran surəsi Ayə 100

Quran-ı Kərim

Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.
Link
Ayə 100
101

Ali-İmran surəsi Ayə 101

Quran-ı Kərim

Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.
Link
Ayə 101
102

Ali-İmran surəsi Ayə 102

Quran-ı Kərim

Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.
Link
Ayə 102
103

Ali-İmran surəsi Ayə 103

Quran-ı Kərim

Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.
Link
Ayə 103
104

Ali-İmran surəsi Ayə 104

Quran-ı Kərim

Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!
Link
Ayə 104
105

Ali-İmran surəsi Ayə 105

Quran-ı Kərim

(Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır.
Link
Ayə 105
106

Ali-İmran surəsi Ayə 106

Quran-ı Kərim

Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!»
Link
Ayə 106
107

Ali-İmran surəsi Ayə 107

Quran-ı Kərim

Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar.
Link
Ayə 107
108

Ali-İmran surəsi Ayə 108

Quran-ı Kərim

Bunlar (axirət aləminin hekayətləri), Allahın ayələridir ki, onları haqq və doğru olaraq sənə oxuyuruq. Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir.
Link
Ayə 108
109

Ali-İmran surəsi Ayə 109

Quran-ı Kərim

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.
Link
Ayə 109
110

Ali-İmran surəsi Ayə 110

Quran-ı Kərim

Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.
Link
Ayə 110
111

Ali-İmran surəsi Ayə 111

Quran-ı Kərim

Onlar (yəhudilər və xristianlar) sizə azacıq əziyyətdən savayı əsla ziyan vura bilməzlər. Əgər sizinlə döyüşsələr, sizə arxa çevirərlər (dönüb qaçarlar), sonra kömək olunmazlar.
Link
Ayə 111
112

Ali-İmran surəsi Ayə 112

Quran-ı Kərim

Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər. Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır.
Link
Ayə 112
113

Ali-İmran surəsi Ayə 113

Quran-ı Kərim

Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar.
Link
Ayə 113
114

Ali-İmran surəsi Ayə 114

Quran-ı Kərim

Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər.
Link
Ayə 114
115

Ali-İmran surəsi Ayə 115

Quran-ı Kərim

Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir.
Link
Ayə 115
116

Ali-İmran surəsi Ayə 116

Quran-ı Kərim

Şübhəsiz, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi əsla dəf etməyəcəkdir. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
Link
Ayə 116
117

Ali-İmran surəsi Ayə 117

Quran-ı Kərim

Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.
Link
Ayə 117
118

Ali-İmran surəsi Ayə 118

Quran-ı Kərim

Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik.
Link
Ayə 118
119

Ali-İmran surəsi Ayə 119

Quran-ı Kərim

Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman «iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: «Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.»
Link
Ayə 119
120

Ali-İmran surəsi Ayə 120

Quran-ı Kərim

Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.
Link
Ayə 120
121

Ali-İmran surəsi Ayə 121

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə (danışıqlarınızı) eşidən və (fikirlərinizi) biləndir.
Link
Ayə 121
122

Ali-İmran surəsi Ayə 122

Quran-ı Kərim

O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
Link
Ayə 122
123

Ali-İmran surəsi Ayə 123

Quran-ı Kərim

Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.
Link
Ayə 123
124

Ali-İmran surəsi Ayə 124

Quran-ı Kərim

O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin.
Link
Ayə 124
125

Ali-İmran surəsi Ayə 125

Quran-ı Kərim

Bəli, əgər səbr etsəniz və təqvalı olsanız və onlar həmin tezliklə və haray-həşirlə sizə üz tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər.
Link
Ayə 125
126

Ali-İmran surəsi Ayə 126

Quran-ı Kərim

Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).
Link
Ayə 126
127

Ali-İmran surəsi Ayə 127

Quran-ı Kərim

(Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.
Link
Ayə 127
128

Ali-İmran surəsi Ayə 128

Quran-ı Kərim

Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)
Link
Ayə 128
129

Ali-İmran surəsi Ayə 129

Quran-ı Kərim

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 129
130

Ali-İmran surəsi Ayə 130

Quran-ı Kərim

Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.
Link
Ayə 130
131

Ali-İmran surəsi Ayə 131

Quran-ı Kərim

Kafirlər üçün hazırlanmış oddan çəkinin.
Link
Ayə 131
132

Ali-İmran surəsi Ayə 132

Quran-ı Kərim

Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız.
Link
Ayə 132
133

Ali-İmran surəsi Ayə 133

Quran-ı Kərim

Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.
Link
Ayə 133
134

Ali-İmran surəsi Ayə 134

Quran-ı Kərim

(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.
Link
Ayə 134
135

Ali-İmran surəsi Ayə 135

Quran-ı Kərim

Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər.
Link
Ayə 135
136

Ali-İmran surəsi Ayə 136

Quran-ı Kərim

Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!
Link
Ayə 136
137

Ali-İmran surəsi Ayə 137

Quran-ı Kərim

Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın.
Link
Ayə 137
138

Ali-İmran surəsi Ayə 138

Quran-ı Kərim

Bu (Qur’an), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir.
Link
Ayə 138
139

Ali-İmran surəsi Ayə 139

Quran-ı Kərim

Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.
Link
Ayə 139
140

Ali-İmran surəsi Ayə 140

Quran-ı Kərim

Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.
Link
Ayə 140
141

Ali-İmran surəsi Ayə 141

Quran-ı Kərim

Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!
Link
Ayə 141
142

Ali-İmran surəsi Ayə 142

Quran-ı Kərim

Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!
Link
Ayə 142
143

Ali-İmran surəsi Ayə 143

Quran-ı Kərim

Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)
Link
Ayə 143
144

Ali-İmran surəsi Ayə 144

Quran-ı Kərim

Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.
Link
Ayə 144
145

Ali-İmran surəsi Ayə 145

Quran-ı Kərim

Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.
Link
Ayə 145
146

Ali-İmran surəsi Ayə 146

Quran-ı Kərim

Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.
Link
Ayə 146
147

Ali-İmran surəsi Ayə 147

Quran-ı Kərim

(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.»
Link
Ayə 147
148

Ali-İmran surəsi Ayə 148

Quran-ı Kərim

Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir.
Link
Ayə 148
149

Ali-İmran surəsi Ayə 149

Quran-ı Kərim

Ey iman gətirənlər, əgər kafirlərə itaət etsəniz, sizi geriyə (cahiliyyət dövrünün küfr və nadanlığına) qaytararlar, beləliklə də ziyana uğrayarsınız.
Link
Ayə 149
150

Ali-İmran surəsi Ayə 150

Quran-ı Kərim

(Onlar sizə kömək edən və həmçinin itaətə layiq deyildirlər,) əksinə sizin yardımçınız Allahdır və O, kömək edənlərin ən yaxşısıdır.
Link
Ayə 150
151

Ali-İmran surəsi Ayə 151

Quran-ı Kərim

Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.
Link
Ayə 151
152

Ali-İmran surəsi Ayə 152

Quran-ı Kərim

Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir
Link
Ayə 152
153

Ali-İmran surəsi Ayə 153

Quran-ı Kərim

O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.
Link
Ayə 153
154

Ali-İmran surəsi Ayə 154

Quran-ı Kərim

Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü. Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir.» Onlar qəlblərində sənə aşkar etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər: «Əgər (verilən vədələr doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi, biz burada öldürülməzdik!» De: «Əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz, (Lövhi-məhfuzda) barələrində öldürülmək yazılmış, qərara alınmış kəslər (döyüş meydanındakı) yataqlarına tərəf hərəkət edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.
Link
Ayə 154
155

Ali-İmran surəsi Ayə 155

Quran-ı Kərim

Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.
Link
Ayə 155
156

Ali-İmran surəsi Ayə 156

Quran-ı Kərim

Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir.
Link
Ayə 156
157

Ali-İmran surəsi Ayə 157

Quran-ı Kərim

Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır.
Link
Ayə 157
158

Ali-İmran surəsi Ayə 158

Quran-ı Kərim

Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız.
Link
Ayə 158
159

Ali-İmran surəsi Ayə 159

Quran-ı Kərim

Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.
Link
Ayə 159
160

Ali-İmran surəsi Ayə 160

Quran-ı Kərim

Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
Link
Ayə 160
161

Ali-İmran surəsi Ayə 161

Quran-ı Kərim

(Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam və kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir.
Link
Ayə 161
162

Ali-İmran surəsi Ayə 162

Quran-ı Kərim

Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir.
Link
Ayə 162
163

Ali-İmran surəsi Ayə 163

Quran-ı Kərim

Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.
Link
Ayə 163
164

Ali-İmran surəsi Ayə 164

Quran-ı Kərim

Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər.
Link
Ayə 164
165

Ali-İmran surəsi Ayə 165

Quran-ı Kərim

Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) - ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) - «bu müsibət necə və haradandır?» deyirsiniz?! De: «Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız).» Həqiqətən Allah hər bir şeyə qadirdir.
Link
Ayə 165
166

Ali-İmran surəsi Ayə 166

Quran-ı Kərim

İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün).
Link
Ayə 166
167

Ali-İmran surəsi Ayə 167

Quran-ı Kərim

Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!»- deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!» Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.
Link
Ayə 167
168

Ali-İmran surəsi Ayə 168

Quran-ı Kərim

Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə «əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!» deyən kəslərə de: «(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin.»
Link
Ayə 168
169

Ali-İmran surəsi Ayə 169

Quran-ı Kərim

Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.
Link
Ayə 169
170

Ali-İmran surəsi Ayə 170

Quran-ı Kərim

(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar.
Link
Ayə 170
171

Ali-İmran surəsi Ayə 171

Quran-ı Kərim

Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar.
Link
Ayə 171
172

Ali-İmran surəsi Ayə 172

Quran-ı Kərim

(Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul etmiş kəslər-onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır.
Link
Ayə 172
173

Ali-İmran surəsi Ayə 173

Quran-ı Kərim

Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir».
Link
Ayə 173
174

Ali-İmran surəsi Ayə 174

Quran-ı Kərim

Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.
Link
Ayə 174
175

Ali-İmran surəsi Ayə 175

Quran-ı Kərim

Həqiqətən öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!.
Link
Ayə 175
176

Ali-İmran surəsi Ayə 176

Quran-ı Kərim

Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.
Link
Ayə 176
177

Ali-İmran surəsi Ayə 177

Quran-ı Kərim

Həqiqətən küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab vardır.
Link
Ayə 177
178

Ali-İmran surəsi Ayə 178

Quran-ı Kərim

Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
Link
Ayə 178
179

Ali-İmran surəsi Ayə 179

Quran-ı Kərim

Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir (və ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb elmi öyrədir). Odur ki, (qəti və şərti qanunlarının icrasında) Allaha və Onun peyğəmbərlərinə iman gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır.
Link
Ayə 179
180

Ali-İmran surəsi Ayə 180

Quran-ı Kərim

Allahın Öz lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır.
Link
Ayə 180
181

Ali-İmran surəsi Ayə 181

Quran-ı Kərim

Şübhəsiz, Allah (Onun insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin sözlərini eşitdi. Tezliklə dediklərini və Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik. 182. Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.
Link
Ayə 181
182

Ali-İmran surəsi Ayə 182

Quran-ı Kərim

Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.
Link
Ayə 182
183

Ali-İmran surəsi Ayə 183

Quran-ı Kərim

Həmin o kəslər ki, «həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır» dedilər. De: «Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları nə üçün öldürdünüz?!»
Link
Ayə 183
184

Ali-İmran surəsi Ayə 184

Quran-ı Kərim

Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən səndən öncə aydın dəlillər, (hikmətli və nəsihətli) yazılar, aydın və (din və şəriətə) aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər də təkzib olundular.
Link
Ayə 184
185

Ali-İmran surəsi Ayə 185

Quran-ı Kərim

Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
Link
Ayə 185
186

Ali-İmran surəsi Ayə 186

Quran-ı Kərim

Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir.
Link
Ayə 186
187

Ali-İmran surəsi Ayə 187

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir.
Link
Ayə 187
188

Ali-İmran surəsi Ayə 188

Quran-ı Kərim

Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.
Link
Ayə 188
189

Ali-İmran surəsi Ayə 189

Quran-ı Kərim

Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.
Link
Ayə 189
190

Ali-İmran surəsi Ayə 190

Quran-ı Kərim

Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.
Link
Ayə 190
191

Ali-İmran surəsi Ayə 191

Quran-ı Kərim

O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».
Link
Ayə 191
192

Ali-İmran surəsi Ayə 192

Quran-ı Kərim

«Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır».
Link
Ayə 192
193

Ali-İmran surəsi Ayə 193

Quran-ı Kərim

«Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»
Link
Ayə 193
194

Ali-İmran surəsi Ayə 194

Quran-ı Kərim

«Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».
Link
Ayə 194
195

Ali-İmran surəsi Ayə 195

Quran-ı Kərim

Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: «Həqiqətən Mən sizlərdən heç bir əməl sahibinin - istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız - əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır.»
Link
Ayə 195
196

Ali-İmran surəsi Ayə 196

Quran-ı Kərim

Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!
Link
Ayə 196
197

Ali-İmran surəsi Ayə 197

Quran-ı Kərim

(Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.
Link
Ayə 197
198

Ali-İmran surəsi Ayə 198

Quran-ı Kərim

Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.
Link
Ayə 198
199

Ali-İmran surəsi Ayə 199

Quran-ı Kərim

Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qur’ana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).
Link
Ayə 199
200

Ali-İmran surəsi Ayə 200

Quran-ı Kərim

Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.
Link
Ayə 200

Süra Haqqında

📖 Ümumi Məlumat

  • Nömrəsi: Quranda 3‑cü surə
  • Ayə sayı: 200
  • Kəlmə sayı: 3508
  • Hərf sayı: 14,984
  • Nazil olduğu yer: Mədinə
  • Xüsusiyyət: Qurandakı böyük surələrdən biridir, təxminən 1,5 cüzü əhatə edir.
  • Başlanğıcı: Hərflərdən ibarət “الم” ilə başlayır.
  • Digər adı: “Tayyiba” – pak və təmiz.

🌟 Adlandırma

  • Surənin adı Al‑İmran – çünki 33 və 35‑ci ayələrdə İmran və onun ailəsinə işarə olunur.
  • Surə həmçinin Tayyiba adlanır – Məryəmin paklığına işarədir.
  • Bəqərə və Al‑İmran birlikdə Zahraveyn adlandırılır.
  • İmam Əli (ə) bu iki surəni “Cəmal al‑Quran” adlandırmışdır.

📊 Nazil olma ardıcıllığı

  • Nazil olma sırasına görə: 89‑cu surə.
  • Qurandakı düzülüşdə: 3‑cü surə.
  • 3‑cü və 4‑cü cüzlərdə yerləşir.
  • Bədr və Uhud döyüşləri dövründə (hicrətin 2‑3‑cü illəri) nazil olmuşdur.

📚 Məzmun

  • Tövhid və Allahın sifətləri
  • Axirət və məad
  • Cihad və döyüşlərdən ibrət (Bədr və Uhud)
  • Fiqh hökmləri: Kəbə, Həcc, əmr be‑mə’ruf və nəhy əz‑münkər, vilayət və bəraət, əmanət, infaq, yalanın qadağan olunması.
  • Birlik və səbir: Müsəlmanların düşmən qarşısında birliyə və səbrə çağırılması.
  • Tarixi hekayələr: Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə).
  • Həzrət Məryəmin həyatı və fəzilətləri.
  • Müxaliflərin fitnələri: Musa və İsa peyğəmbərin ümmətlərinin üsyankarlarının İslama qarşı planları.

🌟 Tarixi hekayələr

  • Məryəmin anasının nəzir və doğumu (3537)
  • Zəkəriyyanın duası və Yəhyanın doğumu (3841)
  • Məryəmin seçilməsi və üstünlüyü (4144)
  • İsanın doğumu (4547)
  • İsanın risaləti, möcüzələri, həvariləri və ucaldılması (4855)
  • Mübahilə – Nəcran xristianları ilə qarşılaşma (61)
  • Kəbənin tikilməsi (9697)
  • Uhud döyüşü (121‑122, 152‑154, 166‑168, 172)
  • Bədr döyüşü və mələklərin yardımı (123‑126)

🌟 Şə’n‑i Nüzul nümunələri

  • Nəcran xristianları ilə mübahisə: Surənin ilk 80 ayəsi onların suallarına cavab olaraq nazil olmuşdur.
  • Yəhudilərin və müşriklərin məğlubiyyəti: Ayə 12 Bədr və Uhud döyüşləri sonrası nazil olmuşdur.
  • Mübahilə: Ayə 61 Nəcran heyəti ilə mübahilə hadisəsinə aiddir.
  • Yəhudilərin hiyləsi: Ayə 72 onların gündüz iman edib axşam inkar etmə planına cavabdır.

🌟 Məşhur Ayələr

 

🌟 Ayə 7 – Muhkəm və Mütaşabih

“Odur ki, sənə kitabı nazil etdi; onun bir hissəsi muhkəm ayələrdir – kitabın əsası, digərləri isə mütaşabihdir...”
  • Muhkəm ayələr: mənası açıq və aydın, dinin əsası.
  • Mütaşabih ayələr: təfsir və təvilə ehtiyac duyan, dərin mənalı ayələr.
  • Mufəssirlər: bu ayə Quranda müxtəlif dərəcəli ayələrin mövcudluğunu göstərir.

🌟 Ayə 19 – Din Haqq

“Allah yanında din yalnız İslamdır.”
  • Əllamə Təbatəbai: “İslam” burada təslimiyyət mənasındadır.
  • Bütün ilahi dinlərin əsası – Allah qarşısında təslim olmaq.
  • İslam sonuncu və kamil din olaraq təqdim olunur.

🌟 Ayə 26 – Mülk Ayəsi

“De: Ey Allahım, mülkün sahibi! İstədiyinə mülk verirsən, istədiyindən alırsan...”
  • Allahın hakimiyyət və qüdrətinin tamlığı.
  • Tarixi kontekstdə: müsəlmanlara güc və izzət verilməsi, kafirlərin gücünün alınması.
  • Ayə Allahın mülk üzərində tam ixtiyarını göstərir.

🌟 Ayə 37 – Məhrəb Ayəsi

“Zəkəriyya hər dəfə Məryəmin məhrəbinə daxil olduqda yanında ruzi görürdü...”
  • Məryəmin paklığı və Allah tərəfindən xüsusi ruzi ilə təmin olunması.
  • Rəvayətlərdə bu ayə Həzrət Fatimənin (s) məqamına da tətbiq olunmuşdur.
  • İlahi ruzi və möcüzəvi qidalanma mövzusu.

🌟 Ayə 61 – Mübahilə Ayəsi

“Gəlin, oğullarımızı, qadınlarımızı, özümüzü çağıraq, sonra dua edək və Allahın lənətini yalançılara yönəldək.”
  • Nəcran xristianları ilə mübahilə hadisəsi.
  • Şiə təfsirlərində Əhli‑Beytin (ə) fəzilətinə ən güclü dəlil.
  • İmam Əli (ə) Peyğəmbərin (s) “nəfsi” kimi təqdim olunur.
  • İmam Rza (ə): bu ayə Əlinin (ə) Qurandakı ən böyük fəzilətidir.

🌟 Ayə 92 – İnfaq Ayəsi

“Heç vaxt yaxşılığa çatmazsınız, sevdiyiniz şeylərdən infaq etməyincə...”
  • “Birr” – geniş mənada xeyir, təqva, salehlik.
  • Şərtlər: insan sevdiyi maldan infaq etməlidir.
  • Əllamə Təbatəbai: mal insanın həyatının bir parçası kimidir, onu infaq etmək böyük imtahandır.
  • Rəvayətlərdə bu ayə Əhli‑Beytə maliyyə haqlarının ödənməsi ilə əlaqələndirilmişdir.

🌟 Ayə 103 – İ’tisam (Birlik) Ayəsi

“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın...”
  • Əsas mövzu: müsəlmanların birliyə dəvəti.
  • Allah İslamla Aus və Xəzrəc qəbilələrinin uzunmüddətli düşmənçiliyini aradan qaldırdı.
  • Ayə müsəlmanların qardaşlıq və məhəbbət yolu ilə xilas olmasını göstərir.

🌟 Ayə 133 – Məğfirət Ayəsi

“Rəbbinizdən bağışlanmaya və göylər və yer qədər geniş cənnətə tələsin...”
  • “Müsarəə” – xeyirdə sürətli olmaq.
  • Quranda tez‑tez “məğfirət” və “cənnət” birlikdə zikr olunur.
  • İmam Əli (ə): “məğfirət” vacib əməllərin yerinə yetirilməsidir.

🌟 Ayə 134 – Kəzm‑i Qeyz (Qəzəbi boğmaq)

“Onlar bolluqda və darlıqda infaq edərlər, qəzəblərini boğarlar, insanları bağışlayarlar...”
  • Təqvalıların üç mərhələsi:
    1. Qəzəbi boğmaq.
    2. Bağışlamaq.
    3. İhsan etmək.
  • İmam Səccad (ə) ilə bağlı rəvayətdə xidmətçisi səhv etdikdə ayənin hissələrini oxudu, İmam da hər mərhələni əməl edərək onu azad etdi.

    🌟 Ayə 169 – Şəhidlərin Diriliyi

    “Allah yolunda öldürülənləri ölü sanmayın, onlar diridirlər və Rəbbinin yanında ruzi alırlar.”
    • Şəhidlərin ölü olmadığı, Allah yanında ruzi və həyat sahibi olduqları.
    • Əllamə Təbatəbai: “ölüm” burada şüur və idrakın itməsini ifadə etmir, şəhidlər idrak və ruziyə malikdirlər.
    • Bu ayə şəhidlərin yüksək məqamını təsdiqləyir.

    🌟 Ayələr 192‑194 – “Rabbənā” Duaları

    “Rabbənā, bizi bağışla, günahlarımızı ört, bizi əbrarlarla birgə öldür...”
    • Möminlərin dilindən dualar.
    • Əsas mövzular: bağışlanma, əbrarlarla birgə olmaq, axirətdə rüsvay olmamaq.
    • “Munadi” – Peyğəmbərin (s) iman çağırışı.
    • Əllamə Təbatəbai: iman həm fitrət, həm də peyğəmbərin dəvəti ilə formalaşır.

    🌟 Digər məşhur ayələr

    • Ayə 3: Tövrat və İncilin təsdiqi.
    • Ayə 27: Gecə və gündüzün dəyişməsi.
    • Ayə 144: Peyğəmbərin vəfatından sonra cəmiyyətin cahiliyyətə dönməməsi.
    • Ayə 159: Peyğəmbərin gözəl əxlaqı.
    • Ayə 164: Allahın möminlərə neməti.
    • Ayə 185: Hər kəsin ölümü dadacağı.
    • Ayə 191: Allahı hər halda yad etmək.
    • Ayə 200: Surənin yekunu – səbir, ictimai səbir (musabərə), əməkdaşlıq (murabətə) və təqva.

🌟 Fəzilət

  • Peyğəmbər (s): “Kim Al‑İmran surəsini oxusa, Allah hər ayəsi üçün ona Sirat körpüsündən keçmək üçün bir əmanət verər.”
  • Surənin oxunması möminə səbir, birlik və hidayət qazandırır.
  • İmam Əli (ə) Bəqərə və Al‑İmran surələrini “Quranın gözəlliyi” adlandırmışdır.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim