Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Bələd surəsi

Əl-Bələd surəsi Ayələri

Toplam 20 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Bələd surəsi Ayə 1

Quran-ı Kərim

Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),
Link
Ayə 1
2

Əl-Bələd surəsi Ayə 2

Quran-ı Kərim

Sənin yerləşdiyin bu şəhərə;
Link
Ayə 2
3

Əl-Bələd surəsi Ayə 3

Quran-ı Kərim

Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,
Link
Ayə 3
4

Əl-Bələd surəsi Ayə 4

Quran-ı Kərim

Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).
Link
Ayə 4
5

Əl-Bələd surəsi Ayə 5

Quran-ı Kərim

Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!
Link
Ayə 5
6

Əl-Bələd surəsi Ayə 6

Quran-ı Kərim

(Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!»-deyir.
Link
Ayə 6
7

Əl-Bələd surəsi Ayə 7

Quran-ı Kərim

Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!
Link
Ayə 7
8

Əl-Bələd surəsi Ayə 8

Quran-ı Kərim

Məgər Biz ona iki (görən) göz vermədikmi?!
Link
Ayə 8
9

Əl-Bələd surəsi Ayə 9

Quran-ı Kərim

Və (eləcə də) bir dil və iki dodaq(vermədikmi) ?!
Link
Ayə 9
10

Əl-Bələd surəsi Ayə 10

Quran-ı Kərim

Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!
Link
Ayə 10
11

Əl-Bələd surəsi Ayə 11

Quran-ı Kərim

Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.
Link
Ayə 11
12

Əl-Bələd surəsi Ayə 12

Quran-ı Kərim

Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!
Link
Ayə 12
13

Əl-Bələd surəsi Ayə 13

Quran-ı Kərim

(O) Bir qul azad etməkdir.
Link
Ayə 13
14

Əl-Bələd surəsi Ayə 14

Quran-ı Kərim

Yaxud qıtlıq və aclıq günü yemək verməkdir–
Link
Ayə 14
15

Əl-Bələd surəsi Ayə 15

Quran-ı Kərim

Qohum olan bir yetimə,
Link
Ayə 15
16

Əl-Bələd surəsi Ayə 16

Quran-ı Kərim

Və ya yerə sərilmiş bir miskinə!
Link
Ayə 16
17

Əl-Bələd surəsi Ayə 17

Quran-ı Kərim

Bunlardan əlavə, iman gətirən və bir – birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
Link
Ayə 17
18

Əl-Bələd surəsi Ayə 18

Quran-ı Kərim

Onlar xeyir – bərəkət və səadət əshabıdır (sahibləridir).
Link
Ayə 18
19

Əl-Bələd surəsi Ayə 19

Quran-ı Kərim

Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).
Link
Ayə 19
20

Əl-Bələd surəsi Ayə 20

Quran-ı Kərim

Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb – yandırması çoxdur, çıxış yolu isə bağlıdır).
Link
Ayə 20

Süra Haqqında

Əl-Bələd surəsi Quran-ı Kərimdə 90. surədir və 20 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 20 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim