Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Bəyyinə surəsi

Əl-Bəyyinə surəsi Ayələri

Toplam 8 ayə • Mədəni sürəsi

Tam tərcümə
1

Əl-Bəyyinə surəsi Ayə 1

Quran-ı Kərim

Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq – aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);
Link
Ayə 1
2

Əl-Bəyyinə surəsi Ayə 2

Quran-ı Kərim

(Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.
Link
Ayə 2
3

Əl-Bəyyinə surəsi Ayə 3

Quran-ı Kərim

Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır.
Link
Ayə 3
4

Əl-Bəyyinə surəsi Ayə 4

Quran-ı Kərim

Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).
Link
Ayə 4
5

Əl-Bəyyinə surəsi Ayə 5

Quran-ı Kərim

Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!
Link
Ayə 5
6

Əl-Bəyyinə surəsi Ayə 6

Quran-ı Kərim

Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.
Link
Ayə 6
7

Əl-Bəyyinə surəsi Ayə 7

Quran-ı Kərim

Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.
Link
Ayə 7
8

Əl-Bəyyinə surəsi Ayə 8

Quran-ı Kərim

Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.
Link
Ayə 8

Süra Haqqında

Əl-Bəyyinə surəsi Quran-ı Kərimdə 98. surədir və 8 ayədən ibarətdir. Mədəni surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 8 ayə - tam tərcümə və təfsir
  • Mədəni - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim