Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Buruc ‏ surəsi

Əl-Buruc ‏ surəsi Ayələri

Toplam 22 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Buruc ‏ surəsi Ayə 1

Quran-ı Kərim

And olsun bürcləri olan göyə
Link
Ayə 1
2

Əl-Buruc ‏ surəsi Ayə 2

Quran-ı Kərim

Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)
Link
Ayə 2
3

Əl-Buruc ‏ surəsi Ayə 3

Quran-ı Kərim

Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül - Əsvəd»ə və onun şahid olduqlarına);
Link
Ayə 3
4

Əl-Buruc ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!
Link
Ayə 4
5

Əl-Buruc ‏ surəsi Ayə 5

Quran-ı Kərim

O odunla dolu şölələnən atəş.
Link
Ayə 5
6

Əl-Buruc ‏ surəsi Ayə 6

Quran-ı Kərim

O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.
Link
Ayə 6
7

Əl-Buruc ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.
Link
Ayə 7
8

Əl-Buruc ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular.
Link
Ayə 8
9

Əl-Buruc ‏ surəsi Ayə 9

Quran-ı Kərim

O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir –bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.
Link
Ayə 9
10

Əl-Buruc ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh edilir.)
Link
Ayə 10
11

Əl-Buruc ‏ surəsi Ayə 11

Quran-ı Kərim

Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!
Link
Ayə 11
12

Əl-Buruc ‏ surəsi Ayə 12

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.
Link
Ayə 12
13

Əl-Buruc ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.
Link
Ayə 13
14

Əl-Buruc ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Odur! (İtaətkarları) bağışlayan və çox sevən!
Link
Ayə 14
15

Əl-Buruc ‏ surəsi Ayə 15

Quran-ı Kərim

(O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı – şövkətlidir.
Link
Ayə 15
16

Əl-Buruc ‏ surəsi Ayə 16

Quran-ı Kərim

İstədiyini qüdrətlə yerinə yetirəndir.
Link
Ayə 16
17

Əl-Buruc ‏ surəsi Ayə 17

Quran-ı Kərim

O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?
Link
Ayə 17
18

Əl-Buruc ‏ surəsi Ayə 18

Quran-ı Kərim

Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!
Link
Ayə 18
19

Əl-Buruc ‏ surəsi Ayə 19

Quran-ı Kərim

(Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.
Link
Ayə 19
20

Əl-Buruc ‏ surəsi Ayə 20

Quran-ı Kərim

(Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)
Link
Ayə 20
21

Əl-Buruc ‏ surəsi Ayə 21

Quran-ı Kərim

(Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı - şövkətli bir kitabdır.
Link
Ayə 21
22

Əl-Buruc ‏ surəsi Ayə 22

Quran-ı Kərim

O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi - Məhfuzda) yazılmışdır.
Link
Ayə 22

Süra Haqqında

Əl-Buruc ‏ surəsi Quran-ı Kərimdə 85. surədir və 22 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 22 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim