Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Cinnə surəsi

Əl-Cinnə surəsi Ayələri

Toplam 28 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Cinnə surəsi Ayə 1

Quran-ı Kərim

De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».
Link
Ayə 1
2

Əl-Cinnə surəsi Ayə 2

Quran-ı Kərim

«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.» (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).
Link
Ayə 2
3

Əl-Cinnə surəsi Ayə 3

Quran-ı Kərim

«Və (biz iman gətirdik.) Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad».
Link
Ayə 3
4

Əl-Cinnə surəsi Ayə 4

Quran-ı Kərim

«Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guya Onun zövcəsi və övladı vardır)».
Link
Ayə 4
5

Əl-Cinnə surəsi Ayə 5

Quran-ı Kərim

«Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz».
Link
Ayə 5
6

Əl-Cinnə surəsi Ayə 6

Quran-ı Kərim

«İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar».
Link
Ayə 6
7

Əl-Cinnə surəsi Ayə 7

Quran-ı Kərim

«Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir».
Link
Ayə 7
8

Əl-Cinnə surəsi Ayə 8

Quran-ı Kərim

«Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük».
Link
Ayə 8
9

Əl-Cinnə surəsi Ayə 9

Quran-ı Kərim

«Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».
Link
Ayə 9
10

Əl-Cinnə surəsi Ayə 10

Quran-ı Kərim

«Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir».
Link
Ayə 10
11

Əl-Cinnə surəsi Ayə 11

Quran-ı Kərim

«(Qur’ana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».
Link
Ayə 11
12

Əl-Cinnə surəsi Ayə 12

Quran-ı Kərim

«Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».
Link
Ayə 12
13

Əl-Cinnə surəsi Ayə 13

Quran-ı Kərim

«Və elə ki, biz bu hidayətedicini (Qur’anı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».
Link
Ayə 13
14

Əl-Cinnə surəsi Ayə 14

Quran-ı Kərim

«Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».
Link
Ayə 14
15

Əl-Cinnə surəsi Ayə 15

Quran-ı Kərim

«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinlərin sözünün sonu.)
Link
Ayə 15
16

Əl-Cinnə surəsi Ayə 16

Quran-ı Kərim

«(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,
Link
Ayə 16
17

Əl-Cinnə surəsi Ayə 17

Quran-ı Kərim

Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər».
Link
Ayə 17
18

Əl-Cinnə surəsi Ayə 18

Quran-ı Kərim

«Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın».
Link
Ayə 18
19

Əl-Cinnə surəsi Ayə 19

Quran-ı Kərim

«Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər və müşriklər Qur’anın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».
Link
Ayə 19
20

Əl-Cinnə surəsi Ayə 20

Quran-ı Kərim

De: «Mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi (tanrılıq və ibadətdə) Ona şərik qoşmaram».
Link
Ayə 20
21

Əl-Cinnə surəsi Ayə 21

Quran-ı Kərim

De: «Mən sizə nə bir zərər vurmaq, nə də bir hidayətə çatdırmaq (qüdrətinə) malik deyiləm».
Link
Ayə 21
22

Əl-Cinnə surəsi Ayə 22

Quran-ı Kərim

De: «Şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz və mən də Ondan başqa bir sığınacaq əsla tapmaram»
Link
Ayə 22
23

Əl-Cinnə surəsi Ayə 23

Quran-ı Kərim

«(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar.
Link
Ayə 23
24

Əl-Cinnə surəsi Ayə 24

Quran-ı Kərim

Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.
Link
Ayə 24
25

Əl-Cinnə surəsi Ayə 25

Quran-ı Kərim

De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir.»
Link
Ayə 25
26

Əl-Cinnə surəsi Ayə 26

Quran-ı Kərim

(Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz.
Link
Ayə 26
27

Əl-Cinnə surəsi Ayə 27

Quran-ı Kərim

Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər.) Allah onun önündən və arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)
Link
Ayə 27
28

Əl-Cinnə surəsi Ayə 28

Quran-ı Kərim

Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də insanlara) çatdırdığını bilsin (və əzəli elmi həyata keçsin). Allah onlarda olanları (öz elmi ilə) ehtiva etmişdir.O, hər şeyin sayını bilir.»
Link
Ayə 28

Süra Haqqında

Əl-Cinnə surəsi Quran-ı Kərimdə 72. surədir və 28 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 28 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim