Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əd-Duxan ‏ surəsi

Əd-Duxan ‏ surəsi Ayələri

Toplam 59 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əd-Duxan ‏ surəsi Ayə 1

Quran-ı Kərim

Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
Link
Ayə 1
2

Əd-Duxan ‏ surəsi Ayə 2

Quran-ı Kərim

And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki,
Link
Ayə 2
3

Əd-Duxan ‏ surəsi Ayə 3

Quran-ı Kərim

Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq.
Link
Ayə 3
4

Əd-Duxan ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Qur’anın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).
Link
Ayə 4
5

Əd-Duxan ‏ surəsi Ayə 5

Quran-ı Kərim

Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.
Link
Ayə 5
6

Əd-Duxan ‏ surəsi Ayə 6

Quran-ı Kərim

Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur.
Link
Ayə 6
7

Əd-Duxan ‏ surəsi Ayə 7

Quran-ı Kərim

(O,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir, əgər inanansınızsa!
Link
Ayə 7
8

Əd-Duxan ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir.
Link
Ayə 8
9

Əd-Duxan ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar.
Link
Ayə 9
10

Əd-Duxan ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə.
Link
Ayə 10
11

Əd-Duxan ‏ surəsi Ayə 11

Quran-ı Kərim

O bütün insanları bürüyəcək. (Və deyiləcək:) «Bu ağrılı bir əzabdır.»
Link
Ayə 11
12

Əd-Duxan ‏ surəsi Ayə 12

Quran-ı Kərim

(Hamı belə deyəcək:) «Ey Rəbbimiz! Bu əzabı bizdən dəf et ki, biz iman əhliyik.»
Link
Ayə 12
13

Əd-Duxan ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?!
Link
Ayə 13
14

Əd-Duxan ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir.»
Link
Ayə 14
15

Əd-Duxan ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Biz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız.
Link
Ayə 15
16

Əd-Duxan ‏ surəsi Ayə 16

Quran-ı Kərim

(Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır). Çünki Biz intiqam alanıq.
Link
Ayə 16
17

Əd-Duxan ‏ surəsi Ayə 17

Quran-ı Kərim

Həqiqətən Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi.
Link
Ayə 17
18

Əd-Duxan ‏ surəsi Ayə 18

Quran-ı Kərim

(Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən mən sizin üçün etibarlı bir peyğəmbərəm.
Link
Ayə 18
19

Əd-Duxan ‏ surəsi Ayə 19

Quran-ı Kərim

Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm.
Link
Ayə 19
20

Əd-Duxan ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.
Link
Ayə 20
21

Əd-Duxan ‏ surəsi Ayə 21

Quran-ı Kərim

Əgər mənə iman gətirmirsinizsə, onda məndən uzaqlaşın və məni tək qoyun.»
Link
Ayə 21
22

Əd-Duxan ‏ surəsi Ayə 22

Quran-ı Kərim

(Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər).»
Link
Ayə 22
23

Əd-Duxan ‏ surəsi Ayə 23

Quran-ı Kərim

(Dedik:) «Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz.
Link
Ayə 23
24

Əd-Duxan ‏ surəsi Ayə 24

Quran-ı Kərim

Və (elə ki, dənizi sənin üçün yardıq və ondan keçdin) qoy dənizdəki geniş yol qalsın (və fironçular da həmin yola daxil olsunlar). Çünki şübhəsiz onlar qərq olunmağa məhkum bir ordudurlar.»
Link
Ayə 24
25

Əd-Duxan ‏ surəsi Ayə 25

Quran-ı Kərim

Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər.
Link
Ayə 25
26

Əd-Duxan ‏ surəsi Ayə 26

Quran-ı Kərim

Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!
Link
Ayə 26
27

Əd-Duxan ‏ surəsi Ayə 27

Quran-ı Kərim

Və necə də sevinib şad olduqları eyş-işrətlər.
Link
Ayə 27
28

Əd-Duxan ‏ surəsi Ayə 28

Quran-ı Kərim

(Bəli,) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik.
Link
Ayə 28
29

Əd-Duxan ‏ surəsi Ayə 29

Quran-ı Kərim

Beləliklə onlara nə göy və yer ağladı və nə də (əzab nazil olan zaman) möhlət tapdılar.
Link
Ayə 29
30

Əd-Duxan ‏ surəsi Ayə 30

Quran-ı Kərim

Həqiqətən Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik.
Link
Ayə 30
31

Əd-Duxan ‏ surəsi Ayə 31

Quran-ı Kərim

Firondan (onun əlindən)! Həqiqətən o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi.
Link
Ayə 31
32

Əd-Duxan ‏ surəsi Ayə 32

Quran-ı Kərim

Həqiqətən Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik.
Link
Ayə 32
33

Əd-Duxan ‏ surəsi Ayə 33

Quran-ı Kərim

Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.
Link
Ayə 33
34

Əd-Duxan ‏ surəsi Ayə 34

Quran-ı Kərim

Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:
Link
Ayə 34
35

Əd-Duxan ‏ surəsi Ayə 35

Quran-ı Kərim

«Həyatın (və insan varlığının) sonu yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik.
Link
Ayə 35
36

Əd-Duxan ‏ surəsi Ayə 36

Quran-ı Kərim

Buna görə də əgər (Qiyamət iddiasında) doğruçusunuzsa, bizim atalarımızı (dirildib) gətirin.»
Link
Ayə 36
37

Əd-Duxan ‏ surəsi Ayə 37

Quran-ı Kərim

(Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.
Link
Ayə 37
38

Əd-Duxan ‏ surəsi Ayə 38

Quran-ı Kərim

Biz göyləri, yeri və o ikisinin arsında olanları oyun-oyuncaq (olaraq və boş yerə) yaratmamışıq.
Link
Ayə 38
39

Əd-Duxan ‏ surəsi Ayə 39

Quran-ı Kərim

Biz o ikisini yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaratmışıq, lakin onların çoxu bilmir.
Link
Ayə 39
40

Əd-Duxan ‏ surəsi Ayə 40

Quran-ı Kərim

Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır.
Link
Ayə 40
41

Əd-Duxan ‏ surəsi Ayə 41

Quran-ı Kərim

Heç bir dost və yoldaşın öz dost və yoldaşından heç bir zərəri dəf etməyəcəyi və onlara kömək olunmayacaq bir gün!
Link
Ayə 41
42

Əd-Duxan ‏ surəsi Ayə 42

Quran-ı Kərim

Allahın rəhm etdiyi kəs istisna olmaqla. Çünki qüdrətli və mehriban Odur.
Link
Ayə 42
43

Əd-Duxan ‏ surəsi Ayə 43

Quran-ı Kərim

Şübhəsiz, (Cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı
Link
Ayə 43
44

Əd-Duxan ‏ surəsi Ayə 44

Quran-ı Kərim

peşəsi günah olan kəsin yeməyidir.
Link
Ayə 44
45

Əd-Duxan ‏ surəsi Ayə 45

Quran-ı Kərim

O qarınlarda qaynayan əridilmiş mis kimidir.
Link
Ayə 45
46

Əd-Duxan ‏ surəsi Ayə 46

Quran-ı Kərim

Qaynar suyun qaynaması kimi!
Link
Ayə 46
47

Əd-Duxan ‏ surəsi Ayə 47

Quran-ı Kərim

Onu tutun və zorla cəhənnəmin ortasına çəkin.
Link
Ayə 47
48

Əd-Duxan ‏ surəsi Ayə 48

Quran-ı Kərim

Sonra başının ortasından bütünlüklə əzab və işkəncə olan qaynar su tökün.
Link
Ayə 48
49

Əd-Duxan ‏ surəsi Ayə 49

Quran-ı Kərim

(Və deyin:) «Dad ki, doğrudan da sən həmin qüdrətli və möhtərəmsən!»
Link
Ayə 49
50

Əd-Duxan ‏ surəsi Ayə 50

Quran-ı Kərim

Bu, sizin, barəsində şübhə etdiyinizdir (həmin əzabdır).
Link
Ayə 50
51

Əd-Duxan ‏ surəsi Ayə 51

Quran-ı Kərim

Həqiqətən təqvalılar (xəstəlik, qəm-qüssə, qocalıq və ölümdən) amanda olan bir yerdə olacaqlar.
Link
Ayə 51
52

Əd-Duxan ‏ surəsi Ayə 52

Quran-ı Kərim

Bağların və çeşmələrin arasında.
Link
Ayə 52
53

Əd-Duxan ‏ surəsi Ayə 53

Quran-ı Kərim

Nazik və qalın ipək paltarlar geyinəcək, (ünsiyyətdə olub söhbət etmək üçün) bir-birləri ilə üz-üzə oturacaqlar.
Link
Ayə 53
54

Əd-Duxan ‏ surəsi Ayə 54

Quran-ı Kərim

(Onların halı) belədir. Və onları hurul-eyn (ağ bədənli və iri gözlü cənnət qadınları) ilə evləndirərik.
Link
Ayə 54
55

Əd-Duxan ‏ surəsi Ayə 55

Quran-ı Kərim

Orada (zərər-ziyanından və zavala uğramasından) xatircəm halda bütün növ meyvələrdən istəyərlər.
Link
Ayə 55
56

Əd-Duxan ‏ surəsi Ayə 56

Quran-ı Kərim

Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur.
Link
Ayə 56
57

Əd-Duxan ‏ surəsi Ayə 57

Quran-ı Kərim

(Bu,) sənin Rəbbin tərəfindən olan bir lütfdür. Bu həmin böyük qurtuluş və uğurdur.
Link
Ayə 57
58

Əd-Duxan ‏ surəsi Ayə 58

Quran-ı Kərim

Həqiqətən Biz bunu (Qur’anı) sənin dilində asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona yatan və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər.
Link
Ayə 58
59

Əd-Duxan ‏ surəsi Ayə 59

Quran-ı Kərim

Buna görə də (onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər.
Link
Ayə 59

Süra Haqqında

Əd-Duxan ‏ surəsi Quran-ı Kərimdə 44. surədir və 59 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 59 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim