Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əbəsə ‏ surəsi

Əbəsə ‏ surəsi Ayələri

Toplam 42 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əbəsə ‏ surəsi Ayə 1

Quran-ı Kərim

Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).
Link
Ayə 1
2

Əbəsə ‏ surəsi Ayə 2

Quran-ı Kərim

O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)
Link
Ayə 2
3

Əbəsə ‏ surəsi Ayə 3

Quran-ı Kərim

Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!
Link
Ayə 3
4

Əbəsə ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Yaxud (haqq sözü eşitməklə) öyüd – nəsihət alacaq və bu öyüd – nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!
Link
Ayə 4
5

Əbəsə ‏ surəsi Ayə 5

Quran-ı Kərim

Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,
Link
Ayə 5
6

Əbəsə ‏ surəsi Ayə 6

Quran-ı Kərim

Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!
Link
Ayə 6
7

Əbəsə ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.
Link
Ayə 7
8

Əbəsə ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,
Link
Ayə 8
9

Əbəsə ‏ surəsi Ayə 9

Quran-ı Kərim

(Özü də Allahından) qorxduğu halda,
Link
Ayə 9
10

Əbəsə ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!
Link
Ayə 10
11

Əbəsə ‏ surəsi Ayə 11

Quran-ı Kərim

Belə olmamalıdır. Bu Qur’an ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.
Link
Ayə 11
12

Əbəsə ‏ surəsi Ayə 12

Quran-ı Kərim

Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).
Link
Ayə 12
13

Əbəsə ‏ surəsi Ayə 13

Quran-ı Kərim

(Bu Qur’an) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.
Link
Ayə 13
14

Əbəsə ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).
Link
Ayə 14
15

Əbəsə ‏ surəsi Ayə 15

Quran-ı Kərim

(Onun üzünü Lövhi – Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.
Link
Ayə 15
16

Əbəsə ‏ surəsi Ayə 16

Quran-ı Kərim

(Onlar) yaxşı iş görən əzizlərdir.
Link
Ayə 16
17

Əbəsə ‏ surəsi Ayə 17

Quran-ı Kərim

Ölsün insan! Nə qədər də kafir və nankordur!
Link
Ayə 17
18

Əbəsə ‏ surəsi Ayə 18

Quran-ı Kərim

(Allahı) onu nədən yaratmışdır?
Link
Ayə 18
19

Əbəsə ‏ surəsi Ayə 19

Quran-ı Kərim

Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.
Link
Ayə 19
20

Əbəsə ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,
Link
Ayə 20
21

Əbəsə ‏ surəsi Ayə 21

Quran-ı Kərim

Sonra onu öldürdü və qəbrə qoydu.
Link
Ayə 21
22

Əbəsə ‏ surəsi Ayə 22

Quran-ı Kərim

Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
Link
Ayə 22
23

Əbəsə ‏ surəsi Ayə 23

Quran-ı Kərim

Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam – kamal surətdə) yerinə yetirməmişdir.
Link
Ayə 23
24

Əbəsə ‏ surəsi Ayə 24

Quran-ı Kərim

Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!
Link
Ayə 24
25

Əbəsə ‏ surəsi Ayə 25

Quran-ı Kərim

Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.
Link
Ayə 25
26

Əbəsə ‏ surəsi Ayə 26

Quran-ı Kərim

Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.
Link
Ayə 26
27

Əbəsə ‏ surəsi Ayə 27

Quran-ı Kərim

Beləliklə orada dən (müxtəlif və saysız – hesabsız növlərdə dənli bitkilər) bitirdik;
Link
Ayə 27
28

Əbəsə ‏ surəsi Ayə 28

Quran-ı Kərim

Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;
Link
Ayə 28
29

Əbəsə ‏ surəsi Ayə 29

Quran-ı Kərim

Zeytun və xurma ağacı;
Link
Ayə 29
30

Əbəsə ‏ surəsi Ayə 30

Quran-ı Kərim

İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;
Link
Ayə 30
31

Əbəsə ‏ surəsi Ayə 31

Quran-ı Kərim

Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot – ələf
Link
Ayə 31
32

Əbəsə ‏ surəsi Ayə 32

Quran-ı Kərim

Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.
Link
Ayə 32
33

Əbəsə ‏ surəsi Ayə 33

Quran-ı Kərim

Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,
Link
Ayə 33
34

Əbəsə ‏ surəsi Ayə 34

Quran-ı Kərim

O gün insan qaçar öz qardaşından;
Link
Ayə 34
35

Əbəsə ‏ surəsi Ayə 35

Quran-ı Kərim

Anasından və atasından;
Link
Ayə 35
36

Əbəsə ‏ surəsi Ayə 36

Quran-ı Kərim

Zövcəsindən və oğullarından.
Link
Ayə 36
37

Əbəsə ‏ surəsi Ayə 37

Quran-ı Kərim

O gün hər bir insanı özü ilə məşğul edəcək işi – gücü olacaqdır.
Link
Ayə 37
38

Əbəsə ‏ surəsi Ayə 38

Quran-ı Kərim

O gün bir çox üzlər parıldayacaq,
Link
Ayə 38
39

Əbəsə ‏ surəsi Ayə 39

Quran-ı Kərim

Güləcək və sevinəcək.
Link
Ayə 39
40

Əbəsə ‏ surəsi Ayə 40

Quran-ı Kərim

O gün bəzi üzlərdə isə toz – torpaq və küdurət olacaqdır.
Link
Ayə 40
41

Əbəsə ‏ surəsi Ayə 41

Quran-ı Kərim

Qaranlıq və zülmət onları bürüyəcəkdir.
Link
Ayə 41
42

Əbəsə ‏ surəsi Ayə 42

Quran-ı Kərim

Onlar həmin kafirlər və pozğunlardır!
Link
Ayə 42

Süra Haqqında

Əbəsə ‏ surəsi Quran-ı Kərimdə 80. surədir və 42 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 42 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim