Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Əla surəsi

Əl-Əla surəsi Ayələri

Toplam 19 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Əla surəsi Ayə 1

Quran-ı Kərim

Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)
Link
Ayə 1
2

Əl-Əla surəsi Ayə 2

Quran-ı Kərim

O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).
Link
Ayə 2
3

Əl-Əla surəsi Ayə 3

Quran-ı Kərim

Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.
Link
Ayə 3
4

Əl-Əla surəsi Ayə 4

Quran-ı Kərim

O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.
Link
Ayə 4
5

Əl-Əla surəsi Ayə 5

Quran-ı Kərim

(Al–əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör – çöpə döndərdi.
Link
Ayə 5
6

Əl-Əla surəsi Ayə 6

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Qur’anı – əzəli elmdə və Lövhi – Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.
Link
Ayə 6
7

Əl-Əla surəsi Ayə 7

Quran-ı Kərim

Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.
Link
Ayə 7
8

Əl-Əla surəsi Ayə 8

Quran-ı Kərim

Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.
Link
Ayə 8
9

Əl-Əla surəsi Ayə 9

Quran-ı Kərim

Əgər öyüd – nəsihət fayda verəcəksə (onlara) öyüd – nəsihət ver,
Link
Ayə 9
10

Əl-Əla surəsi Ayə 10

Quran-ı Kərim

(Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd – nəsihət alacaqdır.
Link
Ayə 10
11

Əl-Əla surəsi Ayə 11

Quran-ı Kərim

Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.
Link
Ayə 11
12

Əl-Əla surəsi Ayə 12

Quran-ı Kərim

O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.
Link
Ayə 12
13

Əl-Əla surəsi Ayə 13

Quran-ı Kərim

Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.
Link
Ayə 13
14

Əl-Əla surəsi Ayə 14

Quran-ı Kərim

Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi
Link
Ayə 14
15

Əl-Əla surəsi Ayə 15

Quran-ı Kərim

Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.
Link
Ayə 15
16

Əl-Əla surəsi Ayə 16

Quran-ı Kərim

Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.
Link
Ayə 16
17

Əl-Əla surəsi Ayə 17

Quran-ı Kərim

Halbuki axirət daha xeyirli və daha baqidir.
Link
Ayə 17
18

Əl-Əla surəsi Ayə 18

Quran-ı Kərim

Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd – nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.
Link
Ayə 18
19

Əl-Əla surəsi Ayə 19

Quran-ı Kərim

İbrahimin və Musanın kitablarında.
Link
Ayə 19

Süra Haqqında

Əl-Əla surəsi Quran-ı Kərimdə 87. surədir və 19 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 19 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim