Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Ənfal ‏ surəsi

سورة الأنفال

Əl-Ənfal ‏ surəsi Ayələri

Toplam 75 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Ənfal ‏ surəsi Ayə 1

Quran-ı Kərim

Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».
Link
Ayə 1
2

Əl-Ənfal ‏ surəsi Ayə 2

Quran-ı Kərim

Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.
Link
Ayə 2
3

Əl-Ənfal ‏ surəsi Ayə 3

Quran-ı Kərim

Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.
Link
Ayə 3
4

Əl-Ənfal ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.
Link
Ayə 4
5

Əl-Ənfal ‏ surəsi Ayə 5

Quran-ı Kərim

(Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları,) Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq (Bədrə sarı) çıxarması kimidir.
Link
Ayə 5
6

Əl-Ənfal ‏ surəsi Ayə 6

Quran-ı Kərim

Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!
Link
Ayə 6
7

Əl-Ənfal ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Və (yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi.
Link
Ayə 7
8

Əl-Ənfal ‏ surəsi Ayə 8

Quran-ı Kərim

(Buna görə də sizi silahlı dəstə ilə üzləşdirdi) ki, günahkarların xoşuna gəlməsə belə, haqqı bərqərar və batili məhv etsin.
Link
Ayə 8
9

Əl-Ənfal ‏ surəsi Ayə 9

Quran-ı Kərim

O zaman (Bədr müharibəsi meydanında) Rəbbinizdən kömək istəyirdiniz. Beləliklə, (Allah) sizin duanızı qəbul etdi ki: «Mən mütləq sizə arxaları ilə minləri gətirən min mələklə kömək edəcəyəm (və mələklərin sayı ümumilikdə üç min oldu ki, beş minə qədər nəzərdə tutulmuşdular. Ali-İmran surəsinin 124-125-ci ayələrinə müraciət edin).
Link
Ayə 9
10

Əl-Ənfal ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Allah onu (həmin köməyi) yalnız (sizin üçün) bir müjdə olması və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (yoxsa, onlar qoşunun içində yalnız qaraltı idilər və düşmənin qətlə yetirilməsində birbaşa iştirak etmirdilər). Kömək yalnız Allah tərəfindəndir. Allah yenilməz qüdrət sahibi və hikmətlidir.
Link
Ayə 10
11

Əl-Ənfal ‏ surəsi Ayə 11

Quran-ı Kərim

O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, Şeytanın murdarlığını (Şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi.
Link
Ayə 11
12

Əl-Ənfal ‏ surəsi Ayə 12

Quran-ı Kərim

O zaman Rəbbin mələklərə vəhy edirdi ki: «Mən sizinləyəm! Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına (başlarına) zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin».
Link
Ayə 12
13

Əl-Ənfal ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Bu (cəza) onların Allah və Onun Peyğəmbəri ilə dava və düşmənçilik etmələrinə görədir. Kim Allah və Onun Peyğəmbəri ilə dava və düşmənçilik etsə, (bilsin ki,) həqiqətən Allah ağır cəzalandırandır.
Link
Ayə 13
14

Əl-Ənfal ‏ surəsi Ayə 14

Quran-ı Kərim

(Ey kafirlər,) budur (dünya əzabı)! Buna görə də dadın onu və əlbəttə, kafirlər üçün (axirətdə) od əzabı (da) vardır.
Link
Ayə 14
15

Əl-Ənfal ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Ey iman gətirənlər, kafirlərlə - onların izdihamlı qoşunları sizə tərəf irəlilədiyi (ya siz onlara tərəf getdiyiniz) halda qarşılaşan zaman, onlara arxa çevirməyin (və meydandan qaçmayın).
Link
Ayə 15
16

Əl-Ənfal ‏ surəsi Ayə 16

Quran-ı Kərim

Həmin gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir. Ora pis bir dönüş yeridir.
Link
Ayə 16
17

Əl-Ənfal ‏ surəsi Ayə 17

Quran-ı Kərim

Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir.
Link
Ayə 17
18

Əl-Ənfal ‏ surəsi Ayə 18

Quran-ı Kərim

(Bəli,) budur (küfr və imanın sonu)! Allah kafirlərin hiyləsini həmişə qüvvədən salandır.
Link
Ayə 18
19

Əl-Ənfal ‏ surəsi Ayə 19

Quran-ı Kərim

(Ey Bədr döyüşündən qabaq «tərəflərdən kim haqdırsa, qoy Allah onu qalib etsin!» deyən müşriklər,) əgər siz (haqq olan tərəfin) qələbə (çalmasını) istəyirsinizsə, istəyinizə uyğun olan qələbə gəldi (odur ki, təslim olun). Əgər (dava və düşmənçilikdən) əl çəksəniz, bu sizin üçün daha yaxşıdır. Əgər (döyüşə) qayıtsanız, biz də (möminlərə köməyə və sizi əzməyə) qayıdacağıq və sizin dəstəniz hər nə qədər çox olsa da, sizdən (Allahın əzabından) heç bir şeyi dəf etməyəcəkdir. (Bilin ki,) Allah həmişə möminlərlədir.
Link
Ayə 19
20

Əl-Ənfal ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Ey iman gətirənlər, Allaha və (verdiyi əmrlərdə) Onun Peyğəmbərinə itaət edin və (onun məntiqə uyğun dəvətini) eşidə-eşidə ondan üz döndərməyin.
Link
Ayə 20
21

Əl-Ənfal ‏ surəsi Ayə 21

Quran-ı Kərim

(Əslində) eşitmədikləri halda (dildə) «eşitdik» deyən (kafir və münafiq)lər kimi olmayın.
Link
Ayə 21
22

Əl-Ənfal ‏ surəsi Ayə 22

Quran-ı Kərim

Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır.
Link
Ayə 22
23

Əl-Ənfal ‏ surəsi Ayə 23

Quran-ı Kərim

Əgər Allah onlarda bir xeyir bilsəydi (əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı), onlara (hətta peyğəmbərlər vasitəsi ilə təbliği təkrar etməklə olsaydı belə) mütləq eşitdirərdi. Əgər (indiki halda) onlara eşitdirsə, onlar (elə qəlbən də) dönük olduqları halda mütləq üz döndərərlər.
Link
Ayə 23
24

Əl-Ənfal ‏ surəsi Ayə 24

Quran-ı Kərim

Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız.
Link
Ayə 24
25

Əl-Ənfal ‏ surəsi Ayə 25

Quran-ı Kərim

(Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır.
Link
Ayə 25
26

Əl-Ənfal ‏ surəsi Ayə 26

Quran-ı Kərim

Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
Link
Ayə 26
27

Əl-Ənfal ‏ surəsi Ayə 27

Quran-ı Kərim

Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə öz əmanətlərinizə (xalqın və yaradanın əmanətlərinə) xəyanət etməyin.
Link
Ayə 27
28

Əl-Ənfal ‏ surəsi Ayə 28

Quran-ı Kərim

Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır.
Link
Ayə 28
29

Əl-Ənfal ‏ surəsi Ayə 29

Quran-ı Kərim

Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir.
Link
Ayə 29
30

Əl-Ənfal ‏ surəsi Ayə 30

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə - səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır.
Link
Ayə 30
31

Əl-Ənfal ‏ surəsi Ayə 31

Quran-ı Kərim

Bizim kitabın ayələri onlara oxunduqda (inadın və təkəbbürün çoxluğundan) «əlbəttə eşitdik; əgər istəsək biz də bunun kimisini deyərik; bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir» deyərlər.
Link
Ayə 31
32

Əl-Ənfal ‏ surəsi Ayə 32

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, (Qur’anı inkar edən müşriklər) «ey Allahımız, əgər bu, Sənin tərəfindən (vəd olunmuş) həmin haqdırsa, onda göydən bizə daş yağdır, ya bizim üçün başqa bir ağrılı əzab gətir» dedilər.
Link
Ayə 32
33

Əl-Ənfal ‏ surəsi Ayə 33

Quran-ı Kərim

Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir).
Link
Ayə 33
34

Əl-Ənfal ‏ surəsi Ayə 34

Quran-ı Kərim

Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora (daxil olmaq)dan saxladıqları (camaatın ora daxil olmalarına mane olduqları) halda Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər.
Link
Ayə 34
35

Əl-Ənfal ‏ surəsi Ayə 35

Quran-ı Kərim

Onların Kə’bə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!
Link
Ayə 35
36

Əl-Ənfal ‏ surəsi Ayə 36

Quran-ı Kərim

Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar.
Link
Ayə 36
37

Əl-Ənfal ‏ surəsi Ayə 37

Quran-ı Kərim

(Onların küfrləri və həmin yoldakı xərcləri səbəb olub) ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən və haramı halaldan) ayırsın və (axirətdə) murdarları bir-birinin üstünə yığıb hamısını üst-üstə qalasın və Cəhənnəmə atsın. (Bəli,) onlardır ziyana uğrayanlar!
Link
Ayə 37
38

Əl-Ənfal ‏ surəsi Ayə 38

Quran-ı Kərim

Kafirlərə de: «Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə və haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (barəsindəki) yolu(muz, Bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik).»
Link
Ayə 38
39

Əl-Ənfal ‏ surəsi Ayə 39

Quran-ı Kərim

Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir.
Link
Ayə 39
40

Əl-Ənfal ‏ surəsi Ayə 40

Quran-ı Kərim

Və əgər üz döndərsələr, bilin ki, Allah sizin başçınız və dostunuzdur. O gözəl başçı və dost, gözəl yardımçıdır.
Link
Ayə 40
41

Əl-Ənfal ‏ surəsi Ayə 41

Quran-ı Kərim

Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. (Allah onun həqiqi sahibi, Peyğəmbər və onun yaxınları isə ümmətin imamı olaraq onun şərti sahibidirlər. Peyğəmbərin qohumlarından olan digər üç dəstə isə həmin maldan onlar üçün xərclənmək haqqına malikdirlər.) Allah hər şeyə qadirdir. (Bu surənin birinci ayəsində bütün döyüş qənimətlərinin Allaha və Onun Peyğəmbərinə məxsus olduğu bildirilmişdi. 69-cu ayədə isə onun hamısı möminlərə mübah edilmişdi. Həmin iki ayəyə iman gətirdikdən sonra bu ayə qaranlıqları aradan qaldırır ki, onun xumsu, yəni beşdə biri Allahın, Peyğəmbərin və adı çəkilən dəstələrin, yerdə qalanı isə döyüşçülərindir).
Link
Ayə 41
42

Əl-Ənfal ‏ surəsi Ayə 42

Quran-ı Kərim

(Ayrılıq günü) o zaman (idi) ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində (əlverişli olmayan bir mövqedə) idiniz, onlar (Mədinədən) uzaq tərəfdə (Məkkəyə yaxın olan və əlverişli olan bir mövqedə), (Qüreyşin ticarət) karvan(ı) isə sizdən aşağı hissədə idi (ki, onlar qaça bildilər). Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın, olmalı işi gerçəkləşdirməsi üçün (belə oldu və belə bir məcburi qarşıdurma yarandı və qarşıya qeyri-adi qələbə çıxdı) ki, həlak olan dəlil-sübut üzündən həlak olsun və (mənəvi) həyat tapan dəlil-sübut üzündən həyat tapsın. Həqiqətən Allah eşidən və biləndir.
Link
Ayə 42
43

Əl-Ənfal ‏ surəsi Ayə 43

Quran-ı Kərim

(Xatırla) o zaman(ı) ki, Allah onları yuxunda sənə az göstərirdi (ki, öz qövmünə belə xəbər verəsən). Əgər onları sənə çox göstərsəydi, mütləq süst olar və qorxar, döyüş işində bir-birinizlə ixtilaf və çəkişməyə düçar olardınız. Lakin Allah (sizi ixtilafdan) salamat saxladı. Həqiqətən O, ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.
Link
Ayə 43
44

Əl-Ənfal ‏ surəsi Ayə 44

Quran-ı Kərim

Və (xatırla) o zaman(ı) ki, onlarla üz-üzə gəldiyiniz vaxt, Allah (öz əzəli elmi və mütləq iradəsi əsasında) olacaq işi gerçəkləşdirməsi üçün (ilk baxışda) onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı (hərçənd, döyüş əsnasında iş əksinə oldu. Ali-İmran surəsinin 12-ci ayəsinə müraciət edin). Bütün işlər (və varlıq aləminin bütün hadisələri nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq, mütləq səbəb olan) Allaha qayıdır.
Link
Ayə 44
45

Əl-Ənfal ‏ surəsi Ayə 45

Quran-ı Kərim

Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız.
Link
Ayə 45
46

Əl-Ənfal ‏ surəsi Ayə 46

Quran-ı Kərim

Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbr edin ki, həqiqətən Allah səbrlilərlədir.
Link
Ayə 46
47

Əl-Ənfal ‏ surəsi Ayə 47

Quran-ı Kərim

Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm baxımından) onların etdiklərini əhatə etmişdir.
Link
Ayə 47
48

Əl-Ənfal ‏ surəsi Ayə 48

Quran-ı Kərim

Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir».
Link
Ayə 48
49

Əl-Ənfal ‏ surəsi Ayə 49

Quran-ı Kərim

O zaman münafiqlər və qəlblərində xəstəlik (küfr və şəkk xəstəliyi) olanlar «bunları (Bədrə gedən İslam ordusunu) dinləri aldatmışdır!» deyirdilər, halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz (qalibdir, çünki) Allah yenilməz qüdrət və hikmət sahibidir.
Link
Ayə 49
50

Əl-Ənfal ‏ surəsi Ayə 50

Quran-ı Kərim

Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və «dadın yandırıcı əzabı!» (deyirlər).
Link
Ayə 50
51

Əl-Ənfal ‏ surəsi Ayə 51

Quran-ı Kərim

Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir.
Link
Ayə 51
52

Əl-Ənfal ‏ surəsi Ayə 52

Quran-ı Kərim

(Bu müşriklərin hərəkətləri) Firon ailəsinin və onlardan qabaqkıların rəftarı kimidir ki: onlar Allahın ayə və nişanələrinə kafir oldular, Allah da onları günahlarına görə cəzalandırdı. Həqiqətən Allah çox qüvvətli və şiddətli cəza verəndir.
Link
Ayə 52
53

Əl-Ənfal ‏ surəsi Ayə 53

Quran-ı Kərim

(Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər.) Şübhəsiz, Allah eşidən və biləndir.
Link
Ayə 53
54

Əl-Ənfal ‏ surəsi Ayə 54

Quran-ı Kərim

(Bunların davranışları) Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimi(dir). Onlar özlərinin Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər.
Link
Ayə 54
55

Əl-Ənfal ‏ surəsi Ayə 55

Quran-ı Kərim

Şübhəsiz, Allah yanında (Onun əzəli elmində və Lövhi-Məhfuzunda) canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir.
Link
Ayə 55
56

Əl-Ənfal ‏ surəsi Ayə 56

Quran-ı Kərim

O kəslər ki, onların bəziləri ilə əhd-peyman bağladın, sonra onlar hər dəfə öz peymanlarını pozur və (Allahdan və peymanı pozmaqdan) çəkinmir və qorxmurlar.
Link
Ayə 56
57

Əl-Ənfal ‏ surəsi Ayə 57

Quran-ı Kərim

Odur ki, əgər döyüşdə onları ələ keçirsən, onlarla (onlara ağır cəza verməklə), arxalarınca gedənləri qovub dağıt bəlkə ibrət alsınlar (və döyüş fikrinə düşməsinlər).
Link
Ayə 57
58

Əl-Ənfal ‏ surəsi Ayə 58

Quran-ı Kərim

Əgər (əhd-peymanınız olan) bir dəstənin xəyanətindən və əhd-peymanı pozmasından qorxsan, onda sən də (əhd-peymanını pozmağı) bərabərlik və ədalət əsasında onlara tərəf at (və elan etməmiş öz əhd-peymanını pozma) ki, həqiqətən Allah xainləri sevmir.
Link
Ayə 58
59

Əl-Ənfal ‏ surəsi Ayə 59

Quran-ı Kərim

Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər).
Link
Ayə 59
60

Əl-Ənfal ‏ surəsi Ayə 60

Quran-ı Kərim

Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri) və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. Allah yoluna hər nə xərcləsəniz, (Qiyamət günü) o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir (haqqınızdan kəsilməyəcəkdir).
Link
Ayə 60
61

Əl-Ənfal ‏ surəsi Ayə 61

Quran-ı Kərim

Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də ona meyl et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!
Link
Ayə 61
62

Əl-Ənfal ‏ surəsi Ayə 62

Quran-ı Kərim

Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə) səni aldatmaq istəsələr, şübhəsiz sənə Allah kifayət edər. Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur.
Link
Ayə 62
63

Əl-Ənfal ‏ surəsi Ayə 63

Quran-ı Kərim

Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən O, yenilməz qüdrət və hikmət sahibidir.
Link
Ayə 63
64

Əl-Ənfal ‏ surəsi Ayə 64

Quran-ı Kərim

Ey Peyğəmbər, Allah və sənə tabe olan möminlər (risalət vəzifələrini həyata keçirməkdə) sənə kifayətdir (qeyb köməkləri Ondan, zahiri müqəddimələr isə onlardan).
Link
Ayə 64
65

Əl-Ənfal ‏ surəsi Ayə 65

Quran-ı Kərim

Ey Peyğəmbər, möminləri cihada həvəsləndir. Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar kafirlərin min nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdürlər (şücaət və bu kimi ruhu sifətlərin qüvvətlənməsinə səbəb olan tovhidi dərindən dərk etmirlər).
Link
Ayə 65
66

Əl-Ənfal ‏ surəsi Ayə 66

Quran-ı Kərim

İndi Allah (bir nəfərin on nəfərlə mübarizə etməsinin vacibliyi və bir nəfərin on nəfərdən qaçmasının haramlığını götürərək) vəzifənizi yüngülləşdirdi və sizdə (ruhiyyə və sayınızda) zəiflik olmasını bildi (əzəli elmi zahirdə həyata keçdi). Beləliklə, əgər sizdən yüz nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər və əgər sizdən min nəfər olsa, Allahın izni (və köməyi) ilə onlar iki min nəfərə qalib gələrlər. Allah səbirlilərlədir.
Link
Ayə 66
67

Əl-Ənfal ‏ surəsi Ayə 67

Quran-ı Kərim

(İlahi hökümətin qurulması və onun qalması baxımından) heç bir peyğəmbərə hökümətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər (döyüş) əsirlərinin olması yaraşmaz və haqqı yoxdur (əksinə, düşmən döyüş əsnasında öldürülməlidir). Siz dünya malını (əsirləri satmaq və ya fidyə ilə azad etmək) istəyirsiniz, Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli və hikmət sahibidir.
Link
Ayə 67
68

Əl-Ənfal ‏ surəsi Ayə 68

Quran-ı Kərim

Əgər Allah tərəfindən qərara alınmış keçmiş hökm (bütün dəlil-sübutlar gəlməmiş əzab etməmək hökmü) olmasaydı, götürdüyünüz şey (Peyğəmbərin əmri olmadan fidyə üçün götürdüyünüz əsirlər) barəsində sizə mütləq böyük bir əzab yetişərdi.
Link
Ayə 68
69

Əl-Ənfal ‏ surəsi Ayə 69

Quran-ı Kərim

Buna görə də qənimət kimi əldə etdiyiniz şeydən (Bədr döyüşünün qənimətləri və əsirlərin fidyəsindən) halal və pak olaraq yeyin. (Bu, səmavi şəriətlərdə döyüş qənimətləri və fidyələri barəsində olan ilk icazədir və bu icazə ilə surənin onları «ənfal» olaraq Peyğəmbərin ixtiyarında qoyan birinci ayəsi arasındakı ziddiyyəti 41-ci ayədəki bölgü aradan qaldırır.) Allahdan qorxun ki, əlbəttə Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 69
70

Əl-Ənfal ‏ surəsi Ayə 70

Quran-ı Kərim

Ey Peyğəmbər, (Bədr müharibəsi) əsirlər(in)dən sizin ixtiyarınızda olanlara de: «Əgər Allah sizin qəlblərinizdə bir xeyir (olmasını, İslamı qəbul edəcəyinizi) bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah çox bağışlayan və mehribandır».
Link
Ayə 70
71

Əl-Ənfal ‏ surəsi Ayə 71

Quran-ı Kərim

Əgər (bu əsirlər) sənə xəyanət etmək (fidyə ilə azad olub yenidən digər müharibəyə başlamaq) istəsələr (bu, ilk dəfə olan iş deyil), bundan qabaq Allaha da xəyanət (küfr və müharibə xəyanəti) etdilər. Buna görə də (səni) onlara O hakim etdi. Allah bilən və hikmətlidir.
Link
Ayə 71
72

Əl-Ənfal ‏ surəsi Ayə 72

Quran-ı Kərim

Həqiqətən, iman gətirən, (Mədinəyə) hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə (Mədinə əhalisindən) (mühacirlərə) yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudurlar (onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır). Sizin iman gətirib hicrət etməyən kəslərlə, onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur. Əgər din işləri barəsində sizdən kömək istəsələr, sizinlə aralarında (düşmənçiliyin ləğvi barəsində) əhd-peyman olan dəstənin zərərinə olan (kömək) istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir.
Link
Ayə 72
73

Əl-Ənfal ‏ surəsi Ayə 73

Quran-ı Kərim

Kafirlər də bir-birlərinin müttəfiq və dostudurlar. Əgər bunu (möminlərlə birlik və kafirlərdən uzaqlaşmaq barəsindəki bu əmri) yerinə yetirməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verəcəkdir.
Link
Ayə 73
74

Əl-Ənfal ‏ surəsi Ayə 74

Quran-ı Kərim

İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və (onlara) yer və pənah verən və kömək edənlər - onlardır həqiqi möminlər! Onlar üçün bağışlanma və gözəl və bol ruzi vardır.
Link
Ayə 74
75

Əl-Ənfal ‏ surəsi Ayə 75

Quran-ı Kərim

Sonradan iman gətirən, hicrət edən və sizinlə birlikdə cihad edən kəslər (dostluq və dini qardaşlıq əlaqələri baxımından) sizdəndirlər. Allahın kitabında (Lövhi-Məhfuzda və bu kitabda yazılmış varislik hökmündə) qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar (beləliklə, hicrətin əvvəlində mühacirlərlə ənsar arasında çıxarılmış varislik hökmü nəsx oldu). Həqiqətən Allah hər şeyi biləndir.
Link
Ayə 75

Süra Haqqında

Əl-Ənfal surəsi Qurani-Kərimin 8-ci surəsidir, Mədinədə nazil olmuş və 75 ayədən ibarətdir. Adı “Ənfal” – yəni qənimətlər deməkdir. Surə əsasən Bədr döyüşü, qənimətlərin bölüşdürülməsi, möminlərin birliyi, itaət və Allah yolunda cihad mövzularını əhatə edir.

📖 Əl-Ənfal Surəsi haqqında Ətraflı Məlumat

1. Adı və mənası

  • Ərəbcə adı: سورة الأنفال (Sūratu-l-ʾAnfāl).
  • Mənası: “Qənimətlər” – surənin ilk ayəsində müharibə qənimətlərindən bəhs olunur.

2. Nazil olma yeri və vaxtı

  • Mədinədə nazil olmuşdur.
  • Hicrətin 2-ci ilində, Bədr döyüşündən sonra nazil olduğu qeyd olunur.

3. Qurandakı mövqeyi

  • Qurani-Kərimin 8-ci surəsi.
  • 75 ayədən ibarətdir.
  • Əvvəlki surə: Əraf, sonrakı surə: Tövbə.

🌟 Əsas mövzular

  • Qənimətlərin bölüşdürülməsi: Müharibə qənimətlərinin Allah və Peyğəmbərə aid olduğu, ədalətli bölüşdürülməsi.
  • Bədr döyüşü: İslamın ilk böyük döyüşü, möminlərin səbr və birliyi.
  • Möminlərin sifətləri: Allahı yad edən, namaz qılan, itaət edən möminlərin təsviri.
  • İtaət və birlik: Allah və Peyğəmbərə itaət, müsəlmanların birliyi.
  • Cihad və hazırlıq: Allah yolunda mübarizə, düşmənə qarşı güc toplamaq.
  • Əxlaqi dərslər: Səbir, təqva, Allahın köməyinə güvənmək.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim