Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ər-Rəhman surəsi

Ər-Rəhman surəsi Ayələri

Toplam 78 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ər-Rəhman surəsi Ayə 1

Quran-ı Kərim

Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)
Link
Ayə 1
2

Ər-Rəhman surəsi Ayə 2

Quran-ı Kərim

(Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.
Link
Ayə 2
3

Ər-Rəhman surəsi Ayə 3

Quran-ı Kərim

(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.
Link
Ayə 3
4

Ər-Rəhman surəsi Ayə 4

Quran-ı Kərim

Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).
Link
Ayə 4
5

Ər-Rəhman surəsi Ayə 5

Quran-ı Kərim

Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.
Link
Ayə 5
6

Ər-Rəhman surəsi Ayə 6

Quran-ı Kərim

Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir.
Link
Ayə 6
7

Ər-Rəhman surəsi Ayə 7

Quran-ı Kərim

Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).
Link
Ayə 7
8

Ər-Rəhman surəsi Ayə 8

Quran-ı Kərim

(Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız.
Link
Ayə 8
9

Ər-Rəhman surəsi Ayə 9

Quran-ı Kərim

Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz.
Link
Ayə 9
10

Ər-Rəhman surəsi Ayə 10

Quran-ı Kərim

Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı.
Link
Ayə 10
11

Ər-Rəhman surəsi Ayə 11

Quran-ı Kərim

Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır.
Link
Ayə 11
12

Ər-Rəhman surəsi Ayə 12

Quran-ı Kərim

Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər.
Link
Ayə 12
13

Ər-Rəhman surəsi Ayə 13

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 13
14

Ər-Rəhman surəsi Ayə 14

Quran-ı Kərim

(İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.
Link
Ayə 14
15

Ər-Rəhman surəsi Ayə 15

Quran-ı Kərim

Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı.
Link
Ayə 15
16

Ər-Rəhman surəsi Ayə 16

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 16
17

Ər-Rəhman surəsi Ayə 17

Quran-ı Kərim

İki şərqin və iki qərbin Rəbbidir.
Link
Ayə 17
18

Ər-Rəhman surəsi Ayə 18

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 18
19

Ər-Rəhman surəsi Ayə 19

Quran-ı Kərim

Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).
Link
Ayə 19
20

Ər-Rəhman surəsi Ayə 20

Quran-ı Kərim

(Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]
Link
Ayə 20
21

Ər-Rəhman surəsi Ayə 21

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 21
22

Ər-Rəhman surəsi Ayə 22

Quran-ı Kərim

O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır.
Link
Ayə 22
23

Ər-Rəhman surəsi Ayə 23

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 23
24

Ər-Rəhman surəsi Ayə 24

Quran-ı Kərim

Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.)
Link
Ayə 24
25

Ər-Rəhman surəsi Ayə 25

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 25
26

Ər-Rəhman surəsi Ayə 26

Quran-ı Kərim

Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur.
Link
Ayə 26
27

Ər-Rəhman surəsi Ayə 27

Quran-ı Kərim

Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.
Link
Ayə 27
28

Ər-Rəhman surəsi Ayə 28

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 28
29

Ər-Rəhman surəsi Ayə 29

Quran-ı Kərim

Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir.
Link
Ayə 29
30

Ər-Rəhman surəsi Ayə 30

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inar edirsiniz?!
Link
Ayə 30
31

Ər-Rəhman surəsi Ayə 31

Quran-ı Kərim

Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq.
Link
Ayə 31
32

Ər-Rəhman surəsi Ayə 32

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 32
33

Ər-Rəhman surəsi Ayə 33

Quran-ı Kərim

(Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»
Link
Ayə 33
34

Ər-Rəhman surəsi Ayə 34

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 34
35

Ər-Rəhman surəsi Ayə 35

Quran-ı Kərim

Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndəriləcək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz.
Link
Ayə 35
36

Ər-Rəhman surəsi Ayə 36

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 36
37

Ər-Rəhman surəsi Ayə 37

Quran-ı Kərim

Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman!
Link
Ayə 37
38

Ər-Rəhman surəsi Ayə 38

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 38
39

Ər-Rəhman surəsi Ayə 39

Quran-ı Kərim

(Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır.
Link
Ayə 39
40

Ər-Rəhman surəsi Ayə 40

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 40
41

Ər-Rəhman surəsi Ayə 41

Quran-ı Kərim

(Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar.
Link
Ayə 41
42

Ər-Rəhman surəsi Ayə 42

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 42
43

Ər-Rəhman surəsi Ayə 43

Quran-ı Kərim

Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir.
Link
Ayə 43
44

Ər-Rəhman surəsi Ayə 44

Quran-ı Kərim

Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar.
Link
Ayə 44
45

Ər-Rəhman surəsi Ayə 45

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 45
46

Ər-Rəhman surəsi Ayə 46

Quran-ı Kərim

Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır.
Link
Ayə 46
47

Ər-Rəhman surəsi Ayə 47

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 47
48

Ər-Rəhman surəsi Ayə 48

Quran-ı Kərim

Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır.
Link
Ayə 48
49

Ər-Rəhman surəsi Ayə 49

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 49
50

Ər-Rəhman surəsi Ayə 50

Quran-ı Kərim

O iki cənnətdə daim axan iki bulaq vardır.
Link
Ayə 50
51

Ər-Rəhman surəsi Ayə 51

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
Link
Ayə 51
52

Ər-Rəhman surəsi Ayə 52

Quran-ı Kərim

O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır.
Link
Ayə 52
53

Ər-Rəhman surəsi Ayə 53

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 53
54

Ər-Rəhman surəsi Ayə 54

Quran-ı Kərim

Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!
Link
Ayə 54
55

Ər-Rəhman surəsi Ayə 55

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!_
Link
Ayə 55
56

Ər-Rəhman surəsi Ayə 56

Quran-ı Kərim

Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır.
Link
Ayə 56
57

Ər-Rəhman surəsi Ayə 57

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 57
58

Ər-Rəhman surəsi Ayə 58

Quran-ı Kərim

(Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar.
Link
Ayə 58
59

Ər-Rəhman surəsi Ayə 59

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 59
60

Ər-Rəhman surəsi Ayə 60

Quran-ı Kərim

Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.)
Link
Ayə 60
61

Ər-Rəhman surəsi Ayə 61

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 61
62

Ər-Rəhman surəsi Ayə 62

Quran-ı Kərim

(Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır.
Link
Ayə 62
63

Ər-Rəhman surəsi Ayə 63

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 63
64

Ər-Rəhman surəsi Ayə 64

Quran-ı Kərim

Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar.
Link
Ayə 64
65

Ər-Rəhman surəsi Ayə 65

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 65
66

Ər-Rəhman surəsi Ayə 66

Quran-ı Kərim

O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır.
Link
Ayə 66
67

Ər-Rəhman surəsi Ayə 67

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 67
68

Ər-Rəhman surəsi Ayə 68

Quran-ı Kərim

O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.
Link
Ayə 68
69

Ər-Rəhman surəsi Ayə 69

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 69
70

Ər-Rəhman surəsi Ayə 70

Quran-ı Kərim

Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır.
Link
Ayə 70
71

Ər-Rəhman surəsi Ayə 71

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 71
72

Ər-Rəhman surəsi Ayə 72

Quran-ı Kərim

Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər.
Link
Ayə 72
73

Ər-Rəhman surəsi Ayə 73

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 73
74

Ər-Rəhman surəsi Ayə 74

Quran-ı Kərim

Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub.
Link
Ayə 74
75

Ər-Rəhman surəsi Ayə 75

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 75
76

Ər-Rəhman surəsi Ayə 76

Quran-ı Kərim

(Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər!
Link
Ayə 76
77

Ər-Rəhman surəsi Ayə 77

Quran-ı Kərim

Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! _
Link
Ayə 77
78

Ər-Rəhman surəsi Ayə 78

Quran-ı Kərim

Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.
Link
Ayə 78

Süra Haqqında

Ər-Rəhman surəsi Quran-ı Kərimdə 55. surədir və 78 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 78 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim