Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Əraf surəsi

سورة الأعراف

Əl-Əraf surəsi Ayələri

Toplam 206 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Əraf surəsi Ayə 1

Quran-ı Kərim

Əlif, Lam, Mim, Sad. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
Link
Ayə 1
2

Əl-Əraf surəsi Ayə 2

Quran-ı Kərim

(Bu Qur’an) sənə nazil edilmiş bir kitabdır (qədim zamanlardan Lövhi-Məhfuzda olan və gələcəkdə, nəsli kəsilənədək bəşəriyyətin əli ilə yazılacaq bir yazıdır) – buna görə də sinəndə ondan («bu layiqli nemətin çatdırılmasını bacaracağam? Onun təqdim edilməsinə tələbat olacaqmı?» kimi) sıxıntı və tərəddüd olmasın – ki, onun vasitəsi ilə insanları qorxudasan və o, möminlər üçün öyüd olsun.
Link
Ayə 2
3

Əl-Əraf surəsi Ayə 3

Quran-ı Kərim

Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.
Link
Ayə 3
4

Əl-Əraf surəsi Ayə 4

Quran-ı Kərim

Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.
Link
Ayə 4
5

Əl-Əraf surəsi Ayə 5

Quran-ı Kərim

Beləliklə, Bizim əzabımız onlara yetişən zaman, onların «biz doğrudan zalım idik» deməkdən başqa bir dua və nalələri olmadı.
Link
Ayə 5
6

Əl-Əraf surəsi Ayə 6

Quran-ı Kərim

Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?» deyə) soruşacağıq və həm də peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız ya yox və sizin dəvətinizə nə cavab verdilər?» deyə) soruşacağıq.
Link
Ayə 6
7

Əl-Əraf surəsi Ayə 7

Quran-ı Kərim

Beləliklə, Biz mütləq onlara (əməllərinin əhvalatını) elm əsasında bəyan edəcəyik və Biz heç vaxt (onlardan) qaib olmamışıq.
Link
Ayə 7
8

Əl-Əraf surəsi Ayə 8

Quran-ı Kərim

Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!
Link
Ayə 8
9

Əl-Əraf surəsi Ayə 9

Quran-ı Kərim

Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!
Link
Ayə 9
10

Əl-Əraf surəsi Ayə 10

Quran-ı Kərim

Həqiqətən sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükr edirsiniz.
Link
Ayə 10
11

Əl-Əraf surəsi Ayə 11

Quran-ı Kərim

Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin.» Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı.
Link
Ayə 11
12

Əl-Əraf surəsi Ayə 12

Quran-ı Kərim

Allah buyurdu: «Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu?» Dedi: «Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır).
Link
Ayə 12
13

Əl-Əraf surəsi Ayə 13

Quran-ı Kərim

Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz sən alçaq və xar edilmişlərdənsən».
Link
Ayə 13
14

Əl-Əraf surəsi Ayə 14

Quran-ı Kərim

Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».
Link
Ayə 14
15

Əl-Əraf surəsi Ayə 15

Quran-ı Kərim

Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən».
Link
Ayə 15
16

Əl-Əraf surəsi Ayə 16

Quran-ı Kərim

Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam».
Link
Ayə 16
17

Əl-Əraf surəsi Ayə 17

Quran-ı Kərim

«Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən».
Link
Ayə 17
18

Əl-Əraf surəsi Ayə 18

Quran-ı Kərim

Buyurdu: «Buradan məzəmmət olunmuş və qovulmuş halda çıx! Şübhəsiz onlardan kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam».
Link
Ayə 18
19

Əl-Əraf surəsi Ayə 19

Quran-ı Kərim

Ey Adəm, sən və zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya Bərzəx aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsl Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) və bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız».
Link
Ayə 19
20

Əl-Əraf surəsi Ayə 20

Quran-ı Kərim

Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir.»
Link
Ayə 20
21

Əl-Əraf surəsi Ayə 21

Quran-ı Kərim

Və o ikisinə təkidlə and içdi ki, «həqiqətən mən sizin xeyrinizi istəyənlərdənəm».
Link
Ayə 21
22

Əl-Əraf surəsi Ayə 22

Quran-ı Kərim

Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi. Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu və onlar həmin Cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar. Rəbbləri onlara (belə) nida etdi: «Məgər Mən sizə bu ağacı qadağan etməmişdim və sizə deməmişdimmi ki, həqiqətən Şeytan sizin açıq-aşkar düşməninizdir?!»
Link
Ayə 22
23

Əl-Əraf surəsi Ayə 23

Quran-ı Kərim

Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq».
Link
Ayə 23
24

Əl-Əraf surəsi Ayə 24

Quran-ı Kərim

Buyurdu: «Hamılıqla, bir-birinizə (əbədi) düşmən olan halda (bu məkandan yerə) enin və sizin üçün yer üzündə müəyyən müddətədək sığınacaq və dolanacaq olacaqdır (və ondan sonra Bərzəx aləminə, daha sonra isə Qiyamətə köçürüləcəksiniz)».
Link
Ayə 24
25

Əl-Əraf surəsi Ayə 25

Quran-ı Kərim

Buyurdu: «Orada yaşayacaq, orada öləcək və (axirət günü) oradan çıxarılacaqsınız».
Link
Ayə 25
26

Əl-Əraf surəsi Ayə 26

Quran-ı Kərim

«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır.» Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.
Link
Ayə 26
27

Əl-Əraf surəsi Ayə 27

Quran-ı Kərim

«Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik.»
Link
Ayə 27
28

Əl-Əraf surəsi Ayə 28

Quran-ı Kərim

Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»
Link
Ayə 28
29

Əl-Əraf surəsi Ayə 29

Quran-ı Kərim

De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).
Link
Ayə 29
30

Əl-Əraf surəsi Ayə 30

Quran-ı Kərim

(Sizin qayıdışınız elə bir haldadır ki, Allah) bir dəstəni hidayət etmiş, bir dəstə üçün isə zəlalət gerçəkləşmişdir. Çünki, (zəlalətə düşənlər) Allahın yerinə şeytanları özlərinə başçı və yardımçı götürdülər və onlar doğru yolda olmalarını güman edirlər.
Link
Ayə 30
31

Əl-Əraf surəsi Ayə 31

Quran-ı Kərim

Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir.
Link
Ayə 31
32

Əl-Əraf surəsi Ayə 32

Quran-ı Kərim

De: «Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!» De: «Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır». Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik.
Link
Ayə 32
33

Əl-Əraf surəsi Ayə 33

Quran-ı Kərim

De: «Həqiqətən mənim Rəbbim (pozğun əqidə və gizlində edilən çirkin əməllər kimi) pis işləri – istər onların aşkar olanını, istərsə də gizlisini – həmçinin, hər hansı bir günahı və (başqalarının hüquqlarına qarşı) haqsız həddi aşmağı, eləcə də barəsində Allahın heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızı və bilmədiyiniz şeyi Ona nisbət verməyinizi haram etmişdir».
Link
Ayə 33
34

Əl-Əraf surəsi Ayə 34

Quran-ı Kərim

Hər bir millət və dəstə üçün (dünya həyatından müəyyən) bir müddət vardır. Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikər və nə də qabağa keçərlər.
Link
Ayə 34
35

Əl-Əraf surəsi Ayə 35

Quran-ı Kərim

(Allahın yaradılışın əvvəlindən dünyanın sonunadək Adəm nəslinə xitabı belədir ki:) «Ey Adəm övladları, özünüzdən (öz cinsinizdən) sizə Mənim ayə və nişanələrimi oxuyan peyğəmbərlər gələn zaman (onlara iman gətirin), beləliklə, pərhizkarlıq edən və yaxşı işlə məşğul olan (və öz əqidə və əməllərini islah edən) kəslərə nə bir qorxu var və nə də qəmgin olarlar.»
Link
Ayə 35
36

Əl-Əraf surəsi Ayə 36

Quran-ı Kərim

Bizim ayələrimizi təkzib edən və onları qəbul etməkdə təkəbbürlük göstərənlər isə od əhlidirlər ki, orada əbədi qalacaqlar.
Link
Ayə 36
37

Əl-Əraf surəsi Ayə 37

Quran-ı Kərim

Odur ki, kim Allaha yalan nisbət verəndən, yaxud Onun ayə və nişanələrini təkzib edəndən daha zalımdır?! Allah tərəfindən (ömür, ruzi və övlad kimi) yazılmış və qərara alınmış payları (dünyada) onlara çatacaq. Nəhayət elçilərimiz (can alan məmurlarımız) canlarını almaq üçün onların yanlarına gələn zaman «haradadır Allahın yerinə çağırdıqlarınız?» deyəcəklər. Onlar, «hamısı bizim gözümüzdən itdilər» deyəcək və öz ziyanlarına şəhadət verəcəklər ki, kafir olublar.
Link
Ayə 37
38

Əl-Əraf surəsi Ayə 38

Quran-ı Kərim

(Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver». Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz».
Link
Ayə 38
39

Əl-Əraf surəsi Ayə 39

Quran-ı Kərim

Rəhbərlər öz tabeçilərinə «sizin bizdən heç bir üstünlüyünüz yoxdur (ki, əzabın azaldılmasına səbəb olsun), buna görə də əldə etdiklərinizin cəzası olaraq dadın Allahın əzabını» deyəcəklər.
Link
Ayə 39
40

Əl-Əraf surəsi Ayə 40

Quran-ı Kərim

Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk.
Link
Ayə 40
41

Əl-Əraf surəsi Ayə 41

Quran-ı Kərim

Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) yataq və başları üstündən (elə həmin oddan) örtüklər vardır. Biz zalımları belə cəzalandırırıq.
Link
Ayə 41
42

Əl-Əraf surəsi Ayə 42

Quran-ı Kərim

İman gətirib yaxşı işlər görənlər – (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq – Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar.
Link
Ayə 42
43

Əl-Əraf surəsi Ayə 43

Quran-ı Kərim

Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq. Onların (ayaqlarının) altından çaylar axır. Və onlar deyərlər: «Həmd və şükr Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq. Doğrudan da Rəbbimizin peyğəmbərləri haqq və doğruluqla (bu məqsədlə) gəldilər.» Və onlara nida olunacaq ki: «Bu Cənnət (dünyada) etdiklərinizin mükafatı olaraq sizə verildi və (kafirlərin payı olan və onların əmməllərini düzəldəcəkləri təqdirdə bəhrələnmələri üçün nəzərdə tutulmuş) o Cənnət (də) əməllərinizə görə irs olaraq sizə çatdı (onların küfrləri ölüm hökmündədir və payları sizə düşdü)».
Link
Ayə 43
44

Əl-Əraf surəsi Ayə 44

Quran-ı Kərim

Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?». (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»
Link
Ayə 44
45

Əl-Əraf surəsi Ayə 45

Quran-ı Kərim

O kəslərə ki, (camaatı) Allahın yolundan döndərir, o yolun əyriliyini istəyir (onu əyri göstərir) və axirət gününü inkar edirdilər.
Link
Ayə 45
46

Əl-Əraf surəsi Ayə 46

Quran-ı Kərim

O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə və arakəsmə vardır. Ə’rafın üstündə hər bir dəstəni simalarından tanıyan (məsumlar və Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər.
Link
Ayə 46
47

Əl-Əraf surəsi Ayə 47

Quran-ı Kərim

Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman (isə) deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə».
Link
Ayə 47
48

Əl-Əraf surəsi Ayə 48

Quran-ı Kərim

Və Ə’rafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz (yaxud topladığınız mal-dövlət) və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!»
Link
Ayə 48
49

Əl-Əraf surəsi Ayə 49

Quran-ı Kərim

(Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız».
Link
Ayə 49
50

Əl-Əraf surəsi Ayə 50

Quran-ı Kərim

Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir.»
Link
Ayə 50
51

Əl-Əraf surəsi Ayə 51

Quran-ı Kərim

O kəslərə ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə, onlar bu günki görüşlərini yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları yaddan çıxaracağıq.
Link
Ayə 51
52

Əl-Əraf surəsi Ayə 52

Quran-ı Kərim

Həqiqətən Biz onlara (geniş) elm əsasında ətraflı izah etdiyimiz (kəlmələrini ayə və surələrə, möhkəm və mütəşabihlərə, «nəss» və «zahir»lərə, mənasını isə əsl və qollara, müxtəlif elm və maariflərə böldüyümüz) bir kitab gətirdik ki, o, iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir.
Link
Ayə 52
53

Əl-Əraf surəsi Ayə 53

Quran-ı Kərim

Yoxsa onlar onun tə’vil və yozumundan başqa bir şey gözləyirlər? (Onlar Qur’anın cəza və mükafat vədlərinin Qiyamətdə eynilə gerçəkləşməsindən başqa şey gözləyirlər?) Onun tə’vili gələn gün onu əvvəldən unutmuş kəslər «doğrudan da Rəbbimizin peyğəmbərləri bizə həqiqəti gətirdilər (lakin biz qəbul etmədik), buna görə də, görəsən (bu gün) bizim üçün bizə şəfaət edəcək şəfaətçilər varmı, yaxud etdiklərimizdən qeyrilərini yerinə yetirməyimiz üçün (dünyaya) qaytarıla bilərikmi?» deyəcəklər. (Xeyr,) onlar (həmin gün) şübhəsiz özlərini ziyana uğratmışlar və iftira etdikləri (yalandan Allaha şərik qoşduqları) şey onların gözlərindən itib.
Link
Ayə 53
54

Əl-Əraf surəsi Ayə 54

Quran-ı Kərim

Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir.
Link
Ayə 54
55

Əl-Əraf surəsi Ayə 55

Quran-ı Kərim

Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir.
Link
Ayə 55
56

Əl-Əraf surəsi Ayə 56

Quran-ı Kərim

Yer üzündə onun (peyğəmbərlər və səmavi şəriətlər vasitəsilə) düzəlməsindən sonra (küfr və fisqlə) fəsad törətməyin və Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır.
Link
Ayə 56
57

Əl-Əraf surəsi Ayə 57

Quran-ı Kərim

Küləkləri rəhmətindən (yağışdan) qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, qar və dolu şəklində) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız.
Link
Ayə 57
58

Əl-Əraf surəsi Ayə 58

Quran-ı Kərim

Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tovhid) ayələrimizi şükr edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk.
Link
Ayə 58
59

Əl-Əraf surəsi Ayə 59

Quran-ı Kərim

Həqiqətən Biz Nuhu öz qövmünə tərəf göndərdik. O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram».
Link
Ayə 59
60

Əl-Əraf surəsi Ayə 60

Quran-ı Kərim

Qövmünün böyükləri və başçıları dedilər: «Həqiqətən, Biz səni açıq-aşkar bir zəlalətdə görürük».
Link
Ayə 60
61

Əl-Əraf surəsi Ayə 61

Quran-ı Kərim

Dedi: «Ey mənim qövmüm, mən zəlalətdə deyiləm, əksinə, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm.
Link
Ayə 61
62

Əl-Əraf surəsi Ayə 62

Quran-ı Kərim

Rəbbimin tapşırıqlarını sizə çatdırır, sizin xeyrinizi istəyir və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm.
Link
Ayə 62
63

Əl-Əraf surəsi Ayə 63

Quran-ı Kərim

Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin dili ilə sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də təqvalı olmağınız üçün və bəlkə rəhm olunasınız deyə (ilk səmavi şəriət və kitab olaraq) bir öyüd-nəsihət gəlməsinə təəccüb etdiniz?»
Link
Ayə 63
64

Əl-Əraf surəsi Ayə 64

Quran-ı Kərim

Beləliklə, onlar onu təkzib etdilər. Biz də ona və onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik və Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilər.
Link
Ayə 64
65

Əl-Əraf surəsi Ayə 65

Quran-ı Kərim

Və Ad qövmünə onların (qəbilə yaxud qan) qardaşı Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin, sizin üçün Ondan başqa bir məbud yoxdur, məgər (Onun qəzəbindən) qorxmursunuz?»
Link
Ayə 65
66

Əl-Əraf surəsi Ayə 66

Quran-ı Kərim

Qövmünün kafir olan böyükləri və başçıları dedilər: «Doğrudan da biz səni səfehlik və nadanlıq içərisində görürük və həqiqətən səni yalançılardan hesab edirik».
Link
Ayə 66
67

Əl-Əraf surəsi Ayə 67

Quran-ı Kərim

Dedi: «Ey mənim qövmüm, məndə heç bir səfehlik yoxdur, əksinə, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm
Link
Ayə 67
68

Əl-Əraf surəsi Ayə 68

Quran-ı Kərim

ki, Rəbbimin tapşırıqlarını sizə çatdırıram və mən sizin üçün inanılmış bir nəsihətçiyəm.
Link
Ayə 68
69

Əl-Əraf surəsi Ayə 69

Quran-ı Kərim

Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin diliylə sizi (Allahın əzabı ilə) qorxutmaq üçün bir zikrin gəlməsinə (peyğəmbərlik yaxud möcüzənin aşkar edilməsi və ya Nuhun kitab və şəriətinin çatdırılmasına) təəccüb etdiniz? Yada salın o zaman(ı) ki, sizi (yer üzündə) Nuhun qövmündən sonra canişinlər etdi və cismin və bədən qüvvələrinin yaradılmasında sizə üstünlük əta etdi. Buna görə də Allahın nemətlərini xatırlayın, bəlkə nicat tapdınız».
Link
Ayə 69
70

Əl-Əraf surəsi Ayə 70

Quran-ı Kərim

Dedilər: «Sən bizim yanımıza gəlmisən ki, biz yalnız Allaha ibadət edək və atalarımızın ibadət etdiklərini boşlayaq? Onda əgər doğruçulardansansa, vəd etdiyini (ilahi əzabı) gətir».
Link
Ayə 70
71

Əl-Əraf surəsi Ayə 71

Quran-ı Kərim

Dedi: «Şübhəsiz, artıq Rəbbiniz tərəfindən sizin üçün bir əzab və qəzəb qərara alınmışdır. Özünüz və atalarınızın (bütlərə) qoyduqlarınız və Allahın, (haqq olması) barəsində heç bir dəlil-sübut nazil etmədiyi (tanrı, məbud və ruzi verən kimi) adlar barəsində mənimlə mübahisə edir və höcətləşirsiniz? Belə isə, (əzabı) gözləyin ki, mən də mütləq sizinlə gözləyənlərdənəm».
Link
Ayə 71
72

Əl-Əraf surəsi Ayə 72

Quran-ı Kərim

Beləliklə, ona və onunla birgə olanlara Öz rəhmətimizlə nicat verdik və Bizim ayələrimizi təkzib edən və mömin olmayanların kökünü və nəslini kəsdik.
Link
Ayə 72
73

Əl-Əraf surəsi Ayə 73

Quran-ı Kərim

Və Səmud (qövmünə) onların (qəbilə və ya qan) qardaşı Salehi (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, sizin üçün Rəbbiniz tərəfindən bir dəlil-sübut gəlmişdir. Bu, Allahın (tovhid, qüdrət və rəhmətindən) sizin üçün bir nişanə olan dişi dəvəsidir. Buna görə də onu buraxın Allahın (yaratdığı) yer üzündə otlasın, ona zərər və ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar».
Link
Ayə 73
74

Əl-Əraf surəsi Ayə 74

Quran-ı Kərim

Və yada salın o zaman(ı) ki, sizi Ad qövmündən sonra canişinlər etdi və sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində (yay) saraylar(ı) tikirsiniz və dağları yonub (qış) evlər(i) düzəldirsiniz. Buna görə də, Allahın nemətlərini xatırlayın və yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın».
Link
Ayə 74
75

Əl-Əraf surəsi Ayə 75

Quran-ı Kərim

Onun qövmünün təkəbbürlü başçı və böyükləri onların zəif salınmış möminlərinə dedilər: «Siz Salehin, Rəbbi tərəfindən göndərildiyini bilirsiniz?» Onlar dedilər: «Şübhəsiz, biz onun, göndərilmiş olduğu şeyə iman gətirmişik».
Link
Ayə 75
76

Əl-Əraf surəsi Ayə 76

Quran-ı Kərim

Təkəbbürlük edənlər dedilər: «Şübhəsiz, biz sizin iman gətirdiyiniz şeyi inkar edirik.»
Link
Ayə 76
77

Əl-Əraf surəsi Ayə 77

Quran-ı Kərim

Beləliklə, o dişi dəvənin ayaqlarını kəsdilər, Rəbblərinin əmrindən boyun qaçırdılar və dedilər: «Ey Saleh, əgər göndərilmiş (peyğəmbər)lərdənsənsə, bizə vəd etdiyini gətir».
Link
Ayə 77
78

Əl-Əraf surəsi Ayə 78

Quran-ı Kərim

Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı.
Link
Ayə 78
79

Əl-Əraf surəsi Ayə 79

Quran-ı Kərim

Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz».
Link
Ayə 79
80

Əl-Əraf surəsi Ayə 80

Quran-ı Kərim

Və Lutu (yada sal, onun) o zaman(ını) ki, öz qövmünə dedi: «Siz aləmdəkilərdən sizdən qabaq heç kəsin etmədiyi o çirkin işi edirsiniz?
Link
Ayə 80
81

Əl-Əraf surəsi Ayə 81

Quran-ı Kərim

Həqiqətən, siz arvadları qoyub şəhvətlə kişilərlə əlaqədə olursunuz. (Təkcə bu işdə deyil,) bəlkə siz (hər bir işdə fitri) həddi aşan bir dəstəsiniz».
Link
Ayə 81
82

Əl-Əraf surəsi Ayə 82

Quran-ı Kərim

Onun qövmünün cavabı yalnız bu oldu ki, (bir-birlərinə) dedilər: «Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!»
Link
Ayə 82
83

Əl-Əraf surəsi Ayə 83

Quran-ı Kərim

Beləliklə, onu və ailəsini xilas etdik, arvadı istisna olmaqla ki, o, (əzab əhli arasında) qalanlardan oldu.
Link
Ayə 83
84

Əl-Əraf surəsi Ayə 84

Quran-ı Kərim

Və onların başlarına (kiçik daşlardan ibarət) yağış yağdırdıq. Buna görə də günahkarların aqibətinin necə olduğuna nəzər sal!
Link
Ayə 84
85

Əl-Əraf surəsi Ayə 85

Quran-ı Kərim

Və Mədyən (əhlinə) onların (qəbilə yaxud qan) qardaşı Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən açıq-aşkar bir dəlil gəlmişdir. (Məqsəd Şüeybin Allah tərəfindən olan möcüzəsidir ki, onun nədən ibarət olması açıqlanmayıb.) Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə–fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır.
Link
Ayə 85
86

Əl-Əraf surəsi Ayə 86

Quran-ı Kərim

Və (camaatı) hədələmək və iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq və Allahın yolunu əymək istəyi ilə (onu əymək və ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın. Həmçinin az olduğunuz və Allahın sizi çoxaltdığı zamanı xatırlayın və fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!
Link
Ayə 86
87

Əl-Əraf surəsi Ayə 87

Quran-ı Kərim

Və əgər sizdən bir dəstə mənim göndərildiyim şeyə iman gətirib və bir dəstə iman gətirməyibsə, Allah bizim aramızda hökm çıxarana kimi səbr edin (mübarizəyə qalxmayın). O, hökm çıxaranların ən yaxşısıdır».
Link
Ayə 87
88

Əl-Əraf surəsi Ayə 88

Quran-ı Kərim

Onun qövmünün təkəbbürlü başçıları və böyükləri dedilər: «Ey Şüeyb, şübhəsiz, (ya) səni və səninlə birgə iman gətirənləri diyarımızdan və cəmiyyətimizdən çıxaracağıq, ya da ki, bizim dinimizə daxil olacaqsınız». Dedi: «Hətta nifrət bəsləsək belə?
Link
Ayə 88
89

Əl-Əraf surəsi Ayə 89

Quran-ı Kərim

Əgər Allah bizə sizin dininizdən nicat verdikdən sonra, biz ona daxil olsaq (Allahın şərikinin olmasını desək), şübhəsiz, Allaha qarşı yalan uydurmuş olarıq. Bizə, Rəbbimizin istəməsi istisna olmaqla (ki, əlbəttə Rəbbimiz də heç vaxt istəməyəcəkdir,) sizin dininizə daxil olmaq yaraşmaz. Bizim Rəbbimiz elm və agahlıq baxımından hər şeyi əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında haqq əsasında hökm çıxar və (ixtilafı) həll et ki, sən hakim və həll edənlərin ən yaxşısısan».
Link
Ayə 89
90

Əl-Əraf surəsi Ayə 90

Quran-ı Kərim

Onun qövmünün kafir başçı və böyükləri dedilər: «Əgər Şüeybə tabe olsanız, onda siz mütləq ziyana uğramış olacaqsınız».
Link
Ayə 90
91

Əl-Əraf surəsi Ayə 91

Quran-ı Kərim

Beləliklə (göy gürultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzləri üstə düşmüş halda hamısının canları çıxdı.
Link
Ayə 91
92

Əl-Əraf surəsi Ayə 92

Quran-ı Kərim

(Bəli,) Şüeybi təkzib edənlər (elə məhv oldular) sanki heç vaxt orada yaşamayıblar. Şüeybi təkzib edənlər, özləri ziyana uğramışlar idilər.
Link
Ayə 92
93

Əl-Əraf surəsi Ayə 93

Quran-ı Kərim

Beləliklə, (Şüeyb) onlardan üz döndərdi və (cəsədlərinə xitab edərək) dedi: «Ey mənim qövmüm, şübhəsiz mən Rəbbimin tapşırıqlarını sizə çatdırdım və sizə öyüd-nəsihət verərək xeyrinizi istədim. Belə olan halda, kafir bir dəstə üçün necə kədərlənim?».
Link
Ayə 93
94

Əl-Əraf surəsi Ayə 94

Quran-ı Kərim

Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.
Link
Ayə 94
95

Əl-Əraf surəsi Ayə 95

Quran-ı Kərim

Sonra o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik, nəhayət (mal və övlad baxımından) artdılar və (yenə də ayılmayaraq) «bizim atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi (bu, təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)» dedilər. Belə olduqda, özləri də bilmədən, qəflətən onları yaxaladıq.
Link
Ayə 95
96

Əl-Əraf surəsi Ayə 96

Quran-ı Kərim

Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.
Link
Ayə 96
97

Əl-Əraf surəsi Ayə 97

Quran-ı Kərim

Belə isə, görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər?
Link
Ayə 97
98

Əl-Əraf surəsi Ayə 98

Quran-ı Kərim

Və görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın gündüz çağı (dünya) oyunlar(ın)a (və günah işlərə) başları qarışan halda onlara gəlməsindən xatircəmdirlər?
Link
Ayə 98
99

Əl-Əraf surəsi Ayə 99

Quran-ı Kərim

Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir.
Link
Ayə 99
100

Əl-Əraf surəsi Ayə 100

Quran-ı Kərim

Məgər yer üzünün onun sahiblərindən sonra varisi olmuş şəxsləri bu mətləb hidayət etmədimi (və onlar üçün aydınlaşdırmadımı) ki, əgər Biz istəsək günahları müqabilində onları əzaba düçar edər və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurarıq ki, bir daha (haqq sözü) eşitməsinlər?!
Link
Ayə 100
101

Əl-Əraf surəsi Ayə 101

Quran-ı Kərim

Bu, (insan) cəmiyyətlər(i)dir ki, onların xəbərlərini sənə söyləyirik. Doğrudan da peyğəmbərləri onlara aydın dəlillər gətirdilər, lakin onlar qabaqcadan təkzib etdikləri şeyə iman gətirən deyildilər! Allah kafirlərin qəlblərinə beləcə (sərtlik və anlamazlıq) möhür(ü) vurur.
Link
Ayə 101
102

Əl-Əraf surəsi Ayə 102

Quran-ı Kərim

Onların çoxunda əhdə vəfa görmədik. Həqiqətən onların çoxunu olduqca itaətsiz gördük.
Link
Ayə 102
103

Əl-Əraf surəsi Ayə 103

Quran-ı Kərim

O zaman onlardan (əvvəlki peyğəmbərlərdən) sonra Musanı Öz ayə və nişanələrimizlə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə onlar o ayələrə zülm etdilər (onları qəbul etmədilər). Buna görə də fəsad törədənlərin aqibətlərinin necə olduğuna nəzər sal!
Link
Ayə 103
104

Əl-Əraf surəsi Ayə 104

Quran-ı Kərim

Və Musa dedi: «Ey Firon, həqiqətən mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm.
Link
Ayə 104
105

Əl-Əraf surəsi Ayə 105

Quran-ı Kərim

Allah barəsində yalnız haqqı deməyə borcluyam. Şübhəsiz, sizin üçün (tovhid və öz nübuvvətim barəsində) aydın bir dəlil gətirmişəm. Odur ki, (onları qəbul et və) Bəni-İsraili mənimlə (öz əsl vətənləri olan Beytül-Müqəddəsə) göndər».
Link
Ayə 105
106

Əl-Əraf surəsi Ayə 106

Quran-ı Kərim

Firon dedi: «Əgər bir ayə və nişanə gətirmisənsə və doğruçulardansansa onda, onu gətir (və göstər)».
Link
Ayə 106
107

Əl-Əraf surəsi Ayə 107

Quran-ı Kərim

Beləliklə Musa öz əsasını atdı və o, dərhal aşkar bir əjdaha oldu.
Link
Ayə 107
108

Əl-Əraf surəsi Ayə 108

Quran-ı Kərim

Və əlini (qoltuğunun altından və ya yaxasından) çıxartdı və o, baxanlar üçün ağ və parlaq oldu.
Link
Ayə 108
109

Əl-Əraf surəsi Ayə 109

Quran-ı Kərim

Fironun qövmünün başçı və böyükləri (bir-birlərinə) dedilər: «Şübhəsiz, bu (kişi) çox bilikli bir sehrbazdır.
Link
Ayə 109
110

Əl-Əraf surəsi Ayə 110

Quran-ı Kərim

Sizi öz torpağınızdan çıxarmaq istəyir. Belə isə rəy və nəzəriniz nədir?».
Link
Ayə 110
111

Əl-Əraf surəsi Ayə 111

Quran-ı Kərim

(Firona) dedilər: «Onu(n) və qardaşını(n işini) saxla və şəhərlərə toplayıcı məmurlar göndər
Link
Ayə 111
112

Əl-Əraf surəsi Ayə 112

Quran-ı Kərim

ki, hər bir bilikli sehrbazı sənin yanına gətirsinlər».
Link
Ayə 112
113

Əl-Əraf surəsi Ayə 113

Quran-ı Kərim

Və sehrbazlar Fironun yanına gələrək dedilər: «Əgər biz qalib gəlsək, bizim üçün mütləq mühüm bir muzd olacaqmı?»
Link
Ayə 113
114

Əl-Əraf surəsi Ayə 114

Quran-ı Kərim

Dedi: «Bəli, şübhəsiz (saray sahibinə) yaxınlardan olacaqsınız».
Link
Ayə 114
115

Əl-Əraf surəsi Ayə 115

Quran-ı Kərim

(Sehrbazlar) dedilər: «Ey Musa, ya sən (öz cadugərlik vasitələrini) at, ya da biz ataq».
Link
Ayə 115
116

Əl-Əraf surəsi Ayə 116

Quran-ı Kərim

Dedi: «Siz atın.» Beləliklə elə ki, (cadugərlik alətlərini) atdılar camaatın gözlərini (sehrlə) bağladılar və onları çox qorxutdular və böyük bir sehr yaratdılar.
Link
Ayə 116
117

Əl-Əraf surəsi Ayə 117

Quran-ı Kərim

Və Biz Musaya «öz əsanı at!» deyə vəhy etdik. (Elə ki, Musa əsasını atdı, əsa əjdaha oldu.) Beləliklə, sehrbazların yalandan düzəltdiklərini qəfildən sürətlə tutub udurdu.
Link
Ayə 117
118

Əl-Əraf surəsi Ayə 118

Quran-ı Kərim

Beləliklə, haqq yerini aldı və onların etdikləri (onların sehri) puç oldu.
Link
Ayə 118
119

Əl-Əraf surəsi Ayə 119

Quran-ı Kərim

Beləliklə, (fironçuların hamısı) orada məğlub oldular və xar olaraq alçaldılar.
Link
Ayə 119
120

Əl-Əraf surəsi Ayə 120

Quran-ı Kərim

Və sehrbazlar (ixtiyarsız olaraq) səcdəyə düşdülər.
Link
Ayə 120
121

Əl-Əraf surəsi Ayə 121

Quran-ı Kərim

Dedilər: «Aləmlərin Rəbbinə iman gətirdik.
Link
Ayə 121
122

Əl-Əraf surəsi Ayə 122

Quran-ı Kərim

Musa və Harunun Rəbbinə!»
Link
Ayə 122
123

Əl-Əraf surəsi Ayə 123

Quran-ı Kərim

Firon dedi: «Mən sizə icazə verməmişdən qabaq ona iman gətirdiniz? Bu, şübhəsiz, (sizinlə Musanın) bu şəhərdə onun əhalisini oradan çıxarmaq (qibtiləri çıxarmağınız və İsrail övladlarını saxlamaq) üçün qurduğunuz bir hiylədir. Odur ki, tezliklə biləcəksiniz!
Link
Ayə 123
124

Əl-Əraf surəsi Ayə 124

Quran-ı Kərim

Həqiqətən, mütləq sizin əllərinizi və ayaqlarınızı çarpazvari (birini sağdan, birini soldan) kəsəcək, sonra isə şübhəsiz, sizin hamınızı dar ağacından asacağam».
Link
Ayə 124
125

Əl-Əraf surəsi Ayə 125

Quran-ı Kərim

Dedilər: «(Onsuz da) Biz Rəbbimizə tərəf dönəcəyik (buna görə də sənin hədələrindən qorxmuruq).
Link
Ayə 125
126

Əl-Əraf surəsi Ayə 126

Quran-ı Kərim

Sən bizə yalnız Rəbbimizin ayə və nişanələri bizə yetişən zaman, onlara iman gətirməyimizi eyb və irad tutursan. Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbr endir və bizi müsəlman olaraq öldür.»
Link
Ayə 126
127

Əl-Əraf surəsi Ayə 127

Quran-ı Kərim

Və Fironun qövmünün başçıları və böyükləri dedilər: «Musanı və onun qövmünü azad buraxırsan ki, yer üzündə fəsad törətsinlər və səni və tanrılarını boşlasınlar?» (Firon bütləri və ulduzları öz allahı, özünü isə camaatın allahı hesab edirdi. Yaxud da onları camaatın məbudu, özünü isə onların məbudu bilirdi.) Dedi: «Tezliklə, onların oğlanlarını (Musanın gəlişindən qabaq olduğu kimi) dəhşətli şəkildə öldürəcək və qadınlarını diri saxlayacağıq və biz onlara hakimik».
Link
Ayə 127
128

Əl-Əraf surəsi Ayə 128

Quran-ı Kərim

Musa öz qövmünə dedi: «Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz yer üzü Allaha məxsusdur (onun yaradılışı, qorunması və sakinlərinin idarə olunması Onun istək və iradəsi ilə həyata keçir), istədiyini onun varisi edir. (Gözəl) aqibət pərhizkarlarındır».
Link
Ayə 128
129

Əl-Əraf surəsi Ayə 129

Quran-ı Kərim

Onlar dedilər: «Biz həm sən bizə gəlməmişdən qabaq və həm də gəldikdən sonra əzab-əziyyət çəkdik!» Dedi: «Ümid var ki, Rəbbiniz düşməninizi həlak və sizi bu torpaqda canişin etsin, beləliklə də necə davranacağınıza baxsın.»
Link
Ayə 129
130

Əl-Əraf surəsi Ayə 130

Quran-ı Kərim

Və həqiqətən fironçuları (İsrail övladlarına verdiyimiz vədin başlanğıcı olaraq) qəhətlik və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürsünlər.
Link
Ayə 130
131

Əl-Əraf surəsi Ayə 131

Quran-ı Kərim

Onlara yaxşılıq və bolluq gələndə, «bu, bizim özümüz(ün ləyaqətimiz)dəndir deyirdilər və elə ki, onlara bir pislik və bəla gəlirdi (bunu) Musanın və yanındakıların (ayaqlarının) uğursuzluqları ilə əlaqələndirirdilər. Əsla! Onların uğursuzluqlarının (və onlara gələn hər bir şər və bəlanın) səbəbi (onların) Allahın yanında (qeyd olunmuş günahları)dır və lakin onların çoxu (bunu) bilmirdilər.
Link
Ayə 131
132

Əl-Əraf surəsi Ayə 132

Quran-ı Kərim

Və dedilər: «(Ey Musa,) bizə, bizi sehrləməyin üçün hər nə nişanə və möcüzə gətirsən, biz sənə əsla iman gətirən deyilik».
Link
Ayə 132
133

Əl-Əraf surəsi Ayə 133

Quran-ı Kərim

Beləliklə, Biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtgə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idilər.
Link
Ayə 133
134

Əl-Əraf surəsi Ayə 134

Quran-ı Kərim

Və onlara (hər dəfə) əzab nazil olanda, (belə) deyirdilər: «Ey Musa, səninlə olan əhd-peymanına (nübuvvət, yaxud duanın qəbul olunması əhd-peymanına) xatir bizim üçün Rəbbini çağır ki, əgər bu əzabı (filan müddətədək) bizdən götürsən, sənə mütləq iman gətirəcək və İsrail övladlarını səninlə göndərəcəyik».
Link
Ayə 134
135

Əl-Əraf surəsi Ayə 135

Quran-ı Kərim

Beləliklə, elə ki, əzabı yetişməli olduqları müddətədək onlardan dəf edirdik, onlar yenə də əhd-peymanı pozurdular.
Link
Ayə 135
136

Əl-Əraf surəsi Ayə 136

Quran-ı Kərim

Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə batırdıq. Çünki Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və (ümumiyyətlə) onlardan qafil idilər.
Link
Ayə 136
137

Əl-Əraf surəsi Ayə 137

Quran-ı Kərim

Və (fironçular tərəfindən) həmişə zəif və aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq və qərblərinin (Şam və Fələstin torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi və Fironun və onun qövmünün tikdiklərini (ev, saray və qüllələrini) və çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran və məhv etdik.
Link
Ayə 137
138

Əl-Əraf surəsi Ayə 138

Quran-ı Kərim

Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş və (bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyl göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən də bizim üçün məbud düzəlt!» (Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz.
Link
Ayə 138
139

Əl-Əraf surəsi Ayə 139

Quran-ı Kərim

Həqiqətən bunların, içində olduqları (şirk əqidəsi) məhvə məhkumdur və (bütlərə) etdikləri (ibadət) batil və puçdur».
Link
Ayə 139
140

Əl-Əraf surəsi Ayə 140

Quran-ı Kərim

Dedi: «Allah sizi aləmdəkilərdən (öz zamanınızın insanlarından) üstün etdiyi halda, mən sizin üçün Ondan başqa bir məbud axtarım?!»
Link
Ayə 140
141

Əl-Əraf surəsi Ayə 141

Quran-ı Kərim

Və (yada salın) o zaman(ı) ki, sizi, sizə ağır işkəncə verən fironçulardan xilas etdik. Onlar oğullarınızı rəhmsizcəsinə öldürür, qadınlarınızı (havayı işlətmək üçün) diri saxlayırdılar və bunda (bu işdə sizin üçün) Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
Link
Ayə 141
142

Əl-Əraf surəsi Ayə 142

Quran-ı Kərim

Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».
Link
Ayə 142
143

Əl-Əraf surəsi Ayə 143

Quran-ı Kərim

Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm)» dedi. (Rəbbi ona) «(dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır)» dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: «Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm».
Link
Ayə 143
144

Əl-Əraf surəsi Ayə 144

Quran-ı Kərim

(Allah) buyurdu: «Ey Musa! Mən səni Öz risalət və tapşırıqlarımla (onların yerinə yetirilməsi ilə) və (səninlə) danışmağımla bütün insanlardan seçdim (üstün etdim). Buna görə də, sənə verdiyimi götür və şükr edənlərdən ol».
Link
Ayə 144
145

Əl-Əraf surəsi Ayə 145

Quran-ı Kərim

Və onun üçün (Tövratın) lövhələr(in)də hər bir mövzu barəsində nəsihət və (camaatın etiqad və əməlləri barəsində) hər bir şey üçün ətraflı şərh yazdıq (və dedik): «var gücünlə onu götür (öyrən) və öz qövmünə onun ən gözəlini götürmələrini (öyrənmələrini) əmr et (vacibləri götürsünlər və haramları tərk etsinlər). Tezliklə sizə günahkarların yurdunu (Ad və Səmud qövmlərinin, həmçinin fironçuların dünyada xaraba qalmış yurdlarını, axirətdə əbədi qalacaqları Cəhənnəmdəki yerlərini) göstərəcəyəm».
Link
Ayə 145
146

Əl-Əraf surəsi Ayə 146

Quran-ı Kərim

Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir.
Link
Ayə 146
147

Əl-Əraf surəsi Ayə 147

Quran-ı Kərim

Bizim ayə və nişanələrimizi, eləcə də axirət görüşünü yalan sayan kəslərin (xeyir) əməlləri puç və batil olacaqdır. Məgər onlar etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?!
Link
Ayə 147
148

Əl-Əraf surəsi Ayə 148

Quran-ı Kərim

Musanın qövmü(nün çoxu) ondan, (o, Allahla vədələşdiyi yerə getdikdən) sonra öz zinət əşyalarından bir buzov – buzov səsi çıxaran bir heykəl düzəltdilər. Məgər onlar həmin heykəlin onlarla danışmadığını və onları bir yola hidayət etməməsini görmürdülər?! (Cansız bir şeyi diri və bütün varlıq aləmini bərqərar saxlayan bir şeyin yerinə qoymaqla) zalımlardan olaraq onu özlərinə tanrı götürdülər.
Link
Ayə 148
149

Əl-Əraf surəsi Ayə 149

Quran-ı Kərim

Və elə ki, özlərinə gəlib çox peşman oldular və doğrudan da azdıqlarını gördülər «həqiqətən əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq» dedilər.
Link
Ayə 149
150

Əl-Əraf surəsi Ayə 150

Quran-ı Kərim

Və Musa qəzəbli və təəssüflə öz qövmünün yanına qayıdanda, dedi: «Məndən sonra mənim üçün pis canişinlik etdiniz; məgər Rəbbinizin işində (görüşündə) tələsdiniz?» Və (Tövratın) lövhələri(ni) atdı və qardaşının başından tutub özünə tərəf çəkməyə başladı. O dedi: «Anam oğlu! Həqiqətən bu qövm məni (onları həmin işdən çəkindirməkdə) aciz qoydu və az qalmışdı məni öldürsünlər. Odur ki, düşmənləri məni məzəmmət etməyə qaldırma və məni zalım dəstə ilə bir tutma».
Link
Ayə 150
151

Əl-Əraf surəsi Ayə 151

Quran-ı Kərim

(Musa) dedi: «Ey Rəbbim, məni və qardaşımı bağışla və bizi Öz rəhmətinə daxil et ki, Sən mehribanların ən mehribanısan.»
Link
Ayə 151
152

Əl-Əraf surəsi Ayə 152

Quran-ı Kərim

Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada və axirətdə) Rəbblərindən bir qəzəb və dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları və tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət və xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq.
Link
Ayə 152
153

Əl-Əraf surəsi Ayə 153

Quran-ı Kərim

Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır. (Bu iki ayə Musanın dastanı arasında olan mötərizə cümlələridir).
Link
Ayə 153
154

Əl-Əraf surəsi Ayə 154

Quran-ı Kərim

Musanın qəzəbi yatdıqda(n sonra) o, (Tövratın) lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi.
Link
Ayə 154
155

Əl-Əraf surəsi Ayə 155

Quran-ı Kərim

Musa öz qövmündən (onların arasından) Bizim vədələşdiyimiz yer(ə qövmü buzova pərəstiş etməmişdən qabaq Tövratın nazil olması vəd edilən yerə və ya buzova pərəstişdən sonra tövbənin qəbul ediləcəyi yerə gətirmək) üçün yetmiş kişi seçdi. Beləliklə (səs eşitməklə kifayətlənməyib Allahı görmək istədikləri vaxt), o şiddətli titrəyiş onları bürüyəndə (və onların hamısı öləndə, Musa) dedi: «Ey Rəbbim, əgər istəsəydin onları və məni bundan əvvəl həlak edərdin. Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. İstədiyini onunla azdırır və istədiyini onunla hidayət edirsən. Sən bizim yardımçı və başçımızsan. Bizi bağışla və bizə rəhm et ki, Sən bağışlayanların ən yaxşısısan».
Link
Ayə 155
156

Əl-Əraf surəsi Ayə 156

Quran-ı Kərim

«Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə (hesabda, şəfaətdə və Cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq». Buyurdu: « (xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam».
Link
Ayə 156
157

Əl-Əraf surəsi Ayə 157

Quran-ı Kərim

O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!
Link
Ayə 157
158

Əl-Əraf surəsi Ayə 158

Quran-ı Kərim

De: «Ey insanlar, həqiqətən mən Allahın sizin hamınıza (xitab olunan zamanın varlıqlarından tutmuş bəşəriyyətin nəsli kəsilənədək olacaq bütün insanlara) göndərilmiş Peyğəmbəriyəm. O Allahın ki, göylərin və yerin həqiqi sahib və hakimidir (çünki onların yaradılışı, qorunması, idarə olunması və məhvi, bunların hamısı Onun iradəsinə tabedir). Ondan başqa bir məbud yoxdur, dirildir və öldürür (yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi O dirildir və öldürür). Odur ki, Allaha və Onun elçisinə - (Qur’andakı və əvvəlki səmavi kitablardakı) kəlamlarına imanı olan bu ümmi Peyğəmbərə iman gətirin və ona tabe olun, bəlkə hidayət olundunuz».
Link
Ayə 158
159

Əl-Əraf surəsi Ayə 159

Quran-ı Kərim

Və Musanın qövmündə haqqa əsaslanaraq (və haqq danışmaqla və haqqa əməl etməklə insanları) hidayət edən və haqqa əsaslanaraq (öz danışıqlarında və əməllərində) ədalətli olan bir dəstə vardır.
Link
Ayə 159
160

Əl-Əraf surəsi Ayə 160

Quran-ı Kərim

Və onları (Yəqubun) hər biri bir ümmət olan nəvələr(in)dən ibarət on iki qəbiləyə böldük və qövmü Musadan su istəyən zaman ona vəhy etdik ki, öz əsanı (Tur dağından gətirdiyin kub şəkilli) o daşa vur. Beləliklə, ondan on iki çeşmə (dörd tərəfin hər birindən üç çeşmə) qaynadı (axmağa başladı). Hər bir ümmət özünün su içəcəyi yeri tanıdı. Ağ və üst-üstə yığılmış buludu onların başları üzərində kölgəlik etdik və onlara «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik «sizə verdiyimiz pak ruzilərdən yeyin» (dedik). Onlar (öz itaətsizlikləri ilə) Bizə zülm etmədilər və lakin özlərinə zülm edirdilər. (Bəqərə surəsinin 57-ci ayəsinə müraciət edin).
Link
Ayə 160
161

Əl-Əraf surəsi Ayə 161

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, onlara (belə) deyilmişdi: «Bu şəhərdə (Beytül-Müqəddəsdə) məskunlaşın, onun istədiyiniz yerindən istifadə edin, «(ey Rəbbimiz), bizim günahlarımızı tök» deyin və bu qapıdan səcdə halında (təvazökarlıqla) daxil olun ki, sizin günahlarınızı bağışlayaq. (Onda) tezliklə yaxşılara artıq bağışlayarıq.» (Bəqərə surəsinin 58-ci ayəsinə mürəciət edin).
Link
Ayə 161
162

Əl-Əraf surəsi Ayə 162

Quran-ı Kərim

Beləliklə, onlardan zülm etmiş kəslər (həmin sözü) onlara deyiləndən başqa sözə dəyişdilər (tövbə yerinə buğda istədilər). Belə olduqda, zülm etmələrinin cəzası olaraq göydən onlara əzab göndərdik. (Bəqərə surəsinin 59-cu ayəsinə müraciət edin).
Link
Ayə 162
163

Əl-Əraf surəsi Ayə 163

Quran-ı Kərim

Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.
Link
Ayə 163
164

Əl-Əraf surəsi Ayə 164

Quran-ı Kərim

Və o zaman onlardan bir dəstə (digərlərini çəkindirən dəstəyə) dedi: «Nə üçün Allahın mütləq həlak edəcəyi və ya şiddətli əzab verəcəyi bir qövmə öyüd-nəsihət verirsiniz?» Dedilər: «Rəbbinizin dərgahında üzrümüzün olması üçün və bəlkə onlar çəkindilər deyə!». (Deməli Musanın qövmü üç dəstədən - günahkarlar, onları çəkindirənlər və sükut edənlərdən ibarət idi.)
Link
Ayə 164
165

Əl-Əraf surəsi Ayə 165

Quran-ı Kərim

Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik.
Link
Ayə 165
166

Əl-Əraf surəsi Ayə 166

Quran-ı Kərim

Beləliklə, elə ki, çəkindirildikləri şeydən boyun qaçırdılar, onlara «meymunlar və qovulmuşlar olun!» dedik (qəti iradə ilə surətlərinin meymun şəklində, ruhlarının isə xar və rəhmətdən uzaq olmasını istədik və elə də oldular).
Link
Ayə 166
167

Əl-Əraf surəsi Ayə 167

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, Rəbbin Qiyamət gününədək onlara (yəhudilərə) həmişə mütləq ağır əzab verən kəslər göndərəcəyini elan etdi. Həqiqətən sənin Rəbbin tez cəza verən və (eyni zamanda) çox bağışlayan və mehribandır.
Link
Ayə 167
168

Əl-Əraf surəsi Ayə 168

Quran-ı Kərim

Və onları yer üzündə müxtəlif dəstələr şəklində səpələdik. Onlardan bəzisi yaxşı əməl sahibləridir, bəzisi isə onlardan aşağıdır. Onları yaxşı-yamanlıqlarla sınadıq, bəlkə (haqqa tərəf) qayıtsınlar.
Link
Ayə 168
169

Əl-Əraf surəsi Ayə 169

Quran-ı Kərim

Beləliklə, onlardan sonra kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər. Onlar (rüşvət və ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır və «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər. Əgər onlara elə bir mal yetişsə, yenə də götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar). (Bilin ki,) axirət evi təqvalılar üçün daha yaxşıdır, məgər düşünmürsünüz?
Link
Ayə 169
170

Əl-Əraf surəsi Ayə 170

Quran-ı Kərim

Həmişə (öz səma) kitab(ların)dan yapışan və namaz qılan kəslər (bilsinlər ki,) həqiqətən Biz salehlərin və islah edənlərin mükafatını zay etməyəcəyik.
Link
Ayə 170
171

Əl-Əraf surəsi Ayə 171

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, Biz dağı (yerindən qopararaq) bir kölgə kimi onların başı üzərində saxladıq və onlar onun mütləq başlarına düşəcəyini güman etdilər. (Və dedik:) «Sizə verdiyimiz (kitab və din)i (ruhi və cismani) qüvvətlə tutun və orada olanları yadda saxlayın, bəlkə təqvalı oldunuz». (Bəqərə surəsinin 63-cu ayəsinə müraciət edin).
Link
Ayə 171
172

Əl-Əraf surəsi Ayə 172

Quran-ı Kərim

O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik» deyəsiniz.
Link
Ayə 172
173

Əl-Əraf surəsi Ayə 173

Quran-ı Kərim

Yaxud «həqiqətən atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!».
Link
Ayə 173
174

Əl-Əraf surəsi Ayə 174

Quran-ı Kərim

Biz (öz tovhid və din) nişanələri(mizi) bu cür ətraflı açıqlayırıq (ki, onların barəsində fikirləşsinlər) və bəlkə qayıtdılar.
Link
Ayə 174
175

Əl-Əraf surəsi Ayə 175

Quran-ı Kərim

Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu.
Link
Ayə 175
176

Əl-Əraf surəsi Ayə 176

Quran-ı Kərim

Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.
Link
Ayə 176
177

Əl-Əraf surəsi Ayə 177

Quran-ı Kərim

Bizim ayələrimizi təkzib etmiş və özlərinə zülm edən dəstə(nin məsəli) necə də pis bir məsəldir.
Link
Ayə 177
178

Əl-Əraf surəsi Ayə 178

Quran-ı Kərim

Allah kimi hidayət etsə, o əsl hidayət olunmuşdur və kimi öz azğınlığında boşlasa, həqiqətən ziyana uğrayanlar onlardır!
Link
Ayə 178
179

Əl-Əraf surəsi Ayə 179

Quran-ı Kərim

Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.
Link
Ayə 179
180

Əl-Əraf surəsi Ayə 180

Quran-ı Kərim

(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır).
Link
Ayə 180
181

Əl-Əraf surəsi Ayə 181

Quran-ı Kərim

Yaratdıqlarımız içərisində (insanları) haqq (danışıq və əməl) ilə hidayət edən və haqqa əsaslanaraq hökm çıxarıb ədalətli olan bir dəstə vardır. (Bu surənin 159-cu ayəsinə müraciət edin.)
Link
Ayə 181
182

Əl-Əraf surəsi Ayə 182

Quran-ı Kərim

Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq.
Link
Ayə 182
183

Əl-Əraf surəsi Ayə 183

Quran-ı Kərim

Onlara möhlət verirəm. Həqiqətən Mənim məkr və tədbirlərim möhkəmdir.
Link
Ayə 183
184

Əl-Əraf surəsi Ayə 184

Quran-ı Kərim

Məgər fikirləş(ib gör)mədilərmi ki, onların yoldaş və yurddaşlarında (Muhəmməddə - səllallahu əleyhi və alihi və səlləm) heç bir dəlilik yoxdur? O yalnız aşkar bir qorxudandır.
Link
Ayə 184
185

Əl-Əraf surəsi Ayə 185

Quran-ı Kərim

Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qur’andan) sonra hansı sözə iman gətirəcəklər?
Link
Ayə 185
186

Əl-Əraf surəsi Ayə 186

Quran-ı Kərim

Allah kimi (itaətsizliyinə görə) olduğu azğınlıqda boşlasa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır.
Link
Ayə 186
187

Əl-Əraf surəsi Ayə 187

Quran-ı Kərim

Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər».
Link
Ayə 187
188

Əl-Əraf surəsi Ayə 188

Quran-ı Kərim

De: «Mən özüm üçün Allahın istədiyindən başqa heç bir xeyir və ziyana malik deyiləm. (Qeyb elmim də yoxdur) və əgər qeybi bilsəydim, özüm üçün mütləq hər bir mal və xeyirdən çoxlu tədarük görərdim və mənə heç bir zərər-ziyan dəyməzdi. Mən iman gətirən dəstə üçün yalnız bir qorxudan və müjdə verənəm».
Link
Ayə 188
189

Əl-Əraf surəsi Ayə 189

Quran-ı Kərim

Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur. Beləliklə elə ki, zövcəsi ilə yaxınlıq etdi, o, yüngül bir yüklə yükləndi və bir müddəti (hamiləlik dövrünün əvvəlini) o yüklə keçirdi. Elə ki, yükü ağırlaşdı hər ikisi Allahı - öz Rəbblərini çağırdılar ki: «Əgər bizə saleh (sağlam və həyat sürməyə qadir) bir övlad əta etsən, mütləq şükr edənlərdən olacağıq».
Link
Ayə 189
190

Əl-Əraf surəsi Ayə 190

Quran-ı Kərim

Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar gizli şirkə düçar oldular. Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar.) Allah Ona şərik qoşulan şeydən çox-çox ucadır.
Link
Ayə 190
191

Əl-Əraf surəsi Ayə 191

Quran-ı Kərim

Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar? (Bu ayə və sonrakı ayələr bütpərəstlərin şiddətli tənqidi və bütlərin tamamilə acizliyinin bəyanı barəsindədir.)
Link
Ayə 191
192

Əl-Əraf surəsi Ayə 192

Quran-ı Kərim

(Həmin bütlər) nə onlara bir yardım göstərə bilir və nə də özlərinə bir kömək edə bilirlər.
Link
Ayə 192
193

Əl-Əraf surəsi Ayə 193

Quran-ı Kərim

Əgər onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün onları dəvət etməyiniz və ya susmağınız birdir (çünki onlardan bir nəticə əldə etməyəcəksiniz).
Link
Ayə 193
194

Əl-Əraf surəsi Ayə 194

Quran-ı Kərim

Həqiqətən sizin Allahın yerinə çağırdıqlarınız (bütlər, ulduzlar və mələklər) sizin kimi bəndələrdir. Odur ki, əgər doğruçusunuzsa, onları çağırın, sizə cavab versinlər.
Link
Ayə 194
195

Əl-Əraf surəsi Ayə 195

Quran-ı Kərim

Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».
Link
Ayə 195
196

Əl-Əraf surəsi Ayə 196

Quran-ı Kərim

«Şübhəsiz, mənim başçı və köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq və yardım edən!».
Link
Ayə 196
197

Əl-Əraf surəsi Ayə 197

Quran-ı Kərim

«Allahın yerinə çağırdıqlarınız nə sizə bir yardım göstərə bilər və nə də özlərinə (xeyir gətirmək və ya bir zərəri dəf etməklə) bir kömək edə bilərlər».
Link
Ayə 197
198

Əl-Əraf surəsi Ayə 198

Quran-ı Kərim

Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.
Link
Ayə 198
199

Əl-Əraf surəsi Ayə 199

Quran-ı Kərim

Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama).
Link
Ayə 199
200

Əl-Əraf surəsi Ayə 200

Quran-ı Kərim

Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir.
Link
Ayə 200
201

Əl-Əraf surəsi Ayə 201

Quran-ı Kərim

Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar.
Link
Ayə 201
202

Əl-Əraf surəsi Ayə 202

Quran-ı Kərim

(Müşriklərə gəldikdə isə,) qardaşları (şeytanlar) onları daim azğınlığa çəkər, sonra isə (onları yoldan çıxarmaqda) əllərindən gələni edərlər.
Link
Ayə 202
203

Əl-Əraf surəsi Ayə 203

Quran-ı Kərim

(Vəhyin gəlməsi bir müddət təxirə düşən zaman və) onlara bir ayə və nişanə gətirməyəndə «nə üçün (özündən) bir ayə və nişanə düzəldib gətirmirsən?» deyərlər. De: «Həqiqətən mən yalnız Rəbbimdən mənə gələn vəhyə tabe oluram. Bu (Qur’an) Rəbbiniz tərəfindən ayıqlıq ёmənbələridir və iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir».
Link
Ayə 203
204

Əl-Əraf surəsi Ayə 204

Quran-ı Kərim

Qur’an oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz.
Link
Ayə 204
205

Əl-Əraf surəsi Ayə 205

Quran-ı Kərim

Səhərlər və axşamlar öz qəlbində yalvarıb-yaxararaq, qorxu ilə və səsini ucaltmadan Rəbbini yada sal və qafillərdən olma.
Link
Ayə 205
206

Əl-Əraf surəsi Ayə 206

Quran-ı Kərim

Şübhəsiz, sənin Rəbbinin yanında (mələklər və Allahın övliyaları kimi Onun mənəvi yaxınlığında) olanlar Ona ibadət etməkdən boyun qaçıraraq təkəbbürlük etməz, Onun paklığını yada salar və Ona səcdə edərək özlərini kiçildərlər.
Link
Ayə 206

Süra Haqqında

Əl-Əraf surəsi Qurani-Kərimin 7-ci surəsidir, Məkkədə nazil olmuş və 206 ayədən ibarətdir. Adı “Əraf” – yəni sədd, hündür yer deməkdir. Surədə cənnət və cəhənnəm arasında olan “Əraf əhli”ndən bəhs olunur. Surə tövhid, peyğəmbərlərin hekayələri, haqq ilə batilin sərhədləri və insanın fitrəti mövzularını əhatə edir.

📖 Əl-Əraf Surəsi haqqında Ətraflı Məlumat

1. Adı və mənası

  • Ərəbcə adı: سورة الأعراف (Sūratu-l-ʾAʿrāf).
  • Mənası: “Sədd, hündür yer” – cənnət və cəhənnəm arasında olan sərhəd.

2. Nazil olma yeri və vaxtı

  • Məkkədə nazil olmuşdur.
  • Məkkə dövrünün ortalarında nazil olduğu qeyd olunur.

3. Qurandakı mövqeyi

  • Qurani-Kərimin 7-ci surəsi.
  • 206 ayədən ibarətdir – Quranın uzun surələrindən biridir.
  • Əvvəlki surə: Ənam, sonrakı surə: Ənfal.

🌟 Əsas mövzular

  • Tövhid və iman: Allahın birliyi, Qurana itaət.
  • Peyğəmbərlərin hekayələri: Nuh, Hud, Saleh, Lut, Şüeyb və Musa peyğəmbərin qövmləri.
  • Əraf əhli: Cənnət və cəhənnəm arasında olan insanlar – iman və əməl baxımından aralıqda qalanlar.
  • Haqq və batilin sərhədləri: İnsanın fitrəti, iman və küfr arasındakı seçim.
  • Əxlaqi dərslər: Səbir, itaət, Allahın əmrlərinə riayət.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim