Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Fəcr surəsi

Əl-Fəcr surəsi Ayələri

Toplam 30 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Fəcr surəsi Ayə 1

Quran-ı Kərim

And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),
Link
Ayə 1
2

Əl-Fəcr surəsi Ayə 2

Quran-ı Kərim

Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),
Link
Ayə 2
3

Əl-Fəcr surəsi Ayə 3

Quran-ı Kərim

Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),
Link
Ayə 3
4

Əl-Fəcr surəsi Ayə 4

Quran-ı Kərim

Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)
Link
Ayə 4
5

Əl-Fəcr surəsi Ayə 5

Quran-ı Kərim

Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)
Link
Ayə 5
6

Əl-Fəcr surəsi Ayə 6

Quran-ı Kərim

Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?
Link
Ayə 6
7

Əl-Fəcr surəsi Ayə 7

Quran-ı Kərim

Hündür qəsrləri, uca sütunları və qədd – qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə
Link
Ayə 7
8

Əl-Fəcr surəsi Ayə 8

Quran-ı Kərim

Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.
Link
Ayə 8
9

Əl-Fəcr surəsi Ayə 9

Quran-ı Kərim

(Omanla Həzər–Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).
Link
Ayə 9
10

Əl-Fəcr surəsi Ayə 10

Quran-ı Kərim

Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.
Link
Ayə 10
11

Əl-Fəcr surəsi Ayə 11

Quran-ı Kərim

O kəslər ki, şəhərlərdə tüğyan etdilər.
Link
Ayə 11
12

Əl-Fəcr surəsi Ayə 12

Quran-ı Kərim

Və oralarda çoxlu fitnə-fəsad törətdilər.
Link
Ayə 12
13

Əl-Fəcr surəsi Ayə 13

Quran-ı Kərim

Beləliklə Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.
Link
Ayə 13
14

Əl-Fəcr surəsi Ayə 14

Quran-ı Kərim

Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.
Link
Ayə 14
15

Əl-Fəcr surəsi Ayə 15

Quran-ı Kərim

Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).
Link
Ayə 15
16

Əl-Fəcr surəsi Ayə 16

Quran-ı Kərim

Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı»-deyər.
Link
Ayə 16
17

Əl-Fəcr surəsi Ayə 17

Quran-ı Kərim

Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.
Link
Ayə 17
18

Əl-Fəcr surəsi Ayə 18

Quran-ı Kərim

Bir – birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.
Link
Ayə 18
19

Əl-Fəcr surəsi Ayə 19

Quran-ı Kərim

Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).
Link
Ayə 19
20

Əl-Fəcr surəsi Ayə 20

Quran-ı Kərim

Və (dünya) malı(nı) lap çox sevirsiniz.
Link
Ayə 20
21

Əl-Fəcr surəsi Ayə 21

Quran-ı Kərim

Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir–birinə çırpılıb parça–parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman
Link
Ayə 21
22

Əl-Fəcr surəsi Ayə 22

Quran-ı Kərim

Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi
Link
Ayə 22
23

Əl-Fəcr surəsi Ayə 23

Quran-ı Kərim

Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün-məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!
Link
Ayə 23
24

Əl-Fəcr surəsi Ayə 24

Quran-ı Kərim

O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!»-deyər.
Link
Ayə 24
25

Əl-Fəcr surəsi Ayə 25

Quran-ı Kərim

Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).
Link
Ayə 25
26

Əl-Fəcr surəsi Ayə 26

Quran-ı Kərim

Və heç kim Onun kimi zəncirləyə bilməz.
Link
Ayə 26
27

Əl-Fəcr surəsi Ayə 27

Quran-ı Kərim

Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi–həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),
Link
Ayə 27
28

Əl-Fəcr surəsi Ayə 28

Quran-ı Kərim

Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!
Link
Ayə 28
29

Əl-Fəcr surəsi Ayə 29

Quran-ı Kərim

Mənim bəndələrimin zümrəsinə daxil ol!
Link
Ayə 29
30

Əl-Fəcr surəsi Ayə 30

Quran-ı Kərim

Və Mənim Cənnətimə daxil ol!
Link
Ayə 30

Süra Haqqında

Əl-Fəcr surəsi Quran-ı Kərimdə 89. surədir və 30 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 30 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim