Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Furqan ‏ surəsi

Əl-Furqan ‏ surəsi Ayələri

Toplam 77 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Furqan ‏ surəsi Ayə 1

Quran-ı Kərim

Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Qur’anı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir.
Link
Ayə 1
2

Əl-Furqan ‏ surəsi Ayə 2

Quran-ı Kərim

O Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir.
Link
Ayə 2
3

Əl-Furqan ‏ surəsi Ayə 3

Quran-ı Kərim

Allahın yerinə (nəinki) heç bir şey yaratmayan, (hətta) özləri yaradılan (yaradılmış olan), özləri üçün heç bir ziyan və xeyirə malik olmayan və öldürməyə, həyat bəxş etməyə və ölümdən sonra diriltməyə qadir olmayan məbudlar götürdülər.
Link
Ayə 3
4

Əl-Furqan ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Kafirlər dedilər: «Bu (Qur’an), onun (Muhəmmədin (s) ) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir.» Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar.
Link
Ayə 4
5

Əl-Furqan ‏ surəsi Ayə 5

Quran-ı Kərim

Və dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur (və o da eşitdiklərini əzbərləyərək camaata oxuyur)».
Link
Ayə 5
6

Əl-Furqan ‏ surəsi Ayə 6

Quran-ı Kərim

De: «Onu (Qur'anı) göylərdə və yerdə olan örtülü sirləri (məxluqatın elm və hisslərinin çərçivəsindən xaric olanları) bilən (Allah) nazil etmişdir.» Həqiqətən O, çox bağışlayan və mehribandır (və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir).
Link
Ayə 6
7

Əl-Furqan ‏ surəsi Ayə 7

Quran-ı Kərim

(Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?»
Link
Ayə 7
8

Əl-Furqan ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Yaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz.»
Link
Ayə 8
9

Əl-Furqan ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Gör sənin üçün necə məsəllər çəkdilər və nə sifətlər dedilər, beləliklə də (Peyğəmbərin və peyğəmbərliyin tanınmasında) yollarını azdılar və onların (haqqa tərəf) bir yol tapmaq qüdrətləri yoxdur.
Link
Ayə 9
10

Əl-Furqan ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Uca, əbədi və bərəkətlidir O (Allah) ki, əgər istəsə, sənə ondan (xəzinə və bağdan) daha yaxşısını – (ağaclarının) altından çaylar axan bağlar verər və sənin üçün saraylar yaradar. (Lakin bu kimi şeylər peyğəmbərliyə dəlalət edən işlər deyil.)
Link
Ayə 10
11

Əl-Furqan ‏ surəsi Ayə 11

Quran-ı Kərim

(Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik və din də puç və əbəs bir iş olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.
Link
Ayə 11
12

Əl-Furqan ‏ surəsi Ayə 12

Quran-ı Kərim

(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.
Link
Ayə 12
13

Əl-Furqan ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar.
Link
Ayə 13
14

Əl-Furqan ‏ surəsi Ayə 14

Quran-ı Kərim

(Onlara deyilər:) Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad və əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay və ölüm fəryadı vardır.)
Link
Ayə 14
15

Əl-Furqan ‏ surəsi Ayə 15

Quran-ı Kərim

De: «O yaxşıdır, yoxsa təqvalılara (Allahın əzəli elmi və Lövhi-Məhfuzda) mükafat və qayıdış yeri olaraq vəd edilmiş əbədi Cənnət?!»
Link
Ayə 15
16

Əl-Furqan ‏ surəsi Ayə 16

Quran-ı Kərim

Onlar üçün orada əbədi qalacaqları halda (Cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir.
Link
Ayə 16
17

Əl-Furqan ‏ surəsi Ayə 17

Quran-ı Kərim

Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»
Link
Ayə 17
18

Əl-Furqan ‏ surəsi Ayə 18

Quran-ı Kərim

Onlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular.»
Link
Ayə 18
19

Əl-Furqan ‏ surəsi Ayə 19

Quran-ı Kərim

(İbadət edənlərə deyilər:) Həqiqətən (məbudlarınız) sizin dediklərinizi təkzib etdilər. Buna görə də nə əzabı (özünüzdən) dəf etmək, nə də (özünüzə) bir kömək etmək qüdrətiniz var. Biz sizdən (bu dünyada) zülm edənə, (axirətdə) böyük bir əzab daddırarıq.
Link
Ayə 19
20

Əl-Furqan ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Bizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir və bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər və ümmət, ağıllı və nadan, varlı və yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbr edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir.
Link
Ayə 20
21

Əl-Furqan ‏ surəsi Ayə 21

Quran-ı Kərim

Bizim görüşümüzə ümidi olmayan (axirəti inkar edən) kəslər dedilər: «Nə üçün bizə mələklər göndərilmədi və ya öz Rəbbimizi görmürük?» Doğrudan da onlar öz batinlərində təkəbbür göstərdilər və böyük bir itaətsizlik etdilər.
Link
Ayə 21
22

Əl-Furqan ‏ surəsi Ayə 22

Quran-ı Kərim

Mələkləri (ölüm mələklərini və ya Bərzəx aləminin mələklərini və yaxud Qiyamət səhnəsinin mələklərini) görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam (təhlükəsiz) bir aman (və sığınacaq) verin.» Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır.»
Link
Ayə 22
23

Əl-Furqan ‏ surəsi Ayə 23

Quran-ı Kərim

Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik. (Çünki Allah mükafatı kiminsə haqqı olduğu üçün deyil, Öz lütfü ilə verir. Bundan əlavə, elə dünya nemətlərinin özü mükafatdır. Axirət nemətlərindən bəhrələnmək isə imanın olması şərti ilə mümkündür.)
Link
Ayə 23
24

Əl-Furqan ‏ surəsi Ayə 24

Quran-ı Kərim

Həmin gün Cənnət əhli daha yaxşı yerə və daha gözəl istirahət məkanına malik olacaqdır.
Link
Ayə 24
25

Əl-Furqan ‏ surəsi Ayə 25

Quran-ı Kərim

Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər.
Link
Ayə 25
26

Əl-Furqan ‏ surəsi Ayə 26

Quran-ı Kərim

Həmin gün (bütün varlıq aləmi üzərində) həqiqi mülkiyyət və hakimiyyət Rəhman olan Allaha məxsus olar və o gün kafirlər üçün çox çətin bir gün olacaqdır.
Link
Ayə 26
27

Əl-Furqan ‏ surəsi Ayə 27

Quran-ı Kərim

Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım.»
Link
Ayə 27
28

Əl-Furqan ‏ surəsi Ayə 28

Quran-ı Kərim

«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım.»
Link
Ayə 28
29

Əl-Furqan ‏ surəsi Ayə 29

Quran-ı Kərim

«Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı.» Şeytan insanı həmişə xar edib və (indi də) edir.
Link
Ayə 29
30

Əl-Furqan ‏ surəsi Ayə 30

Quran-ı Kərim

(Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Qur’anı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi).»
Link
Ayə 30
31

Əl-Furqan ‏ surəsi Ayə 31

Quran-ı Kərim

Biz beləcə (insanda nəfsi istək yaratmaq, şeytanı insana vəsvəsə etməkdə azad buraxmaqla) hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər qoyduq. Sənə Rəbbinin doğru yol göstərən və yardımçı olması kifayətdir.
Link
Ayə 31
32

Əl-Furqan ‏ surəsi Ayə 32

Quran-ı Kərim

Küfr edənlər dedilər: «(Əgər Qur’anın mənbəyi Allahın elmidirsə onda) nə üçün Qur’an ona bir yerdə (bütöv halda) nazil olmayıb?» Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və (buna görə də) onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq.
Link
Ayə 32
33

Əl-Furqan ‏ surəsi Ayə 33

Quran-ı Kərim

Onlar sənin (peyğəmbərliyinə tənə vurmaq) üçün (sehrbaz, şair, əfsanə söyləyən və bu kimi) hər nə məsəl və sifət gətirsələr, Biz (cavabında) sənin üçün həqiqəti və daha gözəl izah, açıqlama gətiririk.
Link
Ayə 33
34

Əl-Furqan ‏ surəsi Ayə 34

Quran-ı Kərim

(Qiyamət günü) üzü üstə düşüb Cəhənnəmə tərəf toplanılanlar ən pis yerdədirlər və onlar ən azğın insanlardır.
Link
Ayə 34
35

Əl-Furqan ‏ surəsi Ayə 35

Quran-ı Kərim

Həqiqətən Biz Musaya (səma) kitab(ı olan Tövratı) verdik və qardaşı Harunu onun yanında (Tövrat elmi, onun qorunması, əməl edilməsi və çatdırılması işində, eləcə də düşmənlə mübarizədə ona) yardımçı etdik.
Link
Ayə 35
36

Əl-Furqan ‏ surəsi Ayə 36

Quran-ı Kərim

Beləliklə (onlara) dedik: «Bizim ayə və nişanələrimizi təkzib etmiş dəstənin (Firon və onun tayfasının) yanına gedin.» (Onlar deyilən yerə getdilər və həmin tayfa onları təkzib etdi.) Belə olduqda Biz onları ən ağır üsulla həlak etdik.
Link
Ayə 36
37

Əl-Furqan ‏ surəsi Ayə 37

Quran-ı Kərim

Nuhun qövmünü Bizim elçilərimizi (bütün peyğəmbərlərin təkzibi ilə nəticələnən ilahi peyğəmbərliyin əsasını) təkzib etdikləri zaman suda batırdıq və onları(n hekayətini) insanlar üçün (Öz qüdrət və əzəmətimizi göstərən) bir nişanə etdik. Biz zalımlar üçün ağrılı bir əzab hazırlamışıq.
Link
Ayə 37
38

Əl-Furqan ‏ surəsi Ayə 38

Quran-ı Kərim

Və (Hudun qövmü) Adı, (Salehin qövmü) Səmudu, (Şüeybin qövmü olan və ya şam ağacına ibadət edən) Rəss əhlini və bu fasilədə (onların arasında dünyaya gəlmiş) bir çox cəmiyyətləri (həlak etdik).
Link
Ayə 38
39

Əl-Furqan ‏ surəsi Ayə 39

Quran-ı Kərim

(Həmin qövmlərin) hər birinə (ibrətamiz) məsəllər çəkdik və (qəbul etmədikləri üçün onların) hamısını pərən-pərən (saldıq) və məhv etdik.
Link
Ayə 39
40

Əl-Furqan ‏ surəsi Ayə 40

Quran-ı Kərim

Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur.
Link
Ayə 40
41

Əl-Furqan ‏ surəsi Ayə 41

Quran-ı Kərim

Onlar səni görən zaman yalnız məsxərə edərlər (və deyərlər:) «Allahın peyğəmbərliyə göndərdiyi (şəxs) budur?!»
Link
Ayə 41
42

Əl-Furqan ‏ surəsi Ayə 42

Quran-ı Kərim

«Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət və yaxud da Bərzəx əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər.
Link
Ayə 42
43

Əl-Furqan ‏ surəsi Ayə 43

Quran-ı Kərim

Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!
Link
Ayə 43
44

Əl-Furqan ‏ surəsi Ayə 44

Quran-ı Kərim

Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)
Link
Ayə 44
45

Əl-Furqan ‏ surəsi Ayə 45

Quran-ı Kərim

Məgər Rəbbinin (səhərlər və axşamlar) kölgəni (bütün cismlərin kölgələrini) necə uzatdığını (Onun bu qüdrətini) görmədin? Əgər istəsəydi (yeri hərəkətdən saxlamaqla) onu dayandırardı. Sonra biz günəşi ona (kölgənin varlığına və ya hərəkətinə) dəlil etmişik.
Link
Ayə 45
46

Əl-Furqan ‏ surəsi Ayə 46

Quran-ı Kərim

Sonra onu (kölgəni günəş cismlərin başı üzərinə çatana kimi) yavaş-yavaş Özümüzə tərəf çəkdik (qüdrətimizlə yox etdik).
Link
Ayə 46
47

Əl-Furqan ‏ surəsi Ayə 47

Quran-ı Kərim

Gecəni(n qaranlığını) sizin üçün örtük (kimi), yuxunu işlərdən ayrılmaq və rahatlıq vasitəsi və gündüzü (cəmiyyət arasına çıxaraq ruzi qazanmaq üçün) dağılışmaq vaxtı edən Odur.
Link
Ayə 47
48

Əl-Furqan ‏ surəsi Ayə 48

Quran-ı Kərim

Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik
Link
Ayə 48
49

Əl-Furqan ‏ surəsi Ayə 49

Quran-ı Kərim

ki, onun vasitəsi ilə ölmüş torpağı dirildək və onu yaratdıqlarımızdan heyvanların və çoxlu insanların içməsi üçün (onların) ixtiyarına verək.
Link
Ayə 49
50

Əl-Furqan ‏ surəsi Ayə 50

Quran-ı Kərim

Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar. Lakin insanların çoxu haqqa kafir və nemətə nankor olmaqdan başqa (hər şeydən) boyun qaçırdı.
Link
Ayə 50
51

Əl-Furqan ‏ surəsi Ayə 51

Quran-ı Kərim

Əgər istəsəydik hər bir cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərərdik (lakin müəyyən səbəblərdən dünyanın sonuna kimi bütün cəmiyyətlər üçün səni seçdik).
Link
Ayə 51
52

Əl-Furqan ‏ surəsi Ayə 52

Quran-ı Kərim

Buna görə də heç vaxt kafirlərə tabe olma və bundan (bu kitabdan və onun güclü məntiqindən) ilhamlanaraq onlara qarşı böyük bir cihad et (onlarla həm silahlı, həm də ideoloji mübarizə apar.)
Link
Ayə 52
53

Əl-Furqan ‏ surəsi Ayə 53

Quran-ı Kərim

İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri(nin suyu) dadlı və şirin, o biri isə şor və acıdır. O, onların arasında (bir-birlərinə qarışmamaları üçün Öz qüdrəti ilə) möhkəm maneə yaratmışdır. (Böyük şirin çaylar dənizə tökülür və onların şirin suyu şor suyun ortasında geniş bir ərazidə şor suya qarışmadan qalır.)
Link
Ayə 53
54

Əl-Furqan ‏ surəsi Ayə 54

Quran-ı Kərim

Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir.
Link
Ayə 54
55

Əl-Furqan ‏ surəsi Ayə 55

Quran-ı Kərim

(Müşriklər) Allahın yerinə onlara nə bir xeyir verən və nə də bir ziyan vuran şeyə (bütə) ibadət edirlər. Kafir həmişə öz Rəbbinə qarşı (Şeytana və Allahın düşmənlərinə köməkçi və) arxadır.
Link
Ayə 55
56

Əl-Furqan ‏ surəsi Ayə 56

Quran-ı Kərim

(Ey Peyğəmbər!) Biz səni yalnız müjdə verən və qorxudan (bir peyğəmbər) olaraq göndərmişik (və cəmiyyətə hakim olaraq hökmlərin icrası imamətin, mükafatlandırmaq və cəza vermək isə rübubiyyətin vəzifələrindəndir).
Link
Ayə 56
57

Əl-Furqan ‏ surəsi Ayə 57

Quran-ı Kərim

De: «Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində – sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm. (Peyğəmbərin dəvətindən sonra ümmətin ixtiyari şəkildə Allaha tərəf getməsi peyğəmbərliyin muzdudur.)»
Link
Ayə 57
58

Əl-Furqan ‏ surəsi Ayə 58

Quran-ı Kərim

Heç vaxt ölməyən O diriyə təvəkkül et və Onu həmd-səna ilə birgə pak sifətlərlə mədh et (və hər bir nöqsandan uzaq və pak bil). Bəndələrinin günahlarından Onun xəbərdar olması kifayətdir.
Link
Ayə 58
59

Əl-Furqan ‏ surəsi Ayə 59

Quran-ı Kərim

Göyləri, yeri və onların arasında olanları altı gündə (altı gündüzdə, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaradan, sonra yaradılmışlar üzərində hakimiyyət taxtında qərar tutan(ın)! (O,) Rəhman (olan Allah)dır. Buna görə də (həqiqəti hər şeydən) xəbərdar olan Ondan (Allahdan) soruş.
Link
Ayə 59
60

Əl-Furqan ‏ surəsi Ayə 60

Quran-ı Kərim

Onlara «Rəhman (olan Allah)a səcdə edin» deyilən zaman (məsxərə edərək) deyərlər: «Rəhman nədir? (Tanımadan) sənin əmr etdiyinə səcdə edək?!» Və (sənin sözün) onların nifrət və uzaqlığını artırır.
Link
Ayə 60
61

Əl-Furqan ‏ surəsi Ayə 61

Quran-ı Kərim

Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir.
Link
Ayə 61
62

Əl-Furqan ‏ surəsi Ayə 62

Quran-ı Kərim

(Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükr etmək istəyən şəxs üçün gecə və gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükr etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)
Link
Ayə 62
63

Əl-Furqan ‏ surəsi Ayə 63

Quran-ı Kərim

. Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir.
Link
Ayə 63
64

Əl-Furqan ‏ surəsi Ayə 64

Quran-ı Kərim

Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər.
Link
Ayə 64
65

Əl-Furqan ‏ surəsi Ayə 65

Quran-ı Kərim

Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər. 66. Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir.
Link
Ayə 65
66

Əl-Furqan ‏ surəsi Ayə 66

Quran-ı Kərim

Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir.
Link
Ayə 66
67

Əl-Furqan ‏ surəsi Ayə 67

Quran-ı Kərim

Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.
Link
Ayə 67
68

Əl-Furqan ‏ surəsi Ayə 68

Quran-ı Kərim

Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar.
Link
Ayə 68
69

Əl-Furqan ‏ surəsi Ayə 69

Quran-ı Kərim

(Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar.
Link
Ayə 69
70

Əl-Furqan ‏ surəsi Ayə 70

Quran-ı Kərim

(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 70
71

Əl-Furqan ‏ surəsi Ayə 71

Quran-ı Kərim

Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.)
Link
Ayə 71
72

Əl-Furqan ‏ surəsi Ayə 72

Quran-ı Kərim

O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər;
Link
Ayə 72
73

Əl-Furqan ‏ surəsi Ayə 73

Quran-ı Kərim

Və o kəslər ki, Rəbblərinin (vəhy, Qur’an və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər);
Link
Ayə 73
74

Əl-Furqan ‏ surəsi Ayə 74

Quran-ı Kərim

Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
Link
Ayə 74
75

Əl-Furqan ‏ surəsi Ayə 75

Quran-ı Kərim

səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!
Link
Ayə 75
76

Əl-Furqan ‏ surəsi Ayə 76

Quran-ı Kərim

(Onlar) orada əbədi qalacaqlar (və ora) gözəl yer və gözəl məskəndir.
Link
Ayə 76
77

Əl-Furqan ‏ surəsi Ayə 77

Quran-ı Kərim

(Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə də (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz və daimi bir əzab olacaqdır.»
Link
Ayə 77

Süra Haqqında

Əl-Furqan ‏ surəsi Quran-ı Kərimdə 25. surədir və 77 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 77 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim