Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Ğaşiyə surəsi

Əl-Ğaşiyə surəsi Ayələri

Toplam 26 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Ğaşiyə surəsi Ayə 1

Quran-ı Kərim

(Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?
Link
Ayə 1
2

Əl-Ğaşiyə surəsi Ayə 2

Quran-ı Kərim

O gün (bəzi) üzlər zəlil və çökmüş olar.
Link
Ayə 2
3

Əl-Ğaşiyə surəsi Ayə 3

Quran-ı Kərim

Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.
Link
Ayə 3
4

Əl-Ğaşiyə surəsi Ayə 4

Quran-ı Kərim

Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.
Link
Ayə 4
5

Əl-Ğaşiyə surəsi Ayə 5

Quran-ı Kərim

Qaynar bulaqdan içirdiləcəklər.
Link
Ayə 5
6

Əl-Ğaşiyə surəsi Ayə 6

Quran-ı Kərim

Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).
Link
Ayə 6
7

Əl-Ğaşiyə surəsi Ayə 7

Quran-ı Kərim

(O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.
Link
Ayə 7
8

Əl-Ğaşiyə surəsi Ayə 8

Quran-ı Kərim

O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.
Link
Ayə 8
9

Əl-Ğaşiyə surəsi Ayə 9

Quran-ı Kərim

Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.
Link
Ayə 9
10

Əl-Ğaşiyə surəsi Ayə 10

Quran-ı Kərim

Ali və uca məqamlı Cənnətdə olarlar.
Link
Ayə 10
11

Əl-Ğaşiyə surəsi Ayə 11

Quran-ı Kərim

Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.
Link
Ayə 11
12

Əl-Ğaşiyə surəsi Ayə 12

Quran-ı Kərim

Orada daim axan bulaq var.
Link
Ayə 12
13

Əl-Ğaşiyə surəsi Ayə 13

Quran-ı Kərim

Orada uca, qiymətli taxtlar var.
Link
Ayə 13
14

Əl-Ğaşiyə surəsi Ayə 14

Quran-ı Kərim

(Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.
Link
Ayə 14
15

Əl-Ğaşiyə surəsi Ayə 15

Quran-ı Kərim

Bir–birinin yanına düzülmüş yastıqlar
Link
Ayə 15
16

Əl-Ğaşiyə surəsi Ayə 16

Quran-ı Kərim

(Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)
Link
Ayə 16
17

Əl-Ğaşiyə surəsi Ayə 17

Quran-ı Kərim

Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?
Link
Ayə 17
18

Əl-Ğaşiyə surəsi Ayə 18

Quran-ı Kərim

Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?
Link
Ayə 18
19

Əl-Ğaşiyə surəsi Ayə 19

Quran-ı Kərim

Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?
Link
Ayə 19
20

Əl-Ğaşiyə surəsi Ayə 20

Quran-ı Kərim

Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?
Link
Ayə 20
21

Əl-Ğaşiyə surəsi Ayə 21

Quran-ı Kərim

Belə isə, öyüd – nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd – nəsihət verənsən.
Link
Ayə 21
22

Əl-Ğaşiyə surəsi Ayə 22

Quran-ı Kərim

Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).
Link
Ayə 22
23

Əl-Ğaşiyə surəsi Ayə 23

Quran-ı Kərim

(Öyüd – nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd – nəsihətindən sonra) üz çevirər və kafir olarsa,
Link
Ayə 23
24

Əl-Ğaşiyə surəsi Ayə 24

Quran-ı Kərim

Allah ona ən böyük əzabla əzab verər.
Link
Ayə 24
25

Əl-Ğaşiyə surəsi Ayə 25

Quran-ı Kərim

Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!
Link
Ayə 25
26

Əl-Ğaşiyə surəsi Ayə 26

Quran-ı Kərim

Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizədir.
Link
Ayə 26

Süra Haqqında

Əl-Ğaşiyə surəsi Quran-ı Kərimdə 88. surədir və 26 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 26 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim