Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Haqqə surəsi

Əl-Haqqə surəsi Ayələri

Toplam 52 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Haqqə surəsi Ayə 1

Quran-ı Kərim

«Haqqə» adlanan həmin saat və o baş verəcək hadisə və baş verəcəyi şübhəsiz olan işlər və hallar,
Link
Ayə 1
2

Əl-Haqqə surəsi Ayə 2

Quran-ı Kərim

O «Haqqə»nin həqiqəti nədir? (Nə qədər də böyük, dəhşətli və uzun bir hadisədir!)
Link
Ayə 2
3

Əl-Haqqə surəsi Ayə 3

Quran-ı Kərim

Və «haqqə»nin nə olduğunu nə bilirsən?! (Onun həqiqətinə vara bilməzsən. O, əzici bir hadisədir).
Link
Ayə 3
4

Əl-Haqqə surəsi Ayə 4

Quran-ı Kərim

Səmud (Salehin qövmü) və Ad (Hudun qövmü) o əzici hadisəni təkzib etdilər.
Link
Ayə 4
5

Əl-Haqqə surəsi Ayə 5

Quran-ı Kərim

Səmud qövmü tüğyankarlıqlarına görə hədsiz dərəcədə bir əzabla məhv oldular.
Link
Ayə 5
6

Əl-Haqqə surəsi Ayə 6

Quran-ı Kərim

Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular.
Link
Ayə 6
7

Əl-Haqqə surəsi Ayə 7

Quran-ı Kərim

(Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.
Link
Ayə 7
8

Əl-Haqqə surəsi Ayə 8

Quran-ı Kərim

İndi sən onlardan heç qalanını görürsənmi?!
Link
Ayə 8
9

Əl-Haqqə surəsi Ayə 9

Quran-ı Kərim

Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində səhv yolla getdilər).
Link
Ayə 9
10

Əl-Haqqə surəsi Ayə 10

Quran-ı Kərim

Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı.
Link
Ayə 10
11

Əl-Haqqə surəsi Ayə 11

Quran-ı Kərim

Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.
Link
Ayə 11
12

Əl-Haqqə surəsi Ayə 12

Quran-ı Kərim

Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.
Link
Ayə 12
13

Əl-Haqqə surəsi Ayə 13

Quran-ı Kərim

Elə ki, sura bir dəfə üfürülər (surun birinci dəfə üfürülməsi varlıq aləminin nizamının pozulması üçün bir müqəddimədir),
Link
Ayə 13
14

Əl-Haqqə surəsi Ayə 14

Quran-ı Kərim

Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar.
Link
Ayə 14
15

Əl-Haqqə surəsi Ayə 15

Quran-ı Kərim

Beləliklə, (məhz) o gün Qiyamət qopar.
Link
Ayə 15
16

Əl-Haqqə surəsi Ayə 16

Quran-ı Kərim

Və göy yarılar və o gün (onun nizamı) süst düşüb darma-dağın olar.
Link
Ayə 16
17

Əl-Haqqə surəsi Ayə 17

Quran-ı Kərim

Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.
Link
Ayə 17
18

Əl-Haqqə surəsi Ayə 18

Quran-ı Kərim

O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır.
Link
Ayə 18
19

Əl-Haqqə surəsi Ayə 19

Quran-ı Kərim

Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun».
Link
Ayə 19
20

Əl-Haqqə surəsi Ayə 20

Quran-ı Kərim

«Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».
Link
Ayə 20
21

Əl-Haqqə surəsi Ayə 21

Quran-ı Kərim

Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır.
Link
Ayə 21
22

Əl-Haqqə surəsi Ayə 22

Quran-ı Kərim

Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,)
Link
Ayə 22
23

Əl-Haqqə surəsi Ayə 23

Quran-ı Kərim

Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir).
Link
Ayə 23
24

Əl-Haqqə surəsi Ayə 24

Quran-ı Kərim

Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).
Link
Ayə 24
25

Əl-Haqqə surəsi Ayə 25

Quran-ı Kərim

Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»
Link
Ayə 25
26

Əl-Haqqə surəsi Ayə 26

Quran-ı Kərim

«Və hesabımın nə olduğunu bilməyəydim».
Link
Ayə 26
27

Əl-Haqqə surəsi Ayə 27

Quran-ı Kərim

«Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».
Link
Ayə 27
28

Əl-Haqqə surəsi Ayə 28

Quran-ı Kərim

«Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi».
Link
Ayə 28
29

Əl-Haqqə surəsi Ayə 29

Quran-ı Kərim

«Qüdrətim və səltənətim (və iddialarımın dəlil – sübutu da) əlimdən çıxdı».
Link
Ayə 29
30

Əl-Haqqə surəsi Ayə 30

Quran-ı Kərim

(Əmr yetişər:) «Onu tutun və qandallayın».
Link
Ayə 30
31

Əl-Haqqə surəsi Ayə 31

Quran-ı Kərim

«Sonra da onu şölələnmiş oda atıb yandırın!».
Link
Ayə 31
32

Əl-Haqqə surəsi Ayə 32

Quran-ı Kərim

«Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın».
Link
Ayə 32
33

Əl-Haqqə surəsi Ayə 33

Quran-ı Kərim

«Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı».
Link
Ayə 33
34

Əl-Haqqə surəsi Ayə 34

Quran-ı Kərim

«Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».
Link
Ayə 34
35

Əl-Haqqə surəsi Ayə 35

Quran-ı Kərim

Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur.
Link
Ayə 35
36

Əl-Haqqə surəsi Ayə 36

Quran-ı Kərim

(Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.
Link
Ayə 36
37

Əl-Haqqə surəsi Ayə 37

Quran-ı Kərim

O (yeməyi) yalnız (yollarını) azmış günahkarlar yeyərlər.
Link
Ayə 37
38

Əl-Haqqə surəsi Ayə 38

Quran-ı Kərim

Belə isə xeyr; and olsun (gözlə) gördüklərinizə,
Link
Ayə 38
39

Əl-Haqqə surəsi Ayə 39

Quran-ı Kərim

Və görmədiklərinizə (qeybi mövcudlara) ki,
Link
Ayə 39
40

Əl-Haqqə surəsi Ayə 40

Quran-ı Kərim

Bu (Qur’an) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.
Link
Ayə 40
41

Əl-Haqqə surəsi Ayə 41

Quran-ı Kərim

Bu, bir şairin sözü deyildir! (Lakin) Siz çox az iman gətirirsiniz!
Link
Ayə 41
42

Əl-Haqqə surəsi Ayə 42

Quran-ı Kərim

Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.
Link
Ayə 42
43

Əl-Haqqə surəsi Ayə 43

Quran-ı Kərim

(Bu kitab) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
Link
Ayə 43
44

Əl-Haqqə surəsi Ayə 44

Quran-ı Kərim

Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi,
Link
Ayə 44
45

Əl-Haqqə surəsi Ayə 45

Quran-ı Kərim

Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.
Link
Ayə 45
46

Əl-Haqqə surəsi Ayə 46

Quran-ı Kərim

Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.
Link
Ayə 46
47

Əl-Haqqə surəsi Ayə 47

Quran-ı Kərim

Belə olan surətdə, sizdən heç biriniz on(un əzabın)ın qarşısını ala bilməzdiniz.
Link
Ayə 47
48

Əl-Haqqə surəsi Ayə 48

Quran-ı Kərim

Və həqiqətən, bu (Qur’an) təqvalılar üçün bir öyüd-nəsihətdir.
Link
Ayə 48
49

Əl-Haqqə surəsi Ayə 49

Quran-ı Kərim

Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.
Link
Ayə 49
50

Əl-Haqqə surəsi Ayə 50

Quran-ı Kərim

Bu (Qur’an) mütləq (cəza günündə) kafirlər üçün bir həsrətdir.
Link
Ayə 50
51

Əl-Haqqə surəsi Ayə 51

Quran-ı Kərim

Və həqiqətən, bu (Qur’an) yəqin (gerçək) bir haqdır və həqiqətdir.
Link
Ayə 51
52

Əl-Haqqə surəsi Ayə 52

Quran-ı Kərim

Belə isə, öz əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyib və nöqsandan pak (və uzaq) bil).
Link
Ayə 52

Süra Haqqında

Əl-Haqqə surəsi Quran-ı Kərimdə 69. surədir və 52 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 52 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim