Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Hicr surəsi

سورة الحجر

Əl-Hicr surəsi Ayələri

Toplam 99 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Hicr surəsi Ayə 1

Quran-ı Kərim

Əlif, Lam, Ra. (Mən, hər şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (uca məqamlı) surə, bu kitabın və (özü) aydın (olan) və aydınlıq gətirən Qur’anın ayələridir və bu (uca məqamlı ayələr), Lövhi-Məhfuzda sabit olan ayələr və həmin Lövhdə olan aydın Qur’anın ayələridir.
Link
Ayə 1
2

Əl-Hicr surəsi Ayə 2

Quran-ı Kərim

Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar.
Link
Ayə 2
3

Əl-Hicr surəsi Ayə 3

Quran-ı Kərim

Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər.
Link
Ayə 3
4

Əl-Hicr surəsi Ayə 4

Quran-ı Kərim

Biz heç bir insan cəmiyyətini (Lövhi-Məhfuzda) onun üçün (ömür müddəti barəsində) məlum yazı olmadan həlak etmədik.
Link
Ayə 4
5

Əl-Hicr surəsi Ayə 5

Quran-ı Kərim

Heç bir ümmət və dəstə, özünün müəyyən (edilmiş ömür) müddətindən nə irəli keçə bilər və nə geri qala bilər.
Link
Ayə 5
6

Əl-Hicr surəsi Ayə 6

Quran-ı Kərim

Və (istehza məqsədi ilə Peyğəmbərə) dedilər: «Ey bu zikr (Qur’an) nazil olan şəxs, həqiqətən sən dəlisən!»
Link
Ayə 6
7

Əl-Hicr surəsi Ayə 7

Quran-ı Kərim

«Əgər sən doğruçusansa, nə üçün (iddianın doğruluğunu sübut etmələri və sənə müxalif olanları əzmələri üçün) mələkləri bizim yanımıza gətirmirsən?»
Link
Ayə 7
8

Əl-Hicr surəsi Ayə 8

Quran-ı Kərim

Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.
Link
Ayə 8
9

Əl-Hicr surəsi Ayə 9

Quran-ı Kərim

Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.
Link
Ayə 9
10

Əl-Hicr surəsi Ayə 10

Quran-ı Kərim

Doğrudan da Biz səndən öncə keçmiş tayfalara (peyğəmbərlər) göndərdik.
Link
Ayə 10
11

Əl-Hicr surəsi Ayə 11

Quran-ı Kərim

Və onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.
Link
Ayə 11
12

Əl-Hicr surəsi Ayə 12

Quran-ı Kərim

Biz beləcə bu Qur’anı (höccəti tamam etmək üçün, ona istehza olunmasını isə bədbəxtliklərinə uyğun olaraq) günahkarların qəlblərinə yeridərik.
Link
Ayə 12
13

Əl-Hicr surəsi Ayə 13

Quran-ı Kərim

Halbuki ona iman gətirməzlər. Əlbəttə, keçmişdəkilərin yolu da keçmişdir (onlar da belə idilər).
Link
Ayə 13
14

Əl-Hicr surəsi Ayə 14

Quran-ı Kərim

Əgər göydən onların üzünə bir qapı açsaydıq və onlar daim oradan yuxarı çıxsaydılar (və bütün aləmləri görsəydilər),
Link
Ayə 14
15

Əl-Hicr surəsi Ayə 15

Quran-ı Kərim

yenə də «həqiqətən bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik» deyərdilər.
Link
Ayə 15
16

Əl-Hicr surəsi Ayə 16

Quran-ı Kərim

Həqiqətən Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.
Link
Ayə 16
17

Əl-Hicr surəsi Ayə 17

Quran-ı Kərim

Və onu hər bir qovulmuş şeytandan qoruduq (şeytanların oraya qalxaraq mələklər aləminin sirlərindən xəbərdar olmaq qüdrətləri yoxdur).
Link
Ayə 17
18

Əl-Hicr surəsi Ayə 18

Quran-ı Kərim

Gizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər.
Link
Ayə 18
19

Əl-Hicr surəsi Ayə 19

Quran-ı Kərim

Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik.
Link
Ayə 19
20

Əl-Hicr surəsi Ayə 20

Quran-ı Kərim

Və orada sizin üçün və ruzisini sizin vermədikləriniz (heyvanlar və cinlər) üçün hər cür yaşayış vasitələri qoyduq.
Link
Ayə 20
21

Əl-Hicr surəsi Ayə 21

Quran-ı Kərim

(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk).]
Link
Ayə 21
22

Əl-Hicr surəsi Ayə 22

Quran-ı Kərim

Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.
Link
Ayə 22
23

Əl-Hicr surəsi Ayə 23

Quran-ı Kərim

Şübhəsiz dirildən və öldürən Bizik və Bizik (fani olduqdan sonra onların hamısının) varisi!
Link
Ayə 23
24

Əl-Hicr surəsi Ayə 24

Quran-ı Kərim

Həqiqətən Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik [və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da]!
Link
Ayə 24
25

Əl-Hicr surəsi Ayə 25

Quran-ı Kərim

Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların bədən üzvlərini və hesab üçün fərdləri) toplayacaqdır. Həqiqətən O, hikmət sahibi və biləndir.
Link
Ayə 25
26

Əl-Hicr surəsi Ayə 26

Quran-ı Kərim

Şübhəsiz, Biz (ilk) insanı qoxumuş palçıqdan götürülmüş quru, çiy və səs çıxaran (insan surətinə düşmüş) gildən yaratdıq.
Link
Ayə 26
27

Əl-Hicr surəsi Ayə 27

Quran-ı Kərim

Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq.
Link
Ayə 27
28

Əl-Hicr surəsi Ayə 28

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam».
Link
Ayə 28
29

Əl-Hicr surəsi Ayə 29

Quran-ı Kərim

«Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!»
Link
Ayə 29
30

Əl-Hicr surəsi Ayə 30

Quran-ı Kərim

Beləliklə, mələklərin hamısı (onun qarşısında) səcdə etdilər.
Link
Ayə 30
31

Əl-Hicr surəsi Ayə 31

Quran-ı Kərim

İblisdən başqa, ki, o, səcdə edənlərlə birgə olmaqdan boyun qaçırtdı.
Link
Ayə 31
32

Əl-Hicr surəsi Ayə 32

Quran-ı Kərim

Allah buyurdu: «Ey İblis, sənə nə olub ki, səcdə edənlərlə birgə deyilsən?»
Link
Ayə 32
33

Əl-Hicr surəsi Ayə 33

Quran-ı Kərim

Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»
Link
Ayə 33
34

Əl-Hicr surəsi Ayə 34

Quran-ı Kərim

Allah buyurdu: «Belə isə, buradan (Cənnətdəki uca məqamdan, Allah dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan».
Link
Ayə 34
35

Əl-Hicr surəsi Ayə 35

Quran-ı Kərim

«Və şübhəsiz, (ilahi vəzifələrin yerinə yetirilməsi müddəti olan indidən) cəza gününədək sənə lənət olacaqdır (və ondan sonra da əbədi cəza zamanıdır).»
Link
Ayə 35
36

Əl-Hicr surəsi Ayə 36

Quran-ı Kərim

Dedi: «Ey Rəbbim, elə isə mənə onların (Adəm övladlarının) dirildiləcəkləri günə kimi möhlət ver».
Link
Ayə 36
37

Əl-Hicr surəsi Ayə 37

Quran-ı Kərim

Allah buyurdu: «Sən möhlət verilənlərdənsən».
Link
Ayə 37
38

Əl-Hicr surəsi Ayə 38

Quran-ı Kərim

«(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin İsrafilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)».
Link
Ayə 38
39

Əl-Hicr surəsi Ayə 39

Quran-ı Kərim

Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam».
Link
Ayə 39
40

Əl-Hicr surəsi Ayə 40

Quran-ı Kərim

«Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».
Link
Ayə 40
41

Əl-Hicr surəsi Ayə 41

Quran-ı Kərim

(İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».
Link
Ayə 41
42

Əl-Hicr surəsi Ayə 42

Quran-ı Kərim

«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!
Link
Ayə 42
43

Əl-Hicr surəsi Ayə 43

Quran-ı Kərim

«Və onların hamısının vədə yeri, mütləq Cəhənnəmdir».
Link
Ayə 43
44

Əl-Hicr surəsi Ayə 44

Quran-ı Kərim

Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür.
Link
Ayə 44
45

Əl-Hicr surəsi Ayə 45

Quran-ı Kərim

Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar.
Link
Ayə 45
46

Əl-Hicr surəsi Ayə 46

Quran-ı Kərim

(Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız».
Link
Ayə 46
47

Əl-Hicr surəsi Ayə 47

Quran-ı Kərim

Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər.
Link
Ayə 47
48

Əl-Hicr surəsi Ayə 48

Quran-ı Kərim

Orada onlara əsla bir zəhmət yetişməz və onlar oradan əsla çıxarılmazlar.
Link
Ayə 48
49

Əl-Hicr surəsi Ayə 49

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!
Link
Ayə 49
50

Əl-Hicr surəsi Ayə 50

Quran-ı Kərim

Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.
Link
Ayə 50
51

Əl-Hicr surəsi Ayə 51

Quran-ı Kərim

Və onlara İbrahimin qonaqlarından xəbər ver.
Link
Ayə 51
52

Əl-Hicr surəsi Ayə 52

Quran-ı Kərim

Onlar onun hüzuruna daxil olub «salam!» deyən zaman o (İbrahim) dedi: «Həqiqətən biz, (vaxtsız və icazəsiz gəldiyinizə görə) sizdən qorxuruq.»
Link
Ayə 52
53

Əl-Hicr surəsi Ayə 53

Quran-ı Kərim

Dedilər: «Qorxma, biz səni (İshaq adlı) bilikli bir oğulla müjdələyirik (ki, o, vəhy vasitəsilə din elmləri və səmavi kitablardan xəbərdar olacaqdır)».
Link
Ayə 53
54

Əl-Hicr surəsi Ayə 54

Quran-ı Kərim

Dedi: «Qocalığın mənə yetişdiyi bir halda mənə müjdə verirsiniz?! Belə olan halda, mənə nə müjdə verirsiniz?»
Link
Ayə 54
55

Əl-Hicr surəsi Ayə 55

Quran-ı Kərim

Dedilər: «Sənə düzgün (haqq və sabit) bir (işə görə) müjdə verdik. Buna görə də əsla naümidlərdən olma».
Link
Ayə 55
56

Əl-Hicr surəsi Ayə 56

Quran-ı Kərim

Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»
Link
Ayə 56
57

Əl-Hicr surəsi Ayə 57

Quran-ı Kərim

Dedi: «Ey elçilər, bəs sizin (əsl) işiniz nədir?»
Link
Ayə 57
58

Əl-Hicr surəsi Ayə 58

Quran-ı Kərim

Dedilər: «Biz günahkar bir qövmə (Lut qövmünə) göndərilmişik (ki, onları həlak edək)».
Link
Ayə 58
59

Əl-Hicr surəsi Ayə 59

Quran-ı Kərim

«Lutun ailəsi istisna olmaqla. Biz onların hamısına mütləq nicat verəcəyik.»
Link
Ayə 59
60

Əl-Hicr surəsi Ayə 60

Quran-ı Kərim

«Onun (nicat tapacaq ailə üzvlərindən də) zövcəsi müstəsnadır ki, onun (imansızlığına görə) mütləq (Lut qövmünün əzabda) qalanlar(ın)dan olmasını qərara almışıq».
Link
Ayə 60
61

Əl-Hicr surəsi Ayə 61

Quran-ı Kərim

Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,
Link
Ayə 61
62

Əl-Hicr surəsi Ayə 62

Quran-ı Kərim

Lut dedi: «Həqiqətən, siz tanış olmayan və yad bir dəstəsiniz».
Link
Ayə 62
63

Əl-Hicr surəsi Ayə 63

Quran-ı Kərim

Dedilər: «(Arada pis bir məqsəd yoxdur,) biz (sənin qövmün üçün) barəsində şəkk və tərəddüddə olduqları şeyi (əzabın nazil olmasını) gətirmişik.
Link
Ayə 63
64

Əl-Hicr surəsi Ayə 64

Quran-ı Kərim

«Və Biz sənin üçün haqq xəbəri və doğru vədi gətirmişik və şübhəsiz, biz düz danışanlarıq».
Link
Ayə 64
65

Əl-Hicr surəsi Ayə 65

Quran-ı Kərim

«Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
Link
Ayə 65
66

Əl-Hicr surəsi Ayə 66

Quran-ı Kərim

Və Biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir.
Link
Ayə 66
67

Əl-Hicr surəsi Ayə 67

Quran-ı Kərim

Və (o halda) şəhər əhli sevincək gəldi.
Link
Ayə 67
68

Əl-Hicr surəsi Ayə 68

Quran-ı Kərim

Lut dedi: «Bunlar mənim qonaqlarımdır, məni (bu biabırçı işinizlə) rüsvay etməyin».
Link
Ayə 68
69

Əl-Hicr surəsi Ayə 69

Quran-ı Kərim

«Və Allah(ın əzabın)dan qorxun və məni xar və başıaşağı etməyin».
Link
Ayə 69
70

Əl-Hicr surəsi Ayə 70

Quran-ı Kərim

Dedilər: «Məgər sənə dünya adamlarını (onları dəvət etməyi, sığınacaq verməyi və onları qonaq etməyi) qadağan etməmişik?!»
Link
Ayə 70
71

Əl-Hicr surəsi Ayə 71

Quran-ı Kərim

Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır.» (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).
Link
Ayə 71
72

Əl-Hicr surəsi Ayə 72

Quran-ı Kərim

Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər.
Link
Ayə 72
73

Əl-Hicr surəsi Ayə 73

Quran-ı Kərim

Və (nəhayət) günəş çıxan zaman onları (göydən gələn) bağırtı yaxaladı.
Link
Ayə 73
74

Əl-Hicr surəsi Ayə 74

Quran-ı Kərim

Beləliklə, onların şəhərlərini alt-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.
Link
Ayə 74
75

Əl-Hicr surəsi Ayə 75

Quran-ı Kərim

Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.
Link
Ayə 75
76

Əl-Hicr surəsi Ayə 76

Quran-ı Kərim

Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).
Link
Ayə 76
77

Əl-Hicr surəsi Ayə 77

Quran-ı Kərim

Və həqiqətən bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır.
Link
Ayə 77
78

Əl-Hicr surəsi Ayə 78

Quran-ı Kərim

Və həqiqətən «Əykə»nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi.
Link
Ayə 78
79

Əl-Hicr surəsi Ayə 79

Quran-ı Kərim

Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
Link
Ayə 79
80

Əl-Hicr surəsi Ayə 80

Quran-ı Kərim

Və həqiqətən Hicr əhalisi (Salehin ümməti olan Səmud qövmü) Allahın peyğəmbərlərini təkzib etdilər.
Link
Ayə 80
81

Əl-Hicr surəsi Ayə 81

Quran-ı Kərim

Və Biz onlara (dəvənin daş və sairədən xaric olması kimi) Öz nişanələrimizi verdik, amma onlar ondan üz döndərdilər.
Link
Ayə 81
82

Əl-Hicr surəsi Ayə 82

Quran-ı Kərim

Və onlar (dağın aşmasından və düşmənin yol tapmasından) xatircəm halda dağlardan evlər yonurdular.
Link
Ayə 82
83

Əl-Hicr surəsi Ayə 83

Quran-ı Kərim

Beləliklə, səhəri açarkən onları (göydən gələn bir) bağırtı bürüdü.
Link
Ayə 83
84

Əl-Hicr surəsi Ayə 84

Quran-ı Kərim

Beləliklə (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.
Link
Ayə 84
85

Əl-Hicr surəsi Ayə 85

Quran-ı Kərim

Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.
Link
Ayə 85
86

Əl-Hicr surəsi Ayə 86

Quran-ı Kərim

Həqiqətən sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.
Link
Ayə 86
87

Əl-Hicr surəsi Ayə 87

Quran-ı Kərim

Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik.
Link
Ayə 87
88

Əl-Hicr surəsi Ayə 88

Quran-ı Kərim

Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
Link
Ayə 88
89

Əl-Hicr surəsi Ayə 89

Quran-ı Kərim

Və de: «Həqiqətən mən (sizi ilahi əzabın nazil olmasından çəkindirən) həmin aşkar qorxudanam.»
Link
Ayə 89
90

Əl-Hicr surəsi Ayə 90

Quran-ı Kərim

Bölənlərə (əzab) nazil etdiyimiz kimi!
Link
Ayə 90
91

Əl-Hicr surəsi Ayə 91

Quran-ı Kərim

Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Qur’anı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).
Link
Ayə 91
92

Əl-Hicr surəsi Ayə 92

Quran-ı Kərim

Buna görə də, sənin Rəbbinə and olsun ki, şübhəsiz (Qiyamət günü) onların hamısını sorğu-suala tutacağıq.
Link
Ayə 92
93

Əl-Hicr surəsi Ayə 93

Quran-ı Kərim

(Dünyada) etdikləri əməllər barəsində.
Link
Ayə 93
94

Əl-Hicr surəsi Ayə 94

Quran-ı Kərim

Buna görə də, sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir.
Link
Ayə 94
95

Əl-Hicr surəsi Ayə 95

Quran-ı Kərim

Həqiqətən Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq.
Link
Ayə 95
96

Əl-Hicr surəsi Ayə 96

Quran-ı Kərim

Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!
Link
Ayə 96
97

Əl-Hicr surəsi Ayə 97

Quran-ı Kərim

Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.
Link
Ayə 97
98

Əl-Hicr surəsi Ayə 98

Quran-ı Kərim

Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!
Link
Ayə 98
99

Əl-Hicr surəsi Ayə 99

Quran-ı Kərim

Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!
Link
Ayə 99

Süra Haqqında

Əl-Hicr surəsi Qurani-Kərimin 15-ci surəsidir, Məkkədə nazil olmuş və 99 ayədən ibarətdir. Adı “Hicr” – yəni daşlıq, qayalıq deməkdir. Surədə “Hicr əhli” (Səmud qövmü) haqqında bəhs olunur. Surə əsasən tövhid, peyğəmbərlərin hekayələri, Quranın qorunması və Allahın rəhməti mövzularını əhatə edir.

📖 Əl-Hicr Surəsi haqqında Ətraflı Məlumat

1. Adı və mənası

  • Ərəbcə adı: سورة الحجر (Sūratu-l-Ḥijr).
  • Mənası: “Daşlıq, qayalıq” – Səmud qövmünün yaşadığı Hicr bölgəsinə işarədir.

2. Nazil olma yeri və vaxtı

  • Məkkədə nazil olmuşdur.
  • Məkkə dövrünün ortalarında nazil olduğu qeyd olunur.

3. Qurandakı mövqeyi

  • Qurani-Kərimin 15-ci surəsi.
  • 99 ayədən ibarətdir.
  • Əvvəlki surə: İbrahim, sonrakı surə: Nəhl.

🌟 Əsas mövzular

  • Quranın qorunması: “Biz Quranı nazil etdik və onu mütləq qoruyacağıq” (9-cu ayə).
  • Peyğəmbərlərin hekayələri: Nuh, Lut, Şüeyb və Səmud qövmünün hekayələri.
  • Hicr əhli: Səmud qövmünün daşlıq bölgədəki yaşayışı və Allahın əzabı.
  • Tövhid və iman: Allahın birliyi, bütpərəstliyin rəddi.
  • Allahın rəhməti: Möminlər üçün ümid və təsəlli.
  • Axirət inancı: Ölüm, dirilmə və Qiyamət günü.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim