Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Hucurat surəsi

Əl-Hucurat surəsi Ayələri

Toplam 18 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Hucurat surəsi Ayə 1

Quran-ı Kərim

Ey iman gətirənlər! Allahdan və Onun peyğəmbərindən qabağa keçməyin (dini hökmlərdə onlardan eşitməyincə nəzər bildirməyin və rəhbərlik və qəzavət işində onlardan qabaq hökm çıxarmayın). Allahdan qorxun ki, Allah eşidən və biləndir.
Link
Ayə 1
2

Əl-Hucurat surəsi Ayə 2

Quran-ı Kərim

Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq)səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir.)
Link
Ayə 2
3

Əl-Hucurat surəsi Ayə 3

Quran-ı Kərim

Həqiqətən Allahın peyğəmbərinin yanında səslərini aşağı salanlar Allahın qəlblərini pərhizkarlıq üçün sınadığı (və hazırladığı) kəslərdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
Link
Ayə 3
4

Əl-Hucurat surəsi Ayə 4

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Səni otaqlarının arxasından çağıranların çoxu (sənin hörmətini saxlamadıqlarını) başa düşmürlər.
Link
Ayə 4
5

Əl-Hucurat surəsi Ayə 5

Quran-ı Kərim

Əgər onlar sən onlara tərəf çıxana kimi səbr etsəydilər, əlbəttə, onlar üçün daha yaxşı olardı. Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 5
6

Əl-Hucurat surəsi Ayə 6

Quran-ı Kərim

Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız.
Link
Ayə 6
7

Əl-Hucurat surəsi Ayə 7

Quran-ı Kərim

Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq tabe olasınız.) Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir.
Link
Ayə 7
8

Əl-Hucurat surəsi Ayə 8

Quran-ı Kərim

(Bu sevgi və nifrət) Allah tərəfindən lütf və nemətdir. Allah bilən və hikmət sahibidir.
Link
Ayə 8
9

Əl-Hucurat surəsi Ayə 9

Quran-ı Kərim

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə əgər qayıtsa onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir.
Link
Ayə 9
10

Əl-Hucurat surəsi Ayə 10

Quran-ı Kərim

Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz.
Link
Ayə 10
11

Əl-Hucurat surəsi Ayə 11

Quran-ı Kərim

Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!
Link
Ayə 11
12

Əl-Hucurat surəsi Ayə 12

Quran-ı Kərim

Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır.
Link
Ayə 12
13

Əl-Hucurat surəsi Ayə 13

Quran-ı Kərim

Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır.
Link
Ayə 13
14

Əl-Hucurat surəsi Ayə 14

Quran-ı Kərim

Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik.» (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır.»
Link
Ayə 14
15

Əl-Hucurat surəsi Ayə 15

Quran-ı Kərim

Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır.
Link
Ayə 15
16

Əl-Hucurat surəsi Ayə 16

Quran-ı Kərim

De: «Allah göylərdə olanları və yerdə olanları bildiyi halda siz Allaha öz din (və batini əqidələr)inizdən xəbər verirsiniz?» Allah hər şeyi bilir.
Link
Ayə 16
17

Əl-Hucurat surəsi Ayə 17

Quran-ı Kərim

Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır.»
Link
Ayə 17
18

Əl-Hucurat surəsi Ayə 18

Quran-ı Kərim

Şübhəsiz, Allah göylərin və yerin qeybini (göylərdə və yerdə bütün şüur sahiblərinin düşüncə və hiss çərçivəsindən xaric olan sirləri) bilir. Allah etdiklərinizi görür.
Link
Ayə 18

Süra Haqqında

Əl-Hucurat surəsi Quran-ı Kərimdə 49. surədir və 18 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 18 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim