Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-İnfitar surəsi

Əl-İnfitar surəsi Ayələri

Toplam 19 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-İnfitar surəsi Ayə 1

Quran-ı Kərim

Göy yarıldığı zaman,
Link
Ayə 1
2

Əl-İnfitar surəsi Ayə 2

Quran-ı Kərim

Ulduzlar dağılıb səpələndiyi zaman,
Link
Ayə 2
3

Əl-İnfitar surəsi Ayə 3

Quran-ı Kərim

Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,
Link
Ayə 3
4

Əl-İnfitar surəsi Ayə 4

Quran-ı Kərim

Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,
Link
Ayə 4
5

Əl-İnfitar surəsi Ayə 5

Quran-ı Kərim

Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).
Link
Ayə 5
6

Əl-İnfitar surəsi Ayə 6

Quran-ı Kərim

Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?
Link
Ayə 6
7

Əl-İnfitar surəsi Ayə 7

Quran-ı Kərim

O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.
Link
Ayə 7
8

Əl-İnfitar surəsi Ayə 8

Quran-ı Kərim

İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.
Link
Ayə 8
9

Əl-İnfitar surəsi Ayə 9

Quran-ı Kərim

Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.
Link
Ayə 9
10

Əl-İnfitar surəsi Ayə 10

Quran-ı Kərim

Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.
Link
Ayə 10
11

Əl-İnfitar surəsi Ayə 11

Quran-ı Kərim

Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).
Link
Ayə 11
12

Əl-İnfitar surəsi Ayə 12

Quran-ı Kərim

Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.
Link
Ayə 12
13

Əl-İnfitar surəsi Ayə 13

Quran-ı Kərim

Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.
Link
Ayə 13
14

Əl-İnfitar surəsi Ayə 14

Quran-ı Kərim

Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.
Link
Ayə 14
15

Əl-İnfitar surəsi Ayə 15

Quran-ı Kərim

Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)
Link
Ayə 15
16

Əl-İnfitar surəsi Ayə 16

Quran-ı Kərim

Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).
Link
Ayə 16
17

Əl-İnfitar surəsi Ayə 17

Quran-ı Kərim

Və sən nə bilirsən ki, cəza günü nədir?!
Link
Ayə 17
18

Əl-İnfitar surəsi Ayə 18

Quran-ı Kərim

Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!
Link
Ayə 18
19

Əl-İnfitar surəsi Ayə 19

Quran-ı Kərim

Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur.
Link
Ayə 19

Süra Haqqında

Əl-İnfitar surəsi Quran-ı Kərimdə 82. surədir və 19 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 19 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim