Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-‏İnsan surəsi

Əl-‏İnsan surəsi Ayələri

Toplam 31 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-‏İnsan surəsi Ayə 1

Quran-ı Kərim

İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).
Link
Ayə 1
2

Əl-‏İnsan surəsi Ayə 2

Quran-ı Kərim

Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.
Link
Ayə 2
3

Əl-‏İnsan surəsi Ayə 3

Quran-ı Kərim

Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor.
Link
Ayə 3
4

Əl-‏İnsan surəsi Ayə 4

Quran-ı Kərim

Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.
Link
Ayə 4
5

Əl-‏İnsan surəsi Ayə 5

Quran-ı Kərim

Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.
Link
Ayə 5
6

Əl-‏İnsan surəsi Ayə 6

Quran-ı Kərim

(Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar.
Link
Ayə 6
7

Əl-‏İnsan surəsi Ayə 7

Quran-ı Kərim

Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.
Link
Ayə 7
8

Əl-‏İnsan surəsi Ayə 8

Quran-ı Kərim

Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.
Link
Ayə 8
9

Əl-‏İnsan surəsi Ayə 9

Quran-ı Kərim

(Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik».
Link
Ayə 9
10

Əl-‏İnsan surəsi Ayə 10

Quran-ı Kərim

«Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq».
Link
Ayə 10
11

Əl-‏İnsan surəsi Ayə 11

Quran-ı Kərim

Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.
Link
Ayə 11
12

Əl-‏İnsan surəsi Ayə 12

Quran-ı Kərim

Və onları etdikləri səbr müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır.
Link
Ayə 12
13

Əl-‏İnsan surəsi Ayə 13

Quran-ı Kərim

Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər.
Link
Ayə 13
14

Əl-‏İnsan surəsi Ayə 14

Quran-ı Kərim

(Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək.
Link
Ayə 14
15

Əl-‏İnsan surəsi Ayə 15

Quran-ı Kərim

Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır.
Link
Ayə 15
16

Əl-‏İnsan surəsi Ayə 16

Quran-ı Kərim

Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar.
Link
Ayə 16
17

Əl-‏İnsan surəsi Ayə 17

Quran-ı Kərim

Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər.
Link
Ayə 17
18

Əl-‏İnsan surəsi Ayə 18

Quran-ı Kərim

(Və zəncəfil) orada elə bir bulaqdan (çağlayır) ki, (nuş olduğu, ləzzət verdiyi və tez həzm olunduğu üçün) «Səlsəbil» adlanır.
Link
Ayə 18
19

Əl-‏İnsan surəsi Ayə 19

Quran-ı Kərim

Onların dövrəsində (xidmət üçün təravəti və yeniyetməliyi) əbədi olan oğlanlar dolanarlar. Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.
Link
Ayə 19
20

Əl-‏İnsan surəsi Ayə 20

Quran-ı Kərim

Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk görərsən.
Link
Ayə 20
21

Əl-‏İnsan surəsi Ayə 21

Quran-ı Kərim

Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir.
Link
Ayə 21
22

Əl-‏İnsan surəsi Ayə 22

Quran-ı Kərim

(Onlara deyilər:) «Həqiqətən, bu (nemət və rəhmət) sizin mükafatınızdır və səyiniz təqdirəlayiqdir».
Link
Ayə 22
23

Əl-‏İnsan surəsi Ayə 23

Quran-ı Kərim

(Ey Peyğəmbər,) şübhəsiz, Biz Özümüz bu Qur’anı sənə tədriclə nazil etdik.
Link
Ayə 23
24

Əl-‏İnsan surəsi Ayə 24

Quran-ı Kərim

Odur ki, Rəbbinin əmrinə (əməl etmək, çatdırmaq və cəmiyyətdə həyata keçirməkdə) səbr et və onlardan heç bir günahkara, yaxud kafir və nankora itaət etmə.
Link
Ayə 24
25

Əl-‏İnsan surəsi Ayə 25

Quran-ı Kərim

Və öz Rəbbinin adını səhər-axşam (hər hansı bir zikrlə və ya sübh, zöhr və əsr namazlarına məxsus zikrlə) yad et.
Link
Ayə 25
26

Əl-‏İnsan surəsi Ayə 26

Quran-ı Kərim

Və gecənin bir qismində Ona səcdə et (məğrib və işa namazlarını qıl) və gecə uzunu da Onu zikr et (gecə namazını qıl).
Link
Ayə 26
27

Əl-‏İnsan surəsi Ayə 27

Quran-ı Kərim

Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar).
Link
Ayə 27
28

Əl-‏İnsan surəsi Ayə 28

Quran-ı Kərim

Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.
Link
Ayə 28
29

Əl-‏İnsan surəsi Ayə 29

Quran-ı Kərim

Şübhəsiz, bu (deyilənlər) bir öyüd – nəsihətdir, belə isə, kim istəsə (bu öyüd – nəsihəti qəbul edib ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar.
Link
Ayə 29
30

Əl-‏İnsan surəsi Ayə 30

Quran-ı Kərim

Allah istəməsə siz əsla istəyə bilməzsiniz (çünki sizin ixtiyar üzündən olan iradəniz də ixtiyari əməliniz kimi, Allahın yaradılış iradəsinə bağlıdır). Həqiqətən, Allah (hər şeyi) biləndir və hikmət sahibidir!
Link
Ayə 30
31

Əl-‏İnsan surəsi Ayə 31

Quran-ı Kərim

(Allah) istədiyi (və layiq gördüyü) şəxsi Öz mərhəmətinə daxil edər və zalımlara ağrılı bir əzab hazırlamışdır.
Link
Ayə 31

Süra Haqqında

Əl-‏İnsan surəsi Quran-ı Kərimdə 76. surədir və 31 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 31 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim