Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən.)
Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud–bəyənilən olasan).
Əl-İnşirah surəsi Quran-ı Kərimdə 94. surədir və
8 ayədən ibarətdir. Mədəni surəsi olan bu surə
Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.
Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.
8 ayə - tam tərcümə və təfsir
Mədəni - nazil olduğu yer
Tam mətn - Azərbaycan dilində
Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.