Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Məaric surəsi

Əl-Məaric surəsi Ayələri

Toplam 44 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Məaric surəsi Ayə 1

Quran-ı Kərim

İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək
Link
Ayə 1
2

Əl-Məaric surəsi Ayə 2

Quran-ı Kərim

Kafirlər üçün və onun qarşısını alan olmaz.
Link
Ayə 2
3

Əl-Məaric surəsi Ayə 3

Quran-ı Kərim

(Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.
Link
Ayə 3
4

Əl-Məaric surəsi Ayə 4

Quran-ı Kərim

Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab – kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.
Link
Ayə 4
5

Əl-Məaric surəsi Ayə 5

Quran-ı Kərim

Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər – əlamət olmasın).
Link
Ayə 5
6

Əl-Məaric surəsi Ayə 6

Quran-ı Kərim

Onlar onu (o günü) uzaq görürlər (mümkünsüz bilərlər).
Link
Ayə 6
7

Əl-Məaric surəsi Ayə 7

Quran-ı Kərim

Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.
Link
Ayə 7
8

Əl-Məaric surəsi Ayə 8

Quran-ı Kərim

O gün ki, göy qızmış (ərimiş) filiz kimi olar.
Link
Ayə 8
9

Əl-Məaric surəsi Ayə 9

Quran-ı Kərim

Və dağlar (didilmiş, havada pərakəndə halında) rəngarəng yun kimi olarlar.
Link
Ayə 9
10

Əl-Məaric surəsi Ayə 10

Quran-ı Kərim

Və heç bir qohum və əziz dost öz qohumunu(n) və dostunu(n halını) soruşmaz.
Link
Ayə 10
11

Əl-Məaric surəsi Ayə 11

Quran-ı Kərim

Qohum qohuma göstərilər, (lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını,
Link
Ayə 11
12

Əl-Məaric surəsi Ayə 12

Quran-ı Kərim

Həm zövcəsini və qardaşını,
Link
Ayə 12
13

Əl-Məaric surəsi Ayə 13

Quran-ı Kərim

Həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini),
Link
Ayə 13
14

Əl-Məaric surəsi Ayə 14

Quran-ı Kərim

Və yer üzündə olanların hamısını - təki bu iş ona (o günün əzabından) nicat versin.
Link
Ayə 14
15

Əl-Məaric surəsi Ayə 15

Quran-ı Kərim

Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir.
Link
Ayə 15
16

Əl-Məaric surəsi Ayə 16

Quran-ı Kərim

Başın və (bədən) üzvlərin(in) dərisini soyandır.
Link
Ayə 16
17

Əl-Məaric surəsi Ayə 17

Quran-ı Kərim

(Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni,
Link
Ayə 17
18

Əl-Məaric surəsi Ayə 18

Quran-ı Kərim

Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları,
Link
Ayə 18
19

Əl-Məaric surəsi Ayə 19

Quran-ı Kərim

Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır.
Link
Ayə 19
20

Əl-Məaric surəsi Ayə 20

Quran-ı Kərim

Ona bir zərər və ziyan üz verdikdə, dözməz.
Link
Ayə 20
21

Əl-Məaric surəsi Ayə 21

Quran-ı Kərim

Ona bir xeyir yetişdikdə, xəsis və simic olar.
Link
Ayə 21
22

Əl-Məaric surəsi Ayə 22

Quran-ı Kərim

Namaz qılanlardan savayı.
Link
Ayə 22
23

Əl-Məaric surəsi Ayə 23

Quran-ı Kərim

O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər.
Link
Ayə 23
24

Əl-Məaric surəsi Ayə 24

Quran-ı Kərim

O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi).
Link
Ayə 24
25

Əl-Məaric surəsi Ayə 25

Quran-ı Kərim

Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün.
Link
Ayə 25
26

Əl-Məaric surəsi Ayə 26

Quran-ı Kərim

O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər.
Link
Ayə 26
27

Əl-Məaric surəsi Ayə 27

Quran-ı Kərim

O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar.
Link
Ayə 27
28

Əl-Məaric surəsi Ayə 28

Quran-ı Kərim

Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur.
Link
Ayə 28
29

Əl-Məaric surəsi Ayə 29

Quran-ı Kərim

Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar.
Link
Ayə 29
30

Əl-Məaric surəsi Ayə 30

Quran-ı Kərim

Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar (bu barədə – yaxınlıq etməyə görə) qınanmazlar.
Link
Ayə 30
31

Əl-Məaric surəsi Ayə 31

Quran-ı Kərim

Beləliklə, kim bundan (bu iki haldan) artığını istəsə (və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür, cinsi ləzzətlərə dalsa,) belə şəxslər (İslam hüdudlarında) həddi aşanlardır.
Link
Ayə 31
32

Əl-Məaric surəsi Ayə 32

Quran-ı Kərim

O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər.
Link
Ayə 32
33

Əl-Məaric surəsi Ayə 33

Quran-ı Kərim

O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir.
Link
Ayə 33
34

Əl-Məaric surəsi Ayə 34

Quran-ı Kərim

O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.
Link
Ayə 34
35

Əl-Məaric surəsi Ayə 35

Quran-ı Kərim

Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir.
Link
Ayə 35
36

Əl-Məaric surəsi Ayə 36

Quran-ı Kərim

Belə isə, kafir olanlara nə olub ki, sənin yanına tələsirlər?!
Link
Ayə 36
37

Əl-Məaric surəsi Ayə 37

Quran-ı Kərim

Dəstə – dəstə, sağdan və soldan (sənin ətrafına yığılırlar)?!
Link
Ayə 37
38

Əl-Məaric surəsi Ayə 38

Quran-ı Kərim

Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli Cənnətə daxil edələr?!
Link
Ayə 38
39

Əl-Məaric surəsi Ayə 39

Quran-ı Kərim

(Xeyr!) Belə deyil; Biz onları özləri bildikləri şeydən (nütfədən) yaratdıq. (Sonrakı mərhələlərdə imana və əmələ təkamül tapmayınca heç kəsin Cənnətə girməyə ləyaqəti çatmaz)!
Link
Ayə 39
40

Əl-Məaric surəsi Ayə 40

Quran-ı Kərim

And olsun məşriqlərin və məğriblərin Rəbbinə (qışın əvvəlindən yayın əvvəlinədək olan günəşin cənub tərəfə ən çox meyl etməsindən şimala tərəf ən çox meyl etməsinə qədər olan yüz səksən günəş məşriqi və onun əksi, onların müqabilində yüz səksən məğrib və ya bu günəşin ulduzlarının, yaxud digər planetlərin məşriqləri və məğribləri və ya hər hansı bir günəş planetinin məşriqləri və məğriblərinin Rəbbinə) ki, həqiqətən, Biz qadirik ki,
Link
Ayə 40
41

Əl-Məaric surəsi Ayə 41

Quran-ı Kərim

Onların (insanların) yerinə onlardan daha yaxşısını gətirək və Biz əsla (Öz iradəmizdə) məğlub olmarıq!
Link
Ayə 41
42

Əl-Məaric surəsi Ayə 42

Quran-ı Kərim

Belə isə (dəlil-sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə, əksinə) onları burax ki, vəd verilən günə qovuşanadək (öz tüğyankarlıqlarının girdabında) batsınlar və oynayıb-əylənsinlər.
Link
Ayə 42
43

Əl-Məaric surəsi Ayə 43

Quran-ı Kərim

O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar.
Link
Ayə 43
44

Əl-Məaric surəsi Ayə 44

Quran-ı Kərim

Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün.
Link
Ayə 44

Süra Haqqında

Əl-Məaric surəsi Quran-ı Kərimdə 70. surədir və 44 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 44 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim