Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Məhəmməd surəsi

Məhəmməd surəsi Ayələri

Toplam 38 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Məhəmməd surəsi Ayə 1

Quran-ı Kərim

Allah küfr edən, Allahın yolundan üz döndərən və onun qarşısını alan kəslərin əməllərini (xeyir əməllərini axirətdə və şər planlarını dünyada) puç etdi.
Link
Ayə 1
2

Məhəmməd surəsi Ayə 2

Quran-ı Kərim

(Peyğəmbərlərə nazil olana) iman gətirərək yaxşı işlər görən və Muhəmmədə hamısı Rəbbləri tərəfindən haqq olaraq nazil olana iman gətirənlərin (isə) günahlarını təmizlədi və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırdı.
Link
Ayə 2
3

Məhəmməd surəsi Ayə 3

Quran-ı Kərim

Bunun (kafirlərin əməllərinin puç edilməsinin və möminlərin vəziyyətlərinin yaxşılaşdırılmasının) səbəbi küfr edənlərin batilə tabe olmaları, iman gətirənlərin isə Rəbbləri tərəfindən olan haqqın arxasınca getmələridir. Allah insanlara (onların) sifətlərini bu cür bəyan edir.
Link
Ayə 3
4

Məhəmməd surəsi Ayə 4

Quran-ı Kərim

Buna görə də kafirlərlə (müharibədə) qarşılaşan zaman onların boyunlarını vurun (ilk iş öldürməkdir). Nəhayət elə ki, onları möhkəm qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə (onun əvəzində mal və əsir) alın ki, müharibə, silahını yerə qoysun və yatsın. Budur (Allahın əmri). Əgər Allah istəsəydi onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə (möminləri kafirlərlə və kafirləri möminlərlə) sınamaq üçün (belə edir). Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir (və onlara çoxlu mükafat verir).
Link
Ayə 4
5

Məhəmməd surəsi Ayə 5

Quran-ı Kərim

Tezliklə onları (Bərzəx və axirətin kəramətli dərəcələrinə) yönəldəcək və (o dünyada) onların vəziyyət və işlərini yaxşılaşdıracaq.
Link
Ayə 5
6

Məhəmməd surəsi Ayə 6

Quran-ı Kərim

Və onları (dünyada) tanıtdırdığı, hüdud və sərhədlərini bildirdiyi və onlar üçün bəzəyib ətirlədiyi Cənnətə daxil edəcəkdir.
Link
Ayə 6
7

Məhəmməd surəsi Ayə 7

Quran-ı Kərim

Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.
Link
Ayə 7
8

Məhəmməd surəsi Ayə 8

Quran-ı Kərim

Küfr etmiş kəslər (isə) məhv olsunlar! (Allah) onların bütün əməllərini puç və təsirsiz etdi.
Link
Ayə 8
9

Məhəmməd surəsi Ayə 9

Quran-ı Kərim

Bunun səbəbi onların Allahın nazil etdiyini (vəhy, Qur’an və dini) xoşlamamalarıdır. Beləliklə Allah onların əməllərini (dünyadakı təsirləri və axirət mükafatı baxımından) puç və batil etdi.
Link
Ayə 9
10

Məhəmməd surəsi Ayə 10

Quran-ı Kərim

Məgər onlar özlərindən qabaq olmuş kəslərin aqibətlərinin necə olmasına nəzər salmaq üçün yer üzündə gəzmədilər?! Allah onların nəyi vardısa (can, ailə və mallarını) məhv etdi və (əlbəttə) o aqibət və cəzaların bənzəri bu kafirlər üçün də olacaqdır.
Link
Ayə 10
11

Məhəmməd surəsi Ayə 11

Quran-ı Kərim

Bunun səbəbi Allahın iman gətirənlərin başçısı və yardımçısı olmasıdır. Kafirlərin isə başçı və yardımçıları yoxdur.
Link
Ayə 11
12

Məhəmməd surəsi Ayə 12

Quran-ı Kərim

Həqiqətən Allah iman gətirib yaxşı işlər görənləri (ev və ağaclarının) altından çaylar axan cənnət və bağlara daxil edəcəkdir. Küfr edənlər isə (dünya ləzzətlərindən) bəhrələnir və heyvanlar kimi yeyirlər (həyatın əsas məqsədini yemək və bəhrələnmək hesab edirlər) və (nəhayət) onların yeri oddur.
Link
Ayə 12
13

Məhəmməd surəsi Ayə 13

Quran-ı Kərim

Səni çıxartmış cəmiyyətindən daha güclü neçə-neçə cəmiyyətlər var idi. Biz onları məhv etdik. Onlara bir kömək edən (də) yox idi.
Link
Ayə 13
14

Məhəmməd surəsi Ayə 14

Quran-ı Kərim

Belə isə məgər (işləri) öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində olan kəslər (möminlər kimi ağıl və şəriətə əsaslananlar) pis əməlləri özlərinə gözəl göstərilən və öz nəfsi istəklərinə tabe olan kəslər kimidirlər?!
Link
Ayə 14
15

Məhəmməd surəsi Ayə 15

Quran-ı Kərim

Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!
Link
Ayə 15
16

Məhəmməd surəsi Ayə 16

Quran-ı Kərim

Onların (münafiqlərin) elələri var ki, sən(in sözlərin)ə qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə və ya mətləbə diqqətsizlikdən) «(peyğəmbər) indi nə dedi?» deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhür(ü) vurduğu və nəfsi istəklərinə tabe olan kəslərdir.
Link
Ayə 16
17

Məhəmməd surəsi Ayə 17

Quran-ı Kərim

(Allah) doğru yolda olanların hidayətlərini (daha da) artırıb və onlara vəziyyətlərinə münasib pərhizkarlıq (ruhu) bəxş edib.
Link
Ayə 17
18

Məhəmməd surəsi Ayə 18

Quran-ı Kərim

Belə isə məgər onlar (kafirlər) Qiyamətin qəflətən onlara yetişməsindən ayrı bir şey gözləyirlər? Şübhəsiz, onun əlamətləri (insanların şəriət baxımından məsuliyyət daşımaları, boyunlarına vəzifə qoyulması, itaətkarlıq və itəatsizliyin mövcudluğu, son peyğəmbərin göndərilməsi və ayın möcüzə olaraq parçalanması) artıq gəlmişdir. Odur ki, (Qiyamət gəlib) onlara yetişəndə, öyüd-nəsihətləri onlara necə və nə vaxt fayda verəcək?!
Link
Ayə 18
19

Məhəmməd surəsi Ayə 19

Quran-ı Kərim

Bil ki, Allahdan başqa bir məbud yoxdur. Öz günahların (məsumluq məqamı üçün nisbi günah sayılan daha üstün əməlin tərk edilməsi) və mömin kişi və qadınlar(ın günahları) üçün bağışlanma dilə. Çünki Allah (dünyada) haldan-hala dəyişməyinizi və (axirətdə) məskunlaşacağınız və qərar tutacağınız yeri bilir.
Link
Ayə 19
20

Məhəmməd surəsi Ayə 20

Quran-ı Kərim

İman gətirmiş kəslər «nə üçün (cihad barəsində) bir surə nazil edilmədi?» deyirlər. Möhkəm (aydın və qeyri-mütəşabih) bir surə nazil ediləndə və onda müharibədən söz salınanda isə qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) olanları ölüm bihuşluğunun burüdüyü bir kəs kimi sənə baxan görərsən. Buna görə də vay onların halına!
Link
Ayə 20
21

Məhəmməd surəsi Ayə 21

Quran-ı Kərim

İtaətkarlıq və gözəl söz onlar üçün daha yaxşıdır. İş (müharibə) ciddiləşən zaman əgər Allaha sadiq olsalar (könüllü şəkildə cihada getsələr, bu) əlbəttə, onlar üçün daha yaxşı olar.
Link
Ayə 21
22

Məhəmməd surəsi Ayə 22

Quran-ı Kərim

Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?!
Link
Ayə 22
23

Məhəmməd surəsi Ayə 23

Quran-ı Kərim

Onlar Allahın lənət etdiyi və (batini) qulaqlarını kar və (qəlb) gözlərini kor etdiyi kəslərdir.
Link
Ayə 23
24

Məhəmməd surəsi Ayə 24

Quran-ı Kərim

Belə isə məgər onlar bu Qur’an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?
Link
Ayə 24
25

Məhəmməd surəsi Ayə 25

Quran-ı Kərim

Həqiqətən Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır.
Link
Ayə 25
26

Məhəmməd surəsi Ayə 26

Quran-ı Kərim

Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə (Qüreyş kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir.
Link
Ayə 26
27

Məhəmməd surəsi Ayə 27

Quran-ı Kərim

Belə isə mələklər onların üzlərinə və arxalarına (qamçı) vura-vura canlarını alan zaman (onların halı) necə olacaq?
Link
Ayə 27
28

Məhəmməd surəsi Ayə 28

Quran-ı Kərim

O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi.
Link
Ayə 28
29

Məhəmməd surəsi Ayə 29

Quran-ı Kərim

Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!
Link
Ayə 29
30

Məhəmməd surəsi Ayə 30

Quran-ı Kərim

Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir.
Link
Ayə 30
31

Məhəmməd surəsi Ayə 31

Quran-ı Kərim

Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi və səbrlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) və sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq.
Link
Ayə 31
32

Məhəmməd surəsi Ayə 32

Quran-ı Kərim

Şübhəsiz, küfr edənlər, Allahın yolundan üz döndərərək onun qarşısını alanlar və doğru yol aydın olduqdan sonra Bizim peyğəmbərimizlə müxalifət və düşmənçilik edənlər Allaha əsla, azacıq belə zərər-ziyan vurmazlar və (Allah) tezliklə onların əməllərini puça çıxaracaqdır (dinə zidd əməllərini dünyada və xeyir əməllərini axirətdə puç və təsirsiz edəcəkdir).
Link
Ayə 32
33

Məhəmməd surəsi Ayə 33

Quran-ı Kərim

Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin.
Link
Ayə 33
34

Məhəmməd surəsi Ayə 34

Quran-ı Kərim

Şübhəsiz, küfr edən və Allahın yolundan üz döndərərək onun qarşısını alan, sonra (da) kafir olaraq ölənləri Allah əsla bağışlamayacaqdır.
Link
Ayə 34
35

Məhəmməd surəsi Ayə 35

Quran-ı Kərim

Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.
Link
Ayə 35
36

Məhəmməd surəsi Ayə 36

Quran-ı Kərim

Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirsəniz və təqvalı olsanız, O, sizin (dünya və axirət) mükafatlarınızı verəcəkdir və (bunun müqabilində) mallarınızı(n hamısını) da istəmir (sizin bəzinizdən xums və zəkat olaraq malınızın bir hisəssini – beşdə birini, onda birini, qırxda birini və bu kimi miqdarı istəyir).
Link
Ayə 36
37

Məhəmməd surəsi Ayə 37

Quran-ı Kərim

Əgər mallarınızı(n hamısını) istəsə və (bunda) sizə israr etsə, xəsislik göstərərsiniz və (Allah boynunuza bu dini vəzifəni qoymaqla) sizin kinlərinizi üzə çıxararaq faş edər.
Link
Ayə 37
38

Məhəmməd surəsi Ayə 38

Quran-ı Kərim

Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız. Sizlərdən bəzisi xəsislik edir. Kim xəsislik etsə yalnız özünə qarşı xəsislik edir. Ehtiyacsız (zəngin) olan Allah, möhtac olan isə sizsiniz. Əgər (Onun dinindən) üz döndərsəniz sizin yerinizə digər bir dəstəni gətirər (və) onda onlar sizin kimi olmazlar.
Link
Ayə 38

Süra Haqqında

Məhəmməd surəsi Quran-ı Kərimdə 47. surədir və 38 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 38 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim