Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Mucadələ surəsi

Əl-Mucadələ surəsi Ayələri

Toplam 22 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Mucadələ surəsi Ayə 1

Quran-ı Kərim

Şübhəsiz, Allah əri barəsində səninlə mücadilə (mübahisə) edən və Allaha şikayət edən qadının sözünü eşitdi və qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidən və görəndir.
Link
Ayə 1
2

Əl-Mucadələ surəsi Ayə 2

Quran-ı Kərim

Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur). Həqiqətən, Allah çox əfv edən və bağışlayandır.
Link
Ayə 2
3

Əl-Mucadələ surəsi Ayə 3

Quran-ı Kərim

Qadınları ilə zihar edib sonra da dediklərindən dönənlərin, həmin zövcələri ilə təmasda olmazdan əvvəl bir qul azad etmələri vacibdir. Bu, sizə verilən bir öyüddür. Allah etdiklərinizdən xəbərdardır.
Link
Ayə 3
4

Əl-Mucadələ surəsi Ayə 4

Quran-ı Kərim

Kim (azad etməyə qul) tapmazsa, həmin zövcəsi ilə təmasda olmazdan öncə onun iki ay dalbadal oruc tutması vacibdir. (Oruc tutmağa da) qadir olmayan bir kəs altmış fəqiri doyuzdurmalıdır. Bu, Allaha və Onun Rəsuluna iman gətirməniz (və cahiliyyət adətlərindən əl çəkməniz) üçündür. Bunlar Allahın hüdudları və hökmləridir. Kafirlər üçün ağrılı bir əzab vardır.
Link
Ayə 4
5

Əl-Mucadələ surəsi Ayə 5

Quran-ı Kərim

Əlbəttə, Allah və Onun Rəsulu ilə düşmənçilik və müxalifət edənlər özlərindən öncəkilər xar və zəlil olduqları kimi xar və zəlil olacaqlar. Və həqiqətən, Biz aydın ayələr və nişanələr nazil etdik və kafirlər üçün alçaldıcı bir əzab vardır.
Link
Ayə 5
6

Əl-Mucadələ surəsi Ayə 6

Quran-ı Kərim

Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir; (o işlər barəsində ki,) Allah onların hamısını axıradək saymış, onlar özləri isə unutmuşlar. Allah hər şeyə şahiddir və hazırdır.
Link
Ayə 6
7

Əl-Mucadələ surəsi Ayə 7

Quran-ı Kərim

Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
Link
Ayə 7
8

Əl-Mucadələ surəsi Ayə 8

Quran-ı Kərim

Məgər pıçıltı və gizli danışıq qadağan olunduqdan sonra yenidən qadağan olunmuş əmələ qayıdıb daim günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıltı ilə danışanı görmədinmi?! Onlar sənin yanına gəldikdə səni Allahın salamlamadığı bir tərzdə salamlayır və öz ürəklərində (ya öz aralarında) deyirlər: «(Əgər bu kişi Peyğəmbərdirsə), bəs niyə Allah (dünyada) bizə dediklərimizə görə əzab vermir?» Onlara daxil olacaqları və hərarətini dadacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis bir dönüş yeridir.
Link
Ayə 8
9

Əl-Mucadələ surəsi Ayə 9

Quran-ı Kərim

Ey iman gətirənlər, bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman (heç olmasa) günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqva(ya tövsiyə etmək üçün) pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun.
Link
Ayə 9
10

Əl-Mucadələ surəsi Ayə 10

Quran-ı Kərim

Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı Şeytandandır. Halbuki, (Şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
Link
Ayə 10
11

Əl-Mucadələ surəsi Ayə 11

Quran-ı Kərim

Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır.
Link
Ayə 11
12

Əl-Mucadələ surəsi Ayə 12

Quran-ı Kərim

Ey iman gətirənlər, Allah Rəsulu ilə xüsusi söhbət et(mək istə)diyiniz zaman, öz söhbətinizdən öncə sədəqə verin, bu, sizin üçün daha xeyirli və daha pakdır və əgər (sədəqə vermək üçün bir şey) tapmasanız (bilin ki,) Allah bağışlayan və mehribandır.
Link
Ayə 12
13

Əl-Mucadələ surəsi Ayə 13

Quran-ı Kərim

Yoxsa öz xüsusi söhbətinizdən qabaq sədəqə verməkdən qorxdunuz? İndi ki, bunu etmədiniz və Allah da bundan keçdi, onda namaz qılın, zəkat verin və Allaha və Onun Rəsuluna itaət edin. Allah etdiklərinizdən xəbərdardır.
Link
Ayə 13
14

Əl-Mucadələ surəsi Ayə 14

Quran-ı Kərim

Məgər Allahın qəzəb etdiyi qövmü (yəhudiləri) özlərinə dost tutanları (münafiqləri) görmədinmi?! Onlar nə sizdəndirlər və nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər (ki, sizdəndirlər).
Link
Ayə 14
15

Əl-Mucadələ surəsi Ayə 15

Quran-ı Kərim

Allah onlara şiddətli bir əzab hazırlamışdır, çünki onların (dünyada) etdikləri şey olduqca pisdir.
Link
Ayə 15
16

Əl-Mucadələ surəsi Ayə 16

Quran-ı Kərim

Onlar (xəyanətlərini təmizə çıxarmaq üçün) andlarını bir sipər etmişlər. Beləliklə, (bu vasitə ilə özlərini və camaatı) Allahın yolundan saxlamışlar, onlar üçün alçaldıcı bir əzab vardır.
Link
Ayə 16
17

Əl-Mucadələ surəsi Ayə 17

Quran-ı Kərim

Malları və övladları Allah(ın əzabın)dan heç bir şeyi (azacıq belə) onlardan uzaqlaşdırmayacaq, onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
Link
Ayə 17
18

Əl-Mucadələ surəsi Ayə 18

Quran-ı Kərim

Allah onların hamısını dirildəcəyi ğün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını ğüman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır.
Link
Ayə 18
19

Əl-Mucadələ surəsi Ayə 19

Quran-ı Kərim

Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır.
Link
Ayə 19
20

Əl-Mucadələ surəsi Ayə 20

Quran-ı Kərim

Şübhəsiz, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlər ən zəlil kəslər zümrəsindədirlər.
Link
Ayə 20
21

Əl-Mucadələ surəsi Ayə 21

Quran-ı Kərim

Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış və qərara almışdır ki: «Mən və peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlubedilməzdir.
Link
Ayə 21
22

Əl-Mucadələ surəsi Ayə 22

Quran-ı Kərim

Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır.
Link
Ayə 22

Süra Haqqında

Əl-Mucadələ surəsi Quran-ı Kərimdə 58. surədir və 22 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 22 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim