Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Muddəssir surəsi

Əl-Muddəssir surəsi Ayələri

Toplam 56 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Muddəssir surəsi Ayə 1

Quran-ı Kərim

Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).
Link
Ayə 1
2

Əl-Muddəssir surəsi Ayə 2

Quran-ı Kərim

Qalx və (ins və cin mükəlləflərini) qorxut!
Link
Ayə 2
3

Əl-Muddəssir surəsi Ayə 3

Quran-ı Kərim

Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!
Link
Ayə 3
4

Əl-Muddəssir surəsi Ayə 4

Quran-ı Kərim

Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).
Link
Ayə 4
5

Əl-Muddəssir surəsi Ayə 5

Quran-ı Kərim

Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.
Link
Ayə 5
6

Əl-Muddəssir surəsi Ayə 6

Quran-ı Kərim

Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!
Link
Ayə 6
7

Əl-Muddəssir surəsi Ayə 7

Quran-ı Kərim

Və öz Rəbbin üçün səbr et.
Link
Ayə 7
8

Əl-Muddəssir surəsi Ayə 8

Quran-ı Kərim

Elə ki, sura üfürülər.
Link
Ayə 8
9

Əl-Muddəssir surəsi Ayə 9

Quran-ı Kərim

O gün çətin bir gündür.
Link
Ayə 9
10

Əl-Muddəssir surəsi Ayə 10

Quran-ı Kərim

Kafirlər üçün asan deyildir.
Link
Ayə 10
11

Əl-Muddəssir surəsi Ayə 11

Quran-ı Kərim

Məni Öz yaratdığım kimsə ilə tək burax.
Link
Ayə 11
12

Əl-Muddəssir surəsi Ayə 12

Quran-ı Kərim

Ona bolluca mal-dövlət verdim.
Link
Ayə 12
13

Əl-Muddəssir surəsi Ayə 13

Quran-ı Kərim

Və (Məkkədə, ya əyan – əşrafların məclislərində, ya da xidmət göstərməyə) hazır oğullar (verdim).
Link
Ayə 13
14

Əl-Muddəssir surəsi Ayə 14

Quran-ı Kərim

Ona artıqlaması ilə (büsatlı cah-cəlal, mal-dövlət və övladlar) verdim.
Link
Ayə 14
15

Əl-Muddəssir surəsi Ayə 15

Quran-ı Kərim

Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.
Link
Ayə 15
16

Əl-Muddəssir surəsi Ayə 16

Quran-ı Kərim

Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.
Link
Ayə 16
17

Əl-Muddəssir surəsi Ayə 17

Quran-ı Kərim

Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm (çətin bir axirət əzabına düçar edərəm).
Link
Ayə 17
18

Əl-Muddəssir surəsi Ayə 18

Quran-ı Kərim

Həqiqətən, o, (Qur’an barəsində) fikirləşdi, ölçdü – biçdi.
Link
Ayə 18
19

Əl-Muddəssir surəsi Ayə 19

Quran-ı Kərim

Ölüm olsun ona! Necə ölçdü – biçdi!
Link
Ayə 19
20

Əl-Muddəssir surəsi Ayə 20

Quran-ı Kərim

Yenə də ölüm olsun ona! Necə ölçdü – biçdi?!
Link
Ayə 20
21

Əl-Muddəssir surəsi Ayə 21

Quran-ı Kərim

Sonra baxdı.
Link
Ayə 21
22

Əl-Muddəssir surəsi Ayə 22

Quran-ı Kərim

Bu zaman üz-gözünü turşutdu, qaş – qabağını tökdü.
Link
Ayə 22
23

Əl-Muddəssir surəsi Ayə 23

Quran-ı Kərim

Sonra (Qur’anın haqq olmasına) arxa çevirdi və təkəbbür göstərdi.
Link
Ayə 23
24

Əl-Muddəssir surəsi Ayə 24

Quran-ı Kərim

Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».
Link
Ayə 24
25

Əl-Muddəssir surəsi Ayə 25

Quran-ı Kərim

«Bu, bəşər kəlamından başqa bir şey deyildir».
Link
Ayə 25
26

Əl-Muddəssir surəsi Ayə 26

Quran-ı Kərim

Tezliklə onu Səqərə atacağam və yandıracağam.
Link
Ayə 26
27

Əl-Muddəssir surəsi Ayə 27

Quran-ı Kərim

Və sən nə bilirsən ki, Səqər nədir!
Link
Ayə 27
28

Əl-Muddəssir surəsi Ayə 28

Quran-ı Kərim

(Elə bir Cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar).
Link
Ayə 28
29

Əl-Muddəssir surəsi Ayə 29

Quran-ı Kərim

(O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır.
Link
Ayə 29
30

Əl-Muddəssir surəsi Ayə 30

Quran-ı Kərim

Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.
Link
Ayə 30
31

Əl-Muddəssir surəsi Ayə 31

Quran-ı Kərim

Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk – şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Qur’an ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.
Link
Ayə 31
32

Əl-Muddəssir surəsi Ayə 32

Quran-ı Kərim

Belə deyildir (Onların zənn etdikləri kimi deyil. Onlar Qur’an və Cəhənnəmi yalan zənn edirlər). And olsun aya,
Link
Ayə 32
33

Əl-Muddəssir surəsi Ayə 33

Quran-ı Kərim

And olsun qayıdıb getməkdə olan gecəyə,
Link
Ayə 33
34

Əl-Muddəssir surəsi Ayə 34

Quran-ı Kərim

Və and olsun işıqlanmaqda olan (səhərə) ki,
Link
Ayə 34
35

Əl-Muddəssir surəsi Ayə 35

Quran-ı Kərim

Həqiqətən, bu (Qur’an ayələri, yaxud bu Cəhənnəm) (Allahın lütfünün və qəzəbinin) ən böyük (nişanə)lər(in)dən biridir.
Link
Ayə 35
36

Əl-Muddəssir surəsi Ayə 36

Quran-ı Kərim

Bəşər üçün bir qorxuducudur
Link
Ayə 36
37

Əl-Muddəssir surəsi Ayə 37

Quran-ı Kərim

Sizdən (iman və əməl vasitəsilə) irəli getmək, yaxud (küfr və üsyan vasitəsilə) geri qalmaq istəyən hər bir kəs üçün.
Link
Ayə 37
38

Əl-Muddəssir surəsi Ayə 38

Quran-ı Kərim

Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),
Link
Ayə 38
39

Əl-Muddəssir surəsi Ayə 39

Quran-ı Kərim

«Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa.
Link
Ayə 39
40

Əl-Muddəssir surəsi Ayə 40

Quran-ı Kərim

Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar,
Link
Ayə 40
41

Əl-Muddəssir surəsi Ayə 41

Quran-ı Kərim

Günahkarların halını;
Link
Ayə 41
42

Əl-Muddəssir surəsi Ayə 42

Quran-ı Kərim

(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»
Link
Ayə 42
43

Əl-Muddəssir surəsi Ayə 43

Quran-ı Kərim

Deyərlər: «Biz namaz qılanlardan deyildik.
Link
Ayə 43
44

Əl-Muddəssir surəsi Ayə 44

Quran-ı Kərim

Fəqirə və yoxsula təam verməzdik.
Link
Ayə 44
45

Əl-Muddəssir surəsi Ayə 45

Quran-ı Kərim

Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq.
Link
Ayə 45
46

Əl-Muddəssir surəsi Ayə 46

Quran-ı Kərim

Cəza gününü təkzib və inkar edərdik.
Link
Ayə 46
47

Əl-Muddəssir surəsi Ayə 47

Quran-ı Kərim

Ölüm bizi yaxalayana qədər».
Link
Ayə 47
48

Əl-Muddəssir surəsi Ayə 48

Quran-ı Kərim

Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.
Link
Ayə 48
49

Əl-Muddəssir surəsi Ayə 49

Quran-ı Kərim

Onlara nə olub ki, öyüd–nəsihətdən üz döndərirlər?!
Link
Ayə 49
50

Əl-Muddəssir surəsi Ayə 50

Quran-ı Kərim

Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,
Link
Ayə 50
51

Əl-Muddəssir surəsi Ayə 51

Quran-ı Kərim

(Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.
Link
Ayə 51
52

Əl-Muddəssir surəsi Ayə 52

Quran-ı Kərim

(Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).
Link
Ayə 52
53

Əl-Muddəssir surəsi Ayə 53

Quran-ı Kərim

Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil), əslində onlar axirətdən qorxmurlar.
Link
Ayə 53
54

Əl-Muddəssir surəsi Ayə 54

Quran-ı Kərim

Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Qur’an) öyüd – nəsihət və xatırlatma vasitəsidir.
Link
Ayə 54
55

Əl-Muddəssir surəsi Ayə 55

Quran-ı Kərim

Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.
Link
Ayə 55
56

Əl-Muddəssir surəsi Ayə 56

Quran-ı Kərim

Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.
Link
Ayə 56

Süra Haqqında

Əl-Muddəssir surəsi Quran-ı Kərimdə 74. surədir və 56 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 56 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim