Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Mulk surəsi

Əl-Mulk surəsi Ayələri

Toplam 30 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Mulk surəsi Ayə 1

Quran-ı Kərim

Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır) və O hər şeyə qadirdir.
Link
Ayə 1
2

Əl-Mulk surəsi Ayə 2

Quran-ı Kərim

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.
Link
Ayə 2
3

Əl-Mulk surəsi Ayə 3

Quran-ı Kərim

Yeddi göyü təbəqələrlə (bir – birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?
Link
Ayə 3
4

Əl-Mulk surəsi Ayə 4

Quran-ı Kərim

Sonra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb sənə tərəf qayıdacaqdır.
Link
Ayə 4
5

Əl-Mulk surəsi Ayə 5

Quran-ı Kərim

Və şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.
Link
Ayə 5
6

Əl-Mulk surəsi Ayə 6

Quran-ı Kərim

Rəbbinə kafir olanlar üçün Cəhənnəm əzabı vardır və (ora çox) pis dönüş yeridir!
Link
Ayə 6
7

Əl-Mulk surəsi Ayə 7

Quran-ı Kərim

Oraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər.
Link
Ayə 7
8

Əl-Mulk surəsi Ayə 8

Quran-ı Kərim

Az qala qəzəbin şiddətindən parça – parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»
Link
Ayə 8
9

Əl-Mulk surəsi Ayə 9

Quran-ı Kərim

Deyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik və dedik: «Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».
Link
Ayə 9
10

Əl-Mulk surəsi Ayə 10

Quran-ı Kərim

Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq».
Link
Ayə 10
11

Əl-Mulk surəsi Ayə 11

Quran-ı Kərim

Beləliklə öz günahlarını etiraf edərlər; və (Allahın rəhmətindən) uzaq olsun yanar Cəhənnəm odunun əhli! Ölüm olsun onlara!
Link
Ayə 11
12

Əl-Mulk surəsi Ayə 12

Quran-ı Kərim

Əlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda belə) qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
Link
Ayə 12
13

Əl-Mulk surəsi Ayə 13

Quran-ı Kərim

Sözünüzü istər (ürəyinizdə) gizlədəsiniz, istərsə də aşkar edəsiniz, mütləq Allah sinələrdə olanı biləndir.
Link
Ayə 13
14

Əl-Mulk surəsi Ayə 14

Quran-ı Kərim

Məgər yaradan bunu bilməzmi? Agah ol, (düşüncə sahibini və onun düşünmək qüdrətini) yaradan kəs (onun düşündüklərini də) bilir. O, (hər şeyi) incəliyinə qədər görür və (hər şeydən) xəbərdardır.
Link
Ayə 14
15

Əl-Mulk surəsi Ayə 15

Quran-ı Kərim

Yeri sizə ram edən Odur. Belə isə, onun qoynunda gəzin (yer kürəsinin hər bir yeri onun qoynudur) və ruzisindən yeyin. (Bilin ki,) diriltmə (əmri) Onun əlindədir və dirilənlərin dönüşü də Ona tərəfdir.
Link
Ayə 15
16

Əl-Mulk surəsi Ayə 16

Quran-ı Kərim

Məgər göydə olandan (Allahdan, yaxud Allahın izni ilə əmri göydə keçən qüdrətli varlıqlar, məsələn mələklərdən) əminsinizmi ki, sizi yerə batırmayacaq? Belə ki, qəfildən yer çalxalanar, titrəyər (və sizi xurd-xəşil edər)!
Link
Ayə 16
17

Əl-Mulk surəsi Ayə 17

Quran-ı Kərim

Yaxud göydə olanın sizə (üstünüzə) daş yağdıran şiddətli bir külək göndərməyəcəyindən əminsinizmi? Tezliklə Mənim qorxutmağımın necə olduğunu biləcəksiniz!
Link
Ayə 17
18

Əl-Mulk surəsi Ayə 18

Quran-ı Kərim

Bunlardan (Məkkə müşriklərindən) öncəkilər də (Bizim peyğəmbərimizi) təkzib etmişdilər, Bizim onlara qarşılığımız və cəzamız necə idi?!
Link
Ayə 18
19

Əl-Mulk surəsi Ayə 19

Quran-ı Kərim

Və məgər onlar başları üstündə uçan, gah qanadlarını açan, gah da yığan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Rəhman (olan Allah)dır. Həqiqətən, O, hər şeyi görəndir!
Link
Ayə 19
20

Əl-Mulk surəsi Ayə 20

Quran-ı Kərim

Sizin ordunuz (köməkçiləriniz) kimlərdir ki, Rəhman (olan Allah)a qarşı sizə köməklik etsin?! Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar.
Link
Ayə 20
21

Əl-Mulk surəsi Ayə 21

Quran-ı Kərim

Yaxud kimdir o kəs ki, Allah ruzisini sizdən əsirgəsə, sizə ruzi versin? (Haqq onlara gizli deyildir), əksinə (əslində onlar) asi olmaqda və (haqdan) qaçmaqda inadkarlıq edirlər.
Link
Ayə 21
22

Əl-Mulk surəsi Ayə 22

Quran-ı Kərim

Belə isə, məgər (yolun enişli-yoxuşlu olması üzündən) yıxılaraq və üzü üstə sürünərək yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə düzgün yolda gedən şəxs?! (Daim küfr və pozğunluq sapqınlığında həyat yolu gedən kafir, ya dinin düz yolunda imana söykənən bir mömin daha artıq hidayət olunmuşdur?!)
Link
Ayə 22
23

Əl-Mulk surəsi Ayə 23

Quran-ı Kərim

De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükr edirsiniz!»
Link
Ayə 23
24

Əl-Mulk surəsi Ayə 24

Quran-ı Kərim

De: «Sizi yer üzündə yaradan Odur və (axirətdə) Onun hüzuruna toplanacaqsınız».
Link
Ayə 24
25

Əl-Mulk surəsi Ayə 25

Quran-ı Kərim

(Kafirlər) deyərlər: «Əgər düz danışanlardansınızsa, bəs bu vəd (Qiyamət günü) nə zaman olacaqdır?!»
Link
Ayə 25
26

Əl-Mulk surəsi Ayə 26

Quran-ı Kərim

De: «Bunu bilmək yalnız Allaha məxsusdur və mən ancaq açıq-aşkar bir qorxudanam».
Link
Ayə 26
27

Əl-Mulk surəsi Ayə 27

Quran-ı Kərim

Beləliklə, onu (vəd olunmuş Cəhənnəmi) yaxından görəndə kafirlərin üzləri çirkin və eybəcər hala düşər və (onlara) deyilər: «Bu sizin (dünyada məsxərə ilə) istədiyiniz şeydir».
Link
Ayə 27
28

Əl-Mulk surəsi Ayə 28

Quran-ı Kərim

De: «Mənə xəbər verin görüm, əgər Allah məni və mənimlə birgə olanları öldürsə, yaxud bizə rəhm etsə (və diri saxlasa, hər halda) kafirlərə (o) agrılı əzabdan kim sığınacaq verəcək?»
Link
Ayə 28
29

Əl-Mulk surəsi Ayə 29

Quran-ı Kərim

De: «O (sizi tovhidinə dəvət etdiyim kəs bütün varlıq aləminə) rəhmət bəxş edən Allahdır, Ona iman gətirdik və Ona təvəkkül etdik. Beləliklə, tezliklə kimin açıq-aşkar bir azğınlıqda olduğunu biləcəksiniz».
Link
Ayə 29
30

Əl-Mulk surəsi Ayə 30

Quran-ı Kərim

De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!»
Link
Ayə 30

Süra Haqqında

Əl-Mulk surəsi Quran-ı Kərimdə 67. surədir və 30 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 30 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim