Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Muminun surəsi

Əl-Muminun surəsi Ayələri

Toplam 118 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Muminun surəsi Ayə 1

Quran-ı Kərim

Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).
Link
Ayə 1
2

Əl-Muminun surəsi Ayə 2

Quran-ı Kərim

O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar.
Link
Ayə 2
3

Əl-Muminun surəsi Ayə 3

Quran-ı Kərim

Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.
Link
Ayə 3
4

Əl-Muminun surəsi Ayə 4

Quran-ı Kərim

Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər.
Link
Ayə 4
5

Əl-Muminun surəsi Ayə 5

Quran-ı Kərim

Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar.
Link
Ayə 5
6

Əl-Muminun surəsi Ayə 6

Quran-ı Kərim

Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.
Link
Ayə 6
7

Əl-Muminun surəsi Ayə 7

Quran-ı Kərim

Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.
Link
Ayə 7
8

Əl-Muminun surəsi Ayə 8

Quran-ı Kərim

Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.
Link
Ayə 8
9

Əl-Muminun surəsi Ayə 9

Quran-ı Kərim

Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.
Link
Ayə 9
10

Əl-Muminun surəsi Ayə 10

Quran-ı Kərim

Onlardır varislər!
Link
Ayə 10
11

Əl-Muminun surəsi Ayə 11

Quran-ı Kərim

Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər.
Link
Ayə 11
12

Əl-Muminun surəsi Ayə 12

Quran-ı Kərim

Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq.
Link
Ayə 12
13

Əl-Muminun surəsi Ayə 13

Quran-ı Kərim

Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.
Link
Ayə 13
14

Əl-Muminun surəsi Ayə 14

Quran-ı Kərim

Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!
Link
Ayə 14
15

Əl-Muminun surəsi Ayə 15

Quran-ı Kərim

Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.
Link
Ayə 15
16

Əl-Muminun surəsi Ayə 16

Quran-ı Kərim

Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız.
Link
Ayə 16
17

Əl-Muminun surəsi Ayə 17

Quran-ı Kərim

Həqiqətən Biz sizin başınız üzərində yeddi yol (mələklərin get-gəl yerləri olan yeddi göy) yaratmışıq və Biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik.
Link
Ayə 17
18

Əl-Muminun surəsi Ayə 18

Quran-ı Kərim

Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik.
Link
Ayə 18
19

Əl-Muminun surəsi Ayə 19

Quran-ı Kərim

Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin (dolanışığınızı təmin etməyiniz) üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz.
Link
Ayə 19
20

Əl-Muminun surəsi Ayə 20

Quran-ı Kərim

Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir.
Link
Ayə 20
21

Əl-Muminun surəsi Ayə 21

Quran-ı Kərim

Həqiqətən heyvanlarda (onların yaradılışında, növlərinin müxtəlifliyində, ram olmalarında və sizə möhtac olmalarında) sizin üçün ibrət (dərsi) vardır. (Xüsusilə bundan ibrət götürün ki,) onların qarınlarında olanlardan sizə (süd) içirdirik və onlarda (onların dirisində, kəsilmişində və nəslində) sizin üçün çoxlu mənfəətlər vardır və onlardan (onların ətlərindən) yeyirsiniz.
Link
Ayə 21
22

Əl-Muminun surəsi Ayə 22

Quran-ı Kərim

Və onlara və gəmilərə minirsiniz.
Link
Ayə 22
23

Əl-Muminun surəsi Ayə 23

Quran-ı Kərim

Həqiqətən Biz (ilk şəriət sahibi olan) Nuhu (o vaxt yer üzündə olanların hamısını əhatə edən) öz qövmünə (peyğəmbər) göndərdik. Beləliklə o, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Məgər (Onun qəzəbindən və Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?»
Link
Ayə 23
24

Əl-Muminun surəsi Ayə 24

Quran-ı Kərim

Beləliklə onun qövmünün küfr etmiş böyükləri dedilər: «Bu (kişi) sizin kimi yalnız bir bəşərdir ki, sizə üstün olmaq (və böyüklük etmək) istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi (göydən) mələklər endirərdi. Biz öz ulu babalarımızın arasında belə bir şey eşitməmişik (ki, insan peyğəmbərlik iddiası etsin və bir Allaha tərəf dəvət edərək başqa tanrıları inkar etsin).
Link
Ayə 24
25

Əl-Muminun surəsi Ayə 25

Quran-ı Kərim

O, yalnız dəli bir kişidir. Buna görə də bir müddətə kimi gözləyin (bəlkə sağaldı yaxud öldü).
Link
Ayə 25
26

Əl-Muminun surəsi Ayə 26

Quran-ı Kərim

Nuh dedi: «Ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et!»
Link
Ayə 26
27

Əl-Muminun surəsi Ayə 27

Quran-ı Kərim

Beləliklə ona vəhy etdik ki, gəmini Bizim hüzurumuzda və Bizim vəhyimiz ilə (Bizim verdiyimiz quruluş əsasında) düzəlt. Bizim əmrimiz (kafirlər barəsindəki qəti hökmümüz) çatanda və təndirdən su qaynayan zaman hər heyvandan bir-birinin cütü olan iki dənə (bir dişi və bir erkək) və öz(ünün iman gətirənlərdən ibarət iman) ailəni – (məhvi) barəsində əvvəlcədən hökmümüz verilmiş kəs (zövcən və oğlanlarından biri) istisna olmaqla – həmin gəmiyə mindir və Mənimlə zülm etmiş kəslər barəsində danışma (vasitəçilik etmə). Çünki onlar (suda) batmağa məhkumdurlar.
Link
Ayə 27
28

Əl-Muminun surəsi Ayə 28

Quran-ı Kərim

Beləliklə elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur.»
Link
Ayə 28
29

Əl-Muminun surəsi Ayə 29

Quran-ı Kərim

Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan.»
Link
Ayə 29
30

Əl-Muminun surəsi Ayə 30

Quran-ı Kərim

Şübhəsiz, bunda (bu böyük hadisədə Allahın tovhid, qüdrət və əzəmətindən) nişanələr vardır və həqiqətən Biz (bəndələrimizi) həmişə sınayırıq.
Link
Ayə 30
31

Əl-Muminun surəsi Ayə 31

Quran-ı Kərim

Sonra onların arxasınca digər bir cəmiyyət və nəsil vücuda gətirdik.
Link
Ayə 31
32

Əl-Muminun surəsi Ayə 32

Quran-ı Kərim

Onların içinə (mələklərdən, cinlərdən və ya dillərini bilməyənlərdən deyil) özlərindən bir elçi göndərdik ki: Tək olan Allaha ibadət edin, sizin Ondan başqa bir məbudunuz yoxdur. Məgər (Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?!
Link
Ayə 32
33

Əl-Muminun surəsi Ayə 33

Quran-ı Kərim

Onun qövmündən küfr etmiş, axirət görüşünü təkzib etmiş və dünya həyatında rifah verdiyimiz başçılar (digərlərinə) dedilər: «Bu kişi (də) sizin kimi yalnız bir bəşərdir, yediklərinizdən yeyir, içdiklərinizdən içir. (Belə olan halda o, necə peyğəmbər ola bilər?!)»
Link
Ayə 33
34

Əl-Muminun surəsi Ayə 34

Quran-ı Kərim

Əgər özünüz kimi (adi) bir insana tabe olsanız onda şübhəsiz, ziyana uğrayacaqsınız.
Link
Ayə 34
35

Əl-Muminun surəsi Ayə 35

Quran-ı Kərim

O, sizə ölüb bir ovuc torpaq və sümük olduqdan sonra (yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?
Link
Ayə 35
36

Əl-Muminun surəsi Ayə 36

Quran-ı Kərim

Sizə vəd edilən şey (həqiqətdən) çox-çox uzaqdır!
Link
Ayə 36
37

Əl-Muminun surəsi Ayə 37

Quran-ı Kərim

Bizim ölüb dirildiyimiz (bir dəstənin ölüb digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik.
Link
Ayə 37
38

Əl-Muminun surəsi Ayə 38

Quran-ı Kərim

O, yalnız, Allaha yalan yaxan bir kişidir və biz ona əsla etiqad bəsləmirik.
Link
Ayə 38
39

Əl-Muminun surəsi Ayə 39

Quran-ı Kərim

(Peyğəmbərləri) dedi: «Ey Rəbbim, onların təkzibləri müqabilində Mənə kömək et!»
Link
Ayə 39
40

Əl-Muminun surəsi Ayə 40

Quran-ı Kərim

Allah buyurdu: «Az bir zamandan sonra (ölüm zamanı və Bərzəx aləmində) mütləq peşman olacaqlar.»
Link
Ayə 40
41

Əl-Muminun surəsi Ayə 41

Quran-ı Kərim

Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət və məsləhətinə əsasən) onları (göydən gələn bir) bağırtı bürüdü. Onları sel üzərindəki çör-çöp (kimi) etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!
Link
Ayə 41
42

Əl-Muminun surəsi Ayə 42

Quran-ı Kərim

Sonra onların arxasınca, bir-birinin ardınca gələn əsrlərdə digər nəsilləri yaratdıq.
Link
Ayə 42
43

Əl-Muminun surəsi Ayə 43

Quran-ı Kərim

Heç bir ümmət öz zamanından (Lövhi-Məhfuzda olan müəyyən həyat müddətindən) nə qabağa keçər və nə də geri qalar.
Link
Ayə 43
44

Əl-Muminun surəsi Ayə 44

Quran-ı Kərim

Sonra bir-birinin ardınca Öz peyğəmbərlərimizi göndərdik. Nə vaxt (hansısa) bir millətə öz peyğəmbəri gəldisə onu təkzib etdilər. Buna görə Biz də onları bir-birinin ardınca (məhvə) yola saldıq və onları (məhv olduqdan sonra dillərdə) hekayət və əfsanələr etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyən dəstə!
Link
Ayə 44
45

Əl-Muminun surəsi Ayə 45

Quran-ı Kərim

Sonra Musa və qardaşı Harunu Öz ayə və nişanələrimizlə (doqquz möcüzə) və (məntiq və isbat baxımından) aşkar dəlil-sübutla göndərdik.
Link
Ayə 45
46

Əl-Muminun surəsi Ayə 46

Quran-ı Kərim

Firona və onun (qövmünün) böyüklərinə və başçılarına tərəf. Onlar isə təkəbbür göstərdilər. Onlar üstünlük axtaran və məqampərəst bir dəstə idilər.
Link
Ayə 46
47

Əl-Muminun surəsi Ayə 47

Quran-ı Kərim

Buna görə də dedilər: «Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?»
Link
Ayə 47
48

Əl-Muminun surəsi Ayə 48

Quran-ı Kərim

Beləliklə o iki nəfəri təkzib etdilər və (nəhayət) məhv edilənlərdən oldular.
Link
Ayə 48
49

Əl-Muminun surəsi Ayə 49

Quran-ı Kərim

Və şübhəsiz, Biz Musaya (səma) kitab(ı olan Tövratı) əta etdik ki, bəlkə onlar (İsrail övladları) doğru yola yönəlsinlər.
Link
Ayə 49
50

Əl-Muminun surəsi Ayə 50

Quran-ı Kərim

Məryəm oğlunu və onun anasını (dünyaya gəlməsinin necəliyi, peyğəmbərlik dövrü və kitabı əldə etməsi baxımından Öz tovhid və qüdrətimiz üçün) bir ayə və nişanə etdik. Və onların hər ikisini uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda (Beytul-Müqəddəsdə, yaxud Şamda və ya Misirdə) yerləşdirdik.
Link
Ayə 50
51

Əl-Muminun surəsi Ayə 51

Quran-ı Kərim

Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm.
Link
Ayə 51
52

Əl-Muminun surəsi Ayə 52

Quran-ı Kərim

Və bu (din və İslam şəriəti), siz (peyğəmbərlərin və nəsilləri kəsilənədək sizin ümmətləriniz)in yeganə din və şəriət olan din və şəriətinizdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsulid-din və füruid-dindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır.) Və Mən sizin Rəbbinizəm. Buna görə də Məndən qorxun!
Link
Ayə 52
53

Əl-Muminun surəsi Ayə 53

Quran-ı Kərim

Beləliklə onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir.
Link
Ayə 53
54

Əl-Muminun surəsi Ayə 54

Quran-ı Kərim

Buna görə də onları bir müddətədək (ölənə kimi) öz qəflət və keflilik burulğanında (vücudlarını bürümüş əqidə və əməl azğınlığı dəryasında) boşla.
Link
Ayə 54
55

Əl-Muminun surəsi Ayə 55

Quran-ı Kərim

Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla
Link
Ayə 55
56

Əl-Muminun surəsi Ayə 56

Quran-ı Kərim

onların xeyirə nail olmalarına tələsirik? (Xeyir,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq).
Link
Ayə 56
57

Əl-Muminun surəsi Ayə 57

Quran-ı Kərim

Həqiqətən Rəbblərinin (əzabının) qorxusundan iztirabda olanlar
Link
Ayə 57
58

Əl-Muminun surəsi Ayə 58

Quran-ı Kərim

və Rəbblərinin ayə və nişanələrinə iman gətirənlər
Link
Ayə 58
59

Əl-Muminun surəsi Ayə 59

Quran-ı Kərim

və (uluhiyyat, xilqət, rübubiyyət, ibadət və itaətdə) Rəbblərinə şərik qoşmayanlar
Link
Ayə 59
60

Əl-Muminun surəsi Ayə 60

Quran-ı Kərim

(mal və canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər
Link
Ayə 60
61

Əl-Muminun surəsi Ayə 61

Quran-ı Kərim

(bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır.
Link
Ayə 61
62

Əl-Muminun surəsi Ayə 62

Quran-ı Kərim

Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.
Link
Ayə 62
63

Əl-Muminun surəsi Ayə 63

Quran-ı Kərim

Lakin (kafirlərin) qəlbləri bu barədə (dünya vəzifələri və axirət cəzaları barəsində) nadanlıq və qəflət içərisindədir və onların bundan (bu nadanlıq və qəflətdən) başqa etdikləri digər (küfr və günah) əməlləri də vardır.
Link
Ayə 63
64

Əl-Muminun surəsi Ayə 64

Quran-ı Kərim

(Bu keflilik və qəflətləri) o vaxta kimi (davam edər) ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini (xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi) əzaba düçar edərik, (bu zaman) birdən fəryad qopararaq nalə edərlər.
Link
Ayə 64
65

Əl-Muminun surəsi Ayə 65

Quran-ı Kərim

(Onlara deyilər:) Bu gün fəryad qoparıb nalə etməyin. Şübhəsiz sizə Bizim tərəfimizdən kömək edilməyəcəkdir.
Link
Ayə 65
66

Əl-Muminun surəsi Ayə 66

Quran-ı Kərim

Həqiqətən Bizim ayə və nişanələrimiz sizə oxunur, amma siz dal-dala keçmişinizə qayıdırdınız (Bizim ayələrimizin müqabilində şirk, itaətsizlik və cahiliyyət adətlərinin arxasınca gedirdiniz).
Link
Ayə 66
67

Əl-Muminun surəsi Ayə 67

Quran-ı Kərim

Həmin üz döndərməklə lovğalanır və gecə yığıncaqlarında onların haqqında pis sözlər danışır və istehza edirdiniz.
Link
Ayə 67
68

Əl-Muminun surəsi Ayə 68

Quran-ı Kərim

Belə isə heç bu kəlam (Qur’an) barəsində (onun insanın qüdrətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?
Link
Ayə 68
69

Əl-Muminun surəsi Ayə 69

Quran-ı Kərim

Yoxsa öz peyğəmbərlərini (onun əsl-kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını) tanımadıqları üçün onu (onun peyğəmbərlik və kitabını) inkar edirlər?
Link
Ayə 69
70

Əl-Muminun surəsi Ayə 70

Quran-ı Kərim

Yoxsa «onda bir dəlilik var» deyirlər? (Belə deyil,) əksinə, o, haqqı (səma kitabını və axırıncı şəriəti) gətirib, lakin onların çoxu haqqı xoşlamırlar.
Link
Ayə 70
71

Əl-Muminun surəsi Ayə 71

Quran-ı Kərim

Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.
Link
Ayə 71
72

Əl-Muminun surəsi Ayə 72

Quran-ı Kərim

Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyr!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.
Link
Ayə 72
73

Əl-Muminun surəsi Ayə 73

Quran-ı Kərim

Doğrudan da sən onları (əqidə, əxlaq, əməl və davranışda) doğru yola dəvət edirsən.
Link
Ayə 73
74

Əl-Muminun surəsi Ayə 74

Quran-ı Kərim

Həqiqətən axirətə iman gətirməyənlər (doğru) yoldan çıxıblar.
Link
Ayə 74
75

Əl-Muminun surəsi Ayə 75

Quran-ı Kərim

Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.
Link
Ayə 75
76

Əl-Muminun surəsi Ayə 76

Quran-ı Kərim

Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar.
Link
Ayə 76
77

Əl-Muminun surəsi Ayə 77

Quran-ı Kərim

Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş və (nicat tapmaqdan və hər şeydən) naümid olarlar.
Link
Ayə 77
78

Əl-Muminun surəsi Ayə 78

Quran-ı Kərim

Sizin üçün qulaq, gözlər və qəlblər yaradan Odur. Lakin çox az şükr edirsiniz.
Link
Ayə 78
79

Əl-Muminun surəsi Ayə 79

Quran-ı Kərim

Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.
Link
Ayə 79
80

Əl-Muminun surəsi Ayə 80

Quran-ı Kərim

(Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən və (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur və gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!
Link
Ayə 80
81

Əl-Muminun surəsi Ayə 81

Quran-ı Kərim

Əksinə, onlar da keçmişdəkilərin dediklərini dedilər.
Link
Ayə 81
82

Əl-Muminun surəsi Ayə 82

Quran-ı Kərim

Dedilər: «Ölüb bir ovuc torpaq və sümük olduqdan sonra yenidən dirildilib qaldırılacağıq?!»
Link
Ayə 82
83

Əl-Muminun surəsi Ayə 83

Quran-ı Kərim

Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.
Link
Ayə 83
84

Əl-Muminun surəsi Ayə 84

Quran-ı Kərim

De: «Əgər bilirsinizsə (deyin görək) yer və onda olan hər bir kəs (hətta onların tanrıları) kimə məxsusdur?»
Link
Ayə 84
85

Əl-Muminun surəsi Ayə 85

Quran-ı Kərim

Onlar «Allaha məxsusdur» deyə (cavab verə)cəklər. De: «Belə isə heç ibrət götürmürsünüz?! (Bəs Onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz)?!»
Link
Ayə 85
86

Əl-Muminun surəsi Ayə 86

Quran-ı Kərim

De: «Yeddi göyün Rəbbi və (aləmin işlərinin idarəsinin və ilahi hökmlərin çıxarılma məkanı olan) böyük ərşin Rəbbi kimdir?»
Link
Ayə 86
87

Əl-Muminun surəsi Ayə 87

Quran-ı Kərim

Deyəcəklər: «(onlar da) Allaha məxsusdur.» De: «Belə isə heç (Onun qüdrət və qəzəbindən) çəkinmir (axirəti inkar edir)siniz?!»
Link
Ayə 87
88

Əl-Muminun surəsi Ayə 88

Quran-ı Kərim

De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»
Link
Ayə 88
89

Əl-Muminun surəsi Ayə 89

Quran-ı Kərim

Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur.» De: «Belə isə (bu aydın həqiqətlər müqabilində) necə və haradan ovsunlanırsınız?!»
Link
Ayə 89
90

Əl-Muminun surəsi Ayə 90

Quran-ı Kərim

Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.
Link
Ayə 90
91

Əl-Muminun surəsi Ayə 91

Quran-ı Kərim

Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət və iradə bunu tələb edir). Allah (şəriki olması və övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
Link
Ayə 91
92

Əl-Muminun surəsi Ayə 92

Quran-ı Kərim

Qeybi və aşkarı bilən Allah! Allah Ona qoşulan şəriklərdən üstündür.
Link
Ayə 92
93

Əl-Muminun surəsi Ayə 93

Quran-ı Kərim

De: «Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən
Link
Ayə 93
94

Əl-Muminun surəsi Ayə 94

Quran-ı Kərim

onda məni zalımların dəstəsinə daxil etmə ey Rəbbim!»
Link
Ayə 94
95

Əl-Muminun surəsi Ayə 95

Quran-ı Kərim

Həqiqətən Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik (necə ki, Bədrdə göstərdik).
Link
Ayə 95
96

Əl-Muminun surəsi Ayə 96

Quran-ı Kərim

Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.
Link
Ayə 96
97

Əl-Muminun surəsi Ayə 97

Quran-ı Kərim

Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm.»
Link
Ayə 97
98

Əl-Muminun surəsi Ayə 98

Quran-ı Kərim

«Və onların (namaz halında və ölüm zamanı) mənim yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!»
Link
Ayə 98
99

Əl-Muminun surəsi Ayə 99

Quran-ı Kərim

(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar,
Link
Ayə 99
100

Əl-Muminun surəsi Ayə 100

Quran-ı Kərim

bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.
Link
Ayə 100
101

Əl-Muminun surəsi Ayə 101

Quran-ı Kərim

Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar.
Link
Ayə 101
102

Əl-Muminun surəsi Ayə 102

Quran-ı Kərim

Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar.
Link
Ayə 102
103

Əl-Muminun surəsi Ayə 103

Quran-ı Kərim

Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır.
Link
Ayə 103
104

Əl-Muminun surəsi Ayə 104

Quran-ı Kərim

Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər.
Link
Ayə 104
105

Əl-Muminun surəsi Ayə 105

Quran-ı Kərim

(Allah onlara deyər:) «Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?!»
Link
Ayə 105
106

Əl-Muminun surəsi Ayə 106

Quran-ı Kərim

Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik.»
Link
Ayə 106
107

Əl-Muminun surəsi Ayə 107

Quran-ı Kərim

«Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq.»
Link
Ayə 107
108

Əl-Muminun surəsi Ayə 108

Quran-ı Kərim

(Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»
Link
Ayə 108
109

Əl-Muminun surəsi Ayə 109

Quran-ı Kərim

Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.
Link
Ayə 109
110

Əl-Muminun surəsi Ayə 110

Quran-ı Kərim

Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz.
Link
Ayə 110
111

Əl-Muminun surəsi Ayə 111

Quran-ı Kərim

Həqiqətən bu gün Mən onları səbrləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar.
Link
Ayə 111
112

Əl-Muminun surəsi Ayə 112

Quran-ı Kərim

(Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya Bərzəx aləmində neçə il qalmısınız?)
Link
Ayə 112
113

Əl-Muminun surəsi Ayə 113

Quran-ı Kərim

Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş.»
Link
Ayə 113
114

Əl-Muminun surəsi Ayə 114

Quran-ı Kərim

(Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»
Link
Ayə 114
115

Əl-Muminun surəsi Ayə 115

Quran-ı Kərim

Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?
Link
Ayə 115
116

Əl-Muminun surəsi Ayə 116

Quran-ı Kərim

Allah – varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan – o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.
Link
Ayə 116
117

Əl-Muminun surəsi Ayə 117

Quran-ı Kərim

Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.
Link
Ayə 117
118

Əl-Muminun surəsi Ayə 118

Quran-ı Kərim

Və de: «Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!»
Link
Ayə 118

Süra Haqqında

Əl-Muminun surəsi Quran-ı Kərimdə 23. surədir və 118 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 118 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim