Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Mumtəhinə surəsi

Əl-Mumtəhinə surəsi Ayələri

Toplam 13 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Mumtəhinə surəsi Ayə 1

Quran-ı Kərim

Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz. Halbuki Mən sizin gizlətdiyinizi və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Və sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır.
Link
Ayə 1
2

Əl-Mumtəhinə surəsi Ayə 2

Quran-ı Kərim

Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər və sizə pisliklə əllərini və dillərini uzadar və həmişə istərlər ki, siz kafir olasınız.
Link
Ayə 2
3

Əl-Mumtəhinə surəsi Ayə 3

Quran-ı Kərim

Qiyamət günü nə (onlara görə öz dininizdən keçdiyiniz) qohumlarınızın, nə də övladlarınızın sizə heç bir faydası olmayacaqdır. (O gün Allah) sizin aranıza ayrılıq salacaqdır və Allah etdiklərinizi görəndir.
Link
Ayə 3
4

Əl-Mumtəhinə surəsi Ayə 4

Quran-ı Kərim

Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: «Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı və ayininiz)i təkzib edirik. Və siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır.» Yalnız İbrahimin atasına (ögey atasına, ya əmisinə): «Mən sənin üçün (Allahdan) bağışlanmaq diləyəcəyəm və mən sənin üçün Allahdan (istəməkdən başqa) heç bir şeyə (heç bir imkana) malik deyiləm.» –deməsi istisnadır. Ey Rəbbimiz, biz Sənə təvəkkül etdik və (ürəklə) Sənə tərəf qayıtdıq və (hamının) dönüş(ü) Sənə tərəfdir».
Link
Ayə 4
5

Əl-Mumtəhinə surəsi Ayə 5

Quran-ı Kərim

«Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət və hikmət sahibisən».
Link
Ayə 5
6

Əl-Mumtəhinə surəsi Ayə 6

Quran-ı Kərim

Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur). Çünki Allah heç nəyə möhtac deyil. Onun sifətləri öyülmüş, həmd-səna edən və həmd-səna olunandır.
Link
Ayə 6
7

Əl-Mumtəhinə surəsi Ayə 7

Quran-ı Kərim

Ola bilsin ki, Allah sizin və düşmənçilik etdiyiniz kəslərin (Məkkə kafirlərinin) arasında (Məkkənin fəthində onların İslama gəlmələri ilə) dostluq bərqərar etsin və Allah qadirdir. Allah bağışlayan və rəhm edəndir.
Link
Ayə 7
8

Əl-Mumtəhinə surəsi Ayə 8

Quran-ı Kərim

Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir.
Link
Ayə 8
9

Əl-Mumtəhinə surəsi Ayə 9

Quran-ı Kərim

Həqiqətən, Allah din barəsində sizinlə vuruşan, sizi yurdunuzdan çıxardan və sizi çıxarmaq üçün bir-birinə kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Və kim onlarla dostluq etsə, məhz belə şəxslər (əsl) zalımlardır.
Link
Ayə 9
10

Əl-Mumtəhinə surəsi Ayə 10

Quran-ı Kərim

Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman baxımından) imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara halaldırlar və nə onlar bunlara halaldırlar. Və (ərlərinin mehriyyədən) onlara xərclədiklərini özlərinə qaytarın. Ücrətlərini (mehriyyələrini) ödədiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. (Kafirlərə qoşulan) kafir qadınlar(ınız)la olan əqdlərə və əhd-peymanlara əsaslanmayın (onlar batil olmuşdur) və (mehriyyədən) xərclədiklərinizi onlardan tələb edin və onlar da xərclədiklərini sizdən tələb etsinlər. Bu, sizin aranızda hökm edən Allahın hökmüdür. Allah biləndir və hikmətlidir.
Link
Ayə 10
11

Əl-Mumtəhinə surəsi Ayə 11

Quran-ı Kərim

Və əgər zövcələrinizdən bəzisi əlinizdən çıxıb kafirlərə qoşulsa, bu zaman onlardan (döyüşlə, ya başqa yolla) sizə hər hansı bir qənimət çatsa, onda zövcələri gedən kəslərə (mehriyyədən) xərclədikləri qədər ödəyin və iman gətirdiyiniz Allahdan qorxun.
Link
Ayə 11
12

Əl-Mumtəhinə surəsi Ayə 12

Quran-ı Kərim

Ey peyğəmbər, möminə qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, öz qarnı ilə ayaqları arasından çıxan uşağı (başqasının uşağını, yaxud öz haramzada uşağını) iftirayla ərlərinə aid etməyəcəklərini və sənə heç bir yaxşı işdə (vacib əmrdə) itaətsizlik göstərməmək barədə beyət etmək üçün yanına gəldikləri zaman onlarla beyət et (beyətlərini qəbul et). Onlar üçün Allahdan bağışlanmaq dilə ki, Allah bağışlayan və mehribandır.
Link
Ayə 12
13

Əl-Mumtəhinə surəsi Ayə 13

Quran-ı Kərim

Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə başçı, dost və köməkçi götürməyin. Onlar kafirlər qəbir əhlin(in dirildiləcəyinə yaxud ölmüş kafirlər savabdan və Allahın rəhməti)dən ümidlərini kəsdikləri kimi ümüdsizdirlər.
Link
Ayə 13

Süra Haqqında

Əl-Mumtəhinə surəsi Quran-ı Kərimdə 60. surədir və 13 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 13 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim