Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Mutəffifin surəsi

Əl-Mutəffifin surəsi Ayələri

Toplam 36 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Mutəffifin surəsi Ayə 1

Quran-ı Kərim

Vay halına əskik satanların!
Link
Ayə 1
2

Əl-Mutəffifin surəsi Ayə 2

Quran-ı Kərim

O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,
Link
Ayə 2
3

Əl-Mutəffifin surəsi Ayə 3

Quran-ı Kərim

Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.
Link
Ayə 3
4

Əl-Mutəffifin surəsi Ayə 4

Quran-ı Kərim

Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,
Link
Ayə 4
5

Əl-Mutəffifin surəsi Ayə 5

Quran-ı Kərim

Böyük bir gündə?!
Link
Ayə 5
6

Əl-Mutəffifin surəsi Ayə 6

Quran-ı Kərim

O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!
Link
Ayə 6
7

Əl-Mutəffifin surəsi Ayə 7

Quran-ı Kərim

Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.
Link
Ayə 7
8

Əl-Mutəffifin surəsi Ayə 8

Quran-ı Kərim

Və sən nə bilirsən ki, «Siccin» nədir?
Link
Ayə 8
9

Əl-Mutəffifin surəsi Ayə 9

Quran-ı Kərim

(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).
Link
Ayə 9
10

Əl-Mutəffifin surəsi Ayə 10

Quran-ı Kərim

Vay halına o günü təkzib edənlərin.
Link
Ayə 10
11

Əl-Mutəffifin surəsi Ayə 11

Quran-ı Kərim

O kəslərin ki, cəza gününü təkzib edirlər.
Link
Ayə 11
12

Əl-Mutəffifin surəsi Ayə 12

Quran-ı Kərim

Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.
Link
Ayə 12
13

Əl-Mutəffifin surəsi Ayə 13

Quran-ı Kərim

O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir»-deyər.
Link
Ayə 13
14

Əl-Mutəffifin surəsi Ayə 14

Quran-ı Kərim

Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.
Link
Ayə 14
15

Əl-Mutəffifin surəsi Ayə 15

Quran-ı Kərim

Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.
Link
Ayə 15
16

Əl-Mutəffifin surəsi Ayə 16

Quran-ı Kərim

Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)
Link
Ayə 16
17

Əl-Mutəffifin surəsi Ayə 17

Quran-ı Kərim

Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.
Link
Ayə 17
18

Əl-Mutəffifin surəsi Ayə 18

Quran-ı Kərim

Belə deyildir (hesab – kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.
Link
Ayə 18
19

Əl-Mutəffifin surəsi Ayə 19

Quran-ı Kərim

Sən nə bilirsən ki, «İlliyyin» nədir?
Link
Ayə 19
20

Əl-Mutəffifin surəsi Ayə 20

Quran-ı Kərim

(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),
Link
Ayə 20
21

Əl-Mutəffifin surəsi Ayə 21

Quran-ı Kərim

(Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.
Link
Ayə 21
22

Əl-Mutəffifin surəsi Ayə 22

Quran-ı Kərim

Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.
Link
Ayə 22
23

Əl-Mutəffifin surəsi Ayə 23

Quran-ı Kərim

Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.
Link
Ayə 23
24

Əl-Mutəffifin surəsi Ayə 24

Quran-ı Kərim

Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.
Link
Ayə 24
25

Əl-Mutəffifin surəsi Ayə 25

Quran-ı Kərim

Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.
Link
Ayə 25
26

Əl-Mutəffifin surəsi Ayə 26

Quran-ı Kərim

Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir – birini ötsünlər).
Link
Ayə 26
27

Əl-Mutəffifin surəsi Ayə 27

Quran-ı Kərim

Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.
Link
Ayə 27
28

Əl-Mutəffifin surəsi Ayə 28

Quran-ı Kərim

O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.
Link
Ayə 28
29

Əl-Mutəffifin surəsi Ayə 29

Quran-ı Kərim

Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.
Link
Ayə 29
30

Əl-Mutəffifin surəsi Ayə 30

Quran-ı Kərim

Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş – gözlə bir – birinə işarə edirdilər.
Link
Ayə 30
31

Əl-Mutəffifin surəsi Ayə 31

Quran-ı Kərim

Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.
Link
Ayə 31
32

Əl-Mutəffifin surəsi Ayə 32

Quran-ı Kərim

Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır»- deyirdilər.
Link
Ayə 32
33

Əl-Mutəffifin surəsi Ayə 33

Quran-ı Kərim

Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).
Link
Ayə 33
34

Əl-Mutəffifin surəsi Ayə 34

Quran-ı Kərim

Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.
Link
Ayə 34
35

Əl-Mutəffifin surəsi Ayə 35

Quran-ı Kərim

Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəkilərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.
Link
Ayə 35
36

Əl-Mutəffifin surəsi Ayə 36

Quran-ı Kərim

(Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)
Link
Ayə 36

Süra Haqqında

Əl-Mutəffifin surəsi Quran-ı Kərimdə 83. surədir və 36 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 36 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim