Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Muzzəmmil‏ surəsi

Əl-Muzzəmmil‏ surəsi Ayələri

Toplam 20 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Muzzəmmil‏ surəsi Ayə 1

Quran-ı Kərim

Ey libasına bürünmüş.
Link
Ayə 1
2

Əl-Muzzəmmil‏ surəsi Ayə 2

Quran-ı Kərim

Gecə–az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx!
Link
Ayə 2
3

Əl-Muzzəmmil‏ surəsi Ayə 3

Quran-ı Kərim

Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt;
Link
Ayə 3
4

Əl-Muzzəmmil‏ surəsi Ayə 4

Quran-ı Kərim

Yaxud yarıya artır (onun üçdə ikisini), Qur’anı tərtil ilə (aram – aram, aydın və tərtiblə) oxu!
Link
Ayə 4
5

Əl-Muzzəmmil‏ surəsi Ayə 5

Quran-ı Kərim

Həqiqətən, Biz tezliklə sənə ağır bir kəlam (mənalarının başa düşülməsi, onun həqiqətlərinə varmaq, əmrlərinə əməl olunması, camaata çatdırılması, cəmiyyətdə onun həyata keçirilməsi və cəmiyyətin onu dərk etməsi və ona əməl etməsi baxımından ağır ayələr) təlqin edəcəyik.
Link
Ayə 5
6

Əl-Muzzəmmil‏ surəsi Ayə 6

Quran-ı Kərim

Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir.
Link
Ayə 6
7

Əl-Muzzəmmil‏ surəsi Ayə 7

Quran-ı Kərim

Və əlbəttə, sənin gün ərzində uzun–uzadı işlərin vardır (və ibadət üçün nisbətən az vaxtın qalır).
Link
Ayə 7
8

Əl-Muzzəmmil‏ surəsi Ayə 8

Quran-ı Kərim

Rəbbinin adını (dil və qəlblə) zikr et və (qəlbdə) hər şeyi buraxıb Ona tərəf yönəl.
Link
Ayə 8
9

Əl-Muzzəmmil‏ surəsi Ayə 9

Quran-ı Kərim

O, məşriqin və məğribin Rəbbidir, Ondan başqa heç bir tanrı yoxdur. Belə isə Onu özünə vəkil tut (və Ona təvəkkül et).
Link
Ayə 9
10

Əl-Muzzəmmil‏ surəsi Ayə 10

Quran-ı Kərim

Onların dediklərinə (nalayiq söz və iftiralarına) səbr et və onlardan gözəl bir tərzdə (səbrlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş.
Link
Ayə 10
11

Əl-Muzzəmmil‏ surəsi Ayə 11

Quran-ı Kərim

Təkzib edən mal-dövlət sahiblərini Mən(im öhdəm)ə burax və onlara (bu dünyada) azacıq bir möhlət ver ki,
Link
Ayə 11
12

Əl-Muzzəmmil‏ surəsi Ayə 12

Quran-ı Kərim

Həqiqətən, Bizim yanımızda (axirət aləmində) ağır zəncirlər (qandallar) və şiddətlə yanan alovlu bir od vardır.
Link
Ayə 12
13

Əl-Muzzəmmil‏ surəsi Ayə 13

Quran-ı Kərim

Və boğazda ilişib qalan bir yemək və ağrılı bir əzab (vardır).
Link
Ayə 13
14

Əl-Muzzəmmil‏ surəsi Ayə 14

Quran-ı Kərim

O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar.
Link
Ayə 14
15

Əl-Muzzəmmil‏ surəsi Ayə 15

Quran-ı Kərim

Şübhəsiz, Biz sizə elə bir peyğəmbər göndərdik ki, siz(in əməlləriniz)ə şahiddir, necə ki, (bir zaman) Firona tərəf bir peyğəmbər göndərmişdik.
Link
Ayə 15
16

Əl-Muzzəmmil‏ surəsi Ayə 16

Quran-ı Kərim

Firon o peyğəmbərə asi oldu, Biz də onu ağır bir tərzdə (Öz əzabımızla) yaxaladıq.
Link
Ayə 16
17

Əl-Muzzəmmil‏ surəsi Ayə 17

Quran-ı Kərim

Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!
Link
Ayə 17
18

Əl-Muzzəmmil‏ surəsi Ayə 18

Quran-ı Kərim

Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır. (Bəli,) Onun vədi yerinə yetəsidir.
Link
Ayə 18
19

Əl-Muzzəmmil‏ surəsi Ayə 19

Quran-ı Kərim

Həqiqətən, bu (ayələr) öyüd – nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər).
Link
Ayə 19
20

Əl-Muzzəmmil‏ surəsi Ayə 20

Quran-ı Kərim

Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qur’andan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qur’andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 20

Süra Haqqında

Əl-Muzzəmmil‏ surəsi Quran-ı Kərimdə 73. surədir və 20 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 20 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim