Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ən-Naziat ‏ surəsi

Ən-Naziat ‏ surəsi Ayələri

Toplam 46 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ən-Naziat ‏ surəsi Ayə 1

Quran-ı Kərim

And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,
Link
Ayə 1
2

Ən-Naziat ‏ surəsi Ayə 2

Quran-ı Kərim

(And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,
Link
Ayə 2
3

Ən-Naziat ‏ surəsi Ayə 3

Quran-ı Kərim

(And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,
Link
Ayə 3
4

Ən-Naziat ‏ surəsi Ayə 4

Quran-ı Kərim

(And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,
Link
Ayə 4
5

Ən-Naziat ‏ surəsi Ayə 5

Quran-ı Kərim

(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
Link
Ayə 5
6

Ən-Naziat ‏ surəsi Ayə 6

Quran-ı Kərim

O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).
Link
Ayə 6
7

Ən-Naziat ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
Link
Ayə 7
8

Ən-Naziat ‏ surəsi Ayə 8

Quran-ı Kərim

O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.
Link
Ayə 8
9

Ən-Naziat ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Gözləri zəlilcəsinə yerə dikilər.
Link
Ayə 9
10

Ən-Naziat ‏ surəsi Ayə 10

Quran-ı Kərim

(O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»
Link
Ayə 10
11

Ən-Naziat ‏ surəsi Ayə 11

Quran-ı Kərim

«(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»
Link
Ayə 11
12

Ən-Naziat ‏ surəsi Ayə 12

Quran-ı Kərim

(Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»
Link
Ayə 12
13

Ən-Naziat ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Həqiqətən, o (dönüş) yalnız bir nə’rə(nin surun ikinci dəfə üfürülməsilə)dir.
Link
Ayə 13
14

Ən-Naziat ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.
Link
Ayə 14
15

Ən-Naziat ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Musanın hekayəti sənə gəlib çatdımı?
Link
Ayə 15
16

Ən-Naziat ‏ surəsi Ayə 16

Quran-ı Kərim

O zaman Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:
Link
Ayə 16
17

Ən-Naziat ‏ surəsi Ayə 17

Quran-ı Kərim

«Fironun yanına get! Çünki o tüğyan etmişdir.»
Link
Ayə 17
18

Ən-Naziat ‏ surəsi Ayə 18

Quran-ı Kərim

Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?
Link
Ayə 18
19

Ən-Naziat ‏ surəsi Ayə 19

Quran-ı Kərim

Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»
Link
Ayə 19
20

Ən-Naziat ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.
Link
Ayə 20
21

Ən-Naziat ‏ surəsi Ayə 21

Quran-ı Kərim

O, (isə) təkzib etdi və asi oldu.
Link
Ayə 21
22

Ən-Naziat ‏ surəsi Ayə 22

Quran-ı Kərim

Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.
Link
Ayə 22
23

Ən-Naziat ‏ surəsi Ayə 23

Quran-ı Kərim

O, (öz qövmünü) topladı, və (onlara) xitab edib
Link
Ayə 23
24

Ən-Naziat ‏ surəsi Ayə 24

Quran-ı Kərim

Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).
Link
Ayə 24
25

Ən-Naziat ‏ surəsi Ayə 25

Quran-ı Kərim

Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
Link
Ayə 25
26

Ən-Naziat ‏ surəsi Ayə 26

Quran-ı Kərim

Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.
Link
Ayə 26
27

Ən-Naziat ‏ surəsi Ayə 27

Quran-ı Kərim

(Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?
Link
Ayə 27
28

Ən-Naziat ‏ surəsi Ayə 28

Quran-ı Kərim

Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.
Link
Ayə 28
29

Ən-Naziat ‏ surəsi Ayə 29

Quran-ı Kərim

Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.
Link
Ayə 29
30

Ən-Naziat ‏ surəsi Ayə 30

Quran-ı Kərim

Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı.
Link
Ayə 30
31

Ən-Naziat ‏ surəsi Ayə 31

Quran-ı Kərim

Onun daxilindəki sularını, otlaqlarını və bitkilərini çıxartdı.
Link
Ayə 31
32

Ən-Naziat ‏ surəsi Ayə 32

Quran-ı Kərim

Dağları (yer üzərində) sabit və möhkəm etdi ki,
Link
Ayə 32
33

Ən-Naziat ‏ surəsi Ayə 33

Quran-ı Kərim

(Bütün bunlar) sizin və heyvanlarınızın (dünyada) bəhrələnməsi üçündür.
Link
Ayə 33
34

Ən-Naziat ‏ surəsi Ayə 34

Quran-ı Kərim

O çox böyük bəla (Qiyamət) yetişdikdə,
Link
Ayə 34
35

Ən-Naziat ‏ surəsi Ayə 35

Quran-ı Kərim

O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi – Məhfuz vasitəsilə) yadına salacaqdır,
Link
Ayə 35
36

Ən-Naziat ‏ surəsi Ayə 36

Quran-ı Kərim

Cəhənnəm hər bir görənə (kor surətdə həşr olunmayana) aşkar olacaqdır.
Link
Ayə 36
37

Ən-Naziat ‏ surəsi Ayə 37

Quran-ı Kərim

Amma kim (dünyada) tüğyan etmişsə,
Link
Ayə 37
38

Ən-Naziat ‏ surəsi Ayə 38

Quran-ı Kərim

Və dünya həyatını (axirətdən) üstün tutmuşsa,
Link
Ayə 38
39

Ən-Naziat ‏ surəsi Ayə 39

Quran-ı Kərim

Şübhəsiz, onun yeri Cəhənnəmdir!
Link
Ayə 39
40

Ən-Naziat ‏ surəsi Ayə 40

Quran-ı Kərim

Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi – həvəsdən saxlamışsa,
Link
Ayə 40
41

Ən-Naziat ‏ surəsi Ayə 41

Quran-ı Kərim

Şübhəsiz, onun yeri Cənnətdir.
Link
Ayə 41
42

Ən-Naziat ‏ surəsi Ayə 42

Quran-ı Kərim

Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar.
Link
Ayə 42
43

Ən-Naziat ‏ surəsi Ayə 43

Quran-ı Kərim

Sən onu (onun vaxtını) nə bilirsən?
Link
Ayə 43
44

Ən-Naziat ‏ surəsi Ayə 44

Quran-ı Kərim

Onun sonu sənin Rəbbinə tərəfdir (Onun həqiqətinə, necəliyinə və zamanına dair elm Ona məxsusdur).
Link
Ayə 44
45

Ən-Naziat ‏ surəsi Ayə 45

Quran-ı Kərim

Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar edən və qarşı çıxanlara cəza verən deyilsən).
Link
Ayə 45
46

Ən-Naziat ‏ surəsi Ayə 46

Quran-ı Kərim

Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).
Link
Ayə 46

Süra Haqqında

Ən-Naziat ‏ surəsi Quran-ı Kərimdə 79. surədir və 46 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 46 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim