Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ən-Nəbə surəsi

Ən-Nəbə surəsi Ayələri

Toplam 40 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ən-Nəbə surəsi Ayə 1

Quran-ı Kərim

(Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?
Link
Ayə 1
2

Ən-Nəbə surəsi Ayə 2

Quran-ı Kərim

Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Qur’anın haqq olması) haqqında.
Link
Ayə 2
3

Ən-Nəbə surəsi Ayə 3

Quran-ı Kərim

Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).
Link
Ayə 3
4

Ən-Nəbə surəsi Ayə 4

Quran-ı Kərim

Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.
Link
Ayə 4
5

Ən-Nəbə surəsi Ayə 5

Quran-ı Kərim

Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).
Link
Ayə 5
6

Ən-Nəbə surəsi Ayə 6

Quran-ı Kərim

Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).
Link
Ayə 6
7

Ən-Nəbə surəsi Ayə 7

Quran-ı Kərim

Dağları (onun səthində) mıxlar (etmədikmi)?
Link
Ayə 7
8

Ən-Nəbə surəsi Ayə 8

Quran-ı Kərim

Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
Link
Ayə 8
9

Ən-Nəbə surəsi Ayə 9

Quran-ı Kərim

Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).
Link
Ayə 9
10

Ən-Nəbə surəsi Ayə 10

Quran-ı Kərim

Gecəni (hər şeyi bürüyən) örtük etdik.
Link
Ayə 10
11

Ən-Nəbə surəsi Ayə 11

Quran-ı Kərim

Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.
Link
Ayə 11
12

Ən-Nəbə surəsi Ayə 12

Quran-ı Kərim

Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.
Link
Ayə 12
13

Ən-Nəbə surəsi Ayə 13

Quran-ı Kərim

Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.
Link
Ayə 13
14

Ən-Nəbə surəsi Ayə 14

Quran-ı Kərim

(Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,
Link
Ayə 14
15

Ən-Nəbə surəsi Ayə 15

Quran-ı Kərim

Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.
Link
Ayə 15
16

Ən-Nəbə surəsi Ayə 16

Quran-ı Kərim

(Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.
Link
Ayə 16
17

Ən-Nəbə surəsi Ayə 17

Quran-ı Kərim

Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).
Link
Ayə 17
18

Ən-Nəbə surəsi Ayə 18

Quran-ı Kərim

Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.
Link
Ayə 18
19

Ən-Nəbə surəsi Ayə 19

Quran-ı Kərim

(O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.
Link
Ayə 19
20

Ən-Nəbə surəsi Ayə 20

Quran-ı Kərim

Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.
Link
Ayə 20
21

Ən-Nəbə surəsi Ayə 21

Quran-ı Kərim

Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).
Link
Ayə 21
22

Ən-Nəbə surəsi Ayə 22

Quran-ı Kərim

Üsyankarlar üçün dönüş yeridir.
Link
Ayə 22
23

Ən-Nəbə surəsi Ayə 23

Quran-ı Kərim

Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.
Link
Ayə 23
24

Ən-Nəbə surəsi Ayə 24

Quran-ı Kərim

Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.
Link
Ayə 24
25

Ən-Nəbə surəsi Ayə 25

Quran-ı Kərim

Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa
Link
Ayə 25
26

Ən-Nəbə surəsi Ayə 26

Quran-ı Kərim

(Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.
Link
Ayə 26
27

Ən-Nəbə surəsi Ayə 27

Quran-ı Kərim

Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.
Link
Ayə 27
28

Ən-Nəbə surəsi Ayə 28

Quran-ı Kərim

Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.
Link
Ayə 28
29

Ən-Nəbə surəsi Ayə 29

Quran-ı Kərim

Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.
Link
Ayə 29
30

Ən-Nəbə surəsi Ayə 30

Quran-ı Kərim

Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!
Link
Ayə 30
31

Ən-Nəbə surəsi Ayə 31

Quran-ı Kərim

Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.
Link
Ayə 31
32

Ən-Nəbə surəsi Ayə 32

Quran-ı Kərim

Hasara alınmış bağlar və üzümlüklər,
Link
Ayə 32
33

Ən-Nəbə surəsi Ayə 33

Quran-ı Kərim

Nar məməli həmyaşıd qızlar,
Link
Ayə 33
34

Ən-Nəbə surəsi Ayə 34

Quran-ı Kərim

Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).
Link
Ayə 34
35

Ən-Nəbə surəsi Ayə 35

Quran-ı Kərim

Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
Link
Ayə 35
36

Ən-Nəbə surəsi Ayə 36

Quran-ı Kərim

(Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.
Link
Ayə 36
37

Ən-Nəbə surəsi Ayə 37

Quran-ı Kərim

(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.
Link
Ayə 37
38

Ən-Nəbə surəsi Ayə 38

Quran-ı Kərim

Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
Link
Ayə 38
39

Ən-Nəbə surəsi Ayə 39

Quran-ı Kərim

O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).
Link
Ayə 39
40

Ən-Nəbə surəsi Ayə 40

Quran-ı Kərim

Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».
Link
Ayə 40

Süra Haqqında

Ən-Nəbə surəsi Quran-ı Kərimdə 78. surədir və 40 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 40 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim