Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ən-Nəcm surəsi

Ən-Nəcm surəsi Ayələri

Toplam 62 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ən-Nəcm surəsi Ayə 1

Quran-ı Kərim

And olsun çıxmaqda və batmaqda olan ulduza. [Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Qur’anın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.]
Link
Ayə 1
2

Ən-Nəcm surəsi Ayə 2

Quran-ı Kərim

Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb.
Link
Ayə 2
3

Ən-Nəcm surəsi Ayə 3

Quran-ı Kərim

O, (Qur’anın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.
Link
Ayə 3
4

Ən-Nəcm surəsi Ayə 4

Quran-ı Kərim

Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.
Link
Ayə 4
5

Ən-Nəcm surəsi Ayə 5

Quran-ı Kərim

Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.
Link
Ayə 5
6

Ən-Nəcm surəsi Ayə 6

Quran-ı Kərim

(Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı.
Link
Ayə 6
7

Ən-Nəcm surəsi Ayə 7

Quran-ı Kərim

(Yerdən) üstün üfüqdə olduğu halda.
Link
Ayə 7
8

Ən-Nəcm surəsi Ayə 8

Quran-ı Kərim

Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu.
Link
Ayə 8
9

Ən-Nəcm surəsi Ayə 9

Quran-ı Kərim

Beləliklə (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi.
Link
Ayə 9
10

Ən-Nəcm surəsi Ayə 10

Quran-ı Kərim

Beləliklə də Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi.
Link
Ayə 10
11

Ən-Nəcm surəsi Ayə 11

Quran-ı Kərim

(Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi.
Link
Ayə 11
12

Ən-Nəcm surəsi Ayə 12

Quran-ı Kərim

Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!
Link
Ayə 12
13

Ən-Nəcm surəsi Ayə 13

Quran-ı Kərim

Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.
Link
Ayə 13
14

Ən-Nəcm surəsi Ayə 14

Quran-ı Kərim

Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.
Link
Ayə 14
15

Ən-Nəcm surəsi Ayə 15

Quran-ı Kərim

(Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır.
Link
Ayə 15
16

Ən-Nəcm surəsi Ayə 16

Quran-ı Kərim

Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman
Link
Ayə 16
17

Ən-Nəcm surəsi Ayə 17

Quran-ı Kərim

(Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı.
Link
Ayə 17
18

Ən-Nəcm surəsi Ayə 18

Quran-ı Kərim

Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü.
Link
Ayə 18
19

Ən-Nəcm surəsi Ayə 19

Quran-ı Kərim

Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin.
Link
Ayə 19
20

Ən-Nəcm surəsi Ayə 20

Quran-ı Kərim

Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)
Link
Ayə 20
21

Ən-Nəcm surəsi Ayə 21

Quran-ı Kərim

(Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur?
Link
Ayə 21
22

Ən-Nəcm surəsi Ayə 22

Quran-ı Kərim

Belə olan halda bu bölgü zalımanədir!
Link
Ayə 22
23

Ən-Nəcm surəsi Ayə 23

Quran-ı Kərim

(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir.
Link
Ayə 23
24

Ən-Nəcm surəsi Ayə 24

Quran-ı Kərim

Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!
Link
Ayə 24
25

Ən-Nəcm surəsi Ayə 25

Quran-ı Kərim

(Xeyir, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur).
Link
Ayə 25
26

Ən-Nəcm surəsi Ayə 26

Quran-ı Kərim

Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).
Link
Ayə 26
27

Ən-Nəcm surəsi Ayə 27

Quran-ı Kərim

Həqiqətən axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər).
Link
Ayə 27
28

Ən-Nəcm surəsi Ayə 28

Quran-ı Kərim

Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz.
Link
Ayə 28
29

Ən-Nəcm surəsi Ayə 29

Quran-ı Kərim

Buna görə də Bizi yad etməkdən (və Bizim Qur'anımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).
Link
Ayə 29
30

Ən-Nəcm surəsi Ayə 30

Quran-ı Kərim

Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.
Link
Ayə 30
31

Ən-Nəcm surəsi Ayə 31

Quran-ı Kərim

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.
Link
Ayə 31
32

Ən-Nəcm surəsi Ayə 32

Quran-ı Kərim

Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər’i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.
Link
Ayə 32
33

Ən-Nəcm surəsi Ayə 33

Quran-ı Kərim

(Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?
Link
Ayə 33
34

Ən-Nəcm surəsi Ayə 34

Quran-ı Kərim

Və (öz malından) bir az verib (qalanını verməyə) xəsislik göstərəni?
Link
Ayə 34
35

Ən-Nəcm surəsi Ayə 35

Quran-ı Kərim

Məgər o, qeybi bilir və (qəlb gözü ilə gələcəyi –malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!
Link
Ayə 35
36

Ən-Nəcm surəsi Ayə 36

Quran-ı Kərim

Yoxsa Musanın (Tövratının) səhifələrindəkilərdən xəbər tutmayıb?
Link
Ayə 36
37

Ən-Nəcm surəsi Ayə 37

Quran-ı Kərim

Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim(in səhifələrində olanlardan)?
Link
Ayə 37
38

Ən-Nəcm surəsi Ayə 38

Quran-ı Kərim

(Onlarda deyilir) ki: «Heç kəs başqasının günah yükünü götürməyəcəkdir.»
Link
Ayə 38
39

Ən-Nəcm surəsi Ayə 39

Quran-ı Kərim

Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.
Link
Ayə 39
40

Ən-Nəcm surəsi Ayə 40

Quran-ı Kərim

Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.
Link
Ayə 40
41

Ən-Nəcm surəsi Ayə 41

Quran-ı Kərim

Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir.
Link
Ayə 41
42

Ən-Nəcm surəsi Ayə 42

Quran-ı Kərim

(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.
Link
Ayə 42
43

Ən-Nəcm surəsi Ayə 43

Quran-ı Kərim

Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.
Link
Ayə 43
44

Ən-Nəcm surəsi Ayə 44

Quran-ı Kərim

(Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.
Link
Ayə 44
45

Ən-Nəcm surəsi Ayə 45

Quran-ı Kərim

Həmçinin erkək və dişi cütlərini yaradan Odur.
Link
Ayə 45
46

Ən-Nəcm surəsi Ayə 46

Quran-ı Kərim

Uşaqlığa tökülən zaman, nütfədən!
Link
Ayə 46
47

Ən-Nəcm surəsi Ayə 47

Quran-ı Kərim

Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.
Link
Ayə 47
48

Ən-Nəcm surəsi Ayə 48

Quran-ı Kərim

Və (istədiyini) ehtiyacsız edən və daimi sərvət verən (də) Odur.
Link
Ayə 48
49

Ən-Nəcm surəsi Ayə 49

Quran-ı Kərim

(Bəzi müşriklərin ibadət etdikləri) Şi’ranın (Şi’ra ulduzunun da) Rəbbi Odur.
Link
Ayə 49
50

Ən-Nəcm surəsi Ayə 50

Quran-ı Kərim

(Hudun qövmü) birinci Adı (Ad tayfasını) həlak edən də Odur.
Link
Ayə 50
51

Ən-Nəcm surəsi Ayə 51

Quran-ı Kərim

Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri belə) saxlamadı.
Link
Ayə 51
52

Ən-Nəcm surəsi Ayə 52

Quran-ı Kərim

Eləcə də, onlardan əvvəl Nuhun daha zülmkar və üsyankar olan qövmünü (həlak etdi).
Link
Ayə 52
53

Ən-Nəcm surəsi Ayə 53

Quran-ı Kərim

Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri(ni)!
Link
Ayə 53
54

Ən-Nəcm surəsi Ayə 54

Quran-ı Kərim

Beləliklə, o şəhərləri (şiddətli əzab, daş yağışı və sairədən) bürüyən bürüdü.
Link
Ayə 54
55

Ən-Nəcm surəsi Ayə 55

Quran-ı Kərim

(Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir.) Belə isə Rəbbinin nemətlərinin hansı birinə şəkk edirsən?!
Link
Ayə 55
56

Ən-Nəcm surəsi Ayə 56

Quran-ı Kərim

Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.
Link
Ayə 56
57

Ən-Nəcm surəsi Ayə 57

Quran-ı Kərim

(Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.
Link
Ayə 57
58

Ən-Nəcm surəsi Ayə 58

Quran-ı Kərim

Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.
Link
Ayə 58
59

Ən-Nəcm surəsi Ayə 59

Quran-ı Kərim

Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!
Link
Ayə 59
60

Ən-Nəcm surəsi Ayə 60

Quran-ı Kərim

Və gülürsünüz, ağlamırsınız?!
Link
Ayə 60
61

Ən-Nəcm surəsi Ayə 61

Quran-ı Kərim

Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!
Link
Ayə 61
62

Ən-Nəcm surəsi Ayə 62

Quran-ı Kərim

Allaha səcdə və ibadət edin!
Link
Ayə 62

Süra Haqqında

Ən-Nəcm surəsi Quran-ı Kərimdə 53. surədir və 62 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 62 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim