Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ən-Nəhl surəsi

سورة النحل

Ən-Nəhl surəsi Ayələri

Toplam 128 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ən-Nəhl surəsi Ayə 1

Quran-ı Kərim

(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.
Link
Ayə 1
2

Ən-Nəhl surəsi Ayə 2

Quran-ı Kərim

Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»
Link
Ayə 2
3

Ən-Nəhl surəsi Ayə 3

Quran-ı Kərim

Göyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür.
Link
Ayə 3
4

Ən-Nəhl surəsi Ayə 4

Quran-ı Kərim

İnsanı (onun ilk ata–anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır).
Link
Ayə 4
5

Ən-Nəhl surəsi Ayə 5

Quran-ı Kərim

Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.
Link
Ayə 5
6

Ən-Nəhl surəsi Ayə 6

Quran-ı Kərim

Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.
Link
Ayə 6
7

Ən-Nəhl surəsi Ayə 7

Quran-ı Kərim

Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən sizin Rəbbiniz çox şəfqətli və mehribandır.
Link
Ayə 7
8

Ən-Nəhl surəsi Ayə 8

Quran-ı Kərim

Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.
Link
Ayə 8
9

Ən-Nəhl surəsi Ayə 9

Quran-ı Kərim

Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).
Link
Ayə 9
10

Ən-Nəhl surəsi Ayə 10

Quran-ı Kərim

Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir.
Link
Ayə 10
11

Ən-Nəhl surəsi Ayə 11

Quran-ı Kərim

Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.
Link
Ayə 11
12

Ən-Nəhl surəsi Ayə 12

Quran-ı Kərim

Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Link
Ayə 12
13

Ən-Nəhl surəsi Ayə 13

Quran-ı Kərim

Həmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə və müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları və heyvanları ram etdi). Həqiqətən bunda (bu məxluqlarda və onların təsir və xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır.
Link
Ayə 13
14

Ən-Nəhl surəsi Ayə 14

Quran-ı Kərim

Və təzə ət yeməyiniz və geyindiyiniz (lə’l və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.
Link
Ayə 14
15

Ən-Nəhl surəsi Ayə 15

Quran-ı Kərim

Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).
Link
Ayə 15
16

Ən-Nəhl surəsi Ayə 16

Quran-ı Kərim

Və həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar.
Link
Ayə 16
17

Ən-Nəhl surəsi Ayə 17

Quran-ı Kərim

Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!
Link
Ayə 17
18

Ən-Nəhl surəsi Ayə 18

Quran-ı Kərim

Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 18
19

Ən-Nəhl surəsi Ayə 19

Quran-ı Kərim

Allah gizlətdiklərinizi də (qəlbinizin sirlərini və camaatdan gizlətdiyiniz əməl və mallarınızı da) və (danışıq, əməl və mallarınızdan) aşkar etdiklərinizi də bilir.
Link
Ayə 19
20

Ən-Nəhl surəsi Ayə 20

Quran-ı Kərim

Onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar.
Link
Ayə 20
21

Ən-Nəhl surəsi Ayə 21

Quran-ı Kərim

Onlar cansız ölülərdir və (özlərinin və ya onlara ibadət edənlərin) nə vaxt dirildiləcəklərini bilmirlər.
Link
Ayə 21
22

Ən-Nəhl surəsi Ayə 22

Quran-ı Kərim

Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.
Link
Ayə 22
23

Ən-Nəhl surəsi Ayə 23

Quran-ı Kərim

Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir.
Link
Ayə 23
24

Ən-Nəhl surəsi Ayə 24

Quran-ı Kərim

Onlara «Rəbbiniz nə nazil etmişdir?» deyildikdə, «keçmişdəkilərin əfsanələridir» deyərlər.
Link
Ayə 24
25

Ən-Nəhl surəsi Ayə 25

Quran-ı Kərim

Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!
Link
Ayə 25
26

Ən-Nəhl surəsi Ayə 26

Quran-ı Kərim

Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.
Link
Ayə 26
27

Ən-Nəhl surəsi Ayə 27

Quran-ı Kərim

Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».
Link
Ayə 27
28

Ən-Nəhl surəsi Ayə 28

Quran-ı Kərim

Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir».
Link
Ayə 28
29

Ən-Nəhl surəsi Ayə 29

Quran-ı Kərim

Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!
Link
Ayə 29
30

Ən-Nəhl surəsi Ayə 30

Quran-ı Kərim

Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!
Link
Ayə 30
31

Ən-Nəhl surəsi Ayə 31

Quran-ı Kərim

Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.
Link
Ayə 31
32

Ən-Nəhl surəsi Ayə 32

Quran-ı Kərim

O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.
Link
Ayə 32
33

Ən-Nəhl surəsi Ayə 33

Quran-ı Kərim

Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Link
Ayə 33
34

Ən-Nəhl surəsi Ayə 34

Quran-ı Kərim

Beləliklə, etdikləri günahların cəzası onlara yetişdi və istehza etdikləri şey (əzab vədəsi) onları bürüdü.
Link
Ayə 34
35

Ən-Nəhl surəsi Ayə 35

Quran-ı Kərim

Və müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını və halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir və küfr və əzab da bu qadağaya daxildir.)
Link
Ayə 35
36

Ən-Nəhl surəsi Ayə 36

Quran-ı Kərim

Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: «Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun.» Beləliklə Allah onların bəzisini (dəvətin əslini qəbul edənləri kamal mərhələlərinə) hidayət etdi və onlardan bəzisinə (dəvəti rədd edənlərə) zəlalət və azğınlıq qətiləşdi. Buna görə də, yer üzündə gəzin və təkzib edənlərin aqibətinin necə olduğuna baxın!
Link
Ayə 36
37

Ən-Nəhl surəsi Ayə 37

Quran-ı Kərim

Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.
Link
Ayə 37
38

Ən-Nəhl surəsi Ayə 38

Quran-ı Kərim

Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bilmir.
Link
Ayə 38
39

Ən-Nəhl surəsi Ayə 39

Quran-ı Kərim

Barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və (bəşəriyyətin arasında küfr yaranandan onun sonunadək) küfr edənlərin yalançı olmalarını bilmələri üçün!
Link
Ayə 39
40

Ən-Nəhl surəsi Ayə 40

Quran-ı Kərim

(Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.
Link
Ayə 40
41

Ən-Nəhl surəsi Ayə 41

Quran-ı Kərim

Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür.
Link
Ayə 41
42

Ən-Nəhl surəsi Ayə 42

Quran-ı Kərim

Həmin o kəslər ki, səbr etdilər və həmişə öz Rəbbinə təvəkkül edirlər.
Link
Ayə 42
43

Ən-Nəhl surəsi Ayə 43

Quran-ı Kərim

(Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə də (mələklər, qadınlar və cinlər deyil) yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz).
Link
Ayə 43
44

Ən-Nəhl surəsi Ayə 44

Quran-ı Kərim

(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər.
Link
Ayə 44
45

Ən-Nəhl surəsi Ayə 45

Quran-ı Kərim

Məgər öz hiylələri ilə (İslama və Peyğəmbərə qarşı) çirkin tədbirlər tökən kəslər Allahın onları yerə batırmasından, yaxud onlara heç fikirləşmədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadırlar?!
Link
Ayə 45
46

Ən-Nəhl surəsi Ayə 46

Quran-ı Kərim

Yaxud onları gündəlik get-gəllərində (ya günah tədbirlər tökdükləri halda) yaxalamasından? Buna görə də, onlar əsla (Allahı öz cəzaları barəsində) aciz qoyan deyildirlər.
Link
Ayə 46
47

Ən-Nəhl surəsi Ayə 47

Quran-ı Kərim

Yaxud onları (qəflətən deyil) nemətləri onlardan tədricən geri alaraq, ya başqalarının əzabını görməkdən qorxduqları halda yaxalayar. Çünki Rəbbiniz çox mərhəmətli və mehribandır.
Link
Ayə 47
48

Ən-Nəhl surəsi Ayə 48

Quran-ı Kərim

Məgər Allahın yaratdığı (kölgəli) cisimlərə (günəşin qarşısında üzü və ya arxası cənuba olan zaman) baxmırlarmı ki, onların kölgələri - bütün cisimlər və kölgələri, Allaha səcdə edərək (qeyri-ixtiyari) itaət və zillət halında olduqları vəziyyətdə – sağdan və sol tərəflərdən (sağdan arxaya və soldan qabaq tərəfə) qayıdır?! (Bəs nə üçün ayılmırlar?!)
Link
Ayə 48
49

Ən-Nəhl surəsi Ayə 49

Quran-ı Kərim

Və (cansızlardan əlavə) göylərdə və yerdə olan canlılar Allaha səcdə edirlər (zati itaət, qeyri-ixtiyari və ixtiyari səcdə edirlər). Və həmçinin mələklər (iradə ilə ixtiyari səcdə edirlər) və onlar təkəbbür göstərmirlər.
Link
Ayə 49
50

Ən-Nəhl surəsi Ayə 50

Quran-ı Kərim

Onlar başlarının üstündə onlara hakim olan Rəbblərindən qorxur və əmr olunduqları şeyi yerinə yetirirlər.
Link
Ayə 50
51

Ən-Nəhl surəsi Ayə 51

Quran-ı Kərim

Və Allah buyurdu: «İki məbud tanrı (yaradılış tanrısı və idarəetmə tanrısı) götürməyin, həqiqət budur ki, O, tək olan məbuddur. Buna görə də yalnız Məndən qorxun».
Link
Ayə 51
52

Ən-Nəhl surəsi Ayə 52

Quran-ı Kərim

Və göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və sonda yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Və din (və itaət və cəza) həmişə Ona layiqdir. Belə isə Allahdan başqasındanmı qorxursunuz?!
Link
Ayə 52
53

Ən-Nəhl surəsi Ayə 53

Quran-ı Kərim

Və malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Həmçinin sizə bir zərər-ziyan yetişən zaman Ona yalvarır və Ondan kömək diləyirsiniz.
Link
Ayə 53
54

Ən-Nəhl surəsi Ayə 54

Quran-ı Kərim

Amma həmin zərər və ziyanı sizdən dəf edən kimi, sizin bir dəstəniz dərhal (vücudda, rübubiyyətdə, ibadətdə və ya itaətdə) Rəbblərinə şərik qoşur!
Link
Ayə 54
55

Ən-Nəhl surəsi Ayə 55

Quran-ı Kərim

Sonda onlara verdiklərimizə küfr və nankorluq etmək üçün. Buna görə də, (dünyanın ləzzətlərindən) bəhrələnin ki, tezliklə biləcəksiniz.
Link
Ayə 55
56

Ən-Nəhl surəsi Ayə 56

Quran-ı Kərim

Və (müqəddəslikləri və vücudlarının təsirləri barəsində) elmləri olmayan şeylər (bütlər) üçün, ruzi olaraq onlara verdiklərimizdən pay qoyurlar. (Ey müşriklər) Allaha and olsun ki, (Qiyamət günü) iftira etdiyiniz şey barəsində sorğu-sual ediləcəksiniz.
Link
Ayə 56
57

Ən-Nəhl surəsi Ayə 57

Quran-ı Kərim

Və Allah üçün qızları qoyurlar (mələkləri Allahın qızları hesab edirlər) s Pakdır Allah! özləri üçün isə istədiklərini (yəni oğlanları)!
Link
Ayə 57
58

Ən-Nəhl surəsi Ayə 58

Quran-ı Kərim

Onların birinə qız(ının olması) müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda (acıq və hiddətin çoxluğundan) üzü qaralar.
Link
Ayə 58
59

Ən-Nəhl surəsi Ayə 59

Quran-ı Kərim

O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!
Link
Ayə 59
60

Ən-Nəhl surəsi Ayə 60

Quran-ı Kərim

Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.
Link
Ayə 60
61

Ən-Nəhl surəsi Ayə 61

Quran-ı Kərim

Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər.
Link
Ayə 61
62

Ən-Nəhl surəsi Ayə 62

Quran-ı Kərim

Özlərinin bəyənmədikləri şeyi (qız uşaqlarını) Allaha nisbət verirlər və dilləri yalandan gözəl aqibətin onlara (özlərinə) məxsus olmasını («əgər axirət olsa, biz Cənnət əhliyik») deyir. Şübhəsiz, onlar üçün od vardır və onlar (ora daxil olmaqda) öndə olacaqlar.
Link
Ayə 62
63

Ən-Nəhl surəsi Ayə 63

Quran-ı Kərim

Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.
Link
Ayə 63
64

Ən-Nəhl surəsi Ayə 64

Quran-ı Kərim

Biz bu kitabı sənə yalnız barəsində ixtilafda olduqları şeyi (müsəlmanların kafirlərlə və kitab əhli ilə olan ixtilaflarını) onlara izah etməyin və iman gətirən dəstəyə hidayət və rəhmət olması üçün nazil etmişik.
Link
Ayə 64
65

Ən-Nəhl surəsi Ayə 65

Quran-ı Kərim

Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.
Link
Ayə 65
66

Ən-Nəhl surəsi Ayə 66

Quran-ı Kərim

Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan r mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik.
Link
Ayə 66
67

Ən-Nəhl surəsi Ayə 67

Quran-ı Kərim

Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır.
Link
Ayə 67
68

Ən-Nəhl surəsi Ayə 68

Quran-ı Kərim

Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!»
Link
Ayə 68
69

Ən-Nəhl surəsi Ayə 69

Quran-ı Kərim

«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.
Link
Ayə 69
70

Ən-Nəhl surəsi Ayə 70

Quran-ı Kərim

Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.
Link
Ayə 70
71

Ən-Nəhl surəsi Ayə 71

Quran-ı Kərim

Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi. Üstünlük verilmiş kəslər öz ruzilərini əsla öz qullarına verməzlər ki, (ağa ilə qul) bir-birləri ilə bərabər olsunlar. Məgər onlar Allahın bu nemətini (verdiyi bu üstünlüyü) inkar edirlər?! (Nə üçün Allahın üstünlüyünü unudurlar?!)
Link
Ayə 71
72

Ən-Nəhl surəsi Ayə 72

Quran-ı Kərim

Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!
Link
Ayə 72
73

Ən-Nəhl surəsi Ayə 73

Quran-ı Kərim

Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər.
Link
Ayə 73
74

Ən-Nəhl surəsi Ayə 74

Quran-ı Kərim

Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.
Link
Ayə 74
75

Ən-Nəhl surəsi Ayə 75

Quran-ı Kərim

Allah (bir malı olmayan və nə özü və malı, nə də ağasının iş və malı barəsində) heç nəyə gücü (ixtiyarı) çatmayıb özü başqasının malı olan qul ilə gözəl (halal və çoxlu) ruzi verdiyimiz və ondan gizlində və aşkarda sərf edən azad şəxsi məsəl çəkib. Məgər bunlar bərabərdirlər? (Allah da öz şərikləri ilə bərabər deyil!) Bütün həmdlər Allaha məxsusdur (çünki, bütün kamilliklər Ona məxsusdur. Müşriklər bunları elm üzündən inkar etmirlər,) əksinə onların çoxu bilmir.
Link
Ayə 75
76

Ən-Nəhl surəsi Ayə 76

Quran-ı Kərim

Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz.)
Link
Ayə 76
77

Ən-Nəhl surəsi Ayə 77

Quran-ı Kərim

Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir.
Link
Ayə 77
78

Ən-Nəhl surəsi Ayə 78

Quran-ı Kərim

Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz
Link
Ayə 78
79

Ən-Nəhl surəsi Ayə 79

Quran-ı Kərim

Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişanələr vardır.
Link
Ayə 79
80

Ən-Nəhl surəsi Ayə 80

Quran-ı Kərim

Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi.
Link
Ayə 80
81

Ən-Nəhl surəsi Ayə 81

Quran-ı Kərim

Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız.
Link
Ayə 81
82

Ən-Nəhl surəsi Ayə 82

Quran-ı Kərim

Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (eybi yoxdur), həqiqətən sənin öhdənə düşən (onlara məcbur qəbul etdirmək və ya dünya və axirət cəzası vermək deyil) yalnız (tapşırığı) aşkar surətdə çatdırmaqdır.
Link
Ayə 82
83

Ən-Nəhl surəsi Ayə 83

Quran-ı Kərim

Onlar Allahın nemətini tanıyır, sonra isə onu inkar edirlər və onların çoxu həqiqətən kafir və nankordurlar.
Link
Ayə 83
84

Ən-Nəhl surəsi Ayə 84

Quran-ı Kərim

Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik. Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.
Link
Ayə 84
85

Ən-Nəhl surəsi Ayə 85

Quran-ı Kərim

Və zülm edənlər (Cəhənnəm) əzabı(nı) gördükdə (onlar üçün tam aydın olacaq ki,) onların nə əzabı yüngülləşdiriləcək və nə də onlara möhlət veriləcəkdir.
Link
Ayə 85
86

Ən-Nəhl surəsi Ayə 86

Quran-ı Kərim

Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.
Link
Ayə 86
87

Ən-Nəhl surəsi Ayə 87

Quran-ı Kərim

Həmin gün (həqiqətləri öz gözləri ilə görüb yəqin etdikdən sonra, naçar qalıb) itaətkarcasına Allahın hüzuruna təslim olarlar və (bütlərin şəfaəti və köməyi barəsində) yalandan uydurduqları şey onlardan yox olaraq (gözlərindən) itər.
Link
Ayə 87
88

Ən-Nəhl surəsi Ayə 88

Quran-ı Kərim

Küfr edən və (başqalarını) Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq.
Link
Ayə 88
89

Ən-Nəhl surəsi Ayə 89

Quran-ı Kərim

Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik.
Link
Ayə 89
90

Ən-Nəhl surəsi Ayə 90

Quran-ı Kərim

Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.
Link
Ayə 90
91

Ən-Nəhl surəsi Ayə 91

Quran-ı Kərim

Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun və öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.
Link
Ayə 91
92

Ən-Nəhl surəsi Ayə 92

Quran-ı Kərim

Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır.
Link
Ayə 92
93

Ən-Nəhl surəsi Ayə 93

Quran-ı Kərim

Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. Və lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır və istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. Və siz əməlləriniz barəsində mütləq sorğu-sual ediləcəksiniz.
Link
Ayə 93
94

Ən-Nəhl surəsi Ayə 94

Quran-ı Kərim

Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar.
Link
Ayə 94
95

Ən-Nəhl surəsi Ayə 95

Quran-ı Kərim

Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır.
Link
Ayə 95
96

Ən-Nəhl surəsi Ayə 96

Quran-ı Kərim

Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbr etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik.
Link
Ayə 96
97

Ən-Nəhl surəsi Ayə 97

Quran-ı Kərim

Hər kim H kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik.
Link
Ayə 97
98

Ən-Nəhl surəsi Ayə 98

Quran-ı Kərim

Qur’an oxuyan zaman, qovulmuş Şeytandan Allaha pənah apar.
Link
Ayə 98
99

Ən-Nəhl surəsi Ayə 99

Quran-ı Kərim

Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur.
Link
Ayə 99
100

Ən-Nəhl surəsi Ayə 100

Quran-ı Kərim

Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir.
Link
Ayə 100
101

Ən-Nəhl surəsi Ayə 101

Quran-ı Kərim

Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən və ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) – Allah nə nazil etdiyini daha yaxşı bilir – deyərlər: «Sən ancaq yalançı və iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.
Link
Ayə 101
102

Ən-Nəhl surəsi Ayə 102

Quran-ı Kərim

De: «Bu (Qur’anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.
Link
Ayə 102
103

Ən-Nəhl surəsi Ayə 103

Quran-ı Kərim

Əlbəttə, Biz onların «əslində bunu (Qur’anı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Qur’an) isə açıq-aydın ərəb dilindədir!
Link
Ayə 103
104

Ən-Nəhl surəsi Ayə 104

Quran-ı Kərim

Şübhəsiz, Allahın ayələrinə və aydın dəlillərinə iman gətirməyənləri Allah hidayət etməyəcəkdir və onlar üçün ağrılı bir əzab vardır.
Link
Ayə 104
105

Ən-Nəhl surəsi Ayə 105

Quran-ı Kərim

(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!
Link
Ayə 105
106

Ən-Nəhl surəsi Ayə 106

Quran-ı Kərim

Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə A (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır).
Link
Ayə 106
107

Ən-Nəhl surəsi Ayə 107

Quran-ı Kərim

Bu (qəzəb) onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir.
Link
Ayə 107
108

Ən-Nəhl surəsi Ayə 108

Quran-ı Kərim

Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir.
Link
Ayə 108
109

Ən-Nəhl surəsi Ayə 109

Quran-ı Kərim

Və şübhəsiz, axirətdə ziyana uğrayanlar onlardır.
Link
Ayə 109
110

Ən-Nəhl surəsi Ayə 110

Quran-ı Kərim

Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işkəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır.
Link
Ayə 110
111

Ən-Nəhl surəsi Ayə 111

Quran-ı Kərim

(Yada sal) o gün(ü) ki, hər bir şəxs mübahisə və özünü müdafiə edən halda gələr, hər bir kəsə etdiyi(nə uyğun mükafat və ya əməlinin gerçək təzahürü) kamil surətdə verilər və onlara zülm olunmaz (haqları kəsilməz).
Link
Ayə 111
112

Ən-Nəhl surəsi Ayə 112

Quran-ı Kərim

Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı.
Link
Ayə 112
113

Ən-Nəhl surəsi Ayə 113

Quran-ı Kərim

Və həqiqətən onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.
Link
Ayə 113
114

Ən-Nəhl surəsi Ayə 114

Quran-ı Kərim

Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.
Link
Ayə 114
115

Ən-Nəhl surəsi Ayə 115

Quran-ı Kərim

Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 115
116

Ən-Nəhl surəsi Ayə 116

Quran-ı Kərim

Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.
Link
Ayə 116
117

Ən-Nəhl surəsi Ayə 117

Quran-ı Kərim

(Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır. 118. Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Link
Ayə 117
118

Ən-Nəhl surəsi Ayə 118

Quran-ı Kərim

Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Link
Ayə 118
119

Ən-Nəhl surəsi Ayə 119

Quran-ı Kərim

Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri v əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır.
Link
Ayə 119
120

Ən-Nəhl surəsi Ayə 120

Quran-ı Kərim

Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. [Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.] O, Allah qarşısında təvazökar və itaətkar, haqqa yönələn idi və heç vaxt (nə vücudda, nə rübubiyyətdə, nə ibadətdə və nə də itaətdə) müşriklərdən olmamışdı.
Link
Ayə 120
121

Ən-Nəhl surəsi Ayə 121

Quran-ı Kərim

Allahın nemətlərinə şükr edən idi. Allah onu (nübuvvət və risalətə, sonra isə imamət və dostluq məqamına) seçdi və doğru yola hidayət etdi.
Link
Ayə 121
122

Ən-Nəhl surəsi Ayə 122

Quran-ı Kərim

Və ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar və çoxlu sərvət) verdik və əlbəttə o, axirətdə salehlərdən olacaqdır.
Link
Ayə 122
123

Ən-Nəhl surəsi Ayə 123

Quran-ı Kərim

Sonra sənə vəhy etdik ki, İbrahimin ayininə (onun tovhidi qəbul etmək yoluna və şirklə mübarizə üsuluna və onun dininin əsaslarına və şəriətinin qollarının ana xəttinə) tabe ol. Çünki o, haqqa yönələn idi və müşriklərdən deyildi.
Link
Ayə 123
124

Ən-Nəhl surəsi Ayə 124

Quran-ı Kərim

Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır.
Link
Ayə 124
125

Ən-Nəhl surəsi Ayə 125

Quran-ı Kərim

(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.
Link
Ayə 125
126

Ən-Nəhl surəsi Ayə 126

Quran-ı Kərim

Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.
Link
Ayə 126
127

Ən-Nəhl surəsi Ayə 127

Quran-ı Kərim

(Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.
Link
Ayə 127
128

Ən-Nəhl surəsi Ayə 128

Quran-ı Kərim

Şübhəsiz, Allah təqvalı olanlarla və yaxşı işlər görən kəslərlədir.
Link
Ayə 128

Süra Haqqında

Ən‑Nəhl surəsi haqqında

Ən‑Nəhl surəsi Qurani‑Kərimin on altıncı surəsidir və Məkkədə nazil olmuşdur. Bu surə Quranda 14‑cü cüzdə yerləşir. Surəyə “Nəhl” adı verilməsinin səbəbi 68‑ci ayədə bal arısına və Allahın ona verdiyi ilhama işarə olunmasıdır. Surədə Allahın nemətlərindən, axirətdən, tövhid və Allahın qüdrətindən bəhs edilir. Surə ədalətə, yaxşılığa, hicrətə və cihada təşviq edir, zülm, haqsızlıq və əhdə xilaf çıxmaqdan çəkindirir. Şərab, murdar ət, donuz əti və qan yeməyin haram olması bu surədəki əməli hökmlərdəndir. Peyğəmbərdən (s) rəvayət olunmuşdur ki, kim Ən‑Nəhl surəsini oxusa, Allah dünyada ona verdiyi nemətlərin hesabını ondan almaz. Bu surəni oxumağın faydalarından biri də insanı İblisin və onun ordusunun vəsvəsəsindən qorumasıdır.

📖 Tanıtım

“Şübhəsiz ki, Allah təqvalı olanlarla və yaxşılıq edənlərlədir.” (128‑ci ayə)

🌟 Adlandırma

  • Surənin məşhur adı Nəhldir.
  • Bu ad 68‑ci ayədə bal arısına işarə olunmasına görə verilmişdir.
  • Surə həmçinin “Nəəm” (nemətlər) adı ilə də tanınır, çünki əsas mövzusu Allahın nemətlərinin zikridir.

📊 Nazil olma yeri və ardıcıllığı

  • Ən‑Nəhl surəsi Məkkədə nazil olmuşdur.
  • Nazil olma ardıcıllığında 70‑ci surədir.
  • Qurandakı mövcud düzülüşdə 16‑cı surədir.
  • 14‑cü cüzdə yerləşir.

📐 Ayələrin sayı və digər xüsusiyyətlər

  • Ayə sayı: 128
  • Kəlmə sayı: 1851
  • Hərf sayı: 7838
  • Həcmi: orta ölçülü surədir, təxminən bir cüzün üçdə dördlük hissəsini əhatə edir.
  • 48‑ci ayədə müstəhəb səcdə vardır.

📚 Məzmun

Təsfir‑i Nümunəyə görə:

  • Allahın nemətlərinin sadalanması: yağış, günəş işığı, müxtəlif bitkilər, meyvələr, qida maddələri, heyvanlar.
  • Tövhid və Allahın qüdrətinə dəlillər, axirətə işarə, müşriklərə və günahkarlara xəbərdarlıq.
  • Əxlaqi və əməli hökmlər: ədalət, yaxşılıq, hicrət, cihad; fəsad, pislik, zülm və əhdə xilaf çıxmaqdan çəkindirmə.
  • Nemətlərə şükür etməyə çağırış; İbrahim peyğəmbər şükür edən bəndə kimi təqdim olunur.
  • Müşriklərin bidətləri: bəzi heyvanları əsassız olaraq haram elan etmələri və bunu Allaha isnad etmələri.
  • Şeytanın vəsvəsəsindən xəbərdarlıq.

Təfsir‑i Əl‑Mizan’a görə:

  • Surənin məqsədi dinin haqq olmasının qətiyyətlə qalib gələcəyini bəyan etməkdir.
  • Allah yeganə ibadət olunmağa layiq varlıqdır, bütün kainatı yaradan və idarə edən Odur.
  • Bütün nemətlər Ona məxsusdur və Onun dini yeganə doğru yoldur ki, ona bağlı qalmaq vacibdir.

 Yekun

Ən‑Nəhl surəsi Allahın nemətlərini tanıtdıran, tövhidi möhkəmləndirən, axirəti xatırladan və insanı ədalət, yaxşılıq, hicrət və cihada çağıran surədir. Surənin oxunması insanı İblisin vəsvəsəsindən qoruyur və Allahın verdiyi nemətlərin hesabını asanlaşdırır.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim