Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ən-Nəml ‏ surəsi

Ən-Nəml ‏ surəsi Ayələri

Toplam 93 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ən-Nəml ‏ surəsi Ayə 1

Quran-ı Kərim

Ta, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və belə mütəşabih ayələri vardır. And olsun Turi-sinaya və Süleymana ki, bu surə Qur’anın, aşkar və aydınlıq gətirən kitabın ayələridir).
Link
Ayə 1
2

Ən-Nəml ‏ surəsi Ayə 2

Quran-ı Kərim

Möminlərə yol göstərən və müjdə verəndir.
Link
Ayə 2
3

Ən-Nəml ‏ surəsi Ayə 3

Quran-ı Kərim

O kəslərə ki, namaz qılır və zəkat verirlər, o kəslərə ki, axirət gününə yəqinlik tapmışlar (möhkəm inanırlar).
Link
Ayə 3
4

Ən-Nəml ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Həqiqətən, axirət gününə iman gətirməyənlərin (çirkin və batil) əməllərini (onları öz başlarına buraxmaq və şeytanı onlara hakim etməklə) nəzərlərində zinətləndirdik. Buna görə də onlar daim dərbədər bir vəziyyətdədirlər.
Link
Ayə 4
5

Ən-Nəml ‏ surəsi Ayə 5

Quran-ı Kərim

Onları şiddətli əzab gözləyir və axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır! (Çünki, möminin günahdan əlavə savabları da vardır, lakin onların savabları aradan getmişdir).
Link
Ayə 5
6

Ən-Nəml ‏ surəsi Ayə 6

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Həqiqətən, bu Qur’an hikmətli olan və (hər şeyi) bilən (Allah) tərəfindən sənə verilir.
Link
Ayə 6
7

Ən-Nəml ‏ surəsi Ayə 7

Quran-ı Kərim

(Yada sal) o zaman(ı) ki, Musa öz ailəsinə demişdi: «Mən bir od hiss etdim (uzaqdan gördüm), tezliklə sizə ondan bir xəbər, yaxud (ondan) qoparılmış bir köz gətirərəm ki, bəlkə qızınasınız.»
Link
Ayə 7
8

Ən-Nəml ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Musa alovun yanına çatdıqda belə bir nida gəldi: «Alovun içində olan (qüdrət və cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir.»
Link
Ayə 8
9

Ən-Nəml ‏ surəsi Ayə 9

Quran-ı Kərim

«Ya Musa, həqiqətən, yenilməz qüdrət və hikmət sahibi olan Allah Mənəm».
Link
Ayə 9
10

Ən-Nəml ‏ surəsi Ayə 10

Quran-ı Kərim

«Əsanı at! (Musa əsasını yerə atdı.) Onun – iti sürünən ilan kimi sürətlə hərəkət etdiyini gördükdə, arxaya döndü və (elə getdi ki,) heç arxasına belə baxmadı. (Səs gəldi:) «Ya Musa, qorxma! Həqiqətən, peyğəmbərlərim Mənim yanımda qorxmazlar».
Link
Ayə 10
11

Ən-Nəml ‏ surəsi Ayə 11

Quran-ı Kərim

«Lakin kim zülm etsə, bu pis əməldən sonra onun əvəzinə yaxşı bir iş görsə, həqiqətən, Mən çox bağışlayan və mehribanam».
Link
Ayə 11
12

Ən-Nəml ‏ surəsi Ayə 12

Quran-ı Kərim

«Əlini qoynuna qoy ki, doqquz möcüzənin biri kimi parıldayan, eyibsiz-qüsursuz çıxsın. (Beləliklə) Firon və onun qövmünə sarı (yollan). Həqiqətən, onlar fasiq və itaətsiz bir qövmdürlər».
Link
Ayə 12
13

Ən-Nəml ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Bizim aşkar və aydınlıq gətirən möcüzələrimiz onlara gəldikdə dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
Link
Ayə 13
14

Ən-Nəml ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə fəsad törədənlərin aqibəti necə oldu !
Link
Ayə 14
15

Ən-Nəml ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!».
Link
Ayə 15
16

Ən-Nəml ‏ surəsi Ayə 16

Quran-ı Kərim

Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: «Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir».
Link
Ayə 16
17

Ən-Nəml ‏ surəsi Ayə 17

Quran-ı Kərim

Süleymanın cin, insan və quşlardan ibarət olan qoşunu (döyüşə çıxmaq, ya hərbi hazırlıq üçün) toplandı. Qoşunun əvvəlinin və axırının birlikdə olması üçün hamısını bir yerə yığdılar.
Link
Ayə 17
18

Ən-Nəml ‏ surəsi Ayə 18

Quran-ı Kərim

Nəhayət, (onlar) «Vadin-nəmlə» (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: «Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!».
Link
Ayə 18
19

Ən-Nəml ‏ surəsi Ayə 19

Quran-ı Kərim

Süleyman onun sözünə gülümsəyib (onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükr edərək) dedi: «Ey Rəbbim, mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver) və məni Öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et».
Link
Ayə 19
20

Ən-Nəml ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Sonra Süleyman (qoşunundakı) quşları yoxlayıb dedi: «Mənə nə olub ki, Hüd-hüdü görmürəm. Yoxsa o burada deyildir?»
Link
Ayə 20
21

Ən-Nəml ‏ surəsi Ayə 21

Quran-ı Kərim

«Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da o (üzürlü səbəbə görə burada olmaması barədə) açıq-aşkar bir dəlil gətirsin».
Link
Ayə 21
22

Ən-Nəml ‏ surəsi Ayə 22

Quran-ı Kərim

Beləliklə çox keçmədi ki, Hüd-hüd (qayıtdı və) dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün «Səba» şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm».
Link
Ayə 22
23

Ən-Nəml ‏ surəsi Ayə 23

Quran-ı Kərim

«Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır».
Link
Ayə 23
24

Ən-Nəml ‏ surəsi Ayə 24

Quran-ı Kərim

«Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».
Link
Ayə 24
25

Ən-Nəml ‏ surəsi Ayə 25

Quran-ı Kərim

«Göylərdə və yerdə pünhan olanları aşkara çıxaran (otları torpaqdan, dənləri bitkidən, meyvələri ağacdan, sürünənləri yerdən, heyvanları nütfədən, suları buluddan, elmləri beyindən, mələkləri nurdan, şeytanları oddan və ümumiyyətlə bütün mövcudları «yoxluq» adlı gizli bir «evdən» çıxaran) və gizlətdiyiniz şeyləri (qəlbdən keçənlərin) və aşkar etdiklərinizi (xəlvətdə və aşkarda etdiyiniz əməlləri) bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir)».
Link
Ayə 25
26

Ən-Nəml ‏ surəsi Ayə 26

Quran-ı Kərim

«Allahdan başqa heç bir tanrı yoxdur və O, böyük (əzəmətli) ərşin sahibidir (varlıq aləmi üzərində həqiqi və geniş hakimiyyəti vardır)».
Link
Ayə 26
27

Ən-Nəml ‏ surəsi Ayə 27

Quran-ı Kərim

(Süleyman) dedi: «İndi isə, baxaq görək doğru deyirsən, yoxsa yalançısan».
Link
Ayə 27
28

Ən-Nəml ‏ surəsi Ayə 28

Quran-ı Kərim

«Mənim bu məktubumu apar və onların tərəfinə at, sonra onlardan uzaqlaş (aralan), bax gör ki, (fikir mübadiləsi zamanı) nə danışırlar».
Link
Ayə 28
29

Ən-Nəml ‏ surəsi Ayə 29

Quran-ı Kərim

(Hüd-hüd məktubu Səba mələkəsinə atdıqda, mələkə) dedi: «Ey əyanlar və böyüklər, mənim üçün çox dəyərli və hörmətli bir məktub atılmışdır».
Link
Ayə 29
30

Ən-Nəml ‏ surəsi Ayə 30

Quran-ı Kərim

«Bu məktub Süleymandan gəlmişdir və (o) «Bağışlayan və mehriban Allahın adı ilə» (başlayır).
Link
Ayə 30
31

Ən-Nəml ‏ surəsi Ayə 31

Quran-ı Kərim

«(Və onun məzmunu) belə(dir) ki; «Məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin».
Link
Ayə 31
32

Ən-Nəml ‏ surəsi Ayə 32

Quran-ı Kərim

(Sonra) dedi: «Ey əyanlar və böyüklər, işim barədə mənə rəyinizi söyləyin, çünki mən heç vaxt siz yanımda olmayınca bir iş barədə qəti hökm verməmişəm».
Link
Ayə 32
33

Ən-Nəml ‏ surəsi Ayə 33

Quran-ı Kərim

Dedilər: «Bizim (böyük) gücümüz (qoşunumuz və sursatımız) vardır, şücaət sahibiyik, yüksək hərbi imkana malikik. Əmr sənindir. Odur ki, bax gör nə əmr edirsən».
Link
Ayə 33
34

Ən-Nəml ‏ surəsi Ayə 34

Quran-ı Kərim

Dedi: «Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər».
Link
Ayə 34
35

Ən-Nəml ‏ surəsi Ayə 35

Quran-ı Kərim

«Mən onlara bir hədiyyə göndərəcəyəm, görüm elçilərim nə ilə (hansı halla və cavabla) qayıdacaqlar».
Link
Ayə 35
36

Ən-Nəml ‏ surəsi Ayə 36

Quran-ı Kərim

Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz».
Link
Ayə 36
37

Ən-Nəml ‏ surəsi Ayə 37

Quran-ı Kərim

«Onların (mələkə və tayfasının) yanına qayıt! Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur və şübhəsiz, onları o torpaqdan əsir və zəlil halında çıxaracağıq».
Link
Ayə 37
38

Ən-Nəml ‏ surəsi Ayə 38

Quran-ı Kərim

(Sonra) dedi: «Ey əyanlar və böyüklər, onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?»
Link
Ayə 38
39

Ən-Nəml ‏ surəsi Ayə 39

Quran-ı Kərim

Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»
Link
Ayə 39
40

Ən-Nəml ‏ surəsi Ayə 40

Quran-ı Kərim

Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükr etsə, öz xeyrinə şükr edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir».
Link
Ayə 40
41

Ən-Nəml ‏ surəsi Ayə 41

Quran-ı Kərim

(Bu zaman Süleyman) dedi: «Onun taxtını (rəngini və formasını dəyişməklə) tanınmaz hala salın, baxaq görək (onu tanımaqla) yol tapacaq, ya yol tapmayanlardan olacaq».
Link
Ayə 41
42

Ən-Nəml ‏ surəsi Ayə 42

Quran-ı Kərim

Beləliklə, elə ki, (Səba mələkəsi) gəldi, deyildi: «Sənin taxtın da belədirmi ?» Dedi: «Sanki, özüdür. Bundan öncə bizə (Süleymanın qüdrəti haqda) elm verilmişdir və biz təslim olanlardan idik».
Link
Ayə 42
43

Ən-Nəml ‏ surəsi Ayə 43

Quran-ı Kərim

Allahdan başqasına ibadət etməsi ona (Allaha iman gətirməyə və Ona ibadət etməyə) mane olmuşdu. Çünki o, kafir bir tayfadan idi.
Link
Ayə 43
44

Ən-Nəml ‏ surəsi Ayə 44

Quran-ı Kərim

Ona deyildi: «Qəsrin həyətinə daxil ol». Qəsrin həyətini gördükdə çoxlu su olduğunu güman etdi, odur ki, paltarının ətəyini baldırdan yuxarı qaldırdı. (Süleyman) dedi: «(Bu gördüyün) şüşədən ibarət olan şəffaf və sadə bir həyətdir». (Mələkə) dedi: «Ey Rəbbim, həqiqətən, mən (indiyə qədər) özümə zülm etmişəmmiş. İndi isə aləmlərin Rəbbinin müqabilində Süleymanla birgə müsəlman oldum». (Qəsrin əzəmətini görməsi, Hüd-hüdun məsələsi, taxtın gətirilməsi onun müsəlman olmasına səbəb oldu).
Link
Ayə 44
45

Ən-Nəml ‏ surəsi Ayə 45

Quran-ı Kərim

Biz Səmud qövmünə onların (qəbilə) qardaşları olan Salehi göndərdik ki, Allaha ibadət etsinlər. Bu zaman onlar (möminlər və kafirlərə), bir-birilə çəkişən və düşmənçilik edən iki dəstəyə ayrıldılar.
Link
Ayə 45
46

Ən-Nəml ‏ surəsi Ayə 46

Quran-ı Kərim

(Saleh) dedi: «Ey mənim tayfam, nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz (tövbəni və imanı təxirə salırsınız)?! Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?»
Link
Ayə 46
47

Ən-Nəml ‏ surəsi Ayə 47

Quran-ı Kərim

Dedilər: «(Ey Saleh,) bizim uğursuzluğumuz sənin və yanındakıların nəhsliyindəndir (şərin və pisliyin səbəbi sizsiniz)». Dedi: «Sizin şər və uğursuzluğunuzun (səbəbi günahlarınızdır və günahlarınız) Allah yanındadır (Biz onun səbəbi deyilik). (Əslində) siz imtahan olunan bir tayfasınız (bu hadisələrin hamısı cəza xarakteri daşımır, əslində sizin imtahanınız üçündür)».
Link
Ayə 47
48

Ən-Nəml ‏ surəsi Ayə 48

Quran-ı Kərim

Və o şəhərdə (şəhərin əşraflarından və azğınlarından ibarət) doqquz nəfər (yaxud doqquz kiçik dəstə) var idi ki, yer üzündə fitnə-fəsad törədər və əsla yaxşı bir iş görməzdilər.
Link
Ayə 48
49

Ən-Nəml ‏ surəsi Ayə 49

Quran-ı Kərim

Onlar bir-birlərinə dedilər: «Allaha birlikdə and için ki, ona və ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna (vəlisinə) deyərik ki, biz (onun və) ailəsinin (kim tərəfindən) qətl olunduğunu görməmişik və əlbəttə, biz düz danışanıq».
Link
Ayə 49
50

Ən-Nəml ‏ surəsi Ayə 50

Quran-ı Kərim

Və onlar böyük bir məkr işlətdilər. Biz isə özləri də bilmədən böyük məkr işlətdik (tədbir tökdük).
Link
Ayə 50
51

Ən-Nəml ‏ surəsi Ayə 51

Quran-ı Kərim

Beləliklə bir gör ki, onların məkrlərinin aqibəti necə oldu. Biz onları və (onlarla eyni əqidədə olan) qövmlərini, hamılıqla yox etdik.
Link
Ayə 51
52

Ən-Nəml ‏ surəsi Ayə 52

Quran-ı Kərim

Beləliklə bu, onların viran və (sakinlərsiz) bom-boş qalmış evləridir! Həqiqətən, bunda (bu hadisədə) bilən bir qövm üçün ibrət nişanəsi vardır.
Link
Ayə 52
53

Ən-Nəml ‏ surəsi Ayə 53

Quran-ı Kərim

İman gətirən və daim təqvalı olan kəslərə (isə) nicat verdik.
Link
Ayə 53
54

Ən-Nəml ‏ surəsi Ayə 54

Quran-ı Kərim

Lutu (yada sal), o zaman (o), öz qövmünə dedi: «Belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz?!»
Link
Ayə 54
55

Ən-Nəml ‏ surəsi Ayə 55

Quran-ı Kərim

«Siz qadınları qoyub şəhvət məqsədilə kişilərləmi yaxınlıq edirsiniz?! Həqiqətən, siz daim cahillik edən bir qövmsünüz».
Link
Ayə 55
56

Ən-Nəml ‏ surəsi Ayə 56

Quran-ı Kərim

Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır (və sizin əməlinizdən uzaq olmaq istəyirlər)».
Link
Ayə 56
57

Ən-Nəml ‏ surəsi Ayə 57

Quran-ı Kərim

Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını (əzəldən) təqdir etmişdik..
Link
Ayə 57
58

Ən-Nəml ‏ surəsi Ayə 58

Quran-ı Kərim

Onların başına (daşdan) yağış yağdırdıq. O qorxudulanların yağışı nə yaman pis bir yağış idi!
Link
Ayə 58
59

Ən-Nəml ‏ surəsi Ayə 59

Quran-ı Kərim

(Ya Peyğəmbər!) de: «Şükr və sitayiş Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndələrinə (peyğəmbərlərə, onların canişinlərinə və saleh- əməlli möminlərə); Allah daha yaxşıdır, yoxsa onların Allaha şərik qoşduqları?!»
Link
Ayə 59
60

Ən-Nəml ‏ surəsi Ayə 60

Quran-ı Kərim

(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar.
Link
Ayə 60
61

Ən-Nəml ‏ surəsi Ayə 61

Quran-ı Kərim

(O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.
Link
Ayə 61
62

Ən-Nəml ‏ surəsi Ayə 62

Quran-ı Kərim

(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!
Link
Ayə 62
63

Ən-Nəml ‏ surəsi Ayə 63

Quran-ı Kərim

(O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhmətindən (yağışdan) öncə bir müjdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır.
Link
Ayə 63
64

Ən-Nəml ‏ surəsi Ayə 64

Quran-ı Kərim

(O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən və yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil – sübutunuzu gətirin».
Link
Ayə 64
65

Ən-Nəml ‏ surəsi Ayə 65

Quran-ı Kərim

(Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər».
Link
Ayə 65
66

Ən-Nəml ‏ surəsi Ayə 66

Quran-ı Kərim

(Qiyamət haqdır.) Onların axirətə olan elmi (başları tamam dünyaya qarışdığına görə) qurtarmışdır. Əslində onlar (dəlilləri eşitməklərinə baxmayaraq yenə də) axirət barəsində şəkk–şübhədədirlər. (Bədbəxtlikləri üzündən və qəlblərinə vurulan möhürə görə) axirətə qarşı kordurlar.
Link
Ayə 66
67

Ən-Nəml ‏ surəsi Ayə 67

Quran-ı Kərim

Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (nə vaxtsa dirildilib, qəbirlərdən) çıxarılacağıq?!»
Link
Ayə 67
68

Ən-Nəml ‏ surəsi Ayə 68

Quran-ı Kərim

«Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!».
Link
Ayə 68
69

Ən-Nəml ‏ surəsi Ayə 69

Quran-ı Kərim

(Ya peyğəmbər!) de: «Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!»
Link
Ayə 69
70

Ən-Nəml ‏ surəsi Ayə 70

Quran-ı Kərim

(Ya peyğəmbər!) Onlar(ın iman gətirməmələrinə və inadkarlıqların)a görə qəm yemə və etdikləri məkr və hiylələrə görə ürəyini sıxma (çünki, Biz səni qoruyuruq).
Link
Ayə 70
71

Ən-Nəml ‏ surəsi Ayə 71

Quran-ı Kərim

Və dedilər: «Əgər doğru danışansınızsa bu vəd (dünya əzabı, yaxud Qiyamət əzabı) nə vaxt olacaqdır?!»
Link
Ayə 71
72

Ən-Nəml ‏ surəsi Ayə 72

Quran-ı Kərim

De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».
Link
Ayə 72
73

Ən-Nəml ‏ surəsi Ayə 73

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.
Link
Ayə 73
74

Ən-Nəml ‏ surəsi Ayə 74

Quran-ı Kərim

Və əlbəttə, sənin Rəbbin onların (ürəklərində) gizli saxladıqlarını da (dil vasitəsilə) aşkar etdiklərini də bilir.
Link
Ayə 74
75

Ən-Nəml ‏ surəsi Ayə 75

Quran-ı Kərim

Göylərdə və yerdə elə bir gizlin şey yoxdur ki, açıq – aydın kitabda (Lövhi - məhfuzda) təsbit edilmiş və yazılmış olmasın.
Link
Ayə 75
76

Ən-Nəml ‏ surəsi Ayə 76

Quran-ı Kərim

Həqiqətən, bu Qur’an İsrail övladlarına ixtilafda olduqları şeylərin əksəriyyətini (Üzeyirin və İsanın övladlığı, Məsihin qətli və bəzi yeməklərin haramlığı kimi) xəbər verir.
Link
Ayə 76
77

Ən-Nəml ‏ surəsi Ayə 77

Quran-ı Kərim

Və əlbəttə o, möminlər üçün başdan – başa hidayət (doğru yol göstərən) və mərhəmətdir.
Link
Ayə 77
78

Ən-Nəml ‏ surəsi Ayə 78

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin onların (İsrail övladlarının arasında Qiyamət günü ixtilafda olduqları bütün məsələlərə dair) Öz hökmü ilə hakimlik edəcəkdir. O, qüdrətli, qalib və (hər şeyi) biləndir.
Link
Ayə 78
79

Ən-Nəml ‏ surəsi Ayə 79

Quran-ı Kərim

Belə isə, Allaha təvəkkül et. Sən, şübhəsiz (din, kitab və mərifətlər baxımından) açıq – aydın haqq yoldasan.
Link
Ayə 79
80

Ən-Nəml ‏ surəsi Ayə 80

Quran-ı Kərim

Şübhəsiz, sən ölülərə, (küfr və inad edənlərə) eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən.
Link
Ayə 80
81

Ən-Nəml ‏ surəsi Ayə 81

Quran-ı Kərim

Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər.
Link
Ayə 81
82

Ən-Nəml ‏ surəsi Ayə 82

Quran-ı Kərim

(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsl həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır).
Link
Ayə 82
83

Ən-Nəml ‏ surəsi Ayə 83

Quran-ı Kərim

(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar.
Link
Ayə 83
84

Ən-Nəml ‏ surəsi Ayə 84

Quran-ı Kərim

Hazır olduqları zaman (Allah) buyurar: «Mənim nişanələrimi onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə edirdiniz (Mənim ayələrimlə necə rəftar edirdiniz)?»
Link
Ayə 84
85

Ən-Nəml ‏ surəsi Ayə 85

Quran-ı Kərim

Və etdikləri zülmlərə görə onlar barəsində mütləq olan əzab sözü yerinə yetirilər. Onlar heç danışa da bilməzlər. (Bu üç ayənin məzmunu da Qiyamətdən öncə olacaq hadisələrin sirlərindəndir).
Link
Ayə 85
86

Ən-Nəml ‏ surəsi Ayə 86

Quran-ı Kərim

Məgər, gecəni rahatlıqları üçün yaratdığımızı və gündüzü (iş-güclə məşğul olmaları üçün) işıqlı etdiyimizi görmədilərmi? Həqiqətən bunda (bu yaradılışda) iman gətirən bir tayfa üçün (qüdrət və hikmətdən) nişanələr vardır.
Link
Ayə 86
87

Ən-Nəml ‏ surəsi Ayə 87

Quran-ı Kərim

(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.
Link
Ayə 87
88

Ən-Nəml ‏ surəsi Ayə 88

Quran-ı Kərim

(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır. (Və həmin gün haqq-hesab soruşulacaqdır).
Link
Ayə 88
89

Ən-Nəml ‏ surəsi Ayə 89

Quran-ı Kərim

Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar.
Link
Ayə 89
90

Ən-Nəml ‏ surəsi Ayə 90

Quran-ı Kərim

Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) «Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?»
Link
Ayə 90
91

Ən-Nəml ‏ surəsi Ayə 91

Quran-ı Kərim

(Ya Peyğəmbər! De:) « Mənə yalnız bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir Allaha ki, onu (o şəhəri) möhtərəm saymış və ona toxunulmazlıq vermişdir. (Varlıq aləmindən olan) hər bir şey Ona məxsusdur və mənə Onun iradəsinə təslim olanlardan olmaq əmr edilmişdir.
Link
Ayə 91
92

Ən-Nəml ‏ surəsi Ayə 92

Quran-ı Kərim

(Mənə buyurulmuşdur ki,) bu Qur’anı (camaat üçün) oxuyam. Kim düz yola gəlsə, yalnız öz xeyrinə yol tapmışdır və kim yoldan azsa, de ki; «Mən yalnız qorxudanlardanam (və həqiqi hidayət mənim əlimdə deyildir)».
Link
Ayə 92
93

Ən-Nəml ‏ surəsi Ayə 93

Quran-ı Kərim

Və de: «Həmd (aləmdəkiləri bu kitaba doğru dəvət etmiş) Allaha məxsusudur. Tezliklə Allah Öz (qəti) nişanələrini sizə (müşriklərə dünyada Bədr günündəki kimi və ya axirətdə) göstərəcək, siz onu tanıyacaqsınız. Sənin Rəbbin etdiklərinizdən xəbərsiz deyildir!»
Link
Ayə 93

Süra Haqqında

Ən-Nəml ‏ surəsi Quran-ı Kərimdə 27. surədir və 93 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 93 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim