Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Nuh surəsi

Nuh surəsi Ayələri

Toplam 28 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Nuh surəsi Ayə 1

Quran-ı Kərim

Həqiqətən, Biz Nuhu öz qövmünə yolladıq ki: «Öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxut».
Link
Ayə 1
2

Nuh surəsi Ayə 2

Quran-ı Kərim

(Nuh) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün açıq – aşkar bir qorxudan (peyğəmbərəm)»,
Link
Ayə 2
3

Nuh surəsi Ayə 3

Quran-ı Kərim

«(Göndərilmişəm ki,) Allaha ibadət edəsiniz, Ondan qorxasınız və mənə itaət edəsiniz».
Link
Ayə 3
4

Nuh surəsi Ayə 4

Quran-ı Kərim

«(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz».
Link
Ayə 4
5

Nuh surəsi Ayə 5

Quran-ı Kərim

Dedi: «Ey Rəbbim, mən öz qövmümü gecə – gündüz (haqqa) dəvət etdim».
Link
Ayə 5
6

Nuh surəsi Ayə 6

Quran-ı Kərim

«Lakin mənim dəvətim onlar üçün (haqdan) qaçmaqdan savayı bir şey artırmadı».
Link
Ayə 6
7

Nuh surəsi Ayə 7

Quran-ı Kərim

«Sənin onları bağışlamağın üçün mən nə vaxt onları dəvət etdimsə barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, (etiraz edərək inadla) israr etdilər və şiddətlə təkəbbür göstərdilər».
Link
Ayə 7
8

Nuh surəsi Ayə 8

Quran-ı Kərim

«Yenə də mən onları uca səslə və aşkar şəkildə dəvət etdim».
Link
Ayə 8
9

Nuh surəsi Ayə 9

Quran-ı Kərim

«Sonra onlara dəvəti (həm) aşkarda, cəmiyyətlərində və (həm də) sirli və gizlində bildirdim».
Link
Ayə 9
10

Nuh surəsi Ayə 10

Quran-ı Kərim

Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin.Çünki O, çox bağışlayandır».
Link
Ayə 10
11

Nuh surəsi Ayə 11

Quran-ı Kərim

« Göydən (buluddan) sizə bol yağış göndərsin».
Link
Ayə 11
12

Nuh surəsi Ayə 12

Quran-ı Kərim

«Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın».
Link
Ayə 12
13

Nuh surəsi Ayə 13

Quran-ı Kərim

«Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!»
Link
Ayə 13
14

Nuh surəsi Ayə 14

Quran-ı Kərim

«Halbuki, O, sizi müxtəlif mərhələlərdə və hallarda yaratmışdır (torpaq, bitki, yemək, nütfə, ələqə, muzğə, döl, körpə, cavan, qoca)».
Link
Ayə 14
15

Nuh surəsi Ayə 15

Quran-ı Kərim

«Məgər (qəlb gözü ilə) görmədinizmi ki, Allah yeddi göyü bir-biri üzərində qat-qat necə yaratmışdır?!»
Link
Ayə 15
16

Nuh surəsi Ayə 16

Quran-ı Kərim

«Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi».
Link
Ayə 16
17

Nuh surəsi Ayə 17

Quran-ı Kərim

«Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)».
Link
Ayə 17
18

Nuh surəsi Ayə 18

Quran-ı Kərim

«Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və Bərzəx ruhunu ona daxil edəcəkdir)».
Link
Ayə 18
19

Nuh surəsi Ayə 19

Quran-ı Kərim

«Və Allah bu yeri sizin üçün döşənmiş bir xalça etdi ki,
Link
Ayə 19
20

Nuh surəsi Ayə 20

Quran-ı Kərim

Orada geniş səhra və dağ arası yollarında (öz yaşayış məqsədləriniz üçün ) gəzəsiniz.»
Link
Ayə 20
21

Nuh surəsi Ayə 21

Quran-ı Kərim

Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».
Link
Ayə 21
22

Nuh surəsi Ayə 22

Quran-ı Kərim

«Və olduqca böyük bir hiylə qurdular».
Link
Ayə 22
23

Nuh surəsi Ayə 23

Quran-ı Kərim

«Və (öz tabeliyində olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin və heç vaxt «Vədd», «Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları ) atmayın!»
Link
Ayə 23
24

Nuh surəsi Ayə 24

Quran-ı Kərim

«Həqiqətən, (o başçılar) çoxlarını azdırdılar; və (ey Rəbbim,) zalımların ancaq azğınlığını artır».
Link
Ayə 24
25

Nuh surəsi Ayə 25

Quran-ı Kərim

(Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar.
Link
Ayə 25
26

Nuh surəsi Ayə 26

Quran-ı Kərim

Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!»
Link
Ayə 26
27

Nuh surəsi Ayə 27

Quran-ı Kərim

«Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».
Link
Ayə 27
28

Nuh surəsi Ayə 28

Quran-ı Kərim

«Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».
Link
Ayə 28

Süra Haqqında

Nuh surəsi Quran-ı Kərimdə 71. surədir və 28 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 28 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim