Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Nun (Qələm) surəsi

Nun (Qələm) surəsi Ayələri

Toplam 52 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Nun (Qələm) surəsi Ayə 1

Quran-ı Kərim

Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi – Məhfuza və (qələmin batrılaraq yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi – Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər; və Lövhi – Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
Link
Ayə 1
2

Nun (Qələm) surəsi Ayə 2

Quran-ı Kərim

Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!
Link
Ayə 2
3

Nun (Qələm) surəsi Ayə 3

Quran-ı Kərim

Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.
Link
Ayə 3
4

Nun (Qələm) surəsi Ayə 4

Quran-ı Kərim

Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.
Link
Ayə 4
5

Nun (Qələm) surəsi Ayə 5

Quran-ı Kərim

Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,
Link
Ayə 5
6

Nun (Qələm) surəsi Ayə 6

Quran-ı Kərim

Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.
Link
Ayə 6
7

Nun (Qələm) surəsi Ayə 7

Quran-ı Kərim

Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.
Link
Ayə 7
8

Nun (Qələm) surəsi Ayə 8

Quran-ı Kərim

Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.
Link
Ayə 8
9

Nun (Qələm) surəsi Ayə 9

Quran-ı Kərim

Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.
Link
Ayə 9
10

Nun (Qələm) surəsi Ayə 10

Quran-ı Kərim

Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,
Link
Ayə 10
11

Nun (Qələm) surəsi Ayə 11

Quran-ı Kərim

Çox eyb axtarana, pis danışana və söz gəzdirənə,
Link
Ayə 11
12

Nun (Qələm) surəsi Ayə 12

Quran-ı Kərim

Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,
Link
Ayə 12
13

Nun (Qələm) surəsi Ayə 13

Quran-ı Kərim

Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!
Link
Ayə 13
14

Nun (Qələm) surəsi Ayə 14

Quran-ı Kərim

(Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.
Link
Ayə 14
15

Nun (Qələm) surəsi Ayə 15

Quran-ı Kərim

Bizim ayələrimiz ona oxunduğu zaman deyər: «(Bunlar) keçmişdəkilərin əfsanələridir».
Link
Ayə 15
16

Nun (Qələm) surəsi Ayə 16

Quran-ı Kərim

Biz tezliklə onun burnuna (zillət) dağı basacağıq.
Link
Ayə 16
17

Nun (Qələm) surəsi Ayə 17

Quran-ı Kərim

Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
Link
Ayə 17
18

Nun (Qələm) surəsi Ayə 18

Quran-ı Kərim

Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.
Link
Ayə 18
19

Nun (Qələm) surəsi Ayə 19

Quran-ı Kərim

Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.
Link
Ayə 19
20

Nun (Qələm) surəsi Ayə 20

Quran-ı Kərim

Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü.
Link
Ayə 20
21

Nun (Qələm) surəsi Ayə 21

Quran-ı Kərim

Səhər çağı (onlar) bir-birlərini (belə) səslədilər:
Link
Ayə 21
22

Nun (Qələm) surəsi Ayə 22

Quran-ı Kərim

«Əgər (meyvə) yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın!»
Link
Ayə 22
23

Nun (Qələm) surəsi Ayə 23

Quran-ı Kərim

Beləliklə bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. (Onlar deyirdilər:)
Link
Ayə 23
24

Nun (Qələm) surəsi Ayə 24

Quran-ı Kərim

«Məbada bu gün hər hansı bir fəqir bağa sizin yanınıza gəlsin!»
Link
Ayə 24
25

Nun (Qələm) surəsi Ayə 25

Quran-ı Kərim

Onlar səhər erkən (fəqirləri) məhrum etmək məqsədi ilə getdilər.
Link
Ayə 25
26

Nun (Qələm) surəsi Ayə 26

Quran-ı Kərim

O bağı gördükdə, dedilər: «Yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq».
Link
Ayə 26
27

Nun (Qələm) surəsi Ayə 27

Quran-ı Kərim

«(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!»
Link
Ayə 27
28

Nun (Qələm) surəsi Ayə 28

Quran-ı Kərim

Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)»
Link
Ayə 28
29

Nun (Qələm) surəsi Ayə 29

Quran-ı Kərim

Dedilər: «Rəbbimiz pakdır. Həqiqətən, biz zalım idik!»
Link
Ayə 29
30

Nun (Qələm) surəsi Ayə 30

Quran-ı Kərim

(Sonra) bir-birlərinə üz tutaraq danlamağa başladılar.
Link
Ayə 30
31

Nun (Qələm) surəsi Ayə 31

Quran-ı Kərim

Dedilər: «Vay halımıza, şübhəsiz, biz tüğyan edən idik».
Link
Ayə 31
32

Nun (Qələm) surəsi Ayə 32

Quran-ı Kərim

«Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».
Link
Ayə 32
33

Nun (Qələm) surəsi Ayə 33

Quran-ı Kərim

(Bizim dünyadakı) əzab(ımız) belədir. Əlbəttə, axirət əzabı daha böyükdür, kaş biləydilər!
Link
Ayə 33
34

Nun (Qələm) surəsi Ayə 34

Quran-ı Kərim

Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli Cənnətlər vardır.
Link
Ayə 34
35

Nun (Qələm) surəsi Ayə 35

Quran-ı Kərim

Belə isə, məgər Biz təslim olanları (axirət mükafatı baxımından) günahkarlarla bərabər tutarıqmı?!
Link
Ayə 35
36

Nun (Qələm) surəsi Ayə 36

Quran-ı Kərim

Sizə nə olub? Necə hökm edirsiniz?!
Link
Ayə 36
37

Nun (Qələm) surəsi Ayə 37

Quran-ı Kərim

Yoxsa sizin elə bir (səmavi) kitabınız var ki, orada oxuyursunuz ki,
Link
Ayə 37
38

Nun (Qələm) surəsi Ayə 38

Quran-ı Kərim

(O aləmdə) bəyənib seçdiyiniz hər şey sizin üçündür?!
Link
Ayə 38
39

Nun (Qələm) surəsi Ayə 39

Quran-ı Kərim

Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!
Link
Ayə 39
40

Nun (Qələm) surəsi Ayə 40

Quran-ı Kərim

Onlardan soruş ki, hansı biri buna (bu iddiaya) zamindir?!
Link
Ayə 40
41

Nun (Qələm) surəsi Ayə 41

Quran-ı Kərim

Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.
Link
Ayə 41
42

Nun (Qələm) surəsi Ayə 42

Quran-ı Kərim

(Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).
Link
Ayə 42
43

Nun (Qələm) surəsi Ayə 43

Quran-ı Kərim

Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.
Link
Ayə 43
44

Nun (Qələm) surəsi Ayə 44

Quran-ı Kərim

Belə isə, bu kəlamı (Qur’anı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.
Link
Ayə 44
45

Nun (Qələm) surəsi Ayə 45

Quran-ı Kərim

Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.
Link
Ayə 45
46

Nun (Qələm) surəsi Ayə 46

Quran-ı Kərim

Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!
Link
Ayə 46
47

Nun (Qələm) surəsi Ayə 47

Quran-ı Kərim

Ya bəlkə qeyb (Lövhi – Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil – sübut gətirirlər və sənə ehtiyacları qalmır)?
Link
Ayə 47
48

Nun (Qələm) surəsi Ayə 48

Quran-ı Kərim

Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
Link
Ayə 48
49

Nun (Qələm) surəsi Ayə 49

Quran-ı Kərim

Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).
Link
Ayə 49
50

Nun (Qələm) surəsi Ayə 50

Quran-ı Kərim

Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi.
Link
Ayə 50
51

Nun (Qələm) surəsi Ayə 51

Quran-ı Kərim

Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Qur’anı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»
Link
Ayə 51
52

Nun (Qələm) surəsi Ayə 52

Quran-ı Kərim

Halbuki, bu (Peyğəmbər və bu Qur’an) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.
Link
Ayə 52

Süra Haqqında

Nun (Qələm) surəsi Quran-ı Kərimdə 68. surədir və 52 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 52 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim