Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Sad surəsi

Sad surəsi Ayələri

Toplam 88 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Sad surəsi Ayə 1

Quran-ı Kərim

Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qur’ana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!
Link
Ayə 1
2

Sad surəsi Ayə 2

Quran-ı Kərim

(Onların deyilənləri qəbul etməmələrinin səbəbi sənin təbliğinin qüsurlu olması deyil.) Əksinə, küfr edənlər təkəbbür və qürur, müxalifət və düşmənçilik içərisindədirlər.
Link
Ayə 2
3

Sad surəsi Ayə 3

Quran-ı Kərim

Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi.
Link
Ayə 3
4

Sad surəsi Ayə 4

Quran-ı Kərim

Onlar özlərinə (mələk və cinlərdən deyil) öz (cins)lərindən qorxudan gəlməsindən təəccüb etdilər. Və kafirlər dedilər: «Bu, yalançı bir cadugərdir!
Link
Ayə 4
5

Sad surəsi Ayə 5

Quran-ı Kərim

O, məbudların hamısını bir məbud edib? Doğrudan da bu, çox təəccüblü bir şeydir!»
Link
Ayə 5
6

Sad surəsi Ayə 6

Quran-ı Kərim

Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).
Link
Ayə 6
7

Sad surəsi Ayə 7

Quran-ı Kərim

Biz bunu (bu mətləbi, yəni gözəgörünməz bir məbuda ibadət edilməsini) son dində (atalarımızın dinində) eşitməmişik. Bu (iddia), uydurma yalandan başqa bir şey deyildir.
Link
Ayə 7
8

Sad surəsi Ayə 8

Quran-ı Kərim

Bu yada salan (Qur’an) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Qur’an)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar.
Link
Ayə 8
9

Sad surəsi Ayə 9

Quran-ı Kərim

Yoxsa sənin qüdrətli və çox əta edən (və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan) Rəbbinin mərhəmət xəzinələri onların yanındadır (ki, istədikləri kəsə bağışlasınlar)?
Link
Ayə 9
10

Sad surəsi Ayə 10

Quran-ı Kərim

Yoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur?! (Əgər elədirsə) onda, (Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün) istənilən vasitə ilə yuxarı qalxsınlar.
Link
Ayə 10
11

Sad surəsi Ayə 11

Quran-ı Kərim

Onlar öz yerlərində (qədim peyğəmbərlərlə vuruşan) keçmiş dəstələrin qalıqlarından ibarət azacıq və məğlubiyyətə uğramış bir qoşundurlar.
Link
Ayə 11
12

Sad surəsi Ayə 12

Quran-ı Kərim

Onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad, saray və ordu (yaxud oyun və işkəncə mismarları) sahibi Firon da (Bizim peyğəmbərlərimizi) təkzib etdi.
Link
Ayə 12
13

Sad surəsi Ayə 13

Quran-ı Kərim

Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi.
Link
Ayə 13
14

Sad surəsi Ayə 14

Quran-ı Kərim

Onların hamısı Bizim peyğəmbərlərimizi təkzib etdilər. Beləliklə (onlar barəsində) Mənim cəzam gerçəkləşdi.
Link
Ayə 14
15

Sad surəsi Ayə 15

Quran-ı Kərim

Bunlar (Məkkə kafirləri), yalnız, barəsində heç bir möhlət və təxir olmayan bir bağırtını gözləyirlər.
Link
Ayə 15
16

Sad surəsi Ayə 16

Quran-ı Kərim

Və onlar (istehza ilə) dedilər: «Ey Rəbbimiz! Bizim (vəd etdiyin əzablardan olan) payımızı hesab günündən qabaq, tez ver.»
Link
Ayə 16
17

Sad surəsi Ayə 17

Quran-ı Kərim

Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi.
Link
Ayə 17
18

Sad surəsi Ayə 18

Quran-ı Kərim

Biz dağları ram etdik. Onlar hər səhər-axşam onunla birlikdə (Allahı) pak sifətlərlə mədh edirdilər.
Link
Ayə 18
19

Sad surəsi Ayə 19

Quran-ı Kərim

Və quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr avazı ilə) Allaha tərəf çox qayıdırdılar.
Link
Ayə 19
20

Sad surəsi Ayə 20

Quran-ı Kərim

Və onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən) ayıran kəlamlar əta etdik.
Link
Ayə 20
21

Sad surəsi Ayə 21

Quran-ı Kərim

Bir-biri ilə çəkişən o bir neçə nəfərin (yaxud bir neçə mələyin qurma çəkişməsinin Davudun) otaq və mehrabın(ın) divarından aşan zamankı xəbəri sənə çatıbmı?
Link
Ayə 21
22

Sad surəsi Ayə 22

Quran-ı Kərim

O zaman onlar (qəflətən divarın o tərəfindən aşıb icazəsiz) Davudun yanına gəldilər və Davud onlardan qorxuya düşdü. Onlar dedilər: «Qorxma! Biz birimiz digərinə qarşı haqsızlıq etmiş çəkişən iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma və bizi doğru yola istiqamətləndir.
Link
Ayə 22
23

Sad surəsi Ayə 23

Quran-ı Kərim

(Onlardan biri dedi:) Həqiqətən bu şəxs mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim bir dişi qoyunum var. O mənə «onu da mənə ver» dedi və o, söhbətdə mənə qalib gəlmişdir.
Link
Ayə 23
24

Sad surəsi Ayə 24

Quran-ı Kərim

(Davud) dedi: «Şübhəsiz o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha tərəf) qayıtdı.
Link
Ayə 24
25

Sad surəsi Ayə 25

Quran-ı Kərim

Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
Link
Ayə 25
26

Sad surəsi Ayə 26

Quran-ı Kərim

(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır.»
Link
Ayə 26
27

Sad surəsi Ayə 27

Quran-ı Kərim

Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də (cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!
Link
Ayə 27
28

Sad surəsi Ayə 28

Quran-ı Kərim

Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!
Link
Ayə 28
29

Sad surəsi Ayə 29

Quran-ı Kərim

(Bu Qur’an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsl) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır
Link
Ayə 29
30

Sad surəsi Ayə 30

Quran-ı Kərim

Biz Davuda (oğlu) Süleymanı əta etdik. O, gözəl bəndə idi. Həqiqətən o, (Bizə tərəf) çox qayıdan idi.
Link
Ayə 30
31

Sad surəsi Ayə 31

Quran-ı Kərim

(Yada sal) o zaman(ı) ki, günün sonunda ona nəcib və iti gedən atlar təqdim edildi.
Link
Ayə 31
32

Sad surəsi Ayə 32

Quran-ı Kərim

Dedi: «Mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm.» (Onun başı atlara tamaşa etməyə qarışdı və) nəhayət onlar gözdən itdilər (yaxud günəş batdı). [Yaxud: O, atlara tamaşa etməklə məşğul oldu və duasının vaxtı keçdi və] dedi: «Mən (bilmədən) atların sevgisini Rəbbimin zikrindən üstün tutdum, nəhayət günəş batdı. (Deməli mən daha üstün əməli tərk etdim.)»
Link
Ayə 32
33

Sad surəsi Ayə 33

Quran-ı Kərim

(Dedi:) «Atları qaytarın!» Beləliklə (hamısını cihad yolunda vəqf etmək məqsədi ilə onların) baldır və boyunlar(ın)a əl çəkməyə başladı.
Link
Ayə 33
34

Sad surəsi Ayə 34

Quran-ı Kərim

Həqiqətən Biz Süleymanı (böyüyəcəyindən xatircəm olduğu oğlu barəsində) imtahana çəkdik və onun taxtı üzərinə (cansız) bir cəsəd atdıq. Sonra o, Allaha tərəf qayıtdı (və haqqa təslim oldu).
Link
Ayə 34
35

Sad surəsi Ayə 35

Quran-ı Kərim

Dedi: «Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!»
Link
Ayə 35
36

Sad surəsi Ayə 36

Quran-ı Kərim

Beləliklə Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi.
Link
Ayə 36
37

Sad surəsi Ayə 37

Quran-ı Kərim

Həmçinin hər bənna və dalğıcdan olan (cin) şeytanları(nı bina tikmək və dənizdən ləl-cəvahir çıxarmaq üçün ona ram etdik).
Link
Ayə 37
38

Sad surəsi Ayə 38

Quran-ı Kərim

Habelə digər şeytanları (onun ölkəsində fəsad törətməmələri üçün) birlikdə zəncirlənmiş halda (ona ram etdik).
Link
Ayə 38
39

Sad surəsi Ayə 39

Quran-ı Kərim

(Dedik:) «Bu bizim (sənə) ətamızdır. (İstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız şəkildə əta et və ya əsirgə!»
Link
Ayə 39
40

Sad surəsi Ayə 40

Quran-ı Kərim

Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
Link
Ayə 40
41

Sad surəsi Ayə 41

Quran-ı Kərim

Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!
Link
Ayə 41
42

Sad surəsi Ayə 42

Quran-ı Kərim

(Ona dedik:) «Ayağını (yerə) vur!» (Elə ki, o ayağını yerə vurdu, yerdən bir bulaq çıxdı. Ona dedik:) «Bu sərin çeşmə yuyunmaq və içmək üçündür.»
Link
Ayə 42
43

Sad surəsi Ayə 43

Quran-ı Kərim

Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə (yenidən) onun (zövcəsindən başqa hamısı məhv olmuş) ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik.
Link
Ayə 43
44

Sad surəsi Ayə 44

Quran-ı Kərim

Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o (Bizə tərəf) çox qayıdan idi.
Link
Ayə 44
45

Sad surəsi Ayə 45

Quran-ı Kərim

Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal.
Link
Ayə 45
46

Sad surəsi Ayə 46

Quran-ı Kərim

Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik.
Link
Ayə 46
47

Sad surəsi Ayə 47

Quran-ı Kərim

Əlbəttə, onlar Bizim yanımızda seçilmişlərdən və yaxşılardandırlar.
Link
Ayə 47
48

Sad surəsi Ayə 48

Quran-ı Kərim

Və İsmaili, əl-Yəsəi və Zülkifli yada sal ki, hamısı yaxşılardan idilər.
Link
Ayə 48
49

Sad surəsi Ayə 49

Quran-ı Kərim

(Peyğəmbərlərin) bu (hekayəti) yaxşı yada salmaqdır. Təqvalılar üçün mütləq gözəl qayıdış və aqibət vardır.
Link
Ayə 49
50

Sad surəsi Ayə 50

Quran-ı Kərim

Qapıları üzlərinə açıq olan (və heç bir qapısının açara ehtiyacı olmayan) əbədi cənnətlər!
Link
Ayə 50
51

Sad surəsi Ayə 51

Quran-ı Kərim

Orada (taxtlara) söykənmiş halda (qılman və cənnət cavanlarından) firavan meyvələr və içki istəyərlər.
Link
Ayə 51
52

Sad surəsi Ayə 52

Quran-ı Kərim

Yanlarında ərlərindən başqasına göz yummuş və (yaş, gözəllik, nur və kamal baxımından) bir-birinə bənzəyən zövcələr vardır.
Link
Ayə 52
53

Sad surəsi Ayə 53

Quran-ı Kərim

Bu, hesab günü üçün sizə vəd edilən (nemət)lərdir.
Link
Ayə 53
54

Sad surəsi Ayə 54

Quran-ı Kərim

Bu (nemətlər), bizim tükənməz ruzimizdir.
Link
Ayə 54
55

Sad surəsi Ayə 55

Quran-ı Kərim

Budur (təqvalıların vəziyyəti və yerləri)! Azğınlar üçün (isə) mütləq pis dönüş və ən pis dönüş yeri vardır.
Link
Ayə 55
56

Sad surəsi Ayə 56

Quran-ı Kərim

Daxil olacaqları və hərarətini dadacaqları cəhənnəm! (Ora) pis məskəndir!
Link
Ayə 56
57

Sad surəsi Ayə 57

Quran-ı Kərim

Bu onların dadmalı olduqları qaynar və (yandırıcı) çirkab (cəhənnəm) su(yu)dur.
Link
Ayə 57
58

Sad surəsi Ayə 58

Quran-ı Kərim

Və o cinsdən olan müxtəlif əzablar və digər yeməklər (var ki, onları dadmalıdırlar).
Link
Ayə 58
59

Sad surəsi Ayə 59

Quran-ı Kərim

(Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan və indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər.» (Onlar deyəcəklər:) «Xoşluq və rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan və onu dadanlardır.»
Link
Ayə 59
60

Sad surəsi Ayə 60

Quran-ı Kərim

(Onlara tabe olanlar da öz başçılarına) deyərlər: «Əksinə, siz xoşluq görməyəsiniz! (Çünki) bu odu bizim qarşımıza siz çıxardınız. (Ora) pis yerdir.»
Link
Ayə 60
61

Sad surəsi Ayə 61

Quran-ı Kərim

(Həmçinin deyərlər:) Ey Rəbbimiz! Bunu (bu vəziyyəti) bizim qarşımıza çıxaran kəsin oddakı əzabını (özlərinin və bizi azdırmalarının əzabı olaraq) ikiqat artır!
Link
Ayə 61
62

Sad surəsi Ayə 62

Quran-ı Kərim

Və (od əhli) deyər: «Bizə nə olub ki, (dünyada) şər və pis insanlardan saydığımız kəsləri (islamçıları və dinpərəstləri burada) görmürük?!
Link
Ayə 62
63

Sad surəsi Ayə 63

Quran-ı Kərim

Biz onları (nahaq yerə) ələ saldıq (və indi cənnətdədirlər), yoxsa bizim gözlərimiz onları görmür (və əslində onlar buradadırlar)?!
Link
Ayə 63
64

Sad surəsi Ayə 64

Quran-ı Kərim

Şübhəsiz, cəhənnəm əhlinin bir-biri ilə bu dava-dalaşı qəti və olasıdır.
Link
Ayə 64
65

Sad surəsi Ayə 65

Quran-ı Kərim

De: «Mən yalnız bir qorxudanam (mənə hələ ki, nə müharibə etmək əmr edilmişdir, nə şəriət hökmlərini icra etmək tapşırılmışdır və nə də mükafat və ya cəza verənəm). (Üluhiyyət, rübubiyyət, ibadət və itaətdə) tək və bütün varlıq aləminə qalib olan Allahdan başqa heç bir məbud yoxdur.»
Link
Ayə 65
66

Sad surəsi Ayə 66

Quran-ı Kərim

Göylərin, yerin və onların arasında olanların Rəbbi həmin O – yenilməz qüdrət sahibi və çox bağışlayan Allah(dan)!
Link
Ayə 66
67

Sad surəsi Ayə 67

Quran-ı Kərim

De: «Bu, (Qur’an və qiyamət xəbəri) böyük bir xəbərdir.
Link
Ayə 67
68

Sad surəsi Ayə 68

Quran-ı Kərim

Siz ondan üz döndərirsiniz.
Link
Ayə 68
69

Sad surəsi Ayə 69

Quran-ı Kərim

Mənim (bundan əvvəl) yuxarı aləm barəsində (oradakı söhbətlər və oranın mələklərinin) bir-birləri ilə (Adəmin yaradılışı haqqında) mübahisə edərkən (danışıqlarından) heç bir məlumatım yox idi.
Link
Ayə 69
70

Sad surəsi Ayə 70

Quran-ı Kərim

(Çünki) mənə yalnız aşkar bir qorxudan olduğum üçün vəhy edilir.»
Link
Ayə 70
71

Sad surəsi Ayə 71

Quran-ı Kərim

(Yuxarı aləmdə olan söhbət və mübahisəyə diqqət etmək üçün yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə buyurdu: «Həqiqətən Mən gildən bir bəşər yaratmaq istəyirəm.
Link
Ayə 71
72

Sad surəsi Ayə 72

Quran-ı Kərim

Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün.»
Link
Ayə 72
73

Sad surəsi Ayə 73

Quran-ı Kərim

Beləliklə, mələklərin hamısı (Adəmə) səcdə etdilər.
Link
Ayə 73
74

Sad surəsi Ayə 74

Quran-ı Kərim

Təkəbbür göstərən və (əvvəldən) kafirlərdən olan İblisdən başqa.
Link
Ayə 74
75

Sad surəsi Ayə 75

Quran-ı Kərim

(Allah) buyurdu: «Ey İblis!Sənə Mənim öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma səcdə etməyə nə mane oldu?» Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?
Link
Ayə 75
76

Sad surəsi Ayə 76

Quran-ı Kərim

Dedi: «Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır).
Link
Ayə 76
77

Sad surəsi Ayə 77

Quran-ı Kərim

(Allah) buyurdu: «Belə isə oradan (göylərdən, mələklərin içindən və ilahi dərgaha yaxınlıq məqamından) xaric ol ki, sən həqiqətən qovulmuşsan!
Link
Ayə 77
78

Sad surəsi Ayə 78

Quran-ı Kərim

Və şübhəsiz, cəza gününə kimi Mənim lənətim sənin üstündə olacaqdır.»
Link
Ayə 78
79

Sad surəsi Ayə 79

Quran-ı Kərim

(İblis) dedi: «Ey Rəbbim! Belə isə onların (qəbirlərdən) qaldırılacağı günə kimi mənə möhlət ver.»
Link
Ayə 79
80

Sad surəsi Ayə 80

Quran-ı Kərim

(Allah) buyurdu: «Həqiqətən sən möhlət verilənlərdənsən,
Link
Ayə 80
81

Sad surəsi Ayə 81

Quran-ı Kərim

məlum vaxtın gününə (birinci surun çalınması ilə insanların boynundan ilahi vəzifələrin götürüləcəyi günə) qədər.»
Link
Ayə 81
82

Sad surəsi Ayə 82

Quran-ı Kərim

(İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam.
Link
Ayə 82
83

Sad surəsi Ayə 83

Quran-ı Kərim

Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla.»
Link
Ayə 83
84

Sad surəsi Ayə 84

Quran-ı Kərim

(Allah) buyurdu: «Haqq Məndəndir və Mən haqq danışanam.
Link
Ayə 84
85

Sad surəsi Ayə 85

Quran-ı Kərim

Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam.»
Link
Ayə 85
86

Sad surəsi Ayə 86

Quran-ı Kərim

(Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.
Link
Ayə 86
87

Sad surəsi Ayə 87

Quran-ı Kərim

Bu (Qur’an), aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır.
Link
Ayə 87
88

Sad surəsi Ayə 88

Quran-ı Kərim

Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır).
Link
Ayə 88

Süra Haqqında

Sad surəsi Quran-ı Kərimdə 38. surədir və 88 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 88 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim