Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əs-Səff ‏ surəsi

Əs-Səff ‏ surəsi Ayələri

Toplam 14 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əs-Səff ‏ surəsi Ayə 1

Quran-ı Kərim

Göylərdə və yerdə olan hər bir şey Allahı (dil və hal ilə) zikr edir. O, yenilməz qüdrət sahibi, (yaradılış və şəriət mərhələsində) mətin və gözəl yaradandır.
Link
Ayə 1
2

Əs-Səff ‏ surəsi Ayə 2

Quran-ı Kərim

Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)
Link
Ayə 2
3

Əs-Səff ‏ surəsi Ayə 3

Quran-ı Kərim

Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur.
Link
Ayə 3
4

Əs-Səff ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər.
Link
Ayə 4
5

Əs-Səff ‏ surəsi Ayə 5

Quran-ı Kərim

Və (yada sal) o zamanı ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, axı Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda məni niyə incidirsiniz?!» Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz.
Link
Ayə 5
6

Əs-Səff ‏ surəsi Ayə 6

Quran-ı Kərim

Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd – səlləllahu ələyhi və alihi və səlləm) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
Link
Ayə 6
7

Əs-Səff ‏ surəsi Ayə 7

Quran-ı Kərim

İslama tərəf dəvət olunduğu halda (onu qəbul etməyərək və onu inkar eməklə) Allaha qarşı yalan uydurandan da daha zalım kim ola bilər?! Allah zalım qövmü hidayət etməz.
Link
Ayə 7
8

Əs-Səff ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.
Link
Ayə 8
9

Əs-Səff ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Müşriklərin xoşuna gəlməsə belə, onu (səmavi şəriətlərdən ibarət olan) bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur.
Link
Ayə 9
10

Əs-Səff ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın?.
Link
Ayə 10
11

Əs-Səff ‏ surəsi Ayə 11

Quran-ı Kərim

Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir.
Link
Ayə 11
12

Əs-Səff ‏ surəsi Ayə 12

Quran-ı Kərim

(Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.
Link
Ayə 12
13

Əs-Səff ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver.
Link
Ayə 13
14

Əs-Səff ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Ey iman gətirənlər, Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa Həvarilərə (qəlbləri işıqlı, ağ paltarlı öz etibarlı şagirdlərinə) dedi: «Allah yolunda mənim köməkçilərim kimdir?» Həvarilər dedilər: «Bizik Allahın köməkçiləri». Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə düşmənləri üzərində (dəlil-sübutda və döyüş qüvvəsində üstün etməklə) kömək etdik, beləliklə də onlar qalib gəldilər.
Link
Ayə 14

Süra Haqqında

Əs-Səff ‏ surəsi Quran-ı Kərimdə 61. surədir və 14 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 14 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim