Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əs-Saffat ‏ surəsi

Əs-Saffat ‏ surəsi Ayələri

Toplam 182 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əs-Saffat ‏ surəsi Ayə 1

Quran-ı Kərim

And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).
Link
Ayə 1
2

Əs-Saffat ‏ surəsi Ayə 2

Quran-ı Kərim

(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Qur’an ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.
Link
Ayə 2
3

Əs-Saffat ‏ surəsi Ayə 3

Quran-ı Kərim

(And olsun) Zikri (Qur’anı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,
Link
Ayə 3
4

Əs-Saffat ‏ surəsi Ayə 4

Quran-ı Kərim

həqiqətən, sizin Tanrınız təkdir.
Link
Ayə 4
5

Əs-Saffat ‏ surəsi Ayə 5

Quran-ı Kərim

(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.
Link
Ayə 5
6

Əs-Saffat ‏ surəsi Ayə 6

Quran-ı Kərim

Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik .
Link
Ayə 6
7

Əs-Saffat ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Və onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq.
Link
Ayə 7
8

Əs-Saffat ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.
Link
Ayə 8
9

Əs-Saffat ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır.
Link
Ayə 9
10

Əs-Saffat ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.
Link
Ayə 10
11

Əs-Saffat ‏ surəsi Ayə 11

Quran-ı Kərim

(Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).
Link
Ayə 11
12

Əs-Saffat ‏ surəsi Ayə 12

Quran-ı Kərim

Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar.
Link
Ayə 12
13

Əs-Saffat ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar
Link
Ayə 13
14

Əs-Saffat ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar.
Link
Ayə 14
15

Əs-Saffat ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Və deyərlər: «Bu, yalnız açıq-aşkar bir sehr və cadudur.»
Link
Ayə 15
16

Əs-Saffat ‏ surəsi Ayə 16

Quran-ı Kərim

«Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra – yəni doğrudanmı dirildiləcəyik?!»
Link
Ayə 16
17

Əs-Saffat ‏ surəsi Ayə 17

Quran-ı Kərim

«Yəni bizim ilk ata – babalarımızdamı (dirildiləcəklər)?»
Link
Ayə 17
18

Əs-Saffat ‏ surəsi Ayə 18

Quran-ı Kərim

De: «Bəli, özü də xar və aciz (zəlil) bir halda olacaqsınız».
Link
Ayə 18
19

Əs-Saffat ‏ surəsi Ayə 19

Quran-ı Kərim

Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nə’rə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar.
Link
Ayə 19
20

Əs-Saffat ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Və deyərlər: «Vay halımıza! Bu, cəza günüdür.»
Link
Ayə 20
21

Əs-Saffat ‏ surəsi Ayə 21

Quran-ı Kərim

(Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür.
Link
Ayə 21
22

Əs-Saffat ‏ surəsi Ayə 22

Quran-ı Kərim

(Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə
Link
Ayə 22
23

Əs-Saffat ‏ surəsi Ayə 23

Quran-ı Kərim

«Onları Cəhənnəmin yoluna yönəldin.»
Link
Ayə 23
24

Əs-Saffat ‏ surəsi Ayə 24

Quran-ı Kərim

«Və onları (o yolda) saxlayın ki, onlar (orada əqidələr və əməllər barəsində) sorğu-sual olunmalıdırlar.»
Link
Ayə 24
25

Əs-Saffat ‏ surəsi Ayə 25

Quran-ı Kərim

«(Ey Cəhənnəm əhli), sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!»
Link
Ayə 25
26

Əs-Saffat ‏ surəsi Ayə 26

Quran-ı Kərim

Əslində onlar o gün tamamilə təslim və müti olacaqlar.
Link
Ayə 26
27

Əs-Saffat ‏ surəsi Ayə 27

Quran-ı Kərim

Onlardan bir qismi digərlərinə üz tutar, bir-birindən soruşarlar,
Link
Ayə 27
28

Əs-Saffat ‏ surəsi Ayə 28

Quran-ı Kərim

(Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz.»
Link
Ayə 28
29

Əs-Saffat ‏ surəsi Ayə 29

Quran-ı Kərim

Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz.»
Link
Ayə 29
30

Əs-Saffat ‏ surəsi Ayə 30

Quran-ı Kərim

«Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz.»
Link
Ayə 30
31

Əs-Saffat ‏ surəsi Ayə 31

Quran-ı Kərim

«Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!»
Link
Ayə 31
32

Əs-Saffat ‏ surəsi Ayə 32

Quran-ı Kərim

«Biz sizi (azdırmış olsaq belə, sizin öz ixtiyarınızla) azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik.»
Link
Ayə 32
33

Əs-Saffat ‏ surəsi Ayə 33

Quran-ı Kərim

Şübhəsiz onlar o gün (tabe olanlar və rəhbərləri) əzabda şərikdirlər.
Link
Ayə 33
34

Əs-Saffat ‏ surəsi Ayə 34

Quran-ı Kərim

Biz günahkarlarla belə rəftar edirik.
Link
Ayə 34
35

Əs-Saffat ‏ surəsi Ayə 35

Quran-ı Kərim

(Çünki) onlara: «Yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur!» - deyildiyi zaman təkəbbür göstərirdilər.
Link
Ayə 35
36

Əs-Saffat ‏ surəsi Ayə 36

Quran-ı Kərim

Və deyirdilər: «Yəni doğrudan biz divanə bir şairə görə öz tanrılarımızı tərk edək?!»
Link
Ayə 36
37

Əs-Saffat ‏ surəsi Ayə 37

Quran-ı Kərim

(O, nə şairdir, nə də divanə) əksinə, o haqq (olan din, şəriət və kitab)ı gətirmişdir və (Allah) peyğəmbərlərin(in) hamısını təsdiq etmişdir.
Link
Ayə 37
38

Əs-Saffat ‏ surəsi Ayə 38

Quran-ı Kərim

Şübhəsiz, siz (axirət aləmində) ağrılı əzabı dadacaqsınız.
Link
Ayə 38
39

Əs-Saffat ‏ surəsi Ayə 39

Quran-ı Kərim

Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız).
Link
Ayə 39
40

Əs-Saffat ‏ surəsi Ayə 40

Quran-ı Kərim

(Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa.
Link
Ayə 40
41

Əs-Saffat ‏ surəsi Ayə 41

Quran-ı Kərim

Onlar üçün məlum bir ruzi vardır,
Link
Ayə 41
42

Əs-Saffat ‏ surəsi Ayə 42

Quran-ı Kərim

(Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.
Link
Ayə 42
43

Əs-Saffat ‏ surəsi Ayə 43

Quran-ı Kərim

Bol nemətli bağlarda,
Link
Ayə 43
44

Əs-Saffat ‏ surəsi Ayə 44

Quran-ı Kərim

Üz-üzə qoyulmuş taxtlar üzərində,
Link
Ayə 44
45

Əs-Saffat ‏ surəsi Ayə 45

Quran-ı Kərim

Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar,
Link
Ayə 45
46

Əs-Saffat ‏ surəsi Ayə 46

Quran-ı Kərim

Ağappaq və içənlər üçün başdan – başa ləzzət olan bir şərab.
Link
Ayə 46
47

Əs-Saffat ‏ surəsi Ayə 47

Quran-ı Kərim

Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar.
Link
Ayə 47
48

Əs-Saffat ‏ surəsi Ayə 48

Quran-ı Kərim

Və onların yanında xumar baxışlı, ərindən savayı digərlərindən gözlərini çəkən, iri və gözəl gözlü qadınlar vardır,
Link
Ayə 48
49

Əs-Saffat ‏ surəsi Ayə 49

Quran-ı Kərim

Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar).
Link
Ayə 49
50

Əs-Saffat ‏ surəsi Ayə 50

Quran-ı Kərim

Onlardan bir qismi digərlərinə üz tutar, bir-birlərilə söhbət edərlər.
Link
Ayə 50
51

Əs-Saffat ‏ surəsi Ayə 51

Quran-ı Kərim

Onlardan biri belə deyər: «Həqiqətən, mənim (dünyada) bir yoldaşım (həmsöhbətim) var idi.»
Link
Ayə 51
52

Əs-Saffat ‏ surəsi Ayə 52

Quran-ı Kərim

(Mənə) deyərdi: «Yəni doğrudan sən (ölümdən sonra dirilmək məsələsini) təsdiq edənlərdənmisən?!»
Link
Ayə 52
53

Əs-Saffat ‏ surəsi Ayə 53

Quran-ı Kərim

«Yəni biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra məgər (yenidən dirilərək) cəzalanacağıqmı»?!
Link
Ayə 53
54

Əs-Saffat ‏ surəsi Ayə 54

Quran-ı Kərim

(Sonra o dostlarına) deyər: «Ona baş çəkərək əhvalından hali olmaq istərsinizmi?»
Link
Ayə 54
55

Əs-Saffat ‏ surəsi Ayə 55

Quran-ı Kərim

O, özü (Cəhənnəmə) nəzər salar və onu Cəhənnəmin düz ortasında görər.
Link
Ayə 55
56

Əs-Saffat ‏ surəsi Ayə 56

Quran-ı Kərim

Deyər: «Allaha and olsun, həqiqətən, az qalmışdı sən məni də həlakətə sürükləyəsən.»
Link
Ayə 56
57

Əs-Saffat ‏ surəsi Ayə 57

Quran-ı Kərim

«Əgər Rəbbimin (doğru yola yönəltmək) neməti olmasaydı, həqiqətən, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.»
Link
Ayə 57
58

Əs-Saffat ‏ surəsi Ayə 58

Quran-ı Kərim

Beləliklə (şövqlə və bəyan etmək məqsədi ilə dostlarına deyər:) «Biz bir daha ölməyəcəyik, elə deyilmi,»
Link
Ayə 58
59

Əs-Saffat ‏ surəsi Ayə 59

Quran-ı Kərim

(Dünyadakı) ilk ölümümüzdən savayı! Biz heç bir zaman əzab görməyəcəyik?!»
Link
Ayə 59
60

Əs-Saffat ‏ surəsi Ayə 60

Quran-ı Kərim

(Bəli,) şübhəsiz ki, bu, həmin böyük uğur və qurtuluşdur.
Link
Ayə 60
61

Əs-Saffat ‏ surəsi Ayə 61

Quran-ı Kərim

Çalışanlar bunun (bu cür nemətlər) üçün çalışmalıdır.
Link
Ayə 61
62

Əs-Saffat ‏ surəsi Ayə 62

Quran-ı Kərim

Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?!
Link
Ayə 62
63

Əs-Saffat ‏ surəsi Ayə 63

Quran-ı Kərim

Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik.
Link
Ayə 63
64

Əs-Saffat ‏ surəsi Ayə 64

Quran-ı Kərim

O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar).
Link
Ayə 64
65

Əs-Saffat ‏ surəsi Ayə 65

Quran-ı Kərim

Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir).
Link
Ayə 65
66

Əs-Saffat ‏ surəsi Ayə 66

Quran-ı Kərim

Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar.
Link
Ayə 66
67

Əs-Saffat ‏ surəsi Ayə 67

Quran-ı Kərim

Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış içki vardır (Cəhənnəmdən kənarda ondan içərlər).
Link
Ayə 67
68

Əs-Saffat ‏ surəsi Ayə 68

Quran-ı Kərim

Sonra da onların dönüşləri Cəhənnəmə sarıdır.
Link
Ayə 68
69

Əs-Saffat ‏ surəsi Ayə 69

Quran-ı Kərim

Çünki, onlar atalarını azmış gördülər.
Link
Ayə 69
70

Əs-Saffat ‏ surəsi Ayə 70

Quran-ı Kərim

Beləliklə (arxadan qovulurmuş kimi) onların arxasınca gedirdilər.
Link
Ayə 70
71

Əs-Saffat ‏ surəsi Ayə 71

Quran-ı Kərim

Şübhəsiz, onlardan (Məkkə müşriklərindən) qabaq, əvvəlkilərin də çoxu yollarını azmışdılar.
Link
Ayə 71
72

Əs-Saffat ‏ surəsi Ayə 72

Quran-ı Kərim

Həqiqətən onların arasına qorxudanlar göndərdik.
Link
Ayə 72
73

Əs-Saffat ‏ surəsi Ayə 73

Quran-ı Kərim

Buna görə də bax gör (müxtəlif əzablarla məhv edilmiş) qorxudulanların aqibəti necə oldu.
Link
Ayə 73
74

Əs-Saffat ‏ surəsi Ayə 74

Quran-ı Kərim

Allahın seçilmiş və (ilahi köməklə mənəvi naqislikləri aradan qaldırılmış və nəticədə saflaşmış) xalis bəndələri istisna olmaqla!
Link
Ayə 74
75

Əs-Saffat ‏ surəsi Ayə 75

Quran-ı Kərim

Həqiqətən Nuh Bizi çağırdı. Biz (çağırış və duaları) gözəl qəbul edənik.
Link
Ayə 75
76

Əs-Saffat ‏ surəsi Ayə 76

Quran-ı Kərim

Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik.
Link
Ayə 76
77

Əs-Saffat ‏ surəsi Ayə 77

Quran-ı Kərim

Və (yer üzündə) yalnız onun nəslini saxladıq.
Link
Ayə 77
78

Əs-Saffat ‏ surəsi Ayə 78

Quran-ı Kərim

Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.
Link
Ayə 78
79

Əs-Saffat ‏ surəsi Ayə 79

Quran-ı Kərim

Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.)
Link
Ayə 79
80

Əs-Saffat ‏ surəsi Ayə 80

Quran-ı Kərim

Biz yaxşı əməl sahiblərini (dünyada) belə mükafatlandırırıq.
Link
Ayə 80
81

Əs-Saffat ‏ surəsi Ayə 81

Quran-ı Kərim

Şübhəsiz o, Bizim mömin bəndələrimizdən idi.
Link
Ayə 81
82

Əs-Saffat ‏ surəsi Ayə 82

Quran-ı Kərim

Sonra digərlərini (gəmiyə minməyənləri) suda batırdıq.
Link
Ayə 82
83

Əs-Saffat ‏ surəsi Ayə 83

Quran-ı Kərim

Həqiqətən İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi.
Link
Ayə 83
84

Əs-Saffat ‏ surəsi Ayə 84

Quran-ı Kərim

O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi).
Link
Ayə 84
85

Əs-Saffat ‏ surəsi Ayə 85

Quran-ı Kərim

O zaman atasına (əmisinə və ya qayınatasına) və qövmünə dedi: «Siz nəyə ibadət edirsiniz?!»
Link
Ayə 85
86

Əs-Saffat ‏ surəsi Ayə 86

Quran-ı Kərim

«Yalan və iftira ilə Allahdan qeyri məbudlarmı istəyirsiniz?!»
Link
Ayə 86
87

Əs-Saffat ‏ surəsi Ayə 87

Quran-ı Kərim

«Bəs aləmlərin Rəbbi barəsində gümanınız nədir? (O, Rəbb deyil? Yoxsa başqalarına ibadət etmək icazəsi verib? Bəlkə müşriklərə əzab verməyəcək?!)»
Link
Ayə 87
88

Əs-Saffat ‏ surəsi Ayə 88

Quran-ı Kərim

Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı.
Link
Ayə 88
89

Əs-Saffat ‏ surəsi Ayə 89

Quran-ı Kərim

Və dedi: «Həqiqətən mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm).
Link
Ayə 89
90

Əs-Saffat ‏ surəsi Ayə 90

Quran-ı Kərim

Onlar ondan üz döndərib qayıtdılar.
Link
Ayə 90
91

Əs-Saffat ‏ surəsi Ayə 91

Quran-ı Kərim

Beləliklə o, (darmadağın etmək üçün) gizlicə onların tanrılarının yanına yollandı və (onların qabağına düzülmüş yeməklərə işarə edərək) dedi: «Məgər yemirsiniz?
Link
Ayə 91
92

Əs-Saffat ‏ surəsi Ayə 92

Quran-ı Kərim

Sizə nə olub ki, danışmırsınız?»
Link
Ayə 92
93

Əs-Saffat ‏ surəsi Ayə 93

Quran-ı Kərim

Sonra darmadağın etmək üçün onlara üz tutdu (və) sağ əli(ndəki balta) ilə onlara güclü zərbələr endirdi. (Böyüklərindən başqa onların hamısını sındırdı.)
Link
Ayə 93
94

Əs-Saffat ‏ surəsi Ayə 94

Quran-ı Kərim

(Onlar bayramdan qayıdanda, bu iş barəsindəki ittihamla) tez ona üz tutdular.
Link
Ayə 94
95

Əs-Saffat ‏ surəsi Ayə 95

Quran-ı Kərim

(İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?!
Link
Ayə 95
96

Əs-Saffat ‏ surəsi Ayə 96

Quran-ı Kərim

Halbuki həm sizi, həm də əməllərinizi Allah yaratmışdır. (Sizin həm əməlləriniz, həm də məbudlarınızı düzəltdiyiniz maddələr, həqiqətən Allahın məhsuludur.)
Link
Ayə 96
97

Əs-Saffat ‏ surəsi Ayə 97

Quran-ı Kərim

(Onlar bir-birlərinə) dedilər: Onun üçün (en və uzunu geniş) bir bina tikin və onu od cəhənnəminə atın!
Link
Ayə 97
98

Əs-Saffat ‏ surəsi Ayə 98

Quran-ı Kərim

Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)
Link
Ayə 98
99

Əs-Saffat ‏ surəsi Ayə 99

Quran-ı Kərim

(İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.
Link
Ayə 99
100

Əs-Saffat ‏ surəsi Ayə 100

Quran-ı Kərim

Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!»
Link
Ayə 100
101

Əs-Saffat ‏ surəsi Ayə 101

Quran-ı Kərim

Beləliklə Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə müjdələdik.
Link
Ayə 101
102

Əs-Saffat ‏ surəsi Ayə 102

Quran-ı Kərim

Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»
Link
Ayə 102
103

Əs-Saffat ‏ surəsi Ayə 103

Quran-ı Kərim

Beləliklə elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)
Link
Ayə 103
104

Əs-Saffat ‏ surəsi Ayə 104

Quran-ı Kərim

Biz ona xitab etdik ki: «Ey İbrahim!
Link
Ayə 104
105

Əs-Saffat ‏ surəsi Ayə 105

Quran-ı Kərim

Həqiqətən sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Link
Ayə 105
106

Əs-Saffat ‏ surəsi Ayə 106

Quran-ı Kərim

Şübhəsiz bu (hadisə) həmin aşkar imtahandır.
Link
Ayə 106
107

Əs-Saffat ‏ surəsi Ayə 107

Quran-ı Kərim

Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik.
Link
Ayə 107
108

Əs-Saffat ‏ surəsi Ayə 108

Quran-ı Kərim

Ondan, sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
Link
Ayə 108
109

Əs-Saffat ‏ surəsi Ayə 109

Quran-ı Kərim

Salam olsun İbrahimə!
Link
Ayə 109
110

Əs-Saffat ‏ surəsi Ayə 110

Quran-ı Kərim

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Link
Ayə 110
111

Əs-Saffat ‏ surəsi Ayə 111

Quran-ı Kərim

Həqiqətən o, Bizim mömin bəndələrimizdən idi.
Link
Ayə 111
112

Əs-Saffat ‏ surəsi Ayə 112

Quran-ı Kərim

Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə müjdələdik.
Link
Ayə 112
113

Əs-Saffat ‏ surəsi Ayə 113

Quran-ı Kərim

Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.
Link
Ayə 113
114

Əs-Saffat ‏ surəsi Ayə 114

Quran-ı Kərim

Həqiqətən Biz Musa və Haruna da nemət verdik.
Link
Ayə 114
115

Əs-Saffat ‏ surəsi Ayə 115

Quran-ı Kərim

O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik.
Link
Ayə 115
116

Əs-Saffat ‏ surəsi Ayə 116

Quran-ı Kərim

Və onlara kömək etdik. Beləliklə onlar qalib gəldilər.
Link
Ayə 116
117

Əs-Saffat ‏ surəsi Ayə 117

Quran-ı Kərim

Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik.
Link
Ayə 117
118

Əs-Saffat ‏ surəsi Ayə 118

Quran-ı Kərim

Və onların hər ikisini doğru yola hidayət etdik.
Link
Ayə 118
119

Əs-Saffat ‏ surəsi Ayə 119

Quran-ı Kərim

Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
Link
Ayə 119
120

Əs-Saffat ‏ surəsi Ayə 120

Quran-ı Kərim

Salam olsun Musaya və Haruna!
Link
Ayə 120
121

Əs-Saffat ‏ surəsi Ayə 121

Quran-ı Kərim

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq._
Link
Ayə 121
122

Əs-Saffat ‏ surəsi Ayə 122

Quran-ı Kərim

Əlbəttə, onların ikisi (də) Bizim mömin bəndələrimizdən idilər.
Link
Ayə 122
123

Əs-Saffat ‏ surəsi Ayə 123

Quran-ı Kərim

Həqiqətən İlyas da Bizim peyğəmbərlərimizdən idi.
Link
Ayə 123
124

Əs-Saffat ‏ surəsi Ayə 124

Quran-ı Kərim

O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?
Link
Ayə 124
125

Əs-Saffat ‏ surəsi Ayə 125

Quran-ı Kərim

(İbadət etmək və hacət diləmək üçün) «Bə’l»i (bu adda olan bütü) çağırır və yaradanların ən yaxşısını tərk edirsiniz?
Link
Ayə 125
126

Əs-Saffat ‏ surəsi Ayə 126

Quran-ı Kərim

Həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbi olan Allahı?!»
Link
Ayə 126
127

Əs-Saffat ‏ surəsi Ayə 127

Quran-ı Kərim

Beləliklə onlar onu təkzib etdilər. Şübhəsiz onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər.
Link
Ayə 127
128

Əs-Saffat ‏ surəsi Ayə 128

Quran-ı Kərim

Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!
Link
Ayə 128
129

Əs-Saffat ‏ surəsi Ayə 129

Quran-ı Kərim

Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq.
Link
Ayə 129
130

Əs-Saffat ‏ surəsi Ayə 130

Quran-ı Kərim

Salam olsun İlyasa (və Yasinin övladlarına)!
Link
Ayə 130
131

Əs-Saffat ‏ surəsi Ayə 131

Quran-ı Kərim

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.__
Link
Ayə 131
132

Əs-Saffat ‏ surəsi Ayə 132

Quran-ı Kərim

Həqiqətən o, Bizim mömin bəndələrimizdən idi._
Link
Ayə 132
133

Əs-Saffat ‏ surəsi Ayə 133

Quran-ı Kərim

Həqiqətən Lut da Bizim peyğəmbərlərimizdən idi.
Link
Ayə 133
134

Əs-Saffat ‏ surəsi Ayə 134

Quran-ı Kərim

(Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.
Link
Ayə 134
135

Əs-Saffat ‏ surəsi Ayə 135

Quran-ı Kərim

(Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla!
Link
Ayə 135
136

Əs-Saffat ‏ surəsi Ayə 136

Quran-ı Kərim

Sonra (yerdə) qalanları məhv etdik.
Link
Ayə 136
137

Əs-Saffat ‏ surəsi Ayə 137

Quran-ı Kərim

Həqiqətən siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.
Link
Ayə 137
138

Əs-Saffat ‏ surəsi Ayə 138

Quran-ı Kərim

Həmçinin axşamçağıları! Belə isə heç düşünmürsünüz?
Link
Ayə 138
139

Əs-Saffat ‏ surəsi Ayə 139

Quran-ı Kərim

Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi.
Link
Ayə 139
140

Əs-Saffat ‏ surəsi Ayə 140

Quran-ı Kərim

(Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).
Link
Ayə 140
141

Əs-Saffat ‏ surəsi Ayə 141

Quran-ı Kərim

Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
Link
Ayə 141
142

Əs-Saffat ‏ surəsi Ayə 142

Quran-ı Kərim

O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.
Link
Ayə 142
143

Əs-Saffat ‏ surəsi Ayə 143

Quran-ı Kərim

Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,
Link
Ayə 143
144

Əs-Saffat ‏ surəsi Ayə 144

Quran-ı Kərim

mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.
Link
Ayə 144
145

Əs-Saffat ‏ surəsi Ayə 145

Quran-ı Kərim

Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq.
Link
Ayə 145
146

Əs-Saffat ‏ surəsi Ayə 146

Quran-ı Kərim

Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik.
Link
Ayə 146
147

Əs-Saffat ‏ surəsi Ayə 147

Quran-ı Kərim

Və onu yüz min və ya daha artıq adama (peyğəmbər) göndərdik.
Link
Ayə 147
148

Əs-Saffat ‏ surəsi Ayə 148

Quran-ı Kərim

Beləliklə onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.
Link
Ayə 148
149

Əs-Saffat ‏ surəsi Ayə 149

Quran-ı Kərim

Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!
Link
Ayə 149
150

Əs-Saffat ‏ surəsi Ayə 150

Quran-ı Kərim

Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»
Link
Ayə 150
151

Əs-Saffat ‏ surəsi Ayə 151

Quran-ı Kərim

Bil ki, onlar yalançı olduqları üçün deyirlər:
Link
Ayə 151
152

Əs-Saffat ‏ surəsi Ayə 152

Quran-ı Kərim

«Allah övlad törətmişdir.» Onlar mütləq yalançıdırlar!
Link
Ayə 152
153

Əs-Saffat ‏ surəsi Ayə 153

Quran-ı Kərim

(Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!
Link
Ayə 153
154

Əs-Saffat ‏ surəsi Ayə 154

Quran-ı Kərim

Sizə nə olub, necə hökm çıxarırsınız?!
Link
Ayə 154
155

Əs-Saffat ‏ surəsi Ayə 155

Quran-ı Kərim

Heç ibrət götürmürsünüz?
Link
Ayə 155
156

Əs-Saffat ‏ surəsi Ayə 156

Quran-ı Kərim

Yoxsa sizin (bu iddiaya) aydın dəliliniz var?!
Link
Ayə 156
157

Əs-Saffat ‏ surəsi Ayə 157

Quran-ı Kərim

Belə isə əgər doğru deyirsinizsə yazı və kitabınızı gətirin.
Link
Ayə 157
158

Əs-Saffat ‏ surəsi Ayə 158

Quran-ı Kərim

Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.
Link
Ayə 158
159

Əs-Saffat ‏ surəsi Ayə 159

Quran-ı Kərim

Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.
Link
Ayə 159
160

Əs-Saffat ‏ surəsi Ayə 160

Quran-ı Kərim

Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.
Link
Ayə 160
161

Əs-Saffat ‏ surəsi Ayə 161

Quran-ı Kərim

Həqiqətən siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar)
Link
Ayə 161
162

Əs-Saffat ‏ surəsi Ayə 162

Quran-ı Kərim

(bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!
Link
Ayə 162
163

Əs-Saffat ‏ surəsi Ayə 163

Quran-ı Kərim

(Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.
Link
Ayə 163
164

Əs-Saffat ‏ surəsi Ayə 164

Quran-ı Kərim

(Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır.»
Link
Ayə 164
165

Əs-Saffat ‏ surəsi Ayə 165

Quran-ı Kərim

Şübhəsiz, (Allahın əmrini yerinə yetirmək üçün daim) sıralanan bizik.
Link
Ayə 165
166

Əs-Saffat ‏ surəsi Ayə 166

Quran-ı Kərim

Əlbəttə (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə mədh edən bizik.
Link
Ayə 166
167

Əs-Saffat ‏ surəsi Ayə 167

Quran-ı Kərim

(Müşriklər) həmişə deyərdilər:
Link
Ayə 167
168

Əs-Saffat ‏ surəsi Ayə 168

Quran-ı Kərim

«Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,
Link
Ayə 168
169

Əs-Saffat ‏ surəsi Ayə 169

Quran-ı Kərim

mütləq, Allahın xalis və seçilmiş bəndələri olardıq.
Link
Ayə 169
170

Əs-Saffat ‏ surəsi Ayə 170

Quran-ı Kərim

Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.
Link
Ayə 170
171

Əs-Saffat ‏ surəsi Ayə 171

Quran-ı Kərim

Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir
Link
Ayə 171
172

Əs-Saffat ‏ surəsi Ayə 172

Quran-ı Kərim

ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır.
Link
Ayə 172
173

Əs-Saffat ‏ surəsi Ayə 173

Quran-ı Kərim

Və əlbəttə, qalib Bizim qoşunumuzdur.
Link
Ayə 173
174

Əs-Saffat ‏ surəsi Ayə 174

Quran-ı Kərim

Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər.
Link
Ayə 174
175

Əs-Saffat ‏ surəsi Ayə 175

Quran-ı Kərim

Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.
Link
Ayə 175
176

Əs-Saffat ‏ surəsi Ayə 176

Quran-ı Kərim

Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər?
Link
Ayə 176
177

Əs-Saffat ‏ surəsi Ayə 177

Quran-ı Kərim

(Əzab) onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir!
Link
Ayə 177
178

Əs-Saffat ‏ surəsi Ayə 178

Quran-ı Kərim

Yenə bir müddətədək onlardan üz döndər.
Link
Ayə 178
179

Əs-Saffat ‏ surəsi Ayə 179

Quran-ı Kərim

Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər._
Link
Ayə 179
180

Əs-Saffat ‏ surəsi Ayə 180

Quran-ı Kərim

Sənin Rəbbin – izzət, qüdrət və qələbə Rəbbi onların sadaladıqları sifətlərdən pakdır!
Link
Ayə 180
181

Əs-Saffat ‏ surəsi Ayə 181

Quran-ı Kərim

Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)!
Link
Ayə 181
182

Əs-Saffat ‏ surəsi Ayə 182

Quran-ı Kərim

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Link
Ayə 182

Süra Haqqında

Əs-Saffat ‏ surəsi Quran-ı Kərimdə 37. surədir və 182 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 182 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim