Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əs-Səcdə surəsi

Əs-Səcdə surəsi Ayələri

Toplam 30 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əs-Səcdə surəsi Ayə 1

Quran-ı Kərim

Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və eyni zamanda möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
Link
Ayə 1
2

Əs-Səcdə surəsi Ayə 2

Quran-ı Kərim

Bu kitabın aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk – şübhə yoxdur.
Link
Ayə 2
3

Əs-Səcdə surəsi Ayə 3

Quran-ı Kərim

Yoxsa (Məkkə müşrikləri): (Muhəmməd) Bunu (bu kitabı) özündən uydurmuşdur»- deyirlər. (Belə deyildir) əksinə, bu səndən öncə (İbrahim (ələyhissalam)ın, yaxud İsa (ələyhissalam)ın zamanından sonra) onlara bir qorxudan (peyğəmbər) gəlməyən bir qövmü qorxutmağın üçün sənin Rəbbin tərəfindən (nazil) olan həmin haqdır və (O) sabitdir. Bəlkə doğru yola yönəlsinlər.
Link
Ayə 3
4

Əs-Səcdə surəsi Ayə 4

Quran-ı Kərim

Göyləri və yeri və onların arasındakıları altı gündə (altı gündüzdə, yaxud altı gecə və gündüzdə və ya altı dövrdə uzun bir müddətdə) yaradan, sonra isə (aləmin səltənət və tədbir) ərş(in)i hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz (qəyyumunuz) və şəfaətedəniniz (yaradılış işlərinin axınında bir vasitə) yoxdur. Məgər öyüd-nəsihət almırsınızmı?!
Link
Ayə 4
5

Əs-Səcdə surəsi Ayə 5

Quran-ı Kərim

O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar).
Link
Ayə 5
6

Əs-Səcdə surəsi Ayə 6

Quran-ı Kərim

O uca məqam, qeybi də, aşkarı da bilən və yenilməz qüdrət sahibi və mehriban olan (Allah)dır.
Link
Ayə 6
7

Əs-Səcdə surəsi Ayə 7

Quran-ı Kərim

O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır).
Link
Ayə 7
8

Əs-Səcdə surəsi Ayə 8

Quran-ı Kərim

Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi.
Link
Ayə 8
9

Əs-Səcdə surəsi Ayə 9

Quran-ı Kərim

Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükr edirsiniz.
Link
Ayə 9
10

Əs-Səcdə surəsi Ayə 10

Quran-ı Kərim

(Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!» (Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər.
Link
Ayə 10
11

Əs-Səcdə surəsi Ayə 11

Quran-ı Kərim

(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»
Link
Ayə 11
12

Əs-Səcdə surəsi Ayə 12

Quran-ı Kərim

Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq «Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə inananlardanıq!» - (deyəndə) görəydin.
Link
Ayə 12
13

Əs-Səcdə surəsi Ayə 13

Quran-ı Kərim

«Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»
Link
Ayə 13
14

Əs-Səcdə surəsi Ayə 14

Quran-ı Kərim

(Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı».
Link
Ayə 14
15

Əs-Səcdə surəsi Ayə 15

Quran-ı Kərim

Həqiqətən, Bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd-nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd deməklə (Onu) təsbih edənlər, (Onu) hər bir eyib və nöqsandan pak (və uzaq) bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirər.
Link
Ayə 15
16

Əs-Səcdə surəsi Ayə 16

Quran-ı Kərim

(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.
Link
Ayə 16
17

Əs-Səcdə surəsi Ayə 17

Quran-ı Kərim

Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!
Link
Ayə 17
18

Əs-Səcdə surəsi Ayə 18

Quran-ı Kərim

Belə isə, məgər imanlı olanlarla fasiq olanlar eynidirmi? Əsla (onlar) eyni deyildir!
Link
Ayə 18
19

Əs-Səcdə surəsi Ayə 19

Quran-ı Kərim

Lakin iman gətirib saleh əməllər edənlər üçün «Mə’va» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır.
Link
Ayə 19
20

Əs-Səcdə surəsi Ayə 20

Quran-ı Kərim

Fasiqlərə gəldikdə isə olanların məskəni (cəhənnəm) odudur, hər zaman oradan çıxmaq istəsələr (qapılara və ya divarlara yaxınlaşsalar) oraya qaytarılarlar və onlara deyilər: «Dadın təkzib və inkar etdiyiniz odun əzabını!»
Link
Ayə 20
21

Əs-Səcdə surəsi Ayə 21

Quran-ı Kərim

Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!
Link
Ayə 21
22

Əs-Səcdə surəsi Ayə 22

Quran-ı Kərim

Öz Rəbbinin ayələri ilə öyüd – nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz mütləq günahkarlardan intiqam alanıq.
Link
Ayə 22
23

Əs-Səcdə surəsi Ayə 23

Quran-ı Kərim

Şübhəsiz Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.
Link
Ayə 23
24

Əs-Səcdə surəsi Ayə 24

Quran-ı Kərim

Səbr etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik.
Link
Ayə 24
25

Əs-Səcdə surəsi Ayə 25

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin Özü Qiyamət günü onların arasında ixtilafda olduqları şey barəsində hökm verəcəkdir.
Link
Ayə 25
26

Əs-Səcdə surəsi Ayə 26

Quran-ı Kərim

Məgər (bu) onları hidayət etmədimi, onlar uçun aydın olmadımı ki,onlardan öncə (indi) yurdlarında gəzib dolandıqları (və məhv olma nişanələrini və evlərinin viran qaldığını gördükləri) neçə-neçə dəstələri məhv etdik?! Həqiqətən, bu işdə (Allahın tovhidi və qüdrətinə dair) nişanələr vardır, məgər (onlar qəlb qulağı ilə) eşitmirlərmi?!
Link
Ayə 26
27

Əs-Səcdə surəsi Ayə 27

Quran-ı Kərim

Məgər görmədilərmi ki, Biz suyu (yağış, çay, çeşmə və bulaq şəklində) otsuz yerə tərəf axıdıb, onun vasitəsilə heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk?! Məgər (onlar bütün bunları öz gözləri ilə və qəlblərinin gözü ilə) görmürlərmi?!
Link
Ayə 27
28

Əs-Səcdə surəsi Ayə 28

Quran-ı Kərim

Və (müşriklər istehza ilə) dedilər: «Sizin bu qələbəniz nə vaxt olacaqdır, əgər düz danışansınızsa?!»
Link
Ayə 28
29

Əs-Səcdə surəsi Ayə 29

Quran-ı Kərim

(Ya Peyğəmbər) de: «Fəth günü (əzabın nazil olma zamanı, yaxud Qiyamət günü) kafir olanların iman gətirmələrinin heç bir faydası olmaz və onlara heç bir möhlət verilməz!»
Link
Ayə 29
30

Əs-Səcdə surəsi Ayə 30

Quran-ı Kərim

Belə isə (hələlik) onlardan üz döndər və (İlahinin vədini) gözlə ki, onlar da (sənin məğlubiyyətini, ya ölümünü) gözləyirlər.
Link
Ayə 30

Süra Haqqında

Əs-Səcdə surəsi Quran-ı Kərimdə 32. surədir və 30 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 30 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim