Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əş-Şəms ‏ surəsi

Əş-Şəms ‏ surəsi Ayələri

Toplam 15 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əş-Şəms ‏ surəsi Ayə 1

Quran-ı Kərim

And olsun günəşə və onun şüasının vüsətinə,
Link
Ayə 1
2

Əş-Şəms ‏ surəsi Ayə 2

Quran-ı Kərim

And olsun (günəşin) ardınca çıxmaqda olan aya.
Link
Ayə 2
3

Əş-Şəms ‏ surəsi Ayə 3

Quran-ı Kərim

And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.
Link
Ayə 3
4

Əş-Şəms ‏ surəsi Ayə 4

Quran-ı Kərim

And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.
Link
Ayə 4
5

Əş-Şəms ‏ surəsi Ayə 5

Quran-ı Kərim

And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),
Link
Ayə 5
6

Əş-Şəms ‏ surəsi Ayə 6

Quran-ı Kərim

And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).
Link
Ayə 6
7

Əş-Şəms ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).
Link
Ayə 7
8

Əş-Şəms ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.
Link
Ayə 8
9

Əş-Şəms ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!
Link
Ayə 9
10

Əş-Şəms ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!
Link
Ayə 10
11

Əş-Şəms ‏ surəsi Ayə 11

Quran-ı Kərim

Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.
Link
Ayə 11
12

Əş-Şəms ‏ surəsi Ayə 12

Quran-ı Kərim

Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman
Link
Ayə 12
13

Əş-Şəms ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!»
Link
Ayə 13
14

Əş-Şəms ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.
Link
Ayə 14
15

Əş-Şəms ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.
Link
Ayə 15

Süra Haqqında

Əş-Şəms ‏ surəsi Quran-ı Kərimdə 91. surədir və 15 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 15 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim