Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əş-Şuəra surəsi

Əş-Şuəra surəsi Ayələri

Toplam 227 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əş-Şuəra surəsi Ayə 1

Quran-ı Kərim

Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. And olsun Turi-Sinaya, Məkkəyə, and olsun Tuba və Sidr (ağaclarına) və Muhəmmədə (s) ki,)
Link
Ayə 1
2

Əş-Şuəra surəsi Ayə 2

Quran-ı Kərim

Bu surə aşkar və aydınlıq gətirən kitabın ayələridir.
Link
Ayə 2
3

Əş-Şuəra surəsi Ayə 3

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Bəlkə sən onlar iman gətirməyəcəklər deyə, özünü həlak etmək istəyirsən?!
Link
Ayə 3
4

Əş-Şuəra surəsi Ayə 4

Quran-ı Kərim

Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər.
Link
Ayə 4
5

Əş-Şuəra surəsi Ayə 5

Quran-ı Kərim

Onlara Rəhman (olan Allah)-dan elə bir yeni öyüd-nəsihət vasitəsi (surə, moizə, möcüzə) gəlməz ki, ondan üz döndərməsinlər.
Link
Ayə 5
6

Əş-Şuəra surəsi Ayə 6

Quran-ı Kərim

Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri Bərzəxdə, ya Qiyamətdə başa düşəcəklər).
Link
Ayə 6
7

Əş-Şuəra surəsi Ayə 7

Quran-ı Kərim

(Bu qədər israrla təkzib etdikləri halda) məgər yer üzünə baxıb orada nə qədər növbənöv könül oxşayan (bitkilər və ağaclar) bitirdiyimizi görmədilərmi?
Link
Ayə 7
8

Əş-Şuəra surəsi Ayə 8

Quran-ı Kərim

Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.
Link
Ayə 8
9

Əş-Şuəra surəsi Ayə 9

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin (intiqam alma və cəza vermə baxımından) yenilməz qüdrət və (möhlət vermə baxımından) mərhəmət sahibidir.
Link
Ayə 9
10

Əş-Şuəra surəsi Ayə 10

Quran-ı Kərim

Və (Ya Peyğəmbər! Yada sal), bir zaman Rəbbin Musanı səslədi ki: «Get o, zalım tayfanın sorağına;
Link
Ayə 10
11

Əş-Şuəra surəsi Ayə 11

Quran-ı Kərim

Firon qövmünün sorağına (çox təəccüblüdür), məgər qorxmurlar?!»
Link
Ayə 11
12

Əş-Şuəra surəsi Ayə 12

Quran-ı Kərim

(Musa) dedi: «Ey Rəbbim, doğrusu qorxuram ki, məni təkzib etsinlər».
Link
Ayə 12
13

Əş-Şuəra surəsi Ayə 13

Quran-ı Kərim

«Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki, (vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)».
Link
Ayə 13
14

Əş-Şuəra surəsi Ayə 14

Quran-ı Kərim

«Onlarla bağlı boynumda bir günah var (onlardan bir nəfəri öldürmüşəm). Buna görə də (risaləti yerinə yetirməzdən öncə) məni öldürəcəklərindən qorxuram».
Link
Ayə 14
15

Əş-Şuəra surəsi Ayə 15

Quran-ı Kərim

(Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».
Link
Ayə 15
16

Əş-Şuəra surəsi Ayə 16

Quran-ı Kərim

«Fironun yanına gedərək deyin: «Həqiqətən, biz aləmlərin Rəbbinin göndərdiyi peyğəmbərlərik».
Link
Ayə 16
17

Əş-Şuəra surəsi Ayə 17

Quran-ı Kərim

«(Belə deyin) İsrail övladlarını bizimlə (Şama – öz ana vətənimizə) göndər».
Link
Ayə 17
18

Əş-Şuəra surəsi Ayə 18

Quran-ı Kərim

Firon dedi: «Məgər biz səni uşaqlıq çağında öz yanımızda böyütmədikmi? Ömrünün neçə ilini bizim yanımızda qalmadınmı?»
Link
Ayə 18
19

Əş-Şuəra surəsi Ayə 19

Quran-ı Kərim

Sən (bizim nemətlərimizə) nankorlardan olduğun halda, elədiyin o işi də elədin (bir kişini öldürdün)!»
Link
Ayə 19
20

Əş-Şuəra surəsi Ayə 20

Quran-ı Kərim

(Musa) dedi: «O işi o vaxt edərkən mən xəbərsizlərdən idim (xəbərsiz idim ki, bir zərbə bir kəsin ölümünə səbəb ola bilər)».
Link
Ayə 20
21

Əş-Şuəra surəsi Ayə 21

Quran-ı Kərim

«Buna görə də, sizdən qorxub qaçdım, sonra Rəbbim mənə peyğəmbərlik, hikmət və şəriət elmi əta etdi, məni Öz peyğəmbərlərindən etdi».
Link
Ayə 21
22

Əş-Şuəra surəsi Ayə 22

Quran-ı Kərim

«Məgər İsrail övladlarını kölə etməyin bir nemətdirmi ki, onu mənə minnət qoyursan (halbuki, mən də onlardan biri kimi sənin əsarətində idim)?!»
Link
Ayə 22
23

Əş-Şuəra surəsi Ayə 23

Quran-ı Kərim

Firon dedi: «Aləmlərin Rəbbi nədir?»
Link
Ayə 23
24

Əş-Şuəra surəsi Ayə 24

Quran-ı Kərim

(Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».
Link
Ayə 24
25

Əş-Şuəra surəsi Ayə 25

Quran-ı Kərim

Firon öz ətrafındakılara dedi: «(Onun sözlərinə) qulaq asırsınızmı?! (O, necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram, Musa isə mənə Onun işləri haqqında cavab verir)?!»
Link
Ayə 25
26

Əş-Şuəra surəsi Ayə 26

Quran-ı Kərim

(Musa) dedi: «O sizin də, ulu babalarınızın da Rəbbidir».
Link
Ayə 26
27

Əş-Şuəra surəsi Ayə 27

Quran-ı Kərim

Firon dedi: «Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!»
Link
Ayə 27
28

Əş-Şuəra surəsi Ayə 28

Quran-ı Kərim

Musa dedi: (O,) «Şərqin və qərbin (günəşin doğduğu və qürub etdiyi bütün planetlərin çıxma və batma yerinin) və bu ikisinin arasında olan hər bir şeyin Rəbbidir, əgər düşünsəniz?».
Link
Ayə 28
29

Əş-Şuəra surəsi Ayə 29

Quran-ı Kərim

Firon dedi: «Şübhəsiz, əgər məndən savayı bir tanrı qəbul etsən, mütləq səni həbs etdirəcəyəm».
Link
Ayə 29
30

Əş-Şuəra surəsi Ayə 30

Quran-ı Kərim

Musa dedi: «Hətta sənə açıq-aydın bir şey (iddianın doğruluğunu sübut edəcək aydın və aşkar bir möcüzə) gətirsəm də?!»
Link
Ayə 30
31

Əş-Şuəra surəsi Ayə 31

Quran-ı Kərim

Dedi: «Əgər düz danışanlardansansa onu gətir (görüm)».
Link
Ayə 31
32

Əş-Şuəra surəsi Ayə 32

Quran-ı Kərim

Beləliklə, Musa öz əsasını atan kimi (əsa), qəfildən açıq-aşkar bir əjdaha oldu. (Onun əjdaha olduğu tam aydın görünürdü).
Link
Ayə 32
33

Əş-Şuəra surəsi Ayə 33

Quran-ı Kərim

Və əlini (qoynunun altından) çıxardanda, o, baxanlara qəflətən (gözqamaşdırıcı) ağappaq və nurlu göründü.
Link
Ayə 33
34

Əş-Şuəra surəsi Ayə 34

Quran-ı Kərim

Firon ətrafındakı əyanlara dedi: «Həqiqətən, bu, çox bilikli bir sehrbazdır!»
Link
Ayə 34
35

Əş-Şuəra surəsi Ayə 35

Quran-ı Kərim

«Sizi öz sehri ilə torpağınızdan çıxarmaq istəyir. Fikriniz nədir?»
Link
Ayə 35
36

Əş-Şuəra surəsi Ayə 36

Quran-ı Kərim

Dedilər: «Onun və qardaşının işini təxirə sal və şəhərlərə toplayıcı məmurlar göndər.
Link
Ayə 36
37

Əş-Şuəra surəsi Ayə 37

Quran-ı Kərim

Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər».
Link
Ayə 37
38

Əş-Şuəra surəsi Ayə 38

Quran-ı Kərim

Beləliklə, bütün sehrbazlar məlum bir günün müəyyən olunmuş vaxtında (bayram günündə) toplandılar.
Link
Ayə 38
39

Əş-Şuəra surəsi Ayə 39

Quran-ı Kərim

Camaata (onları dəvət edib sehrbazlara tabe etmək məqsədilə) deyildi: «Siz də yığışacaqsınızmı?»
Link
Ayə 39
40

Əş-Şuəra surəsi Ayə 40

Quran-ı Kərim

«Əgər sehrbazlar qalib gəlsələr, biz də onlara tabe olaq (Fironun tanrılığına və dininə itaət etməyə davam edərik)».
Link
Ayə 40
41

Əş-Şuəra surəsi Ayə 41

Quran-ı Kərim

Sehrbazlar gəldikdə Firona dedilər: «Əgər qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı?!»
Link
Ayə 41
42

Əş-Şuəra surəsi Ayə 42

Quran-ı Kərim

(Firon) dedi: «Bəli! Və belə olan surətdə mütləq (bizim dərgahımıza) yaxın adamlardan olacaqsınız».
Link
Ayə 42
43

Əş-Şuəra surəsi Ayə 43

Quran-ı Kərim

Musa onlara dedi: «Nə atacaqsınızsa atın».
Link
Ayə 43
44

Əş-Şuəra surəsi Ayə 44

Quran-ı Kərim

Onlar öz iplərini və əsalarını yerə atdılar. (Firona və öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».
Link
Ayə 44
45

Əş-Şuəra surəsi Ayə 45

Quran-ı Kərim

Belə olduqda Musa (da) öz əsasını atdı. O, onların düzəltdikləri (və nümayiş etdirdikləri) həqiqi olmayan şeyləri qəfildən uddu.
Link
Ayə 45
46

Əş-Şuəra surəsi Ayə 46

Quran-ı Kərim

Sehrbazlar (işin əzəmətindən və Haqqın qüdrətindən, naçar) səcdə halında torpağa qapandılar.
Link
Ayə 46
47

Əş-Şuəra surəsi Ayə 47

Quran-ı Kərim

Dedilər: «İman gətirdik aləmlərin Rəbbinə.
Link
Ayə 47
48

Əş-Şuəra surəsi Ayə 48

Quran-ı Kərim

Musanın və Harunun Rəbbinə».
Link
Ayə 48
49

Əş-Şuəra surəsi Ayə 49

Quran-ı Kərim

Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
Link
Ayə 49
50

Əş-Şuəra surəsi Ayə 50

Quran-ı Kərim

Dedilər: «(Bizə) heç bir zərəri yoxdur, çünki biz öz Rəbbimizə doğru dönəcəyik (və O hər şeyi yoluna qoyar)».
Link
Ayə 50
51

Əş-Şuəra surəsi Ayə 51

Quran-ı Kərim

«Həqiqətən, biz umuruq ki, Rəbbimiz – ilk iman gətirənlər olduğumuza görə günahlarımızı bağışlasın».
Link
Ayə 51
52

Əş-Şuəra surəsi Ayə 52

Quran-ı Kərim

Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
Link
Ayə 52
53

Əş-Şuəra surəsi Ayə 53

Quran-ı Kərim

Firon (İsrail övladlarının qaçmasından xəbərdar olduqdan sonra) şəhərlərə qüvvələr göndərdi (ki, ordu toplasınlar).
Link
Ayə 53
54

Əş-Şuəra surəsi Ayə 54

Quran-ı Kərim

(O belə deyirdi): «Həqiqətən, bunlar kiçik bir dəstədir».
Link
Ayə 54
55

Əş-Şuəra surəsi Ayə 55

Quran-ı Kərim

Və əlbəttə, bunlar bizi (dəfələrlə itaətsizliklərinə görə) qəzəbləndirmişlər.
Link
Ayə 55
56

Əş-Şuəra surəsi Ayə 56

Quran-ı Kərim

Şübhəsiz, biz ayıq-sayıq və hazırlıqlı bir dəstəyik.
Link
Ayə 56
57

Əş-Şuəra surəsi Ayə 57

Quran-ı Kərim

Beləliklə, (Biz) onları bağlardan və bulaqlardan,
Link
Ayə 57
58

Əş-Şuəra surəsi Ayə 58

Quran-ı Kərim

(Nemət) xəzinələr(in)dən, gözəl və dəyərli yerlərdən çıxartdıq.
Link
Ayə 58
59

Əş-Şuəra surəsi Ayə 59

Quran-ı Kərim

(Bizim qüdrət və hikmətimiz) belə idi (belə tələb edirdi) və onların hamısını İsrail övladlarına irs olaraq verdik.
Link
Ayə 59
60

Əş-Şuəra surəsi Ayə 60

Quran-ı Kərim

Beləliklə (Fironun adamları) günəş doğduqda onların arxasınca getdilər.
Link
Ayə 60
61

Əş-Şuəra surəsi Ayə 61

Quran-ı Kərim

O iki dəstə bir-birlərini gördükdə, Musanın (adamları) dedilər: «Şübhəsiz, biz artıq yaxalanmaqdayıq».
Link
Ayə 61
62

Əş-Şuəra surəsi Ayə 62

Quran-ı Kərim

Musa dedi: «Belə deyildir, şübhəsiz, Rəbbim mənimlədir, tezliklə mənə (nicat yolunu) göstərəcəkdir».
Link
Ayə 62
63

Əş-Şuəra surəsi Ayə 63

Quran-ı Kərim

Sonra Musaya vəhy etdik ki: «Öz əsanla dənizə vur». Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu.
Link
Ayə 63
64

Əş-Şuəra surəsi Ayə 64

Quran-ı Kərim

O biri dəstəni də (Fironun adamlarını) oraya yaxınlaşdırdıq.
Link
Ayə 64
65

Əş-Şuəra surəsi Ayə 65

Quran-ı Kərim

Musaya və onunla birgə olanların hamısına nicat verdik.
Link
Ayə 65
66

Əş-Şuəra surəsi Ayə 66

Quran-ı Kərim

Sonra o biri dəstəni (suda) qərq etdik.
Link
Ayə 66
67

Əş-Şuəra surəsi Ayə 67

Quran-ı Kərim

Həqiqətən, də bunda (bu hekayətdə Allahın tovhidi, qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Onların (müşriklərin) əksəriyyəti haqqa iman gətirən deyildilər.
Link
Ayə 67
68

Əş-Şuəra surəsi Ayə 68

Quran-ı Kərim

(Ya Peyğəmbər!) həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
Link
Ayə 68
69

Əş-Şuəra surəsi Ayə 69

Quran-ı Kərim

Və onlara (müşriklərə) İbrahimin xəbərini və hekayətini söylə.
Link
Ayə 69
70

Əş-Şuəra surəsi Ayə 70

Quran-ı Kərim

O zaman o, atasına və öz tayfasına demişdi: «Siz nəyə ibadət edirsiniz?»
Link
Ayə 70
71

Əş-Şuəra surəsi Ayə 71

Quran-ı Kərim

(Onlar) Dedilər: «Biz bütlərə ibadət edirik və daima onlarla birgəyik, onların dərgahlarına başımızı qoyuruq».
Link
Ayə 71
72

Əş-Şuəra surəsi Ayə 72

Quran-ı Kərim

(İbrahim) dedi: «(Onları) Çağırdığınız zaman səsinizi eşidirlərmi (və istəyinizi yerinə yetirirlərmi)?»
Link
Ayə 72
73

Əş-Şuəra surəsi Ayə 73

Quran-ı Kərim

«Yaxud sizə bir xeyir və ya zərər verirlərmi?»
Link
Ayə 73
74

Əş-Şuəra surəsi Ayə 74

Quran-ı Kərim

Dedilər: «(Yox), ancaq atalarımızın belə etdiklərini görmüşük».
Link
Ayə 74
75

Əş-Şuəra surəsi Ayə 75

Quran-ı Kərim

(İbrahim) dedi: «Nəyə ibadət etdiyinizi görürsünüzmü?
Link
Ayə 75
76

Əş-Şuəra surəsi Ayə 76

Quran-ı Kərim

Sizlər və ulu babalarınız?»
Link
Ayə 76
77

Əş-Şuəra surəsi Ayə 77

Quran-ı Kərim

«Şübhəsiz, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdirlər (çünki onlar, özlərinə ibadət edənləri cəhənnəmlik edənlərdir, aləmlərin Rəbbi isə belə deyildir)».
Link
Ayə 77
78

Əş-Şuəra surəsi Ayə 78

Quran-ı Kərim

«Məni yaradan və daim (məişət və axirət işlərimdə) mənə doğru yol göstərən Odur».
Link
Ayə 78
79

Əş-Şuəra surəsi Ayə 79

Quran-ı Kərim

«Məni yedirdən də içirdən də Odur».
Link
Ayə 79
80

Əş-Şuəra surəsi Ayə 80

Quran-ı Kərim

«Xəstələndikdə mənə şəfa verən də Odur».
Link
Ayə 80
81

Əş-Şuəra surəsi Ayə 81

Quran-ı Kərim

« Məni öldürəcək, sonra dirildəcək Odur».
Link
Ayə 81
82

Əş-Şuəra surəsi Ayə 82

Quran-ı Kərim

«Cəza günü günahımı bağışlamasına ümid etdyim də Odur».
Link
Ayə 82
83

Əş-Şuəra surəsi Ayə 83

Quran-ı Kərim

«Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur».
Link
Ayə 83
84

Əş-Şuəra surəsi Ayə 84

Quran-ı Kərim

«Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil və (mənə) haqqa doğru bir dəvət edən ver».
Link
Ayə 84
85

Əş-Şuəra surəsi Ayə 85

Quran-ı Kərim

«Məni nemətlərlə dolu olan Cənnətin varislərindən et».
Link
Ayə 85
86

Əş-Şuəra surəsi Ayə 86

Quran-ı Kərim

«Atamı bağışla! O, azanlardan oldu. (Azər İbrahimin qayınatası və ya əmisi idi, atası Tarox isə Allahın təkliyinə inananlardan idi.)
Link
Ayə 86
87

Əş-Şuəra surəsi Ayə 87

Quran-ı Kərim

«Məni (insanların) dirildiləcəyi gün xar etmə»
Link
Ayə 87
88

Əş-Şuəra surəsi Ayə 88

Quran-ı Kərim

«O gün ki, malın və oğulların bir faydası olmayacaq».
Link
Ayə 88
89

Əş-Şuəra surəsi Ayə 89

Quran-ı Kərim

«Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!».
Link
Ayə 89
90

Əş-Şuəra surəsi Ayə 90

Quran-ı Kərim

(O gün) Cənnət təqvalılara yaxınlaşdırılar.
Link
Ayə 90
91

Əş-Şuəra surəsi Ayə 91

Quran-ı Kərim

Cəhənnəm də azğınlara aşkar olar.
Link
Ayə 91
92

Əş-Şuəra surəsi Ayə 92

Quran-ı Kərim

Və onlara deyilər: «İbadət etdikləriniz haradadır,
Link
Ayə 92
93

Əş-Şuəra surəsi Ayə 93

Quran-ı Kərim

Allahın əvəzinə (ibadət etdikləriniz)?! Sizə kömək edirlərmi, yaxud əzabı özlərindən dəf edə bilirlərmi?!»
Link
Ayə 93
94

Əş-Şuəra surəsi Ayə 94

Quran-ı Kərim

Beləliklə, (ibadət etdikləri) o tanrılar və azğınlar bir-birinin ardınca, üzü üstə atılarlar.
Link
Ayə 94
95

Əş-Şuəra surəsi Ayə 95

Quran-ı Kərim

İblisin bütün əsgərləri də (daim onun itaətində olan müşrik, kafir və fasiqlər, İblisin özünün nəsli və balaları da oda sürüklənərlər).
Link
Ayə 95
96

Əş-Şuəra surəsi Ayə 96

Quran-ı Kərim

Onlar (Cəhənnəm əhli) bir-birlərilə dava-dalaş edən halda (öz tanrılarına) deyərlər:
Link
Ayə 96
97

Əş-Şuəra surəsi Ayə 97

Quran-ı Kərim

«Allaha and olsun ki, biz həqiqətən, açıq-aşkar yolumuzu azmışdıq».
Link
Ayə 97
98

Əş-Şuəra surəsi Ayə 98

Quran-ı Kərim

«Çünki sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq».
Link
Ayə 98
99

Əş-Şuəra surəsi Ayə 99

Quran-ı Kərim

«Bizi yalnız günahkarlar (fəsad törədən alimlər, zalım hakimlər və azğın dostlar) azdırdılar».
Link
Ayə 99
100

Əş-Şuəra surəsi Ayə 100

Quran-ı Kərim

«İndi, (bu gün) bizim nə bir şəfaət edənimiz,
Link
Ayə 100
101

Əş-Şuəra surəsi Ayə 101

Quran-ı Kərim

nə də mehriban və səmimi bir dostumuz var».
Link
Ayə 101
102

Əş-Şuəra surəsi Ayə 102

Quran-ı Kərim

«Kaş biz bir də (dünyaya) qayıda biləydik ki, möminlərdən olaydıq».
Link
Ayə 102
103

Əş-Şuəra surəsi Ayə 103

Quran-ı Kərim

Həqiqətən, də, bunda (bu hekayətdə Allahın qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Halbuki onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
Link
Ayə 103
104

Əş-Şuəra surəsi Ayə 104

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və yenilməzdir, (itaətkarlara qarşı) mehribandır.
Link
Ayə 104
105

Əş-Şuəra surəsi Ayə 105

Quran-ı Kərim

Nuhun qövmü Allahın bütün peyğəmbərlərini təkzib etdi.(Onların bəzisini təkzib etmək hamısını təkzib etmək deməkdir. Yaxud da onlar risalətin özünü inkar etdilər.)
Link
Ayə 105
106

Əş-Şuəra surəsi Ayə 106

Quran-ı Kərim

O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: «Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?»
Link
Ayə 106
107

Əş-Şuəra surəsi Ayə 107

Quran-ı Kərim

«Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».
Link
Ayə 107
108

Əş-Şuəra surəsi Ayə 108

Quran-ı Kərim

«Allahdan qorxun və mənə itaət edin».
Link
Ayə 108
109

Əş-Şuəra surəsi Ayə 109

Quran-ı Kərim

«Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
Link
Ayə 109
110

Əş-Şuəra surəsi Ayə 110

Quran-ı Kərim

«Belə isə, Allahdan qorxun və mənə itaət edin».
Link
Ayə 110
111

Əş-Şuəra surəsi Ayə 111

Quran-ı Kərim

Dedilər: «Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənəmi iman gətirək?»
Link
Ayə 111
112

Əş-Şuəra surəsi Ayə 112

Quran-ı Kərim

Dedi: «Onların nə etmiş olduqlarından və nə etdiklərindən mənim nə xəbərim var axı?!
Link
Ayə 112
113

Əş-Şuəra surəsi Ayə 113

Quran-ı Kərim

Əgər düşünsəniz onların hesabı yalnız mənim Rəbbimin öhdəsinədir».
Link
Ayə 113
114

Əş-Şuəra surəsi Ayə 114

Quran-ı Kərim

«Və mən əsla möminləri qovan deyiləm».
Link
Ayə 114
115

Əş-Şuəra surəsi Ayə 115

Quran-ı Kərim

«Mən yalnız açıq – aşkar qorxudanam (bir Peyğəmbərəm)».
Link
Ayə 115
116

Əş-Şuəra surəsi Ayə 116

Quran-ı Kərim

Dedilər: «Ey Nuh, əgər (bu dəvətdən) əl çəkməsən, mütləq daşqalaq olunanlardan olacaqsan».
Link
Ayə 116
117

Əş-Şuəra surəsi Ayə 117

Quran-ı Kərim

Dedi: «Ey Rəbbim, həqiqətən, qövmüm məni təkzib etdi».
Link
Ayə 117
118

Əş-Şuəra surəsi Ayə 118

Quran-ı Kərim

«Odur ki, mənimlə onların arasında aydınlaşdıran bir hökm çıxar, mənə və mənimlə birgə olanlara nicat ver».
Link
Ayə 118
119

Əş-Şuəra surəsi Ayə 119

Quran-ı Kərim

Beləliklə onu və onunla birlikdə (insanlar, heyvanlar və azuqə ilə) dolu olan gəmidəkiləri xilas etdik.
Link
Ayə 119
120

Əş-Şuəra surəsi Ayə 120

Quran-ı Kərim

Onların nicatından sonra qalanların hamısını (suda) qərq etdik.
Link
Ayə 120
121

Əş-Şuəra surəsi Ayə 121

Quran-ı Kərim

Həqiqətən, də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.
Link
Ayə 121
122

Əş-Şuəra surəsi Ayə 122

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
Link
Ayə 122
123

Əş-Şuəra surəsi Ayə 123

Quran-ı Kərim

Ad qövmü də (Hud qövmü) Allahın peyğəmbərlərini təkzib etdi.
Link
Ayə 123
124

Əş-Şuəra surəsi Ayə 124

Quran-ı Kərim

O zaman (qəbilə) qardaşları Hud onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?!»
Link
Ayə 124
125

Əş-Şuəra surəsi Ayə 125

Quran-ı Kərim

«Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm»._
Link
Ayə 125
126

Əş-Şuəra surəsi Ayə 126

Quran-ı Kərim

«Belə isə, Allahdan qorxun və mənə itaət edin»._
Link
Ayə 126
127

Əş-Şuəra surəsi Ayə 127

Quran-ı Kərim

«Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
Link
Ayə 127
128

Əş-Şuəra surəsi Ayə 128

Quran-ı Kərim

«(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz?»
Link
Ayə 128
129

Əş-Şuəra surəsi Ayə 129

Quran-ı Kərim

«Cah–cəlallı qəsrlər (və su hövzələri və hovuzlar) tikirsiniz, sanki əbədi qalacaqsınız?!»
Link
Ayə 129
130

Əş-Şuəra surəsi Ayə 130

Quran-ı Kərim

«Və (birini) yaxaladıqda (ona) zülmkarcasına cəza verirsiniz».
Link
Ayə 130
131

Əş-Şuəra surəsi Ayə 131

Quran-ı Kərim

«Belə isə, Allahdan qorxun və mənə itaət edin».__
Link
Ayə 131
132

Əş-Şuəra surəsi Ayə 132

Quran-ı Kərim

«Qorxun o kəsdən ki, bildiyiniz şeylərlə sizə kömək etdi».
Link
Ayə 132
133

Əş-Şuəra surəsi Ayə 133

Quran-ı Kərim

«Sizə heyvanlar və oğullar (əta etməklə) kömək etdi»;
Link
Ayə 133
134

Əş-Şuəra surəsi Ayə 134

Quran-ı Kərim

«Həmçinin bağlar və bulaqlarla (kömək etdi)».
Link
Ayə 134
135

Əş-Şuəra surəsi Ayə 135

Quran-ı Kərim

«Həqiqətən, mən Böyük Günün sizə (çatacaq) əzabından qorxuram».
Link
Ayə 135
136

Əş-Şuəra surəsi Ayə 136

Quran-ı Kərim

Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir».
Link
Ayə 136
137

Əş-Şuəra surəsi Ayə 137

Quran-ı Kərim

«Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata–babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab – kitab adlı bir şey olmayacaqdır)».
Link
Ayə 137
138

Əş-Şuəra surəsi Ayə 138

Quran-ı Kərim

«(Bəs, axirət aləmi olmadığı üçün) bizə əsla əzab verilməyəcəkdir».
Link
Ayə 138
139

Əş-Şuəra surəsi Ayə 139

Quran-ı Kərim

Beləliklə onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
Link
Ayə 139
140

Əş-Şuəra surəsi Ayə 140

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
Link
Ayə 140
141

Əş-Şuəra surəsi Ayə 141

Quran-ı Kərim

Səmud qövmü də Allahın bütün peyğəmbərlərini təkzib etdi.
Link
Ayə 141
142

Əş-Şuəra surəsi Ayə 142

Quran-ı Kərim

O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?»
Link
Ayə 142
143

Əş-Şuəra surəsi Ayə 143

Quran-ı Kərim

«Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».__
Link
Ayə 143
144

Əş-Şuəra surəsi Ayə 144

Quran-ı Kərim

«Belə isə, Allahdan qorxun və mənə itaət edin»!
Link
Ayə 144
145

Əş-Şuəra surəsi Ayə 145

Quran-ı Kərim

«Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
Link
Ayə 145
146

Əş-Şuəra surəsi Ayə 146

Quran-ı Kərim

«(Güman edirsiniz ki,) burda olanların içində (şəxsi mühitdə və dünyəvi yaşayışda) əmin amanlıqla başlı–başına buraxılacaqsınız?!
Link
Ayə 146
147

Əş-Şuəra surəsi Ayə 147

Quran-ı Kərim

Bağlar və çeşmələr içində?!
Link
Ayə 147
148

Əş-Şuəra surəsi Ayə 148

Quran-ı Kərim

Əkinlər və nizamlı, nazik və lətif çiçəkləri olan xurma ağacları (içində)?!»
Link
Ayə 148
149

Əş-Şuəra surəsi Ayə 149

Quran-ı Kərim

«Məharətlə və təkəbbürlə dağlardan evlər yonub düzəldirsiniz?!»
Link
Ayə 149
150

Əş-Şuəra surəsi Ayə 150

Quran-ı Kərim

«Nəhayət, Allahdan qorxun və mənə itaət edin».
Link
Ayə 150
151

Əş-Şuəra surəsi Ayə 151

Quran-ı Kərim

«İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın».
Link
Ayə 151
152

Əş-Şuəra surəsi Ayə 152

Quran-ı Kərim

«O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar».
Link
Ayə 152
153

Əş-Şuəra surəsi Ayə 153

Quran-ı Kərim

Dedilər: «Həqiqətən, sən cadu olunmuşlardansan».
Link
Ayə 153
154

Əş-Şuəra surəsi Ayə 154

Quran-ı Kərim

«Sən yalnız bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bir ayə və möcüzə gətir».
Link
Ayə 154
155

Əş-Şuəra surəsi Ayə 155

Quran-ı Kərim

(Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir».
Link
Ayə 155
156

Əş-Şuəra surəsi Ayə 156

Quran-ı Kərim

«Ona heç bir ziyan yetirməyin ki, Böyük günün əzabı sizi yaxalayar» (dünyada hamılıqla əzab və ya Qiyamət əzabı).
Link
Ayə 156
157

Əş-Şuəra surəsi Ayə 157

Quran-ı Kərim

(Amma onlar) dəvəni tutub kəsdilər, sonra isə peşman oldular.
Link
Ayə 157
158

Əş-Şuəra surəsi Ayə 158

Quran-ı Kərim

Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. nların əksəriyyəti haqqa iman gətirən deyildi.
Link
Ayə 158
159

Əş-Şuəra surəsi Ayə 159

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib (itaətkarlarla) mehribandır.
Link
Ayə 159
160

Əş-Şuəra surəsi Ayə 160

Quran-ı Kərim

Lutun qövmü də Allahın peyğəmbərlərini təkzib etdi.
Link
Ayə 160
161

Əş-Şuəra surəsi Ayə 161

Quran-ı Kərim

O zaman (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!»
Link
Ayə 161
162

Əş-Şuəra surəsi Ayə 162

Quran-ı Kərim

«Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».
Link
Ayə 162
163

Əş-Şuəra surəsi Ayə 163

Quran-ı Kərim

«Odur ki, Allahdan qorxun və mənə itaət edin».
Link
Ayə 163
164

Əş-Şuəra surəsi Ayə 164

Quran-ı Kərim

«Mən bunun (risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
Link
Ayə 164
165

Əş-Şuəra surəsi Ayə 165

Quran-ı Kərim

«Siz bu dünyadakı insanlardan (yalnız) erkəklərləmi yaxınlıq edirsiniz?!»
Link
Ayə 165
166

Əş-Şuəra surəsi Ayə 166

Quran-ı Kərim

«Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız.»
Link
Ayə 166
167

Əş-Şuəra surəsi Ayə 167

Quran-ı Kərim

(Onlar) dedilər: «Ey Lut, əgər (bu sözlərindən) əl çəkməsən, mütləq sürgün olunanlardan olacaqsan!»
Link
Ayə 167
168

Əş-Şuəra surəsi Ayə 168

Quran-ı Kərim

(Lut) dedi: «Şübhəsiz, mən sizin bu əməlinizlə düşmən olanlardanam».
Link
Ayə 168
169

Əş-Şuəra surəsi Ayə 169

Quran-ı Kərim

«Ey Rəbbim, mənə və ailəmə bunların gördüyündən (əməlin cəzasından) nicat ver».
Link
Ayə 169
170

Əş-Şuəra surəsi Ayə 170

Quran-ı Kərim

Sonra ona və bütün ailəsinə nicat verdik.
Link
Ayə 170
171

Əş-Şuəra surəsi Ayə 171

Quran-ı Kərim

Yalnız (vəd olunmuş əzabda) qalanlardan olan qoca bir arvaddan (Lutun zövcəsindən) başqa.
Link
Ayə 171
172

Əş-Şuəra surəsi Ayə 172

Quran-ı Kərim

Sonra da o birilərini məhv etdik.
Link
Ayə 172
173

Əş-Şuəra surəsi Ayə 173

Quran-ı Kərim

Onların başlarına (daşdan) bir yağış yağdırdıq. (Xəbərdarlığa əhəmiyyət verməyən) qorxudulanların yağışı pis bir yağış idi!
Link
Ayə 173
174

Əş-Şuəra surəsi Ayə 174

Quran-ı Kərim

Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Link
Ayə 174
175

Əş-Şuəra surəsi Ayə 175

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlarla) mehribandır.
Link
Ayə 175
176

Əş-Şuəra surəsi Ayə 176

Quran-ı Kərim

«Əykə» camaatı da Allahın bütün peyğəmbərlərini təkzib etdi.
Link
Ayə 176
177

Əş-Şuəra surəsi Ayə 177

Quran-ı Kərim

O zaman Şüeyb onlara dedi: «(küfr və şirkinizdən) çəkinmirsinizmi?!»
Link
Ayə 177
178

Əş-Şuəra surəsi Ayə 178

Quran-ı Kərim

«Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».__
Link
Ayə 178
179

Əş-Şuəra surəsi Ayə 179

Quran-ı Kərim

«Odur ki, Allahdan qorxun və mənə itaət edin».__
Link
Ayə 179
180

Əş-Şuəra surəsi Ayə 180

Quran-ı Kərim

«Mən bunun (bu risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
Link
Ayə 180
181

Əş-Şuəra surəsi Ayə 181

Quran-ı Kərim

«(Alış-veriş zamanı) tərəzi qabını dolu verin (ölçüdə düz olun). Ziyan vuranlardan olmayın».
Link
Ayə 181
182

Əş-Şuəra surəsi Ayə 182

Quran-ı Kərim

«Düzgün tərəzi ilə çəkin».
Link
Ayə 182
183

Əş-Şuəra surəsi Ayə 183

Quran-ı Kərim

«İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin».
Link
Ayə 183
184

Əş-Şuəra surəsi Ayə 184

Quran-ı Kərim

«Sizi və sizdən önc(Onlar): «Həqiqətən, sən cadu olunmuşlardansan»–dedilər.əki qövmləri yaradandan qorxun».
Link
Ayə 184
185

Əş-Şuəra surəsi Ayə 185

Quran-ı Kərim

(Onlar): «Həqiqətən, sən cadu olunmuşlardansan»–dedilər.
Link
Ayə 185
186

Əş-Şuəra surəsi Ayə 186

Quran-ı Kərim

«Sən yalnız bizim kimi bir insansan. Həqiqətən, biz səni yalançılardan hesab edirik.»
Link
Ayə 186
187

Əş-Şuəra surəsi Ayə 187

Quran-ı Kərim

(Və istehza məqsədilə dedilər:) «Əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə endir».
Link
Ayə 187
188

Əş-Şuəra surəsi Ayə 188

Quran-ı Kərim

(Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».
Link
Ayə 188
189

Əş-Şuəra surəsi Ayə 189

Quran-ı Kərim

Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
Link
Ayə 189
190

Əş-Şuəra surəsi Ayə 190

Quran-ı Kərim

Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Link
Ayə 190
191

Əş-Şuəra surəsi Ayə 191

Quran-ı Kərim

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib və (itaətkarlarla) mehribandır.
Link
Ayə 191
192

Əş-Şuəra surəsi Ayə 192

Quran-ı Kərim

Şübhəsiz bu (Qur’an) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul - Əminin) hafizəsinə nazil olmuşdur).
Link
Ayə 192
193

Əş-Şuəra surəsi Ayə 193

Quran-ı Kərim

Ruhul-əmin (Cəbrail) onu endirdi,
Link
Ayə 193
194

Əş-Şuəra surəsi Ayə 194

Quran-ı Kərim

Qorxudanlardan (Peyğəmbərlərdən) olasan deyə, sənin qəlbinə (nazil etdi),
Link
Ayə 194
195

Əş-Şuəra surəsi Ayə 195

Quran-ı Kərim

(Onu) açıq-aydın ərəb dilində (nazil etdi).
Link
Ayə 195
196

Əş-Şuəra surəsi Ayə 196

Quran-ı Kərim

Həqiqətən, də, bu (kitabın adı, vəzifəsi və gətirənin adı) keçmişdəkilərin (əvvəlki peyğəmbərlərin) kitablarında gəlmişdir.
Link
Ayə 196
197

Əş-Şuəra surəsi Ayə 197

Quran-ı Kərim

Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?
Link
Ayə 197
198

Əş-Şuəra surəsi Ayə 198

Quran-ı Kərim

Əgər bunu (bu kitabı bütünlüklə) bəzi əcəmlərə (ərəb olmayanlara başqa bir dildə) nazil etsəydik;
Link
Ayə 198
199

Əş-Şuəra surəsi Ayə 199

Quran-ı Kərim

Qur’anı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Qur’an hara, ərəb milləti hara?»)
Link
Ayə 199
200

Əş-Şuəra surəsi Ayə 200

Quran-ı Kərim

Biz onu belə (xoşagəlməz və batil düşündükləri halda Məkkə) günahkarlarının qəlblərinə beləcə yeritdik.
Link
Ayə 200
201

Əş-Şuəra surəsi Ayə 201

Quran-ı Kərim

(Ölüm, Bərzəx ya Qiyamətin) ağrılı əzabını görməyincə ona iman gətirməyəcəklər.
Link
Ayə 201
202

Əş-Şuəra surəsi Ayə 202

Quran-ı Kərim

(Bu əzab) onlara qəflətən, özləri də bilmədən gələr.
Link
Ayə 202
203

Əş-Şuəra surəsi Ayə 203

Quran-ı Kərim

Sonra (təəssüf və peşmançılıqla) deyərlər: «Görəsən bizə bir möhlət veriləcəkmi?»
Link
Ayə 203
204

Əş-Şuəra surəsi Ayə 204

Quran-ı Kərim

Belə olduqda, (məzəmmət məqsədilə deyilər:) «Bizim əzabımızamı tələsirdilər?!»
Link
Ayə 204
205

Əş-Şuəra surəsi Ayə 205

Quran-ı Kərim

(Ya Peyğəmbər!) xəbər ver, əgər onları illərlə (dünya həyatından) bəhrələndirsək;
Link
Ayə 205
206

Əş-Şuəra surəsi Ayə 206

Quran-ı Kərim

Sonra da vəd olunduqları (əzab) onlara yetişsə;
Link
Ayə 206
207

Əş-Şuəra surəsi Ayə 207

Quran-ı Kərim

Onlara verilmiş olan nemətlər (Allahın əzabından) nəyi onlardan dəf edə bilər?
Link
Ayə 207
208

Əş-Şuəra surəsi Ayə 208

Quran-ı Kərim

Biz (cəza olaraq) qorxudanlar (peyğəmbərlər, yaxud onların canişinləri) olmayan heç bir cəmiyyəti məhv etmədik;
Link
Ayə 208
209

Əş-Şuəra surəsi Ayə 209

Quran-ı Kərim

(Cəmiyyətə) bir öyüd – nəsihət olsun deyə, (dəvət kamil və dəlil-sübut tamam olsun deyə, əks təqdirdə onları məhv etmək zülm olardı). Biz heç vaxt zülmkar olmamışıq!
Link
Ayə 209
210

Əş-Şuəra surəsi Ayə 210

Quran-ı Kərim

Bunu (Qur’anı) əsla şeytanlar (Bizim Peyğəmbərimizə) nazil etməmişlər.
Link
Ayə 210
211

Əş-Şuəra surəsi Ayə 211

Quran-ı Kərim

Və (bu əzəmətli və müqəddəs iş) onlara (zatən şər və fəsad mənbəyi olan şeytanlara) layiq deyildir və (bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə) onların buna qüdrətləri çatmaz.
Link
Ayə 211
212

Əş-Şuəra surəsi Ayə 212

Quran-ı Kərim

Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.
Link
Ayə 212
213

Əş-Şuəra surəsi Ayə 213

Quran-ı Kərim

Allahla yanaşı başqa bir tanrı çağırma ki, əzaba düçar edilənlərdən olarsan.
Link
Ayə 213
214

Əş-Şuəra surəsi Ayə 214

Quran-ı Kərim

Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et.
Link
Ayə 214
215

Əş-Şuəra surəsi Ayə 215

Quran-ı Kərim

Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç.
Link
Ayə 215
216

Əş-Şuəra surəsi Ayə 216

Quran-ı Kərim

Əgər sənə itaətsizlik etsələr, de: «Mən sizin etdiklərinizdən (sizin çirkin və batil işlərinizdən) uzağam».
Link
Ayə 216
217

Əş-Şuəra surəsi Ayə 217

Quran-ı Kərim

Və o qadir, qalib və mehriban (Allaha) təvəkkül et.
Link
Ayə 217
218

Əş-Şuəra surəsi Ayə 218

Quran-ı Kərim

O Allaha ki, səni (namaza, ya hər hansı bir xeyir işə) duranda, görür.
Link
Ayə 218
219

Əş-Şuəra surəsi Ayə 219

Quran-ı Kərim

Və həmçinin səcdə edənlər arasında (qiyam, rüku və səcdə) hərəkətlərini (görür).
Link
Ayə 219
220

Əş-Şuəra surəsi Ayə 220

Quran-ı Kərim

Çünki, O eşidən və biləndir.
Link
Ayə 220
221

Əş-Şuəra surəsi Ayə 221

Quran-ı Kərim

Şeytanların kimə (o əsrin kahinləri kimi) nazil olduğunu sizə xəbər verimmi?
Link
Ayə 221
222

Əş-Şuəra surəsi Ayə 222

Quran-ı Kərim

(Onlar) hər bir yalançı (böhtançı) və günahkara nazil olarlar.
Link
Ayə 222
223

Əş-Şuəra surəsi Ayə 223

Quran-ı Kərim

(Uca məqamdan) eşitdiklərini onlara təlqin edərlər və əksəriyyəti yalançıdır.
Link
Ayə 223
224

Əş-Şuəra surəsi Ayə 224

Quran-ı Kərim

(Peyğəmbər şair deyildir) şairlərə yalnız azğınlar tabe olarlar (uyarlar).
Link
Ayə 224
225

Əş-Şuəra surəsi Ayə 225

Quran-ı Kərim

Məgər görmədinmi ki, onlar hər bir vadidə (xəyallar aləmində) dərbədərdirlər?
Link
Ayə 225
226

Əş-Şuəra surəsi Ayə 226

Quran-ı Kərim

Və onlar özləri etmədikləri şeyləri deyirlər?!
Link
Ayə 226
227

Əş-Şuəra surəsi Ayə 227

Quran-ı Kərim

Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.
Link
Ayə 227

Süra Haqqında

Əş-Şuəra surəsi Quran-ı Kərimdə 26. surədir və 227 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 227 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim