Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ət-Tariq surəsi

Ət-Tariq surəsi Ayələri

Toplam 17 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ət-Tariq surəsi Ayə 1

Quran-ı Kərim

And olsun göyə və gecə gələnə!
Link
Ayə 1
2

Ət-Tariq surəsi Ayə 2

Quran-ı Kərim

Sən nə bilirsən o, gecə gələn nədir?!
Link
Ayə 2
3

Ət-Tariq surəsi Ayə 3

Quran-ı Kərim

O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.
Link
Ayə 3
4

Ət-Tariq surəsi Ayə 4

Quran-ı Kərim

(Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!
Link
Ayə 4
5

Ət-Tariq surəsi Ayə 5

Quran-ı Kərim

Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.
Link
Ayə 5
6

Ət-Tariq surəsi Ayə 6

Quran-ı Kərim

O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.
Link
Ayə 6
7

Ət-Tariq surəsi Ayə 7

Quran-ı Kərim

O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.
Link
Ayə 7
8

Ət-Tariq surəsi Ayə 8

Quran-ı Kərim

Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.
Link
Ayə 8
9

Ət-Tariq surəsi Ayə 9

Quran-ı Kərim

Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün
Link
Ayə 9
10

Ət-Tariq surəsi Ayə 10

Quran-ı Kərim

(O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.
Link
Ayə 10
11

Ət-Tariq surəsi Ayə 11

Quran-ı Kərim

And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)
Link
Ayə 11
12

Ət-Tariq surəsi Ayə 12

Quran-ı Kərim

And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,
Link
Ayə 12
13

Ət-Tariq surəsi Ayə 13

Quran-ı Kərim

Qur’an şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!
Link
Ayə 13
14

Ət-Tariq surəsi Ayə 14

Quran-ı Kərim

Və əsla boş bir söz və zarafat deyildir!
Link
Ayə 14
15

Ət-Tariq surəsi Ayə 15

Quran-ı Kərim

Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.
Link
Ayə 15
16

Ət-Tariq surəsi Ayə 16

Quran-ı Kərim

Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.
Link
Ayə 16
17

Ət-Tariq surəsi Ayə 17

Quran-ı Kərim

Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).
Link
Ayə 17

Süra Haqqında

Ət-Tariq surəsi Quran-ı Kərimdə 86. surədir və 17 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 17 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim