Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ət-Təkvir surəsi

Ət-Təkvir surəsi Ayələri

Toplam 29 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ət-Təkvir surəsi Ayə 1

Quran-ı Kərim

Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),
Link
Ayə 1
2

Ət-Təkvir surəsi Ayə 2

Quran-ı Kərim

Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,
Link
Ayə 2
3

Ət-Təkvir surəsi Ayə 3

Quran-ı Kərim

Dağlar hərəkətə gətiriləcəyi (parça – parça olub dağılacağı) zaman,
Link
Ayə 3
4

Ət-Təkvir surəsi Ayə 4

Quran-ı Kərim

(O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı – başına buraxılıb sahibsiz qalacağı zaman,
Link
Ayə 4
5

Ət-Təkvir surəsi Ayə 5

Quran-ı Kərim

Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,
Link
Ayə 5
6

Ət-Təkvir surəsi Ayə 6

Quran-ı Kərim

Dənizlərin dolacağı və qaynayacağı zaman,
Link
Ayə 6
7

Ət-Təkvir surəsi Ayə 7

Quran-ı Kərim

(Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,
Link
Ayə 7
8

Ət-Təkvir surəsi Ayə 8

Quran-ı Kərim

Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman
Link
Ayə 8
9

Ət-Təkvir surəsi Ayə 9

Quran-ı Kərim

«Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?»- deyə soruşular.)
Link
Ayə 9
10

Ət-Təkvir surəsi Ayə 10

Quran-ı Kərim

Əməl dəftərləri (Haqq-taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,
Link
Ayə 10
11

Ət-Təkvir surəsi Ayə 11

Quran-ı Kərim

Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,
Link
Ayə 11
12

Ət-Təkvir surəsi Ayə 12

Quran-ı Kərim

Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,
Link
Ayə 12
13

Ət-Təkvir surəsi Ayə 13

Quran-ı Kərim

Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman
Link
Ayə 13
14

Ət-Təkvir surəsi Ayə 14

Quran-ı Kərim

Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.
Link
Ayə 14
15

Ət-Təkvir surəsi Ayə 15

Quran-ı Kərim

Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,
Link
Ayə 15
16

Ət-Təkvir surəsi Ayə 16

Quran-ı Kərim

Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),
Link
Ayə 16
17

Ət-Təkvir surəsi Ayə 17

Quran-ı Kərim

And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.
Link
Ayə 17
18

Ət-Təkvir surəsi Ayə 18

Quran-ı Kərim

Və and olsun sökülməkdə olan dan yerinə.
Link
Ayə 18
19

Ət-Təkvir surəsi Ayə 19

Quran-ı Kərim

(Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Qur’an) şübhəsiz möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.
Link
Ayə 19
20

Ət-Təkvir surəsi Ayə 20

Quran-ı Kərim

(Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.
Link
Ayə 20
21

Ət-Təkvir surəsi Ayə 21

Quran-ı Kərim

Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.
Link
Ayə 21
22

Ət-Təkvir surəsi Ayə 22

Quran-ı Kərim

Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.
Link
Ayə 22
23

Ət-Təkvir surəsi Ayə 23

Quran-ı Kərim

Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.
Link
Ayə 23
24

Ət-Təkvir surəsi Ayə 24

Quran-ı Kərim

Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).
Link
Ayə 24
25

Ət-Təkvir surəsi Ayə 25

Quran-ı Kərim

Və bu (Qur’an Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.
Link
Ayə 25
26

Ət-Təkvir surəsi Ayə 26

Quran-ı Kərim

Belə isə, hara gedirsiniz?!
Link
Ayə 26
27

Ət-Təkvir surəsi Ayə 27

Quran-ı Kərim

Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.
Link
Ayə 27
28

Ət-Təkvir surəsi Ayə 28

Quran-ı Kərim

Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.
Link
Ayə 28
29

Ət-Təkvir surəsi Ayə 29

Quran-ı Kərim

Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)
Link
Ayə 29

Süra Haqqında

Ət-Təkvir surəsi Quran-ı Kərimdə 81. surədir və 29 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 29 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim