Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Ət-Tur surəsi

Ət-Tur surəsi Ayələri

Toplam 49 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Ət-Tur surəsi Ayə 1

Quran-ı Kərim

And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!
Link
Ayə 1
2

Ət-Tur surəsi Ayə 2

Quran-ı Kərim

Yazılmış kitaba (Qur’ana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!
Link
Ayə 2
3

Ət-Tur surəsi Ayə 3

Quran-ı Kərim

(Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!
Link
Ayə 3
4

Ət-Tur surəsi Ayə 4

Quran-ı Kərim

Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!
Link
Ayə 4
5

Ət-Tur surəsi Ayə 5

Quran-ı Kərim

Və ucaldılmış tavana (göyə).
Link
Ayə 5
6

Ət-Tur surəsi Ayə 6

Quran-ı Kərim

Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!
Link
Ayə 6
7

Ət-Tur surəsi Ayə 7

Quran-ı Kərim

(Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.
Link
Ayə 7
8

Ət-Tur surəsi Ayə 8

Quran-ı Kərim

Onu əsla heç kəs dəf edə bilməz.
Link
Ayə 8
9

Ət-Tur surəsi Ayə 9

Quran-ı Kərim

O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.
Link
Ayə 9
10

Ət-Tur surəsi Ayə 10

Quran-ı Kərim

Və bütün dağlar (toz kimi havada) gəzişəcək.
Link
Ayə 10
11

Ət-Tur surəsi Ayə 11

Quran-ı Kərim

Odur ki, həmin gün vay təkzib edənlərin halına!
Link
Ayə 11
12

Ət-Tur surəsi Ayə 12

Quran-ı Kərim

O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.
Link
Ayə 12
13

Ət-Tur surəsi Ayə 13

Quran-ı Kərim

Onlar o gün zorla və sərtliklə cəhənnəmə sürüklənəcəklər.
Link
Ayə 13
14

Ət-Tur surəsi Ayə 14

Quran-ı Kərim

(Onlara deyiləcək:) Bu sizin (dünyada) təkzib etdiyiniz oddur.
Link
Ayə 14
15

Ət-Tur surəsi Ayə 15

Quran-ı Kərim

Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!
Link
Ayə 15
16

Ət-Tur surəsi Ayə 16

Quran-ı Kərim

Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.
Link
Ayə 16
17

Ət-Tur surəsi Ayə 17

Quran-ı Kərim

Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.
Link
Ayə 17
18

Ət-Tur surəsi Ayə 18

Quran-ı Kərim

Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.
Link
Ayə 18
19

Ət-Tur surəsi Ayə 19

Quran-ı Kərim

(Onlara deyiləcək:) «Yeyin, için, (dünyada) etdiklərinizin müqabilində nuş olsun sizə!»
Link
Ayə 19
20

Ət-Tur surəsi Ayə 20

Quran-ı Kərim

Sıralanmış taxtlara söykənən halda! Onları iri gözlü hurilərlə evləndirərik.
Link
Ayə 20
21

Ət-Tur surəsi Ayə 21

Quran-ı Kərim

(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).
Link
Ayə 21
22

Ət-Tur surəsi Ayə 22

Quran-ı Kərim

Və onlara ardıcıl şəkildə istədikləri meyvə və əti çatdırarıq.
Link
Ayə 22
23

Ət-Tur surəsi Ayə 23

Quran-ı Kərim

Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.
Link
Ayə 23
24

Ət-Tur surəsi Ayə 24

Quran-ı Kərim

Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.
Link
Ayə 24
25

Ət-Tur surəsi Ayə 25

Quran-ı Kərim

Onların bəzisi bəzisinə üz tutaraq bir-birindən (dünyadakı hallarının necə olmasını) soruşarlar.
Link
Ayə 25
26

Ət-Tur surəsi Ayə 26

Quran-ı Kərim

Deyərlər: «Həqiqətən biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq.»
Link
Ayə 26
27

Ət-Tur surəsi Ayə 27

Quran-ı Kərim

Beləliklə Allah bizim boynumuza haqq qoydu və bizi yandırıcı və ağrılı əzabdan qorudu.
Link
Ayə 27
28

Ət-Tur surəsi Ayə 28

Quran-ı Kərim

Əlbəttə, biz bundan əvvəl həmişə Onu çağırırdıq. Çünki yaxşılıq edən və mehriban məhz Odur.
Link
Ayə 28
29

Ət-Tur surəsi Ayə 29

Quran-ı Kərim

Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!
Link
Ayə 29
30

Ət-Tur surəsi Ayə 30

Quran-ı Kərim

Yoxsa onlar (sənin haqqında) «o, şairdir; onun üçün zamanın hadisələrini və ölümün gəlməsini gözləyirik» deyirlər.
Link
Ayə 30
31

Ət-Tur surəsi Ayə 31

Quran-ı Kərim

De: «Gözləyin! Mən də mütləq, sizinlə gözləyənlərdənəm (Allahın əzabının sizə gəlməsini gözləyirəm).»
Link
Ayə 31
32

Ət-Tur surəsi Ayə 32

Quran-ı Kərim

Bunu (bu sözləri) onlara ağılları əmr edir, yoxsa onlar (haqqa təslim olmayan) azğın bir dəstədirlər?
Link
Ayə 32
33

Ət-Tur surəsi Ayə 33

Quran-ı Kərim

Yoxsa «bunu (Qur’anı) özündən uydurub» deyirlər? (Xeyir!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.
Link
Ayə 33
34

Ət-Tur surəsi Ayə 34

Quran-ı Kərim

Buna görə də əgər (Qur’anın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Qur'an kimi) bir kəlam gətirsinlər.
Link
Ayə 34
35

Ət-Tur surəsi Ayə 35

Quran-ı Kərim

Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!
Link
Ayə 35
36

Ət-Tur surəsi Ayə 36

Quran-ı Kərim

Yoxsa göyləri və yeri onlar yaradıblar (ki, əmrə tabe olmaqdan üstün olsunlar)? (Xeyir,) əksinə, onların yəqinlikləri yoxdur.
Link
Ayə 36
37

Ət-Tur surəsi Ayə 37

Quran-ı Kərim

Yoxsa Rəbbinin (elm və mərhəmət) xəzinələri onların yanındadır (ki, peyğəmbərliyi istədiklərinə versinlər), yaxud (varlıq aləminə) onlar hakimdirlər (ki, peyğəmbərliyi səndən alsınlar)?
Link
Ayə 37
38

Ət-Tur surəsi Ayə 38

Quran-ı Kərim

Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.
Link
Ayə 38
39

Ət-Tur surəsi Ayə 39

Quran-ı Kərim

(Pis və mənfur saydığınız) qızlar Allaha, (yaxşı və sevimli saydığınız) oğlanlar isə sizə məxsusdur?!
Link
Ayə 39
40

Ət-Tur surəsi Ayə 40

Quran-ı Kərim

Yoxsa (ilahi tapşırıqların və dinin çatdırılması üçün) onlardan muzd istəyirsən və onlar onun cəriməsinə görə ağır yük altındadırlar?
Link
Ayə 40
41

Ət-Tur surəsi Ayə 41

Quran-ı Kərim

Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!
Link
Ayə 41
42

Ət-Tur surəsi Ayə 42

Quran-ı Kərim

Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiyləylə məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır).
Link
Ayə 42
43

Ət-Tur surəsi Ayə 43

Quran-ı Kərim

Yoxsa onların Allahdan başqa məbudları var? Allah onların Ona qoşduqları şərikdən pak (və uzaq)dır.
Link
Ayə 43
44

Ət-Tur surəsi Ayə 44

Quran-ı Kərim

Əgər onlar göyün bir parçasının yerə düşməsini görsələr, «üst-üstə qalanmış buluddur» deyəcəklər.
Link
Ayə 44
45

Ət-Tur surəsi Ayə 45

Quran-ı Kərim

Buna görə də onları boşla (və onlarla mübahisə edərək höcətləşmə) ki, nəhayət məhv olacaqları (öləcəkləri və ya surun birinci dəfə çalındığı) günə qovuşsunlar.
Link
Ayə 45
46

Ət-Tur surəsi Ayə 46

Quran-ı Kərim

Hiylələrinin onlardan (vəd edilmiş əzabdan) bir şeyi dəf etməyəcəyi və kömək olunmayacaqları bir gün(ə)!
Link
Ayə 46
47

Ət-Tur surəsi Ayə 47

Quran-ı Kərim

Şübhəsiz zülm etmiş kəslər (Məkkə müşrikləri) üçün ondan öncə də (Məkkədə qıtlığın yaranması və Bədr müharibəsi kimi) bir əzab vardır, lakin onların çoxu bilmir.
Link
Ayə 47
48

Ət-Tur surəsi Ayə 48

Quran-ı Kərim

Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbr et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman həmd-səna ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl).
Link
Ayə 48
49

Ət-Tur surəsi Ayə 49

Quran-ı Kərim

Onu gecənin bir hissəsində də pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl). Həmçinin ulduzlar arxa çevirən və batan zaman (səhərlər sübh namazını qıl).
Link
Ayə 49

Süra Haqqında

Ət-Tur surəsi Quran-ı Kərimdə 52. surədir və 49 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 49 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim